MBH Media Telegram channel photo

MBH Media

Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı

2k

Last views

1.2k (1,161 subscribers)
Üyeler
—
Rating
40
Total Posts
Oct 17, 2026, 7:08 AM
Güncellendi
Apr 25, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameMBH Media
Username@m_b_h_elm_ve_tedris_shobesi
CategoryHaber Güncellemeleri ve Gazeteler
LanguageTürkçe
CountryTürkiye
Üyeler1,161
Channel TypePublic Channel
Created25 Nis 2026
Last Updated17 Eki 2026 • 4 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#82559+377
Dil Sıralaması
#874Değişiklik yok
Kategori Sıralaması
#761+14

Üye Büyümesi

Toplam: 1.2K30 Days growth: +332.9%
09/1809/2309/2810/0310/0810/1310/17
Üye Büyümesi - 30 Days
DateSubscribers
18:09:20261,128
19:09:20261,127
20:09:20261,127
21:09:20261,127
22:09:20261,127
23:09:20261,127
24:09:20261,127
25:09:20261,127
26:09:20261,127
27:09:20261,127
28:09:20261,127
29:09:20261,127
30:09:20261,127
01:10:20261,127
02:10:20261,127
03:10:20261,127
04:10:20261,127
05:10:20261,127
06:10:20261,127
07:10:20261,127
08:10:20261,127
09:10:20261,127
10:10:20261,127
11:10:20261,127
12:10:20261,127
13:10:20261,127
14:10:20261,127
15:10:20261,127
16:10:20261,127
17:10:20261,161
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 20:04:20261,156
Week of 27:04:20261,156
Week of 04:05:20261,144
Week of 11:05:20261,144
Week of 18:05:20261,144
Week of 25:05:20261,144
Week of 01:06:20261,144
Week of 08:06:20261,144
Week of 15:06:20261,144
Week of 22:06:20261,144
Week of 29:06:20261,144
Week of 06:07:20261,142
Week of 13:07:20261,142
Week of 20:07:20261,142
Week of 27:07:20261,142
Week of 03:08:20261,142
Week of 10:08:20261,142
Week of 17:08:20261,136
Week of 24:08:20261,136
Week of 31:08:20261,137
Week of 07:09:20261,128
Week of 14:09:20261,127
Week of 21:09:20261,127
Week of 28:09:20261,127
Week of 05:10:20261,127
Week of 12:10:20261,161
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20261,156
May 20261,144
June 20261,144
July 20261,142
August 20261,136
September 20261,127
October 20261,161
Üye Büyümesi - Yearly
DateSubscribers
20261,161

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin” Müsəlma4.2K
  2. #2Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin”3.5K
  3. #3❗️Bağırzadə qardaşlarının məhkəməsi davam edib2.4K
  4. #4❗️İnanclı xanımların növbəti məhkəmə iclası keçirilib2.3K
  5. #5Başda türk qardaşlarımız olmaqla, hər birinizə minnətdarıq!2.1K
  6. #6Hicab qadağasına etiraz olaraq Umbakıdan məhbuslar da aclıq aksiyasına2.1K
  7. #7❗️Hakimiyyət o günə qalıb ki, mövqeyini manıslar müdafiə etsin?2.0K
  8. #8❗️Daha iki məhbus hicaba dəstək məqsədilə aclıq aksiyasına qoşulub2.0K
  9. #9Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyulub2.0K
  10. #10Həbsxanalardan aclıq aksiyasına daha 10 məhbus qoşulub1.9K

Son Yazılar

MBH Media logo
MBH Media

19 Eki 2026 21:15

Photo1/2
❗️Daha iki məhbus hicaba dəstək məqsədilə aclıq aksiyasına qoşulub

Artıq günlərdir orta məktəblərdə hicablı şagirdlərin təhsil müəssisələrinə girişinə qadağa qoyulur. Yüzlərlə hicablı qız məktəb qapıları arxasında qalır. Hər gün təhsil aldıqları məktəblərə gələn şagirdlər məcburi şəkildə geri qaytarılırlar.

Məsələ ilə bağlı sosial şəbəkələrdə etirazlar və tənqidlər getdikcə artır. Yayılan məlumatlara görə, bununla əlaqədar çoxsaylı həbslər həyata keçirilib. İstintaq təcridxanalarından daxil olan məlumatlarda kameraların saxlanılan inanclılarla normadan artıq doldurulduğu bildirilir.

Şəhərin mərkəzində keçirilən “Hicaba azadlıq” aksiyası da etirazların genişlənməsində mühüm mərhələ olub. Hazırda Türkiyə, İran, Rusiya, Livan, ABŞ, İngiltərə, Fransa, Gürcüstan, Kanada və digər ölkələrdə Azərbaycanda hicaba qoyulan qadağaya etiraz olaraq mitinqlər və piketlər keçirilib.

Etirazlara Azərbaycandakı həbsxanalarda saxlanılan məhbuslar da qoşulublar. Son məlumatlara görə, aclıq aksiyasında iştirak edən məhbusların sayı 60-ı ötüb.

Bu gün aclıq aksiyasına qoşulanların sırasına daha iki məhbus da əlavə olunub. Bunlar 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Yavər İsmayılzadə və 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fuad Əsgərovdur. Hər iki məhbus hicaba qoyulan qadağaya etiraz olaraq aclıq aksiyasına başlayıb.

➡️MBH Media
1,980004
MBH Media logo
MBH Media

19 Eki 2026 02:38

Video
❗️Berlindən Bakıya səslənən çağırış

18 oktyabrda MBH Avropa Nümayəndəliyinin Berlində keçirdiyi yürüşün sonunda nümayəndəliyin bəyanatı Alik Aslanov tərəfindən səsləndirilib.

Bəyanatın sonunda Azərbaycan hakimiyyətinə müraciətlə bildirilib:

“Elə etməyin ki, bu yürüşü sabah Bakının küçələrində qeyrətli Azərbaycan xalqı ilə birlikdə keçirməli olaq.”

