𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 Telegram channel photo

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚

Kanal ibarətdir:⤵️ 1.Dərs notlarım📝 2.motivasiya💫 3.Müxtəlif pdf-lər sınaqlar🤌 4.Faydalı məsləhətlər🤓 Əlaqə: @alone_in_the_dark2

37

Last views

7.1k (7,069 subscribers)
Üyeler
—
Rating
44
Total Posts
Oct 18, 2026, 2:44 AM
Güncellendi
May 14, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel Name𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚
Username@abituriyent_2024_3qrup
CategoryHayat Dersleri
LanguageTürkçe
CountryTürkiye
Üyeler7,069
Channel TypePublic Channel
Created14 May 2026
Last Updated18 Eki 2026 • 5 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#373216-749
Dil Sıralaması
#3601-14
Kategori Sıralaması
#2727-5

Üye Büyümesi

Toplam: 7.1K30 Days growth: -1672.3%
09/1809/2309/2810/0310/0810/1310/17
Üye Büyümesi - 30 Days
DateSubscribers
18:09:20267,236
19:09:20267,236
20:09:20267,196
21:09:20267,196
22:09:20267,196
23:09:20267,196
24:09:20267,196
25:09:20267,196
26:09:20267,196
27:09:20267,196
28:09:20267,196
29:09:20267,196
30:09:20267,196
01:10:20267,196
02:10:20267,196
03:10:20267,196
04:10:20267,196
05:10:20267,196
06:10:20267,196
07:10:20267,196
08:10:20267,196
09:10:20267,196
10:10:20267,196
11:10:20267,196
12:10:20267,196
13:10:20267,196
14:10:20267,196
15:10:20267,196
16:10:20267,196
17:10:20267,069
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 11:05:20268,161
Week of 18:05:20268,161
Week of 25:05:20268,161
Week of 01:06:20268,161
Week of 08:06:20268,161
Week of 15:06:20268,161
Week of 22:06:20268,161
Week of 29:06:20268,161
Week of 06:07:20267,744
Week of 13:07:20267,744
Week of 20:07:20267,744
Week of 27:07:20267,744
Week of 03:08:20267,744
Week of 10:08:20267,744
Week of 17:08:20267,362
Week of 24:08:20267,362
Week of 31:08:20267,310
Week of 07:09:20267,236
Week of 14:09:20267,196
Week of 21:09:20267,196
Week of 28:09:20267,196
Week of 05:10:20267,196
Week of 12:10:20267,069
Üye Büyümesi - Monthly
DateSubscribers
May 20268,161
June 20268,161
July 20267,744
August 20267,362
September 20267,196
October 20267,069
Üye Büyümesi - Yearly
DateSubscribers
20267,069

Son Yazılar

📌 Əfşarlar Haqqında Qeyd 👑⚔️

1. 🧬 Mənşəyi və Əsas Xüsusiyyətləri
* 🏹 Oğuz Türkləri: Əfşarlar Oğuzların Bozoxlar qoluna mənsub 24 əsas boyundan biridir. "Əfşar" sözü etimoloji olaraq "çevik", "ova həvəsli" və ya "işlərini cəld görən" mənalarını verir.
* 🛡️ Qızılbaşlıq və Səfəvilər: Əfşarlar Səfəvi imperiyasının qurulmasında əsas rol oynayan 7 böyük Qızılbaş tayfasından biri olmuşdur.

2. 🏛️ Əfşarlar Dövləti (1736–1796)
* 👑 Qurucusu: Nadir Şah Əfşar (1736-cı ildə Muğan qurultayında hakimiyyətə gəldi).
* 📍 Paytaxtı: Məşhəd şəhəri.
* 🗺️ Ərazisi: Müasir Azərbaycan, İran, İraq, Əfqanıstan, Ermənistan, Gürcüstan, Türkmənistan və Şimali Hindistanın bir hissəsini əhatə edən nəhəng bir imperiya idi.

3. 💥 Zirvə Dövrü və Hərbi Uğurlar
* ⚔️ Xarici işğallara son qoyulması: Nadir Şah Səfəvilərin son dövründə torpaqları zəbt etmiş Osmanlı imperiyasını, Çar Rusiyasını və Əfqanları regiondan tamamilə təmizlədi.

* 💎 Hindistan yürüşü (1739): Karnal döyüşündə Böyük Moğol imperiyasını məğlub edərək Dehlini tutdu. Məşhur Kuh-i Nur (Işıq Dağı) almazı və Tavus Taxtı bu yürüşdə ələ keçirildi.
4. 📉 Dağılması və Tarixi Nəticəsi

* ⚠️ Sui-qəsd (1747): Ömrünün son illərində sərt və şübhəli idarəçiliyi səbəbindən Nadir Şah öz sərkərdələri tərəfindən saray çevrilişi ilə öldürüldü.

* 🏰 Müstəqil Xanlıqlar: Nadir Şahın ölümündən dərhal sonra dövlət parçalandı. Bu parçalanma nəticəsində Azərbaycan ərazisində müstəqil Azərbaycan xanlıqları (Qarabağ, İrəvan, Şəki, Quba və s.) yarandı.

* 🚩 Cənubi Azərbaycandakı Əfşar xanlığı: Urmiya mərkəzli Urmiya xanlığı (Fətəli xan Əfşar) bir müddət regionda böyük gücə çevrildi.
💡 Qısa xülasə: Əfşarlar Türk dünyasının ən döyüşkən boylarından biri kimi Yaxın Şərqin hərbi və siyasi xəritəsini köklü şəkildə dəyişmiş, Azərbaycan dövlətçilik tarixində silinməz iz qoymuşdur. 🔥
93002
📌Qeyd: mənim,sənin,onun,bizim,sizin,onların sözündəki ın⁴ şəkilçisi yiyəlikdir.

