AzVak - İş Elanları • işlər • vakansiyalar Telegram channel photo

AzVak - İş Elanları • işlər • vakansiyalar

@azvakazePublic Channel

İselan,vakansiyalar,iş,elan Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan və ya [email protected] AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında telefon, onlayn və görüş zamanı danışıqlara

41

Last views

5.1k (5,074 subscribers)
Üyeler
—
Rating
110
Total Posts
Oct 23, 2026, 1:26 AM
Güncellendi
Apr 9, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameAzVak - İş Elanları • işlər • vakansiyalar
Username@azvakaze
Categoryİş İlanları ve Kariyer
LanguageTürkçe
CountryTürkiye
Üyeler5,074
Channel TypePublic Channel
Created9 Nis 2026
Last Updated23 Eki 2026 • dün
StatusActive

Sıralama

Küresel Sıralama
#301130-413
Dil Sıralaması
#2644-1
Kategori Sıralaması
#3119-10

Üye Büyümesi

Toplam: 5.1K30 Days growth: -621.2%
09/2309/2810/0310/0810/1310/1810/22
Üye Büyümesi - 30 Days
DateSubscribers
23:09:20265,136
24:09:20265,136
25:09:20265,136
26:09:20265,136
27:09:20265,136
28:09:20265,136
29:09:20265,136
30:09:20265,136
01:10:20265,136
02:10:20265,136
03:10:20265,136
04:10:20265,136
05:10:20265,136
06:10:20265,136
07:10:20265,136
08:10:20265,136
09:10:20265,136
10:10:20265,136
11:10:20265,136
12:10:20265,136
13:10:20265,136
14:10:20265,136
15:10:20265,089
16:10:20265,089
17:10:20265,089
18:10:20265,089
19:10:20265,089
20:10:20265,089
21:10:20265,089
22:10:20265,074
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 06:04:20265,146
Week of 13:04:20265,146
Week of 20:04:20265,146
Week of 27:04:20265,125
Week of 04:05:20265,125
Week of 11:05:20265,142
Week of 18:05:20265,142
Week of 25:05:20265,142
Week of 01:06:20265,142
Week of 08:06:20265,140
Week of 15:06:20265,140
Week of 22:06:20265,140
Week of 29:06:20265,139
Week of 06:07:20265,139
Week of 13:07:20265,139
Week of 20:07:20265,139
Week of 27:07:20265,139
Week of 03:08:20265,186
Week of 10:08:20265,186
Week of 17:08:20265,174
Week of 24:08:20265,162
Week of 31:08:20265,162
Week of 07:09:20265,129
Week of 14:09:20265,136
Week of 21:09:20265,136
Week of 28:09:20265,136
Week of 05:10:20265,136
Week of 12:10:20265,089
Week of 19:10:20265,074
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20265,125
May 20265,142
June 20265,140
July 20265,139
August 20265,162
September 20265,136
October 20265,074
Üye Büyümesi - Yearly
DateSubscribers
20265,074

Son Yazılar

Photo1/2
AzVak-da bu günə olan yeni elanlar 4-cü HİSSƏ (23.10.2026)



1.Rəqəmsal Marketinq üzrə təcrübəçi

https://www.azvak.az/vakansiyalar/tecrubeci/17870

2.Satış təmsilçisi (İnşaatçılar, Əhmədli və Azadlıq filiallari)

https://www.azvak.az/vakansiyalar/satis-mutexessisi-satis-temsilcisi/17869

3.Kredit mütəxəssisi (Əvəzedici filiallar üzrə)

https://www.azvak.az/vakansiyalar/kredit-mutexessisi/17868

4.Problemli kreditlər üzrə mütəxəssis

https://www.azvak.az/vakansiyalar/kredit-mutexessisi/17867

5.Horeca üzrə Satış Təmsilçisi (Hotel; Restoran)

https://www.azvak.az/vakansiyalar/satis-mutexessisi-satis-temsilcisi/17866

6.Canlı yayım üzrə qadın əməkdaşı (Avtomobil satışı)