- MBH Avropa Nümayəndəliyi / Alik Aslanov

➡️https://t.me/mbh_avropanumayendeliyi
108005
MBH Media logo
MBH Media

19 Eki 2026 01:11

Photo1/2
❗️Berlində hicab qadağasına qarşı etiraz yürüşü keçirilib

18 oktyabr 2026-cı il tarixində Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyinin təşkilatçılığı ilə Berlin şəhərinin mərkəzində hicab qadağasına qarşı etiraz aksiyası və yürüş keçirilib.

Aksiyaya müxtəlif ölkələrdən və icmalardan olan müsəlmanlar da qoşularaq etirazçılara dəstək nümayiş etdiriblər. Yürüş iştirakçıları dini etiqad azadlığına, hicablı şagird və müəllimələrin hüquqlarına hörmət olunmasını tələb edən şüarlar səsləndiriblər.

Berlinin mərkəzi küçələrində yürüş formasında davam edən aksiya sonda MBH Avropa Nümayəndəliyinin bəyanatının ictimaiyyətə səsləndirilməsi ilə başa çatıb.

- MBH Avropa Nümayəndəliyi
18 oktyabr 2026 — Berlin, Almaniya

➡️https://t.me/mbh_avropanumayendeliyi
131005
MBH Media logo
MBH Media

18 Eki 2026 13:27

Photo1/2
❗️Bu hansı ağlın məhsuludur?

İsrailin prezidenti İsxak Hersokun Azərbaycanda Zirvə Toplantısına dəvəti tənqid hədəfinə alan Tale Bağırzadə Azərbaycanda baş verən son hadisələrin də bu səfərlə bağlılığına diqqət çəkib.

“Heç şübhəsiz, BMT-də yaşanan və əksər dövlətin İsrailin baş nazirinin çıxışı zamanı salonu tərk etməsi, bu qısa vaxt kəsyində yenidən İsrail rəsmisini beynəlxalq tədbirə dəvət heç bir məntiqə əsaslanmır. BMT zalında İsraili baykot edənlərin bu tədbirdə də eyni addımı atacağı aydın olduğu halda, soyqırımçı ölkənin başçısını Azərbaycana dəvət hansı ağılın məhsuludur?

Bəllidir ki, burada hesabat dolu məkirli bir addımın gizlənib və çox böyük ehtimalla, Azərbaycanda yaşanan hicablı şagirdlərin təhsil müəssisələrinə buraxılmamasına əmr də məhz bunun tərkib hissəsidir. Uşaq qətlindən həzz alanlarla dostluq öz xalqının qız uşaqlarını göz yaşlarına qərq edən bir ruhiyyəni formalaşdıran iyrənc düşüncədir.

Birmənalı olaraq, uşaq qatili İsrailin pak Azərbaycan torpaqlarına səfərini məhkum edir və bu səfəri ölkəmiz, xalqımız üçün utanc olaraq qəbul edirik.”

➡️MBH Media
1,8400014
MBH Media logo
MBH Media

17 Eki 2026 14:01

Photo1/2
Başda türk qardaşlarımız olmaqla, hər birinizə minnətdarıq!

Azərbaycan xalqının inanclı böyük əksəriyyətinin son günlər mənəvi təzyiq altında olması artıq heç kəsə sirr deyil. Təhsil ocaqlarında başıörtülü qız uşaqlarının tədris müəssisələrinə buraxılmaması minlərlə şagirdin təhsildən kənarlaşdırılması ilə nəticələnib. Azərbaycanlı hicablı qızlar iki seçim qarşısında — ya hicab, ya da təhsil — mənəvi və psixoloji təzyiq yaşamağa davam edirlər. Artıq beynəlxalq müstəviyə yüksələn, gözləri yaşlı şagirdlərin yaşadıqları bütün vicdanlı insanların haqlı narahatlığına səbəb olub.

Məsələ ilə bağlı ölkədaxili media orqanları ilə yanaşı, dünyanın bir çox nüfuzlu xəbər agentlikləri də məlum hadisəni işıqlandırıb və tənqid hədəfinə çevirib. Eyni zamanda, bu hadisə dost və qardaş dövlətlərin də xalqa dəstək nümayiş etdirməsinə səbəb olub. Xüsusilə qardaş Türkiyə dövlətinin rəsmi dairələrinin və hakimiyyət nümayəndələrinin hicablı qız uşaqlarının təhsildən məcburi uzaqlaşdırılmasını pisləyən bəyanatları bir xalq olaraq bizi sevindirir.

Bununla yanaşı, qardaş İran xalqının, dəyərli Gürcüstan ruhani və inanclı qardaş-bacılarımızın dəstəyi, Rusiya və Avropa ölkələrindən gələn geniş birlik mesajları və atılan addımlar Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək olmaqla yanaşı, İlahi əmrə verilən sonsuz dəyərin də göstəricisidir.

Biz xalqımızın bu çətin mənəvi seçim qarşısında qoyulduğu günlərdə yanımızda olduğunuz üçün hər birinizə sonsuz minnətdarlığımızı bildiririk.

Allahdan diləyirik ki, tezliklə bu çətinlik öz ədalətli və haqlı həllini tapsın.

MBH Media
2,0900010
MBH Media logo
MBH Media

17 Eki 2026 13:58

Photo1/2
Həbsxanalardan aclıq aksiyasına daha 10 məhbus qoşulub

Orta məktəblərə hicablı şagirdlərin gəlişinə qadağalar fonunda etirazlar davam edir. Həftə boyu məktəblərə buraxılmayan hicablı qızlara dəstəklər təkcə ölkənin daxilindən deyil, xaricdən belə durmadan artmaqdadır. Beynəlxalq mətbuatın qınaq hədəfində olan azyaşlı hicablıların tədrisdən uzaqlaşdırılması sərt tənqid hədəfində mediaların əsas xəbərləri sırasındadır. Eyni halda, bu məsələdə hər bir təbəqədən olan insanlar da hicablılara dəstək nümayiş etdirməkdədirlər.

