Ailə əxlaqı ❦ Telegram channel photo

Ailə əxlaqı ❦

@exlaq_channelPublic Channel

🌷 Evlilərə və subaylara məsləhətlər, 🌷 Hamilə xanımlara tövsiyyələr, 🌷 Kişi-qadın münasibətləri, 🌷 Uşaq tərbiyəsi, 🌷 Ata-anaya itaət, 🌷 Dahilərdən kəlamlar, 🌷 Ayə, hədis, şəri hökm, 🌷 Qısaca ailə haqqında hər şey. 15-11-2016

800

Last views

1.9k (1,855 subscribers)
Üyeler
—
Rating
15
Total Posts
Oct 15, 2026, 4:23 PM
Güncellendi
Apr 10, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameAilə əxlaqı ❦
Username@exlaq_channel
CategoryHayat Dersleri
LanguageTürkçe
CountryTürkiye
Üyeler1,855
Channel TypePublic Channel
Created10 Nis 2026
Last Updated15 Eki 2026 • 6 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#402444-935
Dil Sıralaması
#3985-2
Kategori Sıralaması
#2922-4

Üye Büyümesi

Toplam: 1.9K30 Days growth: -562.9%
09/1609/2109/2610/0110/0610/1110/15
Üye Büyümesi - 30 Days
DateSubscribers
16:09:20261,911
17:09:20261,911
18:09:20261,901
19:09:20261,901
20:09:20261,901
21:09:20261,901
22:09:20261,901
23:09:20261,901
24:09:20261,901
25:09:20261,901
26:09:20261,901
27:09:20261,901
28:09:20261,901
29:09:20261,901
30:09:20261,901
01:10:20261,901
02:10:20261,901
03:10:20261,901
04:10:20261,901
05:10:20261,901
06:10:20261,901
07:10:20261,901
08:10:20261,901
09:10:20261,901
10:10:20261,901
11:10:20261,901
12:10:20261,901
13:10:20261,901
14:10:20261,901
15:10:20261,855
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 06:04:20262,035
Week of 13:04:20262,026
Week of 20:04:20262,026
Week of 27:04:20261,992
Week of 04:05:20261,992
Week of 11:05:20261,992
Week of 18:05:20261,988
Week of 25:05:20261,988
Week of 01:06:20261,988
Week of 08:06:20261,988
Week of 15:06:20261,988
Week of 22:06:20261,988
Week of 29:06:20261,964
Week of 06:07:20261,964
Week of 13:07:20261,964
Week of 20:07:20261,964
Week of 27:07:20261,964
Week of 03:08:20261,940
Week of 10:08:20261,940
Week of 17:08:20261,936
Week of 24:08:20261,930
Week of 31:08:20261,930
Week of 07:09:20261,911
Week of 14:09:20261,901
Week of 21:09:20261,901
Week of 28:09:20261,901
Week of 05:10:20261,901
Week of 12:10:20261,855
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20262,026
May 20261,988
June 20261,988
July 20261,964
August 20261,930
September 20261,901
October 20261,855
Üye Büyümesi - Yearly
DateSubscribers
20261,855

Son Yazılar

Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

📿 Bir təsbeh düşünün...


Bir təsbeh düşünün, (üzərindəki) imamə (başdakı uzun olan şey) atadır. Bu muncuqlar da uşaqlar. Yaxşı bəs ana haradadır? Bu ipdir, 📿 ipi görürsünüzmü? Ərəb dilində bu ip, ana deməkdir. Ana, hamısını bir yerdə saxlayar. Ana olmadan ailə dağılar. Ana olmadan ailə deyə bir şey olmaz.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
8000011
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Dua etmək üçün ərəb dilini bilmək lazım deyil.


#Dua etmək üçün ərəb dilini bilmək lazım deyil. Ərəbcə bilməyə ehtiyyac yoxdur. Hətta dillə bir şey söyləmək şərti belə yoxdur.

Allah könlümüzdən keçənləri bilir. İstəklərimiz O’na gizli deyil, əyandır.

Əsas odur ki, Rəbbimizi imtahan etməyə cəhd etməyək. Həmin an olmadı deyə vaz keçməyək. Səbrlə istəməyə davam edək. Səmimiyyətimizi itirməyək.