https://www.azvak.az/vakansiyalar/diger/17865

7.Açılış qrup üzvü

https://www.azvak.az/vakansiyalar/diger/17864

8.Müştəri xidməti üzrə əməkdaş

https://www.azvak.az/vakansiyalar/diger/17863

9.Əczaçı-Provizor

https://www.azvak.az/vakansiyalar/eczaci/17862

10.SMM

https://www.azvak.az/vakansiyalar/sosial-media-mutexessisi-smm/17861

11.Mayalı mal Ustası

https://www.azvak.az/vakansiyalar/diger/17860

12.Mayalı mal Usta köməkçisi

https://www.azvak.az/vakansiyalar/asistent/17846

13.Çörəkçi

https://www.azvak.az/vakansiyalar/corekci/17845

14.Satıcı

https://www.azvak.az/vakansiyalar/satici/17834

15.Təndirçi

https://www.azvak.az/vakansiyalar/diger/17833

16.Ofisiant

https://www.azvak.az/vakansiyalar/ofisiant/17831

17.Xadimə-qabyuyan

https://www.azvak.az/vakansiyalar/xadime-temizlikci/17830

18.Anbar işçisi

https://www.azvak.az/vakansiyalar/anbardar/17817
41000
Rəqəmsal Marketinq üzrə təcrübəçi tələb olunur

Əsas vəzifələr:

Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;
Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;
Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;
Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;
Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;
Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;
Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;
Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;
Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
İnfluencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;


İş şəraiti:

Əmək haqqı: 200 azn Nett əmək haqqı (Şirkət tərəfindən verilir)
İş yeri: Bakı şəhəri, 25 Plaza;
İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.


Namizədə tələblər:

Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;
Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;
Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür.
SEO və SEM haqqında ümumi anlayış;
Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;
Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
Yaradıcı və təşəbbüskar yanaşma;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.


Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
44000
Satış təmsilçisi tələb olunur (İnşaatçılar, Əhmədli və Azadlıq filiallari)

İş yeri: Bakı,(İnşaatçılar, Əhmədli və Azadlıq filiallari)

İş rejimi: 6 günlük
Əmək haqqı: 500 azn nett + fərdi satışdan bonuslar (ümumi qazanc 600–1500AZN)
AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə

Namizədə tələblər:

Cinsi: Qadın
Yaş: 22– 35 yaş arası
Təhsil: Orta
İş təcrübəsi: Satış sahəsində azı 1 il
Aktiv, çevik, ünsiyyətcil olmalı
Satış qabiliyyəti olmalı

İş barədə məlumat:

Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən qüvvədə olan kampaniyalar haqqında geniş və ətraflı məlumatlar
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
Mağaza administratorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Uyğun namizədlərdən mövzu yerində “Satış təmsilçisi” (filial qeyd ederek) qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
44000
Kredit mütəxəssisi tələb olunur (Əvəzedici filiallar üzrə)

Öhdəliklər:

Müştəriyə malların kreditlə satılması barədə ətraflı məlumat vermək;
Kredit müraciətlərinin qəbulu və analizi;
Kredit portfelinə nəzarət və idarə etmək;
Kreditlə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
Kreditlə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
Mağaza Menecerinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

İş şəraiti:

· Əmək haqqı: 800 AZN
· İş yeri: Bakı şəhərinin Əhmədli, Metropark və Azadlıq filialları – filiallar üzrə əvəzləyici iş rejimi
AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə

Namizədə tələblər:

Cinsi: Kişi
Yaş: 25 – 35 yaş arası
Təhsil: Ali təhsili
Azərbaycan dilini səlis bilməlidir
İş təcrübəsi: Kredit mütəxəssisi üzrə azı 1 il iş stajı
MS Excel, MS Word və Logo Tiger proqramları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti.
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit mütəxəssisi” qeyd edərək şəkilli CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
40000
Problemli kreditlər üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Vindex Legal

Vəzifə Öhdəlikləri

Portfel üzrə müəyyən olunmuş aylıq yığım planlarının icra edilməsi.
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması

Namizədə tələblər:

Yaş aralığı: 21-45
Kişi və qadın namizədlər
Tam orta təhsil
İş təcrübəsi: 1-3 il (Problemli kreditlərlə iş sahəsində minimum 1 il iş təcrübəsi)
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (yazılı və şifahi).
Kompyuter bilikləri: office proqramları
Şəxsi və Peşəkar Keyfiyyətlər:
Yüksək analitik düşüncə, detallara diqqət və dəqiqlik;
Tələbkar, obyektiv, məsuliyyətli və çevik qərarvermə qabiliyyəti;
Güclü ünsiyyət, psixoloji təsir və danışıqlar aparmaq bacarığı;
Stress altında işləmək və çətin situasiyalarda optimal həll yolları tapmaq bacarığı;
Komandada işləmək və öyrənməyə, peşəkar inkişafa yüksək motivasiya.