Məktəblilərə dəstək həbsxana divarları arasında cəza çəkən məhbuslar tərəfindən də gəlməkdədir. Umbakı ciddi qapalı müəssisəsindən Cahad Babakişizadə, Tural Nağıyev, 1 saylı İstintaq Təcridxanasından Samir Babayev, 10 saylı müəssisədən Vüqar Alıyev, 13 saylı həbsxanadan Elvin Zeynalov və 17 saylı cəzaçəkmə müəssisəsindən Xanəli Rüstəmov, Rəhman Bağırov, Ağamir Yaqubov, Elşad Əhmədov, Rəşad Manafov hicaba azadlıq şüarı ilə aclıq aksiyasına qoşulub.

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair qaydalara dəyişiklik edib. Baş nazirin imzaladığı qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Qərarın qəbulundan sonra bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasını əks etdirən videogörüntülər də yayılıb.

MBH Media
1,880003
MBH Media logo
MBH Media

17 Eki 2026 13:27

Video
Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin” Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə təhsil müəssisələrində hicabla bağlı qadağaya etiraz edən məktəblilərə müraciət ünvanlayıb. İlahiyyatçı müraciətində yazıb: “Mehriban və…
4,1800018
MBH Media logo
MBH Media

16 Eki 2026 03:32

Photo1/2
❗️Bağırzadə qardaşlarının məhkəməsi davam edib

Oktyabrın 15-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrin məhkəmə prosesi davam edib. Hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən iclasda bu dəfə şikayətçi tərəf ifadə verib.

Ludmila hadisəni ətraflı nəql etsə də, müxtəlif epizodlarla bağlı bir-birinə zidd ifadələr səsləndirib. Onun əvvəlki ifadəsi ilə ziddiyyət təşkil edən məqamlar dövlət ittihamçısı tərəfindən “düzəlişlərə” məruz qalıb. Hətta hakim zərbəni kimin vurduğunu soruşduqda, Ludmila MəhəmmədHüseyni göstərərək növbəti yanlışlığa yol verib. Bu dəfə də dövlət ittihamçısı onun səhvini düzəldərək zərbəni vuran şəxsin MəhəmmədHəsən olduğunu bildirib.

Məhkəmə iclası zərərçəkmişin ifadəsi və verilən sualları cavablandırması ilə yekunlaşıb. Növbəti iclas noyabrın 5-i, saat 12:00-a təyin edilib.

Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bu cür davranışdan çəkindirməyə çalışması gərginliyi daha da artırıb. Qarşı tərəfin MəhəmmədHüseyni təhqir etməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə prosesi də məhz bu hadisə ilə bağlı şikayət əsasında keçirilir.

➡️MBH Media
2,380006
MBH Media logo
MBH Media

15 Eki 2026 17:19

Photo1/2
Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyulub
12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilahiyyatçı Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyub. Sonuncu dəfə oktyabrın 8-də ailəsi ilə əlaqə saxlayan Bağırzadənin bundan sonra telefon danışıqlarına çıxışının tam məhdudlaşdırıldığı bildirilir. Məlumatı həbsxanada olan məhbuslar veriblər.
Məhbusların sözlərinə görə, Tale Bağırzadə ilə həbsxana rəhbərliyi arasında hər hansı anlaşılmazlığın baş verməsi barədə məlumat yoxdur. Onlar telefon zənglərinə qoyulan qadağanı ölkədə hicablı şagirdlərin orta məktəblərə buraxılmaması ilə bağlı yaranmış vəziyyətlə əlaqələndirirlər.
Ehtimal olunur ki, qərar hakimiyyətin hicab məsələsi ilə bağlı Tale Bağırzadənin mövqeyinin inanclı cəmiyyətə təsirindən narahatlığı ilə əlaqəli ola bilər. Bununla belə, qadağanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, məktəbli forması ilə bağlı qəbul edilmiş son qərardan sonra hicablı şagirdlərin orta məktəblərə daxil olmasına məhdudiyyətlər tətbiq edildiyi bildirilir. Bu vəziyyət ölkədə etirazlara səbəb olub. Məsələ ilə əlaqədar həbslərin də davam etdiyi qeyd olunur.

➡️MBH Media
1,970008
MBH Media logo
MBH Media

15 Eki 2026 03:00

Photo1/2
❗️İnanclı xanımların növbəti məhkəmə iclası keçirilib

Oktyabrın 14-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində altı inanclı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlərin iştirak edəcəyi gözlənilsə də, onların heç biri məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə iclası bir neçə dəqiqə ərzində yekunlaşıb.

Məhkəmə zalına daxil olan inanclı xanımlar “Hicaba azadlıq!” şüarı səsləndiriblər. Qısa müddət ərzində onlar bir daha ölkənin orta məktəblərində hicablı qızların dərslərdə iştirakına yaradılan maneələrə diqqət çəkiblər.

Bununla da məhkəmə iclası başa çatıb. Növbəti məhkəmə prosesi noyabrın 4-də saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Bakı şəhərinin Binə qəsəbəsində İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə ehsan payladıqları üçün saxlanılıblar.

Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb.

İnanclı xanımlar irəli sürülən ittihamları qəbul etmir və məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını tələb edirlər.

➡️MBH Media
2,260007
MBH Media logo
MBH Media

15 Eki 2026 02:51

Photo1/2
Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Hacı Tale Bağırzadənin iki azyaşlı övladının növbəti məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin 15 və 17 yaşlı övladlarının növbəti məhkəmə prosesi 15 oktyabr saat 11:00-da Xəzər Rayon Məhkəməsində keçiriləcək.