Nə ehtiyyacımız varsa, içimizdən gəldiyi kimi dua edək.

Öz-özümüzə dilimizin altında  mırıldanaq, Rəbbimizlə fısıldaşaq.

Dua etdiyimiz Rəbbimizə hörmətsizlik etməyək. O’nun rizasına uyğun bir həyat yaşayaq.

Bir gün, dualarımızın mütləq qəbul ediləcəyinə inanaq.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
8160011
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Günah ruziyə mane olur.


Ustad Möhsin Qəraəti:

Günah ruziyə mane olur. (Kumeyl duasının bir hissəsində belə deyilir:)
«Əllahumməğfir li əz-zunubəlləti tuğəyyirun-niəm» – Yəni, “Ey Allahım, nemətləri dəyişdirən günahlarımı bağışla.”

Günah ruzi yolunu kəsir.
Ruzi qazanarkən öz ləyaqətinizi itirməyin. Ruzinin dalınca düşərkən vüqarınızı qoruyun, çaşqın və təlaşlı olmayın.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Kumeyl_duası #Dua #Ruzi #Günah

╭──➤ 
╰─────────────────────
7690013
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

👩🏻‍🏫 Vahabzadə Günel müəllimə yazır:


Yağışlı günlər və atamın bizə öyrətdiyi səssiz dərs...


Hava bir az yağışlı olanda, yenə o uşaqlıq xatirələrim yadıma düşür… O vaxtlar şagird idik. Atam hər səhər bizi məktəbə aparırdı.Yağış yağdığı günlərdə isə təkcə bizi yox… Qonum-qonşuda, yaxın ərazidə məktəbə gedən nə qədər uşaq var idisə, hamısını maşına yığırdı. Deyirdi: “Yağışdı, islanmasınlar.”
Amma mən uşaq ağlım ilə düşünürdüm ki, “kaş bircə bizim maşına minməyə adam qalmasın, onsuz da özümüzə yer tapılmır oturmağa”. Həqiqətən də, çox vaxt maşında oturmağa yer olmurdu, üst-üstə yığılırdıq. Bir də maşını o qədər asta sürürdü ki... Bilirdim niyə asta sürür – çünki təkərlər su sıçradıb yol kənarında gedən insanların üstünə sıçramasın deyə diqqət edirdi.

O vaxtlar bu davranışların nə qədər dəyərli olduğunu anlamırdım… İndi anlayıram ki, atam bizə, hörmət etməyi, paylaşmağı, insanlara diqqətli olmağı və əsl insan olmağı öyrədirmiş – özü də bunu heç söz demədən, sadəcə davranışı ilə etməyi bacarıb...

Valideynlərin hər hərəkəti – onların səssiz nümunəsi – övladın şəxsiyyətinin formalaşmasında bəlkə də illərlə deyiləcək dərslərdən daha təsirli olur. Bugünkü xarakterimdə atamın bu xatirələri, davranışları dərin iz buraxıb.

Valideyn olmaq sadəcə qayğı göstərmək deyil. Valideyn olmaq – örnək olmaqdır.

▁▁▁


╭──➤ 
╰─────────────────────
7110014
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Hicabı və namazı uşaqlara necə sevdirməliyik?


Hicab və namazlı halımızla özümüzü sevdirək, Allahın izni ilə bu kifayətdir.

Uşaqların könlünə girən, mərhəmət və diqqət göstərən insanlar olmağa səy edək. Dostlarının gözəl əxlaqlı olmasına diqqət edək.

Bu gün nəticə almaq məcburiyyətində deyilik. Toxum ataq. İradələri ilə könüllü bir formada ibadət etmə günlərinə sərmayə edək.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Hicab #Namaz

╭──➤ 
╰─────────────────────
6250010
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Həyatını Qur’anla qur..


• 📖 Qur’anı oxu.
• 📖 Qur’anı dinlə.
• 📖 Qur’andan (ayələr) əzbərlə.
• 📖 Qur’anın mesajını öyrən.
• 📖 Qur’ana görə yaşa.
• 📖 Qur’an əxlaqlı ol.
• 📖 Qur’anı öyrət.
• 📖 Qur’anı düşün.
• 📖 Qur’an ilə danış.

«Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir.» (İsra, 9)

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.