✨Yiyəlik və Təsirlik hal müəyyən və qeyri-müəyyən olur.
Bunları necə ayıraq. Nümunələrlə izah edək.
1. Kitab bilik mənbəyidir.
2. Kitabın maraqlı idi.
3. Kitab aldı
4. Kitabı evdə qaldı.
5. Kitabın içi yazılmışdır.
Cümlələri bir-bir təhlil edək.
1-ci cümlədə kitab sözündə heç bir şəkilçi yoxdur. Nə "ın" şəkilçisi nə də "ı" şəkilçisi artıra bilmirəm. Ona görə adlıqdır.
2-ci cümlədə kitabın sözü ilk baxışdan yiyəlik hala oxşuyur. Amma -ın⁴ şəkilçisi mənsubiyyətdə də var idi axı. Mənsubiyyəti dedik ki, ismin əvvəlinə mənim,sənin,onun,bizim,sizin onların artırmaqla tapırıq. İndi artıraq. Sənin kitabın məndədir. Burdakı -ın⁴ mənsubiyyətdir. Dedik ki, mənsubiyyətdə olan söz adlıq haldadır. Deməli, bu söz adlıq haldadır.
3-cü cümlə: Burada ilk olaraq kitab adlıq hala bənzəyir. Amma biz bura -ı⁴ şəkilçisi artıra bilirik. Kitabı aldı. Buradakı kitab sözü qeyri-müəyyən təsirlik haldadır.
4-cü cümlə: İlk baxışda kitabı sözü təsirlik  hala oxşayır. Amma "Onun kitabı evdə qalıb" deyə bilirik, "onun" sözünü artıra bilirik. Ona görə də, bu cümlə mənsubiyyətdir. Mənsubiyyətdə olan söz adlıq haldadır.
5-ci cümlə: Kitabın sözünün əvvəlinə "Sənin kitabın içi yazılmışdı" deyə bilmirik, mənsubiyyətdə deyil, demək yiyəlik haldır.

🔍Ümumiləşdirsək: Şəkilçisi olmayan sözü adlıq hal götürməyə tələsməyin. Əvvəl -ın⁴ sonra -ı⁴ şəkilçisi artırın. Əgər -ın⁴ şəkilçisini artıra bilirsinizsə, yiyəlik, -ı⁴ şəkilçisini artıra bilirsinizsə, təsirlik haldır.
Əgər şəkilçi varsa, sözün əvvəlinə "Sənin, Onun" artırın. Əgər bunları artıra bilirəmsə, mənsubiyyət-yəni, adlıq haldır. "Sənin, Onun" atıra bilmirəmsə, -ın⁴ olanda yiyəlik, -ı⁴ olanda təsirlik halda olan söz sayılır.
134003
𝙔𝙖𝙙𝙙𝙖 𝙨𝙖𝙭𝙡𝙖
Lirik növün şifahi xalq ədəbiyyatında əsas janrları: nəğmə,bayatı, mahnı.

Epik növdə olan əsərlər həm nəsrlə, həm də nəzmlə yazıla bilər.

Epik növdə hadisələr oxucuya təhkiyə yolu ilə çatdırılır.

Heca vəznli şeirlərdə istisna hallarda bölgü prinsipi pozula bilər.

Hekayənin gözlənilməz sonluqla bitən forması Novella adlanır.

https://t.me/abituriyent_2024_3qrup
1560011
📚 TARİX QEYDLƏRİ: İBTİDAİ İCMA QURULUŞU 🏛

İnsan cəmiyyətinin inkişafının ən uzunmüddətli mərhələsi olan ibtidai icma quruluşu arxeoloji olaraq əmək alətlərinin hazırlandığı materiallara görə dövrlərə bölünür:

1️⃣ DAŞ DÖVRÜ 🪨
🔥 PALEOLİT (Qədim daş dövrü) — Ən uzun dövrdür:
* 🦴 Alt Paleolit: Quruçay mədəniyyəti (Azıx mağarası - M.Hüseynov). Mənimsəmə təsərrüfatı (yığıcılıq və ovçuluq), ulu icma, təbii od var idi. İnsan tipi: Bacarıqlı insan.

🌋 Orta Paleolit (Mustye):

Neandertal insan yarandı. Süni od əldə edildi. Axirət dünyasına inam formalaşdı. (Tağlar, Qazma, Daşsalahlı mağaraları).

🗣 Üst Paleolit: Ağıllı insan

(Homo sapiens) yarandı. Ulu icma dağıldı, Qəbilə icması (Anaxaqanlığı/Matriarxat) yarandı. İbtidai incəsənət (Qobustan, Damcılı) və səsli nitq formalaşdı.

🏹 MEZOLİT (Orta daş dövrü):

🏹 Ox və kaman kəşf edildi.
🌾 İstehsal təsərrüfatının (əkinçilik və maldarlığın) əsası qoyuldu (rüşeymləri yarandı).
🐕 İlk dəfə heyvanlar əhliləşdirildi (ilk əhliləşdirilən heyvan — it).
🔪 Mikrolit (kiçik ölçülü) daş alətlər yarandı.