➡️https://t.me/mbh_avropanumayendeliyi
207006
MBH Media logo
MBH Media

14 Eki 2026 23:43

Photo1/2
Hicab qadağasına etiraz olaraq Umbakıdan məhbuslar da aclıq aksiyasına başlayıb

Ölkədə məktəblilərin hicabla təhsil müəssisələrinə buraxılmamasına qarşı etirazlar genişlənir. Həbsxanalarda aclıq aksiyasına qoşulanların sırasına bu dəfə Umbakıdan olan məhbuslar da daxil olub.

Umbakı qapalı tipli cəzaçəkmə müəssisəsində cəza çəkən Vəli Allahverdiyev, Tərlan Səyadov, Elməddin Ağayev, Hüseyn Rzayev, Maqsud Həsənzadə və Ülvi Zeynalov hicablı qızların təhsil müəssisələrinə buraxılmamasına etiraz olaraq oktyabrın 14-dən aclıq aksiyasına başlayıblar.

Xatırladaq ki, rəsmi qanunvericilikdə birbaşa «hicab qadağası» adı ilə ayrıca qadağa nəzərdə tutulmasa da, Nazirlər Kabinetinin sentyabr və oktyabr aylarında qəbul etdiyi yeni geyim qaydalarının praktikada hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə nəticələndiyi bildirilir. Bu məsələ ölkədə geniş ictimai müzakirələrə səbəb olub.

MBH Media
2,070006
MBH Media logo
MBH Media

14 Eki 2026 18:22

Photo1/2
❗️Hakimiyyət o günə qalıb ki, mövqeyini manıslar müdafiə etsin?

Ölkədə hicablı qızların təhsil müəssisələrinə girişinə qoyulan qadağanın əhatəsi getdikcə genişlənir. Hicablı şagirdlər və onların valideynləri ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrindən olan çoxsaylı insanlar da bu addımı qınayırlar.

Orta məktəblərdə vahid məktəbli geyimi qaydalarına istinad edilərək dini geyim elementlərinin qadağan olunması faktiki olaraq məktəb qapılarının hicablı qızların üzünə bağlanmasına səbəb olur.

Məsələ sosial mediada geniş müzakirələrə yol açdığı bir vaxtda hakimiyyət hicab qadağasına haqq qazandırmaq və bu qərarı cəmiyyətə məqbul göstərmək üçün dövlət büdcəsindən maliyyələşən müxtəlif sənət və söz adamlarını media qarşısına çıxarır. Hakimiyyətin mövqeyini müdafiə edən bu şəxslər arasında ən qəribə və gülünc açıqlamalardan biri isə, heç şübhəsiz, «xalq artisti» Röya Ayxana məxsusdur. Daha doğrusu, onun bu məsələdə fikir bildirməsidir.

Təsəvvür edin: Röya və hicab! Onun adı çəkiləndə insanların zehnində canlanan obrazla bu mövzu ətrafında danışması arasındakı təzad özü-özlüyündə diqqət çəkir. Görünür, müəyyən bir eniş onu da bu müzakirələrə gətirib çıxarıb.

Amma bundan daha təəccüblüsü başqadır: hakimiyyət özünün mübahisəli qərarını müdafiə etmək üçün cəmiyyətin etimadını qazana biləcək sanballı mövqelər ortaya qoya bilmir və belə bir məsələdə Röya Ayxanın dəstəyinə ehtiyac duyur.

Görəsən, hakimiyyət o günəmi qalıb ki, dini etiqad azadlığına toxunan qərarlarını manısların dili ilə müdafiə etsin?

👉MBH Media
2,000006
MBH Media logo
MBH Media

14 Eki 2026 16:41

Photo1/2
17 saylı cəzaçəkmə müəssisəsində 47 məhbus aclıq aksiyasına başladı

Orta məktəblərdə hicablı şagirdlərin baş örtüklərinə qoyulan qadağaya etirazlara həbsxanalardan da qoşulanlar olub. 17 saylı cəzaçəkmə müəssisəsindən 47 məhbus qız uşaqlarının təhsil müəssisələrinə buraxılmamasına etiraz olaraq oktyabrın 13-dən müddətsiz aclıq aksiyasına başlayıb.

Müxtəlif kateqoriyalardan olan məhbuslar bununla bağlı həbsxana rəhbərliyinə rəsmi müraciət də ediblər. Onlar bu addımlarını inanca qarşı yönəlmiş qərarın konstitusion hüquqları pozmasına və uşaqların təhsil almaq hüququnun məhdudlaşdırılmasına etiraz olaraq qiymətləndirir, sözügedən qərarın dayandırılmasını tələb edirlər.

Aclıq aksiyasına başlayan məhbuslar:

Ağaşov Əsəd, Şirinov Namiq, Bağırov Şahin, Qasımov İlyas, Məmmədov Anar, Sayadov Ceyhun, Hüseynov Cəmşid, Mirsalayev Vidadi, Əsgərov Rüstəm, Bilalov Amil, Həsənov Fikrət, Qulubəyli Təbriz, Qasımov Aslan, Babayev Elnur, Rüstəmov Tehran, Cəbrayılov Ramin, İsgəndərov Əhliman, Həsənov Rahim, Vəliyev Xansu, Abdullayev Məhəmməd, Hacıyev Peyman, Mirbabayev Anar, Əlizadə Vüqar, Ağayev Mahmudağa, Ağayev Ruslan, Həsənov Qəşəm, Bəndəliyev Qalib, Quliyev Qurban, Mahmudov Kamil, Nəbiyev Vasif, Ağayev Rahil, Aslanov Taleh, Məmmədov Ceyhun, Musayev Rəşad, Ələkbərov Elşən, Cəfərov Əmrah, Zeynalov Elxan, Rzayev Seyran, Quliyev Musa, Bayramov Rasim, İbrahimov Əlizamin, Babazadə Rahib, Piriyev Samir, Vəliyev Tural, Ağayev Hikmət, Mirzəyev Yusif, Mirzəyev Nurlan.