#Qurani_Kərim #Quran

╭──➤ 
╰─────────────────────
8080010
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Başı örtülü birinin sekulyar olma ehtimalı vardır.


Başında örtüsü olan hər kəs tam bir dindar olmaya bilər.

Namaz qılan biri də sekulyar ola bilər.

Həcc etmiş, saqqallı, elm sahibi biri də sekulyar olma riski daşıyır.

Sekulyar olmaq; sadəcə bu dünya üçün yaşamaq, axirət həyatını unutmaq və Allahı kənarda qoymaq deməkdir.

Həyatında ibadət olmayan, halal və harama görə yaşamayan, əxlaq problemi olan biri onsuz da sekulyarizmə xidmət etməkdədir.

Sekulyarizm, hər birimizin içində müxtəlif nisbətlərdə mövcud ola bilən müasir bir şirk növüdür.

Şirkin kiçiyindən böyüyündən, aşkarından, gizlisindən Allaha sığınırıq.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
664008
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

Əgər ər namaz qılmazsa..


Evlilik yuvası çökər. Çünki namaz sadəcə bir vaciblik deyil, eyni zamanda bünövrədir. Bünövrə sağlam olmazsa, ev hər an yıxıla bilər.

Ər bir liderdir. İbadətində ehmalkar (laqeyd) olan bir lider, yönünü itirər. Əgər lider yolunu azarsa, ailəsi də çaşar. Ona görə də ruzin bol, evin hüzurlu və uşaqların itaətkar olmasını istəməmişdən əvvəl, özündən soruş! Allah ilə olan bağını hələ də qoruyursanmı?

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
5160016
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

07 Eyl 2026 00:59

İki vəziyyətdə də Allahın dini heçə sayılmış olmurmu?


Tamamilə çılpaq sayılacaq qədər qadın afişalarını boy-boy nümayiş etdirməklə, peyğəmbərləri təhqir etmək arasında nəticə baxımından nə fərq var?

İki vəziyyətdə də Allahın dini heçə sayılmış olmurmu?

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
5490011
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

18 May 2026 18:49

Evlilikdə gecikdiyini düşünən bacı-qardaşlarıma Allah üçün bir xatırlatma edim:


Gecikmək bizə görədir.
Allaha görə hər şey tam vaxtında baş verir.

Hər birimizin planı Allahın lövhi-məhfuzunda yazılıdır.

Həyəcana, nigaranlığa gərək yoxdur. O gözlədirsə, hikmətindəndir.
Allahın planında xəta olmaz.

Rəbbimiz bizi imtahan edər amma pisliyimizi istəməz.

Səbr etsək, itirmərik.
Razılıq göstərsək qazanarıq.

Axtarmağa davam edək.
Səbəblərə sarılaq.
Öz qüsurlarımızı düzəldək.
Duadan vaz keçməyək.

Evliliyə deyil, bəndəliyə fokuslanaq!

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
7310015
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

18 May 2026 18:49

💫 İnsanla "danışmaq" yox — onu duymaq

Həyatın ən vacib suallarından biri budur:
İnsanlarla necə ünsiyyətdə olaq?
Dostla, ailə üzvü ilə, həmkarla, müəllimlə, tələbə ilə...
Bu, sadəcə sosial bacarıq deyil — mənəvi bir məsələdir.

Bəzən düşünürük ki, əsas olan bizim istədiyimiz və bizə rahat olandır.
Amma əsl ünsiyyət — bu deyil.
Əgər söhbət ruhdan, mənadan, əxlaqdan gedirsə, əsas məsələ qarşındakı insanı hiss etməkdir.

🌸 1. Hekayə — Dinlənilmək ehtiyacı

Dünyaca məşhur bir media mütəxəssis danışırdı:
30 il əvvəl ailəsində daim eyni vəziyyət yaşanırdı.
O, işdən evə qayıdırdı — işdəki problemlərini danışırdı:
“Məni anlamırlar, qiymətləndirmirlər…”

Həyat yoldaşı isə ilə dinləyir,
məsləhətlər verir, çıxış yolları axtarırdı.
Bir dəfə demişdi:
“Gəl, bəlkə, bossunla futbol oyununa baxasan, münasibət düzələr.”

O isə hər dəfə əsəbiləşirdi.
Nə özü, nə yoldaşı başa düşmürdü — niyə?