İş şəraiti və əlavə imkanlar:

AR Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirmə;
Sınaq müddəti uğurla tamamlandıqdan sonra tibbi sığorta təminatı;
Müasir korporativ standartlara cavab verən iş şəraiti və peşəkar kollektiv
Həftəlik performans göstəricilərinə əsasən ən yaxşı kollektora ayrıca pul mükafatı;
Aylıq yekunlara əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutan mütəxəssislərə xüsusi mükafatlar.
Əməkhaqqı məbləği: 500 AZN net əməkhaqqı + BONUS(limitsiz)
Əməkhaqqı barədə əlavə məlumat: Şəffaf və Pilləli Bonus Sistemi:
İş Qrafiki: Həftəiçi 5 gün (I–V günlər)
İş saatı: 10:00 – 19:00.
Ünvan: Nərimanov rayonu Nadir Əliyev küçəsi 27.

Müraciət üçün :
Maraqlanan şəxslərdən CV-lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur
44000
Horeca üzrə Satış Təmsilçisi tələb olunur (Hotel;Restoran) 

Vəzifə Öhdəlikləri: 

-Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, 
restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm 
ziyaret etmək, satış hədəflərini icra etmək və sifarişləri qəbul 
etmək; 
-Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa 
obyektlərini aşkar etmək,  
-Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət 
avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və 
məhsulların düzgün təqdimatına nəzarət etmək; 
-Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor 
borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək; 
müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq. 

Əsas tələblər: 

-Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış 
təmsilçisi kimi minimum 1 il iş təcrübəsi; 
-Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi 
avtomobilin olması mütləqdir; 
-Dil bilikləri: Azərbaycan dili – səlis  
-Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta 
səviyyə). 

Fərdi keyfiyyətlər: 

-HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar 
kommunikasiya və etik davranış bacarıqları; 
-Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və 
inandırma qabiliyyəti; 
-Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş 
mühitinə uyğunlaşma. 

İş şəraiti və təminatlar: 

-Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə 
aylıq Bonus; 
-Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək 
xərcləri şirkət tərəfindən ödənilir; 
-Əlaqə: Korporativ nömrə və danışıq paketi; 
-İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü). 


Müraciət forması: 
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Horeca üzrə Satış 
təmsilçisi” yazmaqla https://karyera.sirab.az/  ünvanına göndərmələri 
xahiş olunur. Vatsap 099 900 35 89 

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə 
saxlanılacaq.
43000
Photo1/2
AzVak-da bu günə olan yeni elanlar 3-cü HİSSƏ (23.10.2026)



1.Silo operatoru

https://azvak.az/vakansiyalar/operator/17858

2.Laboratoriya üzrə Mütəxəssis

https://azvak.az/vakansiyalar/mutexessis/17857

3.İstehsalat meneceri (Production Manager)

https://azvak.az/vakansiyalar/menecer/17856

4.Qazanvuran

https://azvak.az/vakansiyalar/operator/17855

5.Kompozit İstehsalı Texniki

https://azvak.az/vakansiyalar/texnik/17854

6.Mexaniki istehsal və proses üzrə mühəndis

https://azvak.az/vakansiyalar/muhendis/17853

7.Sərbəst (Freelance / Remote) B2B Satış Tərəfdaşı / Əməkdaşı

https://azvak.az/vakansiyalar/satis-mutexessisi-satis-temsilcisi/17852

8.Operator

https://azvak.az/vakansiyalar/operator/17851

9.Ehtiyyat hissələri və Servis üzrə Təchizat mütəxəssisi

https://azvak.az/vakansiyalar/satinalma-mutexessisi/17850

10.Satış meneceri

https://azvak.az/vakansiyalar/menecer/17849

11.Rəqəmsal Marketinq və SMM Mütəxəssisi (Part-time)

https://azvak.az/vakansiyalar/sosial-media-mutexessisi-smm/17848

12.Təcrübəçi (Internship)

https://azvak.az/vakansiyalar/tecrubeci/17847

13.Ticari marketinq üzrə Mütəxəssis

https://azvak.az/vakansiyalar/mutexessis/17859
48000
Avtomobil satışı canlı yayım üzrə qadın əməkdaş tələb olunur

Xanımlar canlı yayımlarda avtomobilləri təqdim etmək, bəylər isə avtomobil satışı üzrə çalışmaq üçün müraciət edə bilərlər. Hər iki vəzifə üzrə uyğun namizədləri komandamıza dəvət edirik!