🌾 NEOLİT (Yeni daş dövrü):

🔄 Neolit inqilabı: İnsanlar mənimsəmə təsərrüfatından tamamilə istehsal təsərrüfatına keçdilər.
🏠 Oturaq həyat tərzi başlandı.
🏺 Toxuculuq, dulusçuluq, daşın cilalanması və deşilməsi yarandı.

🛑 Qeyd: Bu dövrdə metaldan hələ istifadə olunmurdu!

2️⃣ MİS-DAŞ DÖVRÜ (ENEOLİT) 🟡

🪓 İnsanların tanış olduğu ilk metal — MİS oldu. Lakin hələ də daş alətlər üstünlük təşkil edirdi.
👩‍👧‍👦 Ana xaqanlığının (Matriarxatın) ən yüksək inkişaf dövrü idi.
⚰️ İlk dəfə ölülər yaşayış məskənlərində (evlərin altında/həyətdə) dəfn edildi, üzərinə qırmızı boya (oxra) səpildi.
🧹 Toxa əkinçiliyi və evdar maldarlıq inkişaf etdi.

3️⃣ TUNC DÖVRÜ (Ata xaqanlığı / Patriarxat) ⚔️

🚜 Erkən Tunc: Toxa
əkinçiliyini Xış əkinçiliyi əvəz etdi. Süni suvarma yarandı. I Böyük İctimai Əmək Bölgüsü baş verdi (Maldarlıq əkinçilikdən ayrıldı). Anaxaqanlığı Ataxaqanlığı ilə əvəz olundu. Ölülər yaşayış yerindən kənarda (kurqanlarda) dəfn edilməyə başladı.

🏺 Orta Tunc: II Böyük

İctimai Əmək Bölgüsü baş verdi (Sənətkarlıq müstəqil sahəyə çevrildi). İlk ticarət/mübadilə mərkəzləri olan ilk şəhər mərkəzləri yarandı (Naxçıvan/Oğlanqala, Urmiya/Göytəpə). Üzümçülük, şərabçılıq və boyaqçılıq inkişaf etdi.

🛡 Son Tunc / Erkən Dəmir: III

Böyük İctimai Əmək Bölgüsü baş verdi (Sənətkar-tacir qrupu ayrıldı). Ata xaqanlığının pik nöqtəsi, əmlak bərabərsizliyi və tayfa ittifaqlarının (dövlət qurumlarının) yaranması ilə nəticələndi.

⚠️ İmtahanlarda Ən Çox Səhv Edilən Tələlər:

📌 İstehsal təsərrüfatının əsası Mezolitdə qoyulub, tam keçid isə Neolitdə baş verib.

📌 Ataxaqanlığı Erkən Tunc dövründə yarandı (çünki ağır fiziki əmək tələb edən xış əkinçiliyi və maldarlıq kişilərin əlinə keçdi).

📌 Eneolitdə ilk metal mis idi, lakin yumşaq olduğu üçün daş alətləri dərhal sıradan çıxarmadı.
206005
XX əsrin 20-30-cu illərində imzalanmış paktlar haqqında məlumat:

🔵Qeyd: Pakt ➡️ Latın sözüdür, mənası saziş, razılaşma deməkdir.

🤝 Reyn paktı ➡️ 1925-ci ildə imzalanmışdır.
Almaniya, İngiltərə, Fransa, İtaliya, Belçika arasında imzalandı.
➡️ Pakta əsasən ⤵️
🔴Fransa, Belçika və Almaniya arasındakı sərhədlərin toxunulmazlığı təminat altına alındı.
🔴Anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinə qərar verildi)

🤝Brian-Kelloq paktı
➡️ 1928-ci ildə imzalanmışdır.
➡️Paktın əsas təşəbbüskarı Fransanın Xarici İşlər Naziri A.Brian və ABŞ-ın Dövlət katibi F.Kelloq idi.
➡️Sonra isə 48 dövlət bu pakta qoşuldu. SSRİ 1929-cu ildə pakta qoşulmuşdur. Paktı imzalayan dövlətlər iki əsas öhdəliyi üzərlərinə götürürdülər.
🔴Müharibələrdən imtina etməyi,
🔴 Bütün münaqişə və mübahisələri dinc yolla həll etməyi.

🤝Antikomintern paktı
➡️ 1936-cı ildə imzalanmışdır.
➡️Almaniya və Yaponiya arasında imzalanmışdır. Sonradan bu pakta İtaliya, Macarıstan, İspaniya da qoşuldu.
🔴"Antikomintern"paktını imzalayan dövlətlər Beynəlxalq kommunist təşkilatlarına qarşı birlikdə mübarizə aparmalı idilər.
🔵Qeyd: Komintern-Dünyada kommunist ideologiyasını yaymaq üçün SSRİ tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

🤝Polad pakt
➡️ 1939-cu ildə imzalanmışdır.Bu pakt Almaniya və İtaliya arasında imzalanmışdır.
🔴Polad paktına əsasən Almaniya və İtaliya müharibə vəziyyətində bir-birinə yardım etməyi nəzərdə tuturdu.

🤝Molotov-Ribbentrop paktı
➡️ 1939-cu ildə imzalanmışdır.
➡️Almaniya və SSRİ arasında imzalanmışdır.
🔴Pakta əsasən müharibə zamanı Almaniya və SSRİ bir-birinə hücum etməyəcəkdi. Pakta gizli bir protokol əlavə edilmişdir. Bu protokola əsasən:
♦️Polşanın bölüşdürülməsi razılaşdırıldı.
♦️Şərqi Avropa Almaniya və SSRİ-nin nüfuz dairələrinə bölündü.➡️Polşanın qərbi və Litva Almaniyanın nüfuz dairəsi hesab edildi. Estoniya,Latviya,Finlandiya və Bessarabiya SSRİ-nin nüfuz dairəsi hesab edildi.