İllər sonra o, bunu belə izah etdi:
“Mən kömək istəmirdim. Mən sadəcə dinlənilmək, anlaşılmaq istəyirdim.
Mənə həll yox, halımı hiss edən bir baxış lazım idi.”

Bəzən insanın ehtiyacı söz deyil — sadəcə bir “səni anlayıram” cümləsidir.

🌿 2. Hekayə — Empatiyanın gücü

Tanınmış bir cərrah danışırdı:
Pasiyentlər əməliyyat üçün gəlirdilər,
amma o, tibbi baxımdan əməliyyata ehtiyac olmadığını deyirdi.

İnsanlar narazı qalırdılar:
“Biz bura əməliyyat üçün gəlmişik,
sən isə bizi həyat dərsi keçirirsən!”

Cərrah sonra anladı:
əvvəlcə gələn insanın niyyətini və halını hiss etmək lazımdır.

Bir gün söhbətə belə başladı:
— Siz əməliyyat istəyirsiniz?
— Bəli.
— Bu sizi narahat edir?
— Bəli, çox.
— Nədən qorxursunuz daha çox?

O anda söhbət bədəndən ruha keçdi.
Cərrah xəstənin qorxusunu hiss etdi,
və sonra dedi:

“İstəyirsiniz, birgə baxaq,
doğrudanmı əməliyyat bu mərhələdə lazımdır?”

Bu dəfə pasiyent eşitmək istəyirdi,
çünki artıq eşidilmişdi.

💫 Dərs

İnsan ünsiyyətə həll üçün yox, anlayış üçün gəlir.

Əgər söhbət mənəviyyat müstəvisindədirsə - biz orada xidmətçi və yaradıcı olmalıyıq.

Kimsə mənəvi qucaq istəyirsə — anlayışla ruhən qucaqla.
Kimsə məsləhət istəyirsə — kömək et.
Kimsə özünü ifadə etmək istəyirsə — ona dəyər ver, dinlə.

📖 Qurani-Kərim buyurur:
«قُولُوا لِلنَّاسِ حُسْنًا»
“İnsanlarla xoş dillə danışın.”
(Bəqərə, 83)

Danışmaq yalnız ağızdan deyil — qəlbdən çıxanda təsir edir.
O zaman insanın qəlbinə toxunur.

🌙 Əgər biz bunu Allaha görə etsək,
Onun razılığı üçün dinləyiriksə,
bu ünsiyyət artıq ibadətə çevrilir.
Bu, ixlasın və bəndəliyin ən gözəl formasıdır.

🤲 “İlahi, bizə bu anlayışı, bu xidmətin səadətini nəsib et.”

Hacı İlqar İbrahimoglu
12.11.2025

╭──➤ 
╰─────────────────────
463007
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

03 May 2026 22:35

“Elə yaxşı ki də belədir!”


“Kəhf” surəsində bizə danışılan Musa peyğəmbər və Xızır peyğəmbərin (Allahın onlara salamı olsun!) hekayəsindən aşağıdakı qaydaları hər həftə yenə/yenidən xatırlamalıyıq:

“Niyə belədir?” deyə ilk anda etiraz etdiyimiz bir çox şeylər, arxa planını anladığımız zaman “Elə yaxşı ki də belədir!” deyəcəyimiz şeylər ola bilər.

Əgər ağıl bir fincandırsa, Allahın hikməti okeandır.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Həzrət_Musa (ə)
#Həzrət_Xızır (ə)
#Kəhf_surəsi

╭──➤ 
╰─────────────────────
357008
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

03 May 2026 22:35

Şeytan qadın sağlamlığı ilə necə oynayır?

___

• “Bu gün çox yoruldum.”
• “Davamlı yuxum gəlir, sadəcə yatmaq istəyirəm.”
• “Daha çox şirniyyat yeyəcəyəm, əhvalım pisdir.”
• “Adətim (aybaşım) bitdikdən sonra (namaza) başlayaram.”
• “Gücləndirmələrimi indi edə bilmərəm, sonra edərəm.”


Yəqin ki, bu cümlələrdən ən azı biri hər qadının ağlından keçib. Oxuyarkən hətta “Amma bəzən, həqiqətən də...” deyə düşünmüş ola bilərsiniz.