İşə götürən: DG MOTORS SALES LLC

Tələblər:

✅ Yaş: 23-40
✅ Sosial media sahəsində 1–3 il təcrübə
✅ Səlis Azərbaycan dili və kamera qarşısında rahat danışıq
✅ Ünsiyyət və satış bacarığı
✅ TikTok, Instagram və Facebook bilikləri

Vəzifələr:

📱 Canlı yayımlar və avtomobil təqdimatları
🎬 Foto və video kontent çəkilişi
💬 Mesajların cavablandırılması və müştərilərlə ünsiyyət

💰 Əməkhaqqı: Razılaşma yolu ilə

📄 Rəsmi əmək müqaviləsi

📩 CV-ni Vatsap vasitəsilə göndər: 055 731 29 56
48000
Turizm şirkətinə müştəri xidməti üzrə əməkdaşlar tələb olunur (qadın-kişi)

Şirkət: Baku City Tours

İş ərazi üzrə olacaq (iş ofis daxilində olmayacaq.).

Vəzifələr:

Tur paketləri və xidmətlər haqqında məlumat vermək
Müştəriləri cəlb etmək və yönləndirmək
Reklam və təqdimat işlərində iştirak etmək

Tələblər:

Yaş həddi: 35-ə qədər
Ünsiyyət bacarığının yüksək olması
Aktiv və pozitiv olmaq
İngilis və ya rus dili biliyi
Hər iki dili bilən namizədlərə üstünlük verilir
Təcrübə vacib deyil

Təklif edirik:

Rahat və gənc kollektiv
600-700 Maaş + bonus sistemi
Təlim və inkişaf imkanı
📍 İş yeri: Torqovu
🕒 İş qrafiki: Tam / Part-time

📩 Vatsap: 051 486 32 94
54000
ƏCZAÇI - PROVİZOR tələb olunur

“Sonar Pharma” komandasına qoşulacaq təcrübəli və məsuliyyətli Əczaçı-Provizor axtarılır

Tələblər:

Cins: Qadın / Kişi (fərq etmir);
Təhsil: Əczaçılıq üzrə ali təhsil (Provizor);
Sertifikasiya: Səhiyyə Nazirliyinin sertifikasiyasından keçmiş olması mütləqdir;
İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il iş stajı;
Dərman preparatları və farmakologiya üzrə yüksək biliklər;
Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurma bacarığı.

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
Növbəli iş qrafiki;
Əməkhaqqı: Razılaşma yolu ilə

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsində mütləq “ƏCZAÇI - PROVİZOR” qeyd edərək [email protected] / [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Paylaşdığımız elanlar üzrə iş axtaran şəxslərdən ödəniş qəbulu nəzərdə tutulmur. AzVak hər zaman bəyan edir ki, işaxtaran namizəd işə müraciət və ya qəbul olmaq üçün ödəniş və ya kart məlumatlarını təqdim etməməlidir.

Bu kimi hallar ilə rastlaşdığınız vəziyyətdə bizə məlumat vermyinizi xahiş edirik.

AzVak iş elanlarının məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında telefon, onlayn və görüş zamanı danışıqlara, işəgötürənin əməkdaşlarının və işaxtaranların hərəkətlərinə görə məsuliyyət daşımır.
55000
Supermarket şəbəkəsinə "Açılış qrup üzvü" tələb olunur

Əmək haqqı bonuslarla 850 azn və daha çox ola bilir. Həm qadınlar həm bəylər müraciət edə bilər.