🤝Üçlük paktı
➡️ 1940-cı ildə imzalanmışdır.
➡️Almaniya,İtaliya və Yaponiya arasında imzalanmışdır.
336001
AĞQOYUNLU DÖVLƏTİ

PƏHLƏVAN BƏY ➡️ Ağqoyunlu tayfa ittifaqını yaratdı.
QARA OSMAN BƏY ➡️ Ağqoyunlu bəyliyini yaratmışdı.
HƏSƏN BƏY ➡️ Ağqoyunlu dövlətini yaratmışdı.

📝AĞQOYUNLU BƏYLİYİ İLƏ OSMANLILAR ARASINDA MÜBARİZƏ

1461 ➡️ QOYLUHİSAR DÖYÜŞÜ (Həsən bəy Osmanlı qoşununa qalib gəldi ancaq Bayandurlular yetəri qədər güclü olmadığı üçün anası SARA XATUNU ll Mehmetlə sülh danışığına yolladı)
⚔️1461-ci ildə ll MEHMET TRABZONU fəth etdi.
Bunun nəticəsində :
1.Ağqoyuular öz müttəfiqini itirdi.
2.Ağqoyunlu-Avropa ticarət əlaqələrinə ağır zərbə vuruldu.
3.Ağqoyunlu tacirləri Qara dənizə birbaşa çıxışını itirdi.

⚔️1467 MUŞ döyüşü (HƏSƏN BƏY QARAQOYUNLU CAHANŞAHI məğlub etdi)
⚔️1468-QARAQOYUNLU HƏSƏNƏLİNİ məğlub etdi və Paytaxt Təbriz şəhərini tutdu. QARAQOYUNLU DÖVLƏTİ SÜQUT ETDİ AĞQOYUNLU DÖVLƏTİ YARANDI.


📝Teymuri hökmdarı Əbu Səid Ağqoyunlu dövləti yarandıqdan sonra onun yaranması ilə barışmadı və Azərbaycana yürüş etdi.(ƏBU SƏİDİN qoşunu Muğanda mühasirəyə alınaraq məğlub edildi )
🤝1472-ci ildə AĞQOYUNLU DÖVLƏTİ VENESİYA ilə OSMANLI əleyhinə hərbi ittifaq bağladı.(Venesiya Ağqoyunlu dövlətinə odlu silahlar və mütəxəsislər göndərməli idi.)

📝AĞQOYUNLU-OSMANLI MÜHARİBLƏRİ 1472-1473
⚔️1472 ➡️ BEYŞEHİR DÖYÜŞÜ OSMANLI DÖVLƏTİ QALİB GƏLDİ.
⚔️1473 AVQUSTUN 1-İ ➡️MALATYA DÖYÜŞÜ AĞQOYUNLU DÖVLƏTİ QALİB GƏLDİ.
⚔️1473 AVQUSTUN 11-İ OTLUQBELİ ➡️ OSMANLI DÖVLƏTİ QALİB GƏLDİ.

Həsən bəy bacısı XƏDİCƏ BƏYİMİ ƏRDƏBİL HAKİMİ ŞEYX GÜNEYDƏ, QIZI ALƏMŞAH BƏYİMİ ŞEYX HEYDƏRƏ ƏRƏ VERDİ VƏ AĞQOYUNLU-SƏFƏVİ İTTİFAQINI MÖHKƏMLƏTDİ.
🔵1475-ci ildə MOSKVA KNYAZI lll İVAN BAYANDURLU sarayına QIZIL ORDUYA QARŞI BİRGƏ MUBARİZƏ APARMAQ ÜÇÜN elçi göndərdi ancaq QIZIL ORDU XANI daha əvvəl Həsən padşaha qiymətli hədiyyələr göndərmiş və CƏNUB SƏRHƏDLƏRİNİN POZULMAMASI HAQQINDA HƏSƏN PADŞAHDAN təminat almışdı.
⚔️1477-ci ildə HƏSƏN PADŞAH GÜRCÜSTANA YÜRÜŞ ETDİ VƏ Vl BAQRATLA SÜLH BAĞLADI (TİFLİS DƏ DAXİL OLMAQLA ŞƏRQİ GÜRCÜSTAN AĞQOYUNLU DÖVLƏTİNƏ BİRLƏŞDİRİLDİ)

🔵YAQUB PADŞAHIN HAKİMİYYƏTİ (1478-1490)
✔️ll BƏYAZİD ilə dostluq münasibəti yaratdı.
✔️ Şirvanşahlar ilə qohumluq əlaqəsi qurdu.
⚔️1488 ŞAHDAĞ DÖYÜŞÜNDƏ ŞİRVANŞAH FƏRRUX YAŞARA kömək etdi.
✔️Ərdəbilə yürüş edərək SƏFƏVİ MÜRİDLƏRİNƏ divan tutdu.