Haqlısınız; bəzən hormonal amillər səbəbindən daha çox yuxulu, daha iştahlı və ya daha çox ağrılı ola bilərsiniz.


Əlbəttə ki, arabir dincəlmək, bir az daha yemək yemək və ya müəyyən şeyləri təxirə salmaq haqqımızdır. Amma dürüst olaq: ​​Bu vəziyyətlər çox vaxt sadəcə zərurətlə məhdudlaşmır.

Aybaşı dövrü bitdikdən sonra belə yuxu rejimini tamamilə pozmaq, “Aybaşıdan sonra hər halda bir yorğunluq olur” deyərək namaza və ya ibadətə qalxmaqda tənbəllik etmək...


“Boş vaxt” deyərək başlayıb sonu gəlməyən serial və filmlərlə ekran müddətinin nəzarətsiz şəkildə artması. Qeyri-sağlam atışdırmalıqların mövsümi (dövrlük) bir hal olmaqdan çıxıb vərdişə çevrilməsi.


Bunları görməməzlikdən gəldikdə:

◕ Namaza qalxmaq çətinləşir.

◕ Mənəvi halınız alt-üst olur.

◕ Zikirlərdə tənbəllik başlayır.

◕ Dua üçün lazım olan diqqət (fokuslanma) azalmağa başlayır.

◕ Emosional vəziyyətiniz daha qeyri-sabit (balanssız) olur.

◕ Qeyri-sağlam şəkildə çəki artırırsınız.

◕ Hormonal balansınız pozulur.

Və ən pisi, bu şeylər tədricən xarakterinizin bir hissəsinə çevrilir.


Sonda isə, “Deyəsən, artıq əvvəlki qədər çox səy göstərə bilmirəm” deməyə başlayırsınız.

Görürsünüz, Şeytanın qadınları həm maddi, həm də mənəvi cəhətdən zəiflətmək üçün çox strategiyaya ehtiyacı yoxdur.


🌹 Həzrət Rəsulullahın (salləllahu ələyhi və alih) hədislərindən bilirik ki;

«Bədəninin sənin üzərində haqqı vardır.» – demişdir.

📚 “Siyam” kitabı, 182.


Bədənlərimiz, övladlarımızdan belə əvvəl Allahın bizə verdiyi ilk əmanətdir.

Buna görə də, bədəninizə qulluq etmək təkəbbür deyil; əksinə, bu, bəzən ibadət, bəzən də disiplin (nizam-intizam) tələb etdiyi üçün səbr göstərmək deməkdir.

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
5320015
Ailə əxlaqı ❦ logo
Ailə əxlaqı ❦

03 May 2026 22:35

Ailədaxili sirləri öyrənmək üçün uşaqları danışdırmağın qadağan olmağı.

__

📌 “Söylə görüm, atanla-anan nə danışırdılar, nə edirdilər?”


Ailədaxili sirləri öyrənmək üçün uşaqlardan istifadə etmək haram və cəsusluqdur.

🌹 Allah Rəsulu -salləllahu ələyhi və alih- belə demişdir:

“Kim aralarında keçən söhbəti kimsəyə danışmaq istəmədiyi halda və ya bunu öyrənmək istəyən birindən qaçan insanların danışığını dinləyərsə, Qiyamət günü qulaqlarına ərimiş qurğuşun töküləcəkdir.”


👳🏻‍♂ Şeyx (r) demişdir:

“Kiçik bir uşaqdan evin və qonşuların danışıqları və etdikləri haqqında məlumat almaq, danışığı dinləməyin bir hissəsidir.”

▁▁▁


Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤ 
╰─────────────────────
4750012

Showing 15 of 15 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Ailə əxlaqı ❦ Telegram kanalı ne hakkında?+

Ailə əxlaqı ❦ (@exlaq_channel), tgdio üzerinde Hayat Dersleri kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 1.855 abonesi var.

Ailə əxlaqı ❦ (@exlaq_channel) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @exlaq_channel abonesi olun.

Ailə əxlaqı ❦ iyi bir Hayat Dersleri kanalı mı?+

tgdio üzerinde katılmadan önce Ailə əxlaqı ❦ puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 1.855 abonesi var. Benzer Hayat Dersleri kanallarla karşılaştırın.

Ailə əxlaqı ❦ istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @exlaq_channel sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.