MBH Media
1,830005
MBH Media logo
MBH Media

13 Eki 2026 22:06

Photo1/2
Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin”

Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə təhsil müəssisələrində hicabla bağlı qadağaya etiraz edən məktəblilərə müraciət ünvanlayıb. İlahiyyatçı müraciətində yazıb:

“Mehriban və Bağışlayan Allahın adı ilə.

Azərbaycanın cəsur məktəblilərinə çağırış edirəm! Haqqınızı tələb etməkdə əsla yorulmayın və məyus olmayın. Müqavimətinizi sona qədər davam etdirin. Əmin olun ki, sonda siz mütləq qalib gələcəksiniz. Çünki Allah sizlərlədir. O, kömək edənlərin ən gözəlidir.

Allah hamınızı qorusun. Nə yaxşı ki, varsınız və meydanlardasınız. Sizlərdən hər birinizlə şəxsən qürur duyuruq. Azərbaycanımızın gələcəyi sözsüz ki, sizin əlinizdədir.

Əziz məktəblilər, dualarımız sizinlədir. Uca Allah hamınızı müvəffəq etsin. Amin.

Tale Bağırzadə

12 saylı cəzaçəkmə müəssisəsi

✈️MBH Media
3,4600025
MBH Media logo
MBH Media

13 Eki 2026 21:24

Photo1/2
Sabunçu Rayon Polis İdarəsinə gedən MBH üzvünün ailəsindən saatlardır xəbər yoxdur

Səhər saatlarında Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Hüseynovun həyat yoldaşına zəng edilərək Sabunçu Rayon Polis İdarəsinə gəlməsi tələb olunub.

Həmin vaxt xanım Maştağada təhsil alan övladlarını məktəbə aparmaq üçün məktəbin qarşısında olduğunu və uşaqları götürməyə gəldiyini bildirsə də, ona təcili şəkildə polis idarəsinə gəlməli olduğu, əks halda məcburi qaydada gətiriləcəyi söylənilib.

Bundan sonra Sabunçu Rayon Polis İdarəsinə gedən ailədən günorta saat 13:30-dan etibarən hələ də xəbər alınmadığı bildirilir. Ailənin harada saxlanıldığı, xüsusilə azyaşlı uşaqların hansı əsasla polis idarəsində tutulduğu barədə məlumat verilməsi tələb olunur.

Qeyd edək ki, ailə başçısı Ağa Hüseynov Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyinin üzvüdür.

Azyaşlı uşaqların taleyi barədə dərhal məlumat verilməlidir!

MBH Avropa Nümayəndəliyi
200003
MBH Media logo
MBH Media

13 Eki 2026 00:21

Photo1/2
🇦🇿 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 3-cü dəstəsində cəza çəkən din məhbuslarının

BƏYANATI:

Bismilləhir-Rahmənir-Rahim!

Bağışlayan və mehriban Allahın adı ilə!

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər. Bu, onların tanınması və incidilməməsi üçün daha münasibdir...” (Əhzab surəsi, 59-cu ayə).

Milli kimliyimizdə xanım obrazını kəlağayısız təsəvvür etmək mümkün deyil. Xalqımızın iffət, namus və qeyrət rəmzi olan baş örtüyü əksəriyyəti müsəlmanlardan ibarət olan əhalinin müqəddəs kitabı Qurani-Kərimdə vacib buyurulub. And yerimiz olan Qurani-Kərimin hökmlərini heçə sayaraq ölkənin təhsil müəssisələrində və digər yerlərdə süni hicab qadağası tətbiq edənlər, görünür, nə milli mənsubiyyətlərinə, nə də müsəlman olmalarına dəyər verirlər.

Biz bu ölkənin inanclı vətəndaşları olaraq müvafiq orqanların məsələnin dini dəyərlər, milli kimlik və konstitusion hüquqlar nəzərə alınmaqla, layiqli həllini tapacağına ümid edirik.

Əks təqdirdə, etiraz və tələblərimiz yerinə yetirilənədək aclıq aksiyası keçirərək canımız və qanımız bahasına mübarizə aparacağıq. Ana, bacı və qızlarımızın başından açılacaq hər bir örtük bizim üçün kəfən olacaqdır.

İmza atan şəxslərin siyahısı:

* Qasımov Hüseyn

* Şərifov Rövşən

* Bədəlov Cəmil

* Abdullayev Şirvan

* Mustafayev Xalid

* Adgözəlov Elçin

* Hüseynov Tacəddin

* Kərimov Fərman

* Hüseynli Cavid

* Hüseynli Ramiz

* Rzayev Elşad

* Afiqoğlu Elməddin

* Orucov Samir

* Qəmərli Xəyyam

* Osmanov Edqar

* Novruzov Qurban

* Nəsirov Nəsrəddin

* Muradov İbrahim

* Ağayev İsmayıl

Tarix: 12 oktyabr 2026-cı il

Ünvan: 17 saylı Cəzaçəkmə Müəssisəsi, 3-cü korpus

MBH Media
1,1900010
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Video
🔴Bişkek görüşü – bəyanatlar, reallıq və suallar

· Görüş oldu, danışıqlar davam edir – amma sərhəd delimitasiyası hələ yarımcıqdır, 13 km razılaşma var, Qərbi Zəngəzur, Kərki hələ mübahisəlidir.
· TRIPP layihəsi – 400 milyon dollar, 49 il ABŞ nəzarəti. Ermənistanda etirazlar var: Koçaryan "təhlükəsizlik təhdidi" deyir, Oskanyan "Ermənistana cəmi 26% pay" qeyd edir.
· İqtisadi əməkdaşlıq – Azərbaycan 17,3 milyon dollar ixrac edir, amma Ermənistan nə verir? Şəffaf deyil. Sülh bəyanatları var, amma real bölgü yoxdur.
· İctimai rəy – 77-83% sülhü dəstəkləyir, amma şərtlə: Ermənistan Konstitusiyasındakı ərazi iddiaları qalxmalıdır.
· Nəticə: Sülh bəyanatlarda qalırsa, xalqın gözündə bu, sadəcə diplomatik oyundur. Hələlik görüş protokoldan o tərəfə keçməyib. Ədalətli, şəffaf və qarşılıqlı faydalı addımlar olmasa, bu sülh kövrək qalacaq.