📝 AĞQOYUNLU ŞAHZADƏLƏRİ ARASINDA MÜBARİZƏ :
BAYSUNQUR(1490-1492)⤵️
RÜSTƏM MİRZƏ BƏRDƏ DÖYÜŞÜNDƏ BAYSUNQURU MƏĞLUB ETDİ.
ƏHMƏD MİRZƏ 1496 NAXÇIVAN DÖYÜŞÜNDƏ RÜSTƏM PADŞAHI MƏĞLUB ETDİ VƏ 1497-Cİ İLDƏ TAXTA ÇIXDI.
MURAD MİRZƏ (1497-1503)
ƏLVƏND MİRZƏ (1497-1501)
🤝1500-cü ildə MURAD MİRZƏ VƏ ƏLVƏND MİRZƏ ƏBHƏR SAZİŞİNİ İMZALADI VƏ AĞQOYUNLU DÖVLƏTİ PARÇALANDI.
✅FARS İRANI,KİRMAN,ƏCƏM İRAQI MURAD MİRZƏDƏ QALDI.
✅AZƏRBAYCAN VƏ ŞƏRQİ ANADOLU ƏLVƏND MİRZƏYƏ VERİLDİ.

📝SƏFƏVİ SÜLALƏSİNİN NUMAYƏNDƏSİ İSMAYIL MİRZƏ⤵️
⚔️1501-ŞƏRUR DÖYÜŞÜNDƏ ƏLVƏND MİRZƏNİ MƏĞLUB ETDİ.
⚔️1503-HƏDAN (ALMABULAĞI) DÖYÜŞÜNDƏ MURAD MİRZƏNİ MƏĞLUB ETDİ, AĞQOYUNLU DÖVLƏTİ SÜQUT ETDİ.
325003
Qaraqoyunlu dövləti..

Dövlət yaranmamışdan əvvəl baş verən önəmli hadisələr:

Qaraqoyunlu tayfaları:
Ağacərilər (V əsrdən Azərbaycanda məskunlaşmış və Monqol yürüşləri zamanı Xalxal ərazisini idarə etmişlər).
Türkmanlar (Vll əsrdən Azərbaycanda məskunlaşmışlar )
Sədlilər (Naxçıvan və Sürməlidə məskunlaşmışlar)
Baharlılar (Qaraqoyunlu tayfa birliyinin və dövlətinin yaranmasında əsas rol oynayıblar ).


BAYRAM XOCA (1375-1380) ➡️XlV əsrin sonlarında mərkəzi Van şəhəri olan Qaraqoyunlu bəyliyini yaratdı.
QARA MƏHƏMMƏD (1380-1389)➡️ Mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimliyini yaratmışdır.
QARA YUSİF (1389-1420) ⤵️
⚔️1394- BAĞDAD döyüşü (QARA YUSİF və SULTAN ƏHMƏD TEYMURİLƏRƏ məğlub oldu)
⚔️1406-ARAZ ÇAYI SAHİLİNDƏ DÖYÜŞ (QARA YUSİF MİRANDAHIN oğlu ƏBU BƏKRİ məğlub etdi)
⚔️1408-SƏRDRUD döyüşü (QARA YUSİF TEYMURİ ƏBU BƏKRİ tam məğlub etdi və MİRANŞAH öldürüldü)
⚔️1410-ƏSƏD QƏSƏBƏSİ KƏNARINDA DÖYÜŞ (QARA YUSİF SULTAN ƏHMƏDİ məğlub etdi və CƏLAİRİLƏR DÖVLƏTİ süqut etdi QARAQOYUNLU DÖVLƏTİ yarandı.)

Dövlət yarandıqdan sonrakı hadisələr:

⚔️1412-KÜR ÇAYI SAHİLİNDƏ DÖYÜŞ (QARA YUSİF ŞİRVANŞAH l İBRAHİMİ məğlub etdi)
⚔️1420-TEYMURİ ŞAHRUX Azərbaycana yürüş etdi (Şahruxun müttəfiqləri Şirvanşah l Xəlilullah və Ağqoyunlu feodal hakimliyi). QARA YUSİF ŞAHRUX üzərinə hərəkət edərkən yolda vəfat etdi.

QARA İSGƏNDƏR (1420-1436) ⤵️
⚔️1421-ALAŞKERT DÖYÜŞÜ (ŞAHRUX İSGƏNDƏRİ məğlub etdi)
⚔️1435-TƏBRİZ YAXINLIĞINDA DÖYÜŞ (ŞAHRUX İSGƏNDƏRİ taxtdan saldı və CAHANŞAHI hakimiyyətə gətirdi)

CAHANŞAH (1436-1467) ⤵️
1436-1447-ci illərdə dövləti Teymurilərin vassalı kimi idarə etdi.
ŞAHRUXUN ölümündən sonra (1447) müstəqil siyasət yeritdi.
ŞİRVANŞAHLAR ilə gərginliyi aradan qaldırdı.
AĞQOYUNLULAR ilə uğursuz mübarizə apardı.
OSMANLI dövləti ilə dost TEYMURİ dövləti ilə mübarizəni davam etdirdi.
⚔️XV əsrin 50-ci illərində Teymuri şahzadələri arasında olan çəkişmələrdən istifadə edərək İRANIN MƏRKƏZİNİ və ŞƏRQİNİ -ƏCƏM İRAQINI, İSFAHAN və QUM ŞƏHƏRLƏRİNİ YƏZD və KİRMANI ələ keçirdi
⚔️1458-HERATI tutdu, TEYMURİLƏRİN taxtına əyləşdi.
HƏSƏNƏLİ TƏBRİZDƏ PİRBUDAQ BAĞDADDA qiyam qaldırdığı üçün 1459-cu ildə TEYMURİ ƏBU SƏİD ilə sülh bağlayıb,təzminat alaraq geri qayıtdı.
SƏFƏVİLƏRİN ƏRDƏBİL HAKİMLİYİ ilə mübarizə apardı.
⚔️1460-cı ildə SƏFƏVİLƏR ŞİRVANA VƏ DAĞISTANA hücum edərkən ŞİRVANŞAH l XƏLİLULLAHA kömək etdi.
Oturaq əhaliyə və iri tacirlərə arxalanaraq mərkəzə tabe olmayan yarım köçmə əmirlərə qarşı mübarizə apardı.
Hərbi islahat keçirdi.