-Tərtib olunmuş mağazadaxili yerləşmə planını aidiyyəti şöbədən alaraq kateqoriyalar üzrə yerlərin mağaza içində təyin edilməsini icra etmək;
-Yeni açılacaq mağazanın vitrinlərinə ticari malların (südlük və qastronom xaric) yerləşdiriməsinin açılış tarixindən minimum 2 gün əvvəl tamamlanmasını təmin etmək
-Mal təminatı üçün aidiyyətı şöbələrə müraciət etmək;
-Fəaliyyətdə olan mağazalarda vitrin dəyişikliklərini yerinə yetirmək, yenidənqurma işləri zamanı prosesə nəzarət etmək

İş şəraiti:

-Sabit Əməkhaqqı məbləği: 500 azn
-Yemək üçün əlavə: 100 azn
-Yol pulu: 80 azn
-Maaşa əlavə bonuslar olacaq
-Rəsmi əmək müqaviləsi
-Karyera inkişafı imkanları

Vatsap: 055 515 86 75
51000
SMM tələb olunur

Vəzifə haqqında:

Sosial media platformalarında brendin tanıtımını və auditoriya ilə aktiv ünsiyyətini təmin edəcək, yaradıcı və dinamik SMM mütəxəssisi axtarırıq.

Əsas vəzifələr:

Şirkətin sosial media hesablarının, xüsusilə Instagram və TikTok platformalarının idarə edilməsi;
Sosial media üçün video və foto kontentlərin ideyalaşdırılması, hazırlanması və çəkilişinin həyata keçirilməsi;
TikTok və Instagram üçün Reels, Stories və qısa formatlı videoların hazırlanması;
Video çəkilişlərinin təşkil edilməsi, kadrların düzgün qurulması və çəkiliş prosesinin idarə olunması;
Çəkilmiş videoların montajı, musiqi, keçid, mətn və digər vizual elementlərin əlavə edilməsi;
TikTok-da müntəzəm canlı yayımların (LIVE) keçirilməsi və idarə olunması;
Canlı yayımlar zamanı auditoriya ilə ünsiyyətin qurulması və izləyicilərin aktivliyinin artırılması;
Sosial media üçün kreativ ideyaların hazırlanması və kontent planının formalaşdırılması;
Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin izlənilməsi və kontentə tətbiq edilməsi;
Paylaşımların mətnlərinin (caption) hazırlanması və uyğun hashtaglardan istifadə;
Sosial media statistikalarının və auditoriya reaksiyalarının təhlili;
Kontentin baxış, engagement və izləyici artımı göstəricilərinin izlənilməsi;
Sosial media hesablarının inkişafı və brendin rəqəmsal görünürlüğünün artırılması.

Tələblər:

SMM və ya sosial media kontentinin hazırlanması sahəsində iş təcrübəsi;
TikTok və Instagram platformalarını yaxşı bilmək;
Video çəkilişi və qısa formatlı video kontent hazırlamaq bacarığı;
TikTok LIVE formatında canlı yayımların keçirilməsi üzrə təcrübə;
Video montaj proqramlarından istifadə bacarığı (CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlar);
Kreativ düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı;
Kamera qarşısında rahat və sərbəst ünsiyyət qurmaq bacarığı;
Trend və viral kontentləri operativ şəkildə izləmək və tətbiq etmək bacarığı;
Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı;
Rus dili biliyinin olması üstünlükdür

İş qrafiki: 5 günluk
Əmək haqqı: 1200 azn

Müraciət: Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “SMM” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.
58000
📢 TƏNDİRÇİ tələb olunur

Komandamıza təcrübəli, məsuliyyətli və öz işini sevən təndirçi axtarırıq! Keyfiyyətli və dadlı çörək məhsullarının hazırlanmasında iştirak etmək istəyən namizədləri müraciət etməyə dəvət edirik.

💰 ƏMƏKHAQQI:700 AZN

🕒 İŞ QRAFİKİ: Müsahibə zamanı razılaşdırılacaq.

👥 NAMİZƏDLƏRƏ TƏLƏBLƏR

- Cins: Qadın və kişi
- Yaş həddi: 25–55 yaş
- Təndirdə çörək bişirilməsi sahəsində iş təcrübəsi
- Təndirin düzgün istifadəsini və temperatur rejimini bilmək
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Komanda ilə işləmək bacarığı
- Sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək

📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Təndirdə çörək və digər un məmulatlarını bişirmək
- Məhsulların texnoloji tələblərə uyğun hazırlanmasını təmin etmək
- Təndirin temperaturuna və iş rejiminə nəzarət etmək
- Hazır məhsulların keyfiyyətini, görünüşünü və bişmə dərəcəsini yoxlamaq
- İstehsalat planına uyğun olaraq məhsulları vaxtında hazırlamaq
- Xammaldan səmərəli istifadə etmək
- Təndirin və iş sahəsinin təmizliyini qorumaq
- Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl etmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək

📍 Ünvan: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

📩 Vakansiya ilə maraqlanan namizədlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.Vatsap: 051 632 00 20
52000
📢 SATICI tələb olunur

Komandamıza gülərüz, məsuliyyətli və müştərilərlə ünsiyyət qurmağı bacaran satıcılar axtarırıq!