🌐
1,320000
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Video
🔴 Polşa telekanalındakı veriliş: Diplomatik etiraz, yoxsa susdurma cəhdi?

Polşanın İctimai Telekanalı TVP-də Azərbaycana həsr olunmuş veriliş ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Avqustun 28-də Polşa səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası təqdim edilib. Rəsmi mövqe verilişdəki iddiaları "qərəzli, qeyri-obyektiv və qəbuledilməz" adlandırır.

Bəs verilişdə nə deyilirdi? 20 dəqiqədən çox davam edən süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə beynəlxalq təşkilatlar tərəfindən saxta adlandırılan seçki nəticəsində hakimiyyətə gəldiyi, 2009-cu il referendumunun prezidentlik müddətini uzatdığı, 2016-cı il konstitusiya dəyişikliklərinin isə prezidentlik müddətini 7 ilə uzatdığı və İlham Əliyevin daha iki dəfə namizəd ola biləcəyi qeyd edilib. Bunlar rəsmi olaraq inkar edilən, lakin beynəlxalq müşahidəçilərin bir çox hesabatlarında yer alan məsələlərdir.

Daha ciddi iddialar jurnalist və fəallara qarşı repressiyalarla bağlıdır. Aparıcı "Toplum TV" işi üzrə 12-15 il həbs cəzalarını, siyasətçi Tofiq Yaqublu (9 il), ictimai fəal Bəxtiyar Hacıyev (10 il), sülh fəalı Bəhruz Səmədov (15 il) və Talış Mədəniyyət Mərkəzinin rəhbəri İqbal Məmmədovun (18 il) həbs cəzalarını xatırladıb. Bu, təkcə verilişin iddiası deyil – beynəlxalq insan hüquqları təşkilatlarının (Amnesty International, Human Rights Watch) hesabatlarında da Azərbaycanda siyasi məhbusların sayının artması ilə bağlı narahatlıqlar yer alır.

Verilişdə həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti xaricdə yaşayan jurnalist və fəallara qarşı cinayət işləri açır, onlara qiyabi həbs cəzaları kəsir. Xatırladaq ki, bu, son illərdə bir neçə dəfə beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunan məsələdir.

Bəs sual budur: Azərbaycan hökuməti xarici tənqidə niyə bu qədər sərt reaksiya verir? Bu, ölkənin beynəlxalq imicini qorumaq üçün mübarizədir, yoxsa narahatlıq doğuran həqiqətləri susdurmaq cəhdi? Unutmaq olmaz ki, Azərbaycanın Ermənistana qarşı qələbəsi və geosiyasi mövqeyinin güclənməsi həm də daxili siyasi təzyiqləri artırmaq imkanı yaradıb. Xarici KİV-lər bu məsələləri qaldırdıqca, hökumət onları "təxribat" adlandırır.

Və nəticə: Diplomatik etirazlar davam edir. Bu, avqust ayında Rusiya səfirinin çağırılması ilə bağlı ikinci hadisədir. Rusiyalı jurnalistlərə qarşı cinayət işləri açılıb. Amma sual açıq qalır – bu tənqidləri susdurmaq cəhdidirmi? Xalqın maraqları, söz azadlığı, ədalət – bütün bunlar beynəlxalq platformalarda müzakirə olunanda, hökumətin ilk reaksiyası etiraz notası olmamalıdır. Əslində, bu verilişlər Azərbaycan cəmiyyətində də müzakirə edilməli olan məsələləri gündəmə gətirir. Həqiqəti susdurmaq olmaz – onu yalnız gecikdirmək olar.

🌐
75000
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Video
🇦🇿🔴 Azərbaycan səhiyyəsi ...
Və ümumi inkişafin ən böyük təcəssümü

· Xəstəxanaların 43%-i yararsız – hər ikinci tibb müəssisəsi dağılmaq üzrədir.
· Səhiyyə xərcləri ÜDM-in 3,58%-i – ÜST tövsiyəsi 20%, yəni 5 dəfə gerilik.
· Tibb xərclərinin 78,6%-i əhalinin cibindən – dövlət deyil, xəstə ödəyir.
· Dünya reytinqində 90-cı yer – Gürcüstan və Ermənistandan da geri.
· 1500 həkim çatışmır – regionlarda həkim yoxdur, paytaxtda isə işsiz mütəxəssislər var.

Neft pulları 25 dəfə artsa da, səhiyyə çöküb. Xəstə palatada təmir işləri gedərkən müalicə alır – bu, sistemin iflasıdır. Rəqəmlər yalan danışmır: Azərbaycan səhiyyəsi təcili islahat yox, köklü dəyişiklik tələb edir.

🌐
1,280000
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🔴 ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll istefa verib

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll rəsmən istefa verib. Onun gedişi müdafiə naziri Pit Heqsetlə uzun müddət davam edən gərginlik və kadr siyasəti ilə bağlı fikir ayrılıqlarının nəticəsidir.

Mənbələrin bildirdiyinə görə, tərəflər ordunun idarə olunmasının əsas məsələləri, o cümlədən bir çox yüksəkrütbəli zabitin vəzifədən kənarlaşdırılması ilə nəticələnən kadr dəyişiklikləri ətrafında konsensusa gələ bilməyiblər.