Dövlətin süqutu..

⚔️1467-MUŞ DÖYÜŞÜNDƏ AĞQOYUNLU HƏSƏN BƏY CAHANŞAHI məğlub etdi onu öldürdü.
⚔️1468-AĞQOYUNLU HƏSƏN BƏY QARAQOYUNLU HÖKMDARI HƏSƏNƏLİYƏ qalib gələrək TƏBRİZİ tutdu QARAQOYUNLU DÖVLƏTİ süqut etdi və AĞQOYUNLU DÖVLƏTİ YARANDI.
328001
_ Qeydlər ✍

📌1. Üçün, ötrə, savayı, yalnız sözləri yalnız qoşma olur.

📌2.Üzrə yalnız adlıq halda işlənən qoşmadır.

📌3. Bəri, sonra yalnız cümlə daxilində sinonim olur.

📌4. "Ha" ədatı feilin əmr şəkilində aid sözlərdən sonra işlənərsə əmir, qalan hallarda qüvvətləndirici ədat kimi çıxış edir.

📌5. Sanki, guya, elə bil modal sözlərindən sonra vergül qoyulmur.

📌6. Hər əvəzliyi kəs, şey sözlərinin əvvəlində işlənərsə əvəzlik, vaxt, zaman, an, gün sözlərinin əvvəlində işlənərsə zaman zərfi olur.

📌7. Belə, elə əvəzliyi intonasiyaya görə həm ədat, həm də əvəzlik kimi başa düşülə bilər.

📌8. Kimsə sözü heç kimlə əvəz etmək olur. Məs. kimsə dillənməsin. Bu zaman cümlədəki feil inkarda olur.

📌9. Hamı, hərə, bəzi Qeyri-müəyyən əvəzlikləri  l, ll, lll şəxsin təkinin yox, cəminin məsubiyyətini qəbul edir.

📌10. Nağıl, taxıl, müdir, üfüq sözləri şəkilçi qəbul etdikdə ll hecasındakı qapalı sait heç zaman düşmür.
343003
📜 ⚔️ Slavyanların Azərbaycana yürüşləri..
━━━━━━━━━━━━━━
🌊 İlk yürüşlər
🔹 IX əsrin sonu — slavyan yürüşləri başladı.
🔹 X əsrin əvvəli — yürüşlər aramsız xarakter aldı.
━━━━━━━━━━━━━━
⚔️ 909-cu il yürüşü
📍 Xəzərin cənub sahilləri
📍 Abaskun adası qarət edildi.
🛡️ Yerli əhali slavyanları məğlub etdi.
━━━━━━━━━━━━━━
⚔️ 910-cu il yürüşü
📍 Sarı adası
📍 Xəzərin cənub-qərb sahilləri qarət edildi.
⚔️ Gilan şəhərinə hücum etdilər.
❌ Məğlub oldular.
━━━━━━━━━━━━━━
⚔️ 914-cü il yürüşü
Daha böyük və nizamlı donanma ilə həyata keçirildi.
↩️ Geri qayıdarkən:
🛡️ Bulqarlar
🛡️ Burtaslar
🛡️ Xarəzm türkləri
tərəfindən məğlub edildilər.
━━━━━━━━━━━━━━
🏰 944-cü il yürüşü
🎯 Əsas məqsəd:
📍 Bərdə şəhərini ələ keçirmək və burada möhkəmlənmək
🔥 Şəhər tutuldu.
💥 Böyük dağıntılar törədildi.
━━━━━━━━━━━━━━
⚔️ 947-ci il yürüşü
📍 Dərbənd hakimi slavyanları köməyə çağırdı.
🛡️ Sonradan onlardan mühafizə dəstəsi yaratdı.
━━━━━━━━━━━━━━
⚔️ 1030-cu il yürüşü
🎯 Hədəf:
🏰 Şirvanşahlar dövlətinə hücum
👑 Şirvanşah I Mənuçöhr Araz çayının qarşısını bənd ilə kəsərək slavyanların hücumunun qarşısını aldı.
━━━━━━━━━━━━━━
⚔️ 1032–1033-cü illər
🤝 Alan və sərrir tayfaları ilə birlikdə yürüş etdilər.
🎯 Əsas məqsəd:
🏰 Şirvan şəhərlərini qarət etmək
❌ Yerli əhalinin köməyi ilə geri qovuldular
━━━━━━━━━━━━━━
🏁 Son yürüş — 1175
👑 Şirvanda hakimiyyətdə: I Axsitan
🤝 III Georginin köməyi ilə
slavyanlar ölkədən qovuldu.
━━━━━━━━━━━━━━
352003
AXC-nin xarici siyasəti və süqutu

Osmanlı ilə münasibətlər
📌 4 iyun 1918 → Batum müqaviləsi imzalandı.
📌 Osmanlı İmperiyası AXC-ni tanıyan ilk dövlət oldu.
📌 1918 oktyabr-noyabr → Osmanlı qoşunları Azərbaycanı tərk etdi.