💰 ƏMƏKHAQQI: 500–600 AZN

🕒 İŞ QRAFİKİ: 08:00–17:00

👥 NAMİZƏDLƏRƏ TƏLƏBLƏR

- Cins: qadın və kişi
- Yaş həddi: 18–46 yaş
- Müştərilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Səliqəli xarici görünüşə və şəxsi gigiyenaya riayət etmək
- Komanda ilə işləmək bacarığı
- Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir

📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Müştəriləri gülərüz qarşılamaq və onlara keyfiyyətli xidmət göstərmək
- Çörək və digər un məmulatlarının satışını həyata keçirmək
- Məhsulları vitrinlərdə səliqəli yerləşdirmək
- Məhsulların təzəliyinə və görünüşünə nəzarət etmək
- Müştərilərə məhsullar haqqında düzgün məlumat vermək
- Satış və hesablaşmaları düzgün aparmaq
- Satış sahəsinin təmizliyini və səliqəsini qorumaq
- Məhsul çatışmazlığı barədə rəhbərliyə məlumat vermək
- Sanitariya-gigiyena və daxili iş qaydalarına riayət etmək

📍 İŞ YERİ: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

📩 Vakansiya ilə maraqlanan namizədlər ətraflı məlumat almaq və müraciət etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Vatsap: 051 632 00 20
59000
📢 ÇÖRƏKÇİ tələb olunur

İstehsalat komandamıza gecə növbəsi üzrə çalışmaq üçün təcrübəli, məsuliyyətli və işinə həvəslə yanaşan çörəkçi axtarırıq!

💰 ƏMƏKHAQQI: 900 AZN

🕒 İŞ QRAFİKİ: 23:00–08:00
🌙 İŞ REJİMİ: Gecə növbəsi

👥 NAMİZƏDLƏRƏ TƏLƏBLƏR

- Cins: qadın və kişi
- Yaş həddi: 25–45 yaş
- Çörək bişirilməsi sahəsində iş təcrübəsi
- Xəmirin hazırlanması və mayalanması proseslərini bilmək
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Komanda ilə işləmək bacarığı
- Sanitariya-gigiyena qaydalarına riayət etmək

📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Müxtəlif növ çörək məhsullarının hazırlanmasını və bişirilməsini həyata keçirmək
- Xəmirin hazırlanması, yoğurulması və mayalanması proseslərinə nəzarət etmək
- Məhsulların reseptura və texnoloji tələblərə uyğun hazırlanmasını təmin etmək
- Soba və digər istehsalat avadanlıqlarından düzgün istifadə etmək
- Bişirilən məhsulların keyfiyyətinə, çəkisinə, formasına və görünüşünə nəzarət etmək
- İstehsalat planına uyğun olaraq məhsulları vaxtında hazırlamaq
- Xammaldan səmərəli istifadə etmək və itkilərin qarşısını almaq
- İş yerinin təmizliyini və avadanlıqların sanitar vəziyyətini qorumaq
- Qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək

📍 İŞ YERİ: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

📩 Vakansiya ilə maraqlanan namizədlər ətraflı məlumat almaq və müraciət etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Vatsap: 051 632 00 20

Keyfiyyətli çörək məhsullarının hazırlanmasında iştirak etmək və peşəkar komandamızın bir hissəsi olmaq istəyən namizədləri müraciət etməyə dəvət edirik.
59000
📢MAYALI MAL USTA KÖMƏKÇİSİ tələb olunur

İstehsalat komandamızı genişləndiririk və gecə-gündüz növbələri üzrə çalışmaq üçün məsuliyyətli, çevik və işə həvəsli mayalı mal usta köməkçiləri axtarırıq.

Təcrübəsi olan və bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik!