Driskollun “yaxın bir neçə gün” ərzində Pentaqondakı səlahiyyətlərini başa vuracağı gözlənilir. Bundan əvvəl “NBC” telekanalı Driskollun sentyabrda istefa verməyi planlaşdırdığını bildirmişdi. ABŞ Prezidenti Donald Trampın administrasiyası isə nazirin ən azı ilin sonuna qədər vəzifəsində qalmasından yana olub.


🌐
76002
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Video
🇦🇿🔴Yaxtalar, şəhidlər və ədalət sualı

Monakoda 700 milyon dollarlıq yaxtada gəzən oğul – Azərbaycanda isə şəhid anasının çörək puluna möhtac olması. Bu, artıq təkcə siyasi deyil, əxlaqi sualdır.

Bir tərəfdə dövlət rəhbərinin ailə üzvünün lüks həyatı – digər tərəfdə Vətən uğrunda canını verən qəhrəmanların ailələrinin yoxsulluğu. Qazilər əlil arabasında, şəhid anaları isə bir tikə çörək üçün dilənir. Bu ziddiyyət cəmiyyətdə dözülməz həddə çatıb.

Sual sadədir: Əgər sənin övladın dünya yaxtalarında gəzə bilirsə, niyə mənim oğlum – Vətən uğrunda şəhid olan oğlum – ailəsini dolandıra bilmir?

Bu, artıq nifrət deyil, ədalət tələbidir. Xalqın neft pulu, təbii sərvətləri – bütün bunlar bir ailənin şəxsi mülkünə çevrilib. Şəhid ailələri, qazilər isə hər gün dövlət məmurlarının laqeydliyi ilə üz-üzədir.

İlham Əliyev cavab verməlidir – niyə onun ailəsi lüks içində boğulur, şəhid ailələri isə yoxsulluq içindədir? Bu sualın cavabı yoxdur, çünki bu, sistematik ədalətsizlikdir. Və bu ədalətsizlik nə qədər davam etsə, xalqın nifrəti də bir o qədər dərinləşəcək.

🌐
1,1200011
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🔴Papa Trampı tənqid etdi: “Dünyanı zalımlar əsarətə alıb”

Katolik Kilsəsinin rəhbəri Papa Fransisk (Leo XIV) ABŞ Prezidenti Donald Trampın İrana qarşı apardığı müharibəyə sərt tənqidlərlə çıxış edərək dünyanı “azsaylı zalımların” əsarətə aldığını bildirib.

Papa: “Allah müharibə başlayan rəhbərlərin dualarını qəbul etmir”

Aprelin 16-da Afrikaya səfəri zamanı çıxış edən Papa, dünyanı “azsaylı zalımların” əsarətə aldığını, həmin şəxslərin “Allahın adından istifadə edərək milyardlarla dolları müharibəyə xərclədiyini” bildirib. O, “dağıtmaq bir an, bərpa etmək isə bir ömür çəkir” deyərək müharibə iqtisadiyyatını tənqid edib.

Martın 29-da Palmiya Bazarı kütləsində daha sərt çıxış edən Papa bildirib ki, “Allah müharibə başladan, əlləri qana batmış rəhbərlərin dualarını qəbul etmir” və “İsa sülh kralıdır, onun adı heç bir müharibəni haqq qazandıra bilməz” deyə vurğulayıb. O, həmçinin Trampın “İran sivilizasiyasını məhv etmək” təhdidini “qəbuledilməz” adlandırıb.

Trampın cavabı: “Zəif, cinayətə meyilli”

Tramp sosial media platforması Truth Social-də Papaya sərt cavab verərək onu “cinayətə qarşı zəif” və “xarici siyasətdə dəhşətli” adlandırıb. O, həmçinin “Leo ağ evdə mən olmasaydım Vatikanda olmazdı” deyərək, ilk amerikalı Papa olan Fransiskin (Leo XIV) seçilməsini özü ilə əlaqələndirib.

Jurnalistlərə açıqlamasında Tramp Papadan üzr istəməyəcəyini bildirib: “Xeyr, çünki Papa Leo yanlış şeylər dedi”. O, “nüvə İranına yol verilə bilməz” deyərək müharibəni müdafiə edib.

ABŞ katolikləri arasında qütbləşmə

Papanın açıq mövqeyi ABŞ-ın 70 milyon katolik əhalisi arasında da mübahisələrə səbəb olub. Bir çox mühafizəkar katolik Trampa səs versə də, Papanın İran müharibəsinə qarşı çıxışı onu dəstəkləyənləri belə narahat edib. Vaşinqton kardinalı Robert Makelroy hətta ABŞ-nin İrana zərbələrini “mənəvi cəhətdən qanuni deyil” adlandırıb.


🌐
936001
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🔴Şimali Kiprdə bərə qəzası: 8 nəfər həyatını itirib, 3 günlük matəm elan edilib

Girnə-Taşucu reysini həyata keçirən “FiloJet” sərnişin bərəsinin Girnə sahillərində batması nəticəsində 8 nəfər həlak olub, 237 nəfər xilas edilib. Qəza avqustun 30-da (bazar günü) Girnə limanından Mersinin Taşucu limanına hərəkət edən bərənin sahilə 6,5 kilometr məsafədə su alaraq alabora olması nəticəsində baş verib.

Faciə ilə əlaqədar Şimali Kipr Türk Respublikasının (ŞKTR) Nazirlər Kabineti avqustun 31-dən sentyabrın 2-si gün batana qədər 3 günlük ümummilli matəm elan edib.

Axtarış-xilasetmə işləri və itkilər

Bərədə 267 nəfər olub. Qəzadan sonra aparılan axtarış-xilasetmə işləri nəticəsində 8 nəfərin cəsədi tapılıb, 237 nəfər xilas edilib. 18 nəfərin axtarışları isə davam edir. Bərə 514 metr dərinlikdə tamamilə batıb.

Axtarışlara Türkiyə və ŞKTR-nin geniş qüvvələri - təyyarələr, helikopterlər, İHA-lar, sahil mühafizə botları və hərbi gəmilər cəlb olunub.