Böyük Britaniya ilə münasibətlər
📌 Azərbaycan İngiltərənin işğal zonasına daxil edildi.
📌 General Tomsonun rəhbərliyi ilə ingilis qoşunları Bakıya gəldi.
📌 Əvvəlcə AXC-ni tanımadılar ❌
📌 Sonradan F.X.Xoyskinin III hökumətini tanıdılar ✅

Ermənistanla münasibətlər
📌 29 may 1918 → İrəvan ermənilərə verildi.
📌 Əvəzində ermənilər:
➜Zəngəzur
➜ Naxçıvan
➜ Şərur-Dərələyəz
➜ Qarabağa olan iddialardan əl çəkməli idi ancaq şərtlər yerinə yetirilmədi.

Dağlı Respublikası ilə münasibətlər
⚔ Əvvəl → sərhəd mübahisələri
✅ Sonra → münasibətlər normallaşdı.
📌 1919 → Denikin Dağlı Respublikasını işğal etdi.

Gürcüstanla münasibətlər
📌 Mübahisəli ərazilər:
➜ Borçalı
➜ Ahalkalak
➜ Lori
Gürcüstan da AXC-yə ərazi iddiaları irəli sürmüşdü.
✅ Problemlər danışıqlar yolu ilə həll edildi.
📌 Qarşılıqlı səfirliklər açıldı.
📌 16 iyun 1919 → hərbi müdafiə paktı bağlandı.

Qacarlar dövləti ilə münasibətlər
📌 Mart 1920 → dostluq müqaviləsi bağlandı.
📌 Qacarlar dövləti AXC-ni de-yure tanıdı.
📌 Qarşılıqlı səfirliklərin açılmasına razılıq verildi.

İtaliya ilə münasibətlər
📌 İtaliyaya himayəçilik təklif edildi.
📌 Fevral 1920 → saziş imzalandı.
📌 İtaliyadan:
➜ silah-sursat
➜ hərbi ləvazimat alınmalı idi.

Versal Sülh Konfransı
📌 1918-ci il dekabrın 28- i göndəriləcək nümayəndə heyətinin tərkibi təsdiq edildi, Əlimərdan bəy Topçubaşov rəhbər təyin edildi.
📌 11 yanvar 1920 → Versal Sülh Konfransı AXC-ni de-fakto tanıdı.

AXC-nin süqutu
⚔ 2 aprel 1920 → Əsgəran döyüşündə ermənilər məğlub edildi.
✅ Əsgəran və Xocalı azad edildi.
✅ Keşiş kəndi azad edildi.
📌30 mart 1920 → Nəsib bəy Yusifbəylinin V hökuməti istefa verdi. Vl hökumətin təşkili M.H.Hacıniskiyə tapşırıldı. Ancaq yeni hökumət yaradıla bilmədi.

26-27 aprel 1920
⚔XI Qırmızı Ordu sərhədi keçdi.
Yalama və Xudat tutuldu.
🔴 28 aprel 1920
❌ AXC süqut etdi.
Azərbaycanda sovet hakimiyyəti quruldu.
Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.
556003
🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920)
━━━━━━━━━━━━━━━
AXC-nin yaranması
28 may 1918 — Tiflis
Milli Şuranın ilk iclası keçirildi.
Məhəmməd Əmin Rəsulzadə — sədr seçildi.
İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Fətəli xan Xoyski — ilk hökuməti qurdu.
━━━━━━━━━━━━━━━
Hərbi-siyasi hadisələr..
İyun 1918 — Borçalı döyüşü
Osmanlı ordusu alman-gürcü qüvvələrini məğlub etdi.
Nuru paşa Gəncəyə gəldi.
16 iyun — paytaxt Tiflisdən Gəncəyə köçürüldü.
27 iyun – 1 iyul — Göyçay döyüşləri ⚔
Qafqaz İslam Ordusu qələbə qazandı.
31 iyul — Bakı Xalq Komissarlığı istefa verdi.
1 avqust — Sentrokaspi diktaturası yaradıldı.
4 avqust — 🇬🇧 General Denstervil Bakıya gəldi
15 sentyabr 1918 — Bakı azad edildi.
17 sentyabr — paytaxt Bakıya köçürüldü.
━━━━━━━━━━━━━━━
Dövlət quruculuğu..
24 iyun 1918 — ilk qırmızı bayraq qəbul edildi.
9 noyabr 1918 — üçrəngli bayraq qəbul edildi 🇦🇿
27 iyun — Azərbaycan dili dövlət dili elan olundu.
7 dekabr 1918 — Parlament fəaliyyətə başladı.
1919 — Vətəndaşlıq haqqında qanun qəbul edildi.
Parlament seçkiləri planlaşdırıldı, amma işğal səbəbilə keçirilmədi.
━━━━━━━━━━━━━━━
Ordu quruculuğu..
26 iyun 1918 — Əlahiddə Azərbaycan korpusu yaradıldı.
Noyabr 1918 — Hərbi Nazirlik bərpa edildi.
Xosrov bəy Sultanov — ilk hərbi nazir
Səməd bəy Mehmandarov — hərbi nazir oldu.
İyun 1919 — Gürcüstanla hərbi saziş imzalandı.
Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı.
━━━━━━━━━━━━━━━
General-qubernatorluqlar..
Qarabağ general-qubernatorluğu — yanvar 1919
Rəhbər: Xosrov bəy Sultanov