💰 ƏMƏKHAQQI

🔹 Gündüz növbəsi – 500 AZN
🔹 Gecə növbəsi – 600 AZN

👥 NAMİZƏDLƏRƏ TƏLƏBLƏR

• Cins: qadın və kişi
• Yaş həddi: 25–45 yaş
• İşə məsuliyyətli və diqqətli yanaşmaq
• Komanda ilə işləmək bacarığı
• Təmizkar və intizamlı olmaq
• Müvafiq sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir

📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Mayalı mal ustasına istehsalat prosesində kömək etmək
• Xəmirin hazırlanması, yoğurulması və mayalanması proseslərində iştirak etmək
• Xəmirin kündələnməsi və məhsulların formaya salınmasına kömək etmək
• Xammal və ərzaqları iş prosesinə uyğun hazırlamaq
• Hazırlanan məhsulların keyfiyyətinə və görünüşünə nəzarətdə ustaya dəstək olmaq
• İstehsalat avadanlıqlarından düzgün istifadə etmək
• İş yerinin təmizliyini və səliqəsini qorumaq
• Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etmək
• Rəhbərliyin və ustanın tapşırıqlarını vaxtında yerinə yetirmək

📍 İŞ YERİ: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

Vatsap: 051 632 00 20

📩 Vakansiya ilə maraqlanan namizədlər ətraflı məlumat almaq və müraciət etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.
64000
📢MAYALI MAL USTA KÖMƏKÇİSİ tələb olunur

İstehsalat komandamızı genişləndiririk və gecə-gündüz növbələri üzrə çalışmaq üçün məsuliyyətli, çevik və işə həvəsli mayalı mal usta köməkçiləri axtarırıq.

Təcrübəsi olan və bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik!

💰 ƏMƏKHAQQI

🔹 Gündüz növbəsi – 500 AZN
🔹 Gecə növbəsi – 600 AZN

👥 NAMİZƏDLƏRƏ TƏLƏBLƏR

• Cins: qadın və kişi
• Yaş həddi: 25–45 yaş
• İşə məsuliyyətli və diqqətli yanaşmaq
• Komanda ilə işləmək bacarığı
• Təmizkar və intizamlı olmaq
• Müvafiq sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir

📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Mayalı mal ustasına istehsalat prosesində kömək etmək
• Xəmirin hazırlanması, yoğurulması və mayalanması proseslərində iştirak etmək
• Xəmirin kündələnməsi və məhsulların formaya salınmasına kömək etmək
• Xammal və ərzaqları iş prosesinə uyğun hazırlamaq
• Hazırlanan məhsulların keyfiyyətinə və görünüşünə nəzarətdə ustaya dəstək olmaq
• İstehsalat avadanlıqlarından düzgün istifadə etmək
• İş yerinin təmizliyini və səliqəsini qorumaq
• Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etmək
• Rəhbərliyin və ustanın tapşırıqlarını vaxtında yerinə yetirmək

📍 İŞ YERİ: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

Vatsap: 051 632 00 20

📩 Vakansiya ilə maraqlanan namizədlər ətraflı məlumat almaq və müraciət etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.
65000
🌾Mayalı mal ustaları tələb olunur

İstehsalat komandamızı genişləndiririk və buğda komandamıza peşəkar, məsuliyyətli, öz işini sevən mayalı mal ustalarını dəvət edirik.

💰 Əməkhaqqı:

🔹 Gündüz növbəsi – 800 AZN
🔹 Gecə növbəsi – 900 AZN

👥 Namizədlərə tələblər:

Cins: qadın və kişi
Yaş həddi: 25–45 yaş
Müvafiq sahədə iş təcrübəsi
Məsuliyyətli və intizamlı olmaq
Komanda ilə işləmək bacarığı

📋 Vəzifə öhdəlikləri:

Mayalı xəmir və un məmulatlarını texnoloji tələblərə uyğun hazırlamaq
Xəmirin yoğurulması, mayalanması və formaya salınmasını həyata keçirmək
Məhsulların keyfiyyətinə və görünüşünə nəzarət etmək
Xammaldan düzgün istifadə etmək
Sanitariya və gigiyena qaydalarına riayət etmək
İş yerinin təmizliyini qorumaq və istehsalat tapşırıqlarını vaxtında yerinə yetirmək

📍 Ünvan: Həsən Əliyev küçəsi, Avrasiya