Cinayət işi başlanıb, 9 nəfər saxlanılıb

Faciə ilə bağlı ŞKTR Baş Prokurorluğu tərəfindən “Ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” ittihamı ilə cinayət işi başlanılıb. Gəmi kapitanı, 7 ekipaj üzvü (onlardan ikisi Azərbaycan vətəndaşıdır) və bir şirkət işçisi olmaqla 9 nəfər saxlanılaraq Girnə Dairə Məhkəməsinə çıxarılıb.

Ekipaj üzvləri məhkəmədə qəzanın güclü dalğalar səbəbindən gəminin ön hissəsinin qopması nəticəsində baş verdiyini bildirib.

Azərbaycan vətəndaşları xilas edilib

Qəzaya uğrayan gəminin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da olub. Hər ikisi xilas edilib.


🌐
82000
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🔴Meksika deputatı İran xalqının müqavimətinə ehtiramını ifadə edib

Meksika Deputatlar Palatasında “Meksika təxəyyülündə Fidel” kitabının ikinci nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimdə Meksikalı deputat Mariya Maqdalena Rosales Kros çıxış edərək İran İslam Respublikasına və dünyanın mübarizə aparan xalqlarına ehtiramını ifadə edib.

Mərasimdə Meksika deputatları, Kubanın Meksikadakı səfiri, həmçinin İran, Nikaraqua, Venesuela, Çin, Fələstin və Vyetnamın səfirləri və diplomatları, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.

Kitabın müəllifi, hakim “Morena” partiyasının deputatı Rosales Kros çıxışında Fidel Kastronun Latın Amerikasındakı azadlıq hərəkatlarında oynadığı rola toxunaraq deyib: “İran İslam Respublikasına ehtiramımı bildirirəm; Latın Amerikasındakı prosesləri və Fidelin öz düşüncəsi və fəaliyyəti ilə dəyişdirdiyi hadisələri izləyən bir ölkədir”.


🌐
66001
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🔴 Hörmüz boğazında Britaniya tankerinə atəş açılıb

Hörmüz boğazında Britaniya tankeri naməlum mərmi ilə vurulub. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.

Hadisə avqustun 29-da, yerli vaxtla saat 20:53 radələrində (UTC) baş verib. Tanker Omanın Xasab şəhərindən təxminən 22 kilometr (12 dəniz mili) şimalda, Körfəzə doğru hərəkət edərkən atəşə tutulub.

UKMTO-nun məlumatına görə, tanker boğazdan keçərkən naməlum mənşəli mərmi ilə vurulub. Zərbə nəticəsində gəmidə yerli yanğın baş versə də, xəsarət alan və ya ölən olmayıb, heyətin hamısı təhlükəsizdir. Ətraf mühitə heç bir ziyan dəymədiyi bildirilir.


🌐
66000
MBH Media logo
MBH Media

04 Eyl 2026 08:35

Photo
🇦🇿🔴 Qənimət Zahid: “Əli Kərimlidən həyat yoldaşı vasitəsilə qisas almaq istəyirlər”

“Azadlıq Qəzeti”nin baş redaktoru Qənimət Zahid Meydan TV-yə açıqlamasında hakimiyyətin həbsdə olan AXCP sədri Əli Kərimlinin ailəsinə qarşı təxribat hazırladığını iddia edib. Onun sözlərinə görə, plan Əli Kərimlinin həyat yoldaşı Samara Seyidovanı mübahisəyə çəkərək inzibati məsuliyyətə cəlb etməkdir.

Zahid bildirib ki, bu məlumatı hakimiyyətə yaxın etibarlı mənbədən alıb və hesab edir ki, addım Əli Kərimliyə təzyiq göstərmək məqsədi daşıyır. O, hakimiyyətin əvvəllər də müxtəlif müxalif şəxslərə qarşı bu cür üsullara əl atdığını xatırladıb: "Müxalifətçiləri döyürdülər, sonra xuliqanlıq maddəsi ilə həbs edirdilər. İndi də Samara xanımı hansısa yolla mübahisəyə çəkmək istəyirlər".

Qənimət Zahid vurğulayıb ki, belə bir addımın hansısa dövlət qurumu tərəfindən müstəqil şəkildə planlaşdırılması mümkün deyil və bu əməliyyatın Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini iddia edib.

Əli Kərimlinin həbsi

Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıb. Dekabrın 1-də Səbail Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərlə bağlı ittiham irəli sürülüb. İstintaq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ilə əlaqələndirilir.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları rədd edib. AXCP isə Əli Kərimli, Məmməd İbrahim və digər partiya üzvlərinə qarşı cinayət işlərinin siyasi motivli olduğunu bildirir.

Hazırda Əli Kərimli də daxil olmaqla AXCP-nin 20-dən çox üzvü və fəalının həbsdə olduğu bildirilir. Beynəlxalq insan hüquqları təşkilatları da Əli Kərimlinin həbsini tənqid ediblər. Azərbaycan hakimiyyəti isə siyasi baxışlara görə həbs olunması ilə bağlı iddiaları rədd edir.


🌐
63000

Showing 30 of 40 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

MBH Media Telegram kanalı ne hakkında?+

MBH Media (@m_b_h_elm_ve_tedris_shobesi), tgdio üzerinde Haber Güncellemeleri ve Gazeteler kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 1.161 abonesi var.

MBH Media (@m_b_h_elm_ve_tedris_shobesi) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @m_b_h_elm_ve_tedris_shobesi abonesi olun.

MBH Media iyi bir Haber Güncellemeleri ve Gazeteler kanalı mı?+

tgdio üzerinde katılmadan önce MBH Media puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 1.161 abonesi var. Benzer Haber Güncellemeleri ve Gazeteler kanallarla karşılaştırın.

MBH Media istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @m_b_h_elm_ve_tedris_shobesi sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.