Naxçıvan general-qubernatorluğu — fevral 1919
İlk rəhbər: Bəhram xan Naxçıvani
Avqust 1919 — Səməd bəy Cəmillinski rəhbər təyin edildi.
━━━━━━━━━━━━━━━
Muğan hadisələri..
May 1919 — bolşeviklər Muğanda hakimiyyəti ələ aldı.
Avqust 1919 — Həbib bəy Səlimov Muğan Sovet Respublikasını ləğv etdi.
━━━━━━━━━━━━━━━
İqtisadi tədbirlər..
Müvəqqəti olaraq ərzağın ölkədən çıxarılması qadağan edildi.
Azərbaycan manatı dövriyyəyə buraxıldı.
Sentyabr 1919 — Azərbaycan Dövlət Bankı yaradıldı.
Batum neft kəmərindən istifadə hüququ əldə edildi (Versal müqaviləsinin 89-cu maddəsinə əsasən).
━━━━━━━━━━━━━━━
Sosial tədbirlər..
Kasıb ailələrin uşaqlarına yardım haqqında qanun qəbul edildi.
Aqrar islahat layihəsi hazırlandı, lakin həyata keçirilmədi.
━━━━━━━━━━━━━━━
Mədəni tədbirlər..
28 avqust 1918 — məktəblər milliləşdirildi.
1 sentyabr 1919 — Bakı Dövlət Universiteti yaradıldı.
Əlifba İslahat Komissiyası yaradıldı.
Latın əlifbasına keçid layihəsi bəyənildi ancaq sovet işğalı ilə əlaqədar həyata keçirilmədi.
496003
Avtobioqrafik məzmunlu əsərlər

«Töhfətül-İraqeyn» poeması. (Ə.Xaqani)
«Şikayətnamə» əsəri. (M.Füzuli)
«Miratül-camal» poeması. (A.Bakıxanov)
«Xatiratım». (C.Məmmədquluzadə)
«Komsomol poeması». (S.Vurğun)
«Nişapurda günəş batarkən», «Qardaşım oğlu Hüşəngə», «Gecənin əfsanəsi». (M.Şəhriyar)
«Geriyə baxma, qoca» roman, «Uçatılan» povest. (İ.Əfəndiyev)
«Cəbhə gündəlikləri». (İ. Şıxlı)
396005
Qaraxanlı dövləti

Qarluq tayfaları..
_Aşina soyuna mənsub türkdilli tayfalar idilər.
_Özlərini Turan hökmdarı Alp Ər Tunqanın (Əfrasiyabın) varisləri hesab edirdilər.

🔵 Qutluq Bilgə Qədir xan 👉 840-cı ildə Qaraxanlı dövlətini yaratdı.
Ərazisi 👉 Şərqi Türküstan,Yeddisu və Tyan-Şan dağlarını əhatə edirdi.
İlk paytaxtı 👉 Balasaqun şəhəri.

🔵Satuk Buğra xanın hakimiyyəti
932-ci ildə İslam dinini rəsmi dövlət dini elan etdi.
Türküstanda İslam dininin qəbul edilməsi nəticəsində Türk dilində islam ədəbiyyatı yaranmağa başladı.
Qədim türk yazıları ərəb qrafikalı əlifba ilə əvəz olundu.
X əsrin sonunda türk dilində ilk dəfə "Quran"ın təfsiri (təfsir yəni "izahetmə", "şərhetmə") yazıldı.
942-ci ildə xaqan titulunu qəbul etdi.
Paytaxtı Balasaqun şəhərindən Kaşğar şəhərinə köçürdü.
⚔️999-cu ildə Qaraxanlılar Qəznəlilərlə birlikdə Samanilər dövlətini süquta uğradaraq onun ərazilərini öz aralarında böldülər.
⚫1042-ci ildə Qaraxanlı dövləti feodal dağınıqlığı və daxili çəkişmələr nəticəsində iki hissəyə parçalandı 👉 Şərqi və Qərbi Qaraxanlı dövləti.
⚫Xlll əsrin əvvəlində qarakitaylar Şərqi Qaraxanlı dövlətinə son qoydu.
⚫1212-ci ildə Xarəzmşahlar dövləti Qərbi Qaraxanlı dövlətinə son qoydu.
522006
Təhrif nədir?

Təhrif – sözün, ifadənin, fikrin və ya məlumatın formasını dəyişdirərək onun əsl mənasını pozmaq, yanlış şəkildə təqdim etmək deməkdir.

Təhrif etmək – dəyişdirərək nöqsanlı hala salmaq, korlamaq, yanlış göstərmək.
📝 Nümunələr: Fikri təhrif etmək – deyiləni başqa cür çatdırmaq.
Əsərin məzmununu təhrif etmək – əsərdə deyiləni dəyişdirib səhv izah etmək.
Hadisəni təhrif etmək – baş verəni olduğu kimi yox, fərqli göstərmək.

✅ Qısaca: təhrif = həqiqəti dəyişdirib səhv göstərmək.
518002

Showing 30 of 44 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 Telegram kanalı ne hakkında?+

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 (@abituriyent_2024_3qrup), tgdio üzerinde Hayat Dersleri kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 7.069 abonesi var.

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 (@abituriyent_2024_3qrup) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @abituriyent_2024_3qrup abonesi olun.

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 iyi bir Hayat Dersleri kanalı mı?+

tgdio üzerinde katılmadan önce 𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 7.069 abonesi var. Benzer Hayat Dersleri kanallarla karşılaştırın.

𝟯-𝗰ü 𝗾𝗿𝘂𝗽 𝗮𝗯𝗶𝘁𝘂𝗿𝗶𝘆𝗲𝗻𝘁𝗹ə𝗿𝗶📚 istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @abituriyent_2024_3qrup sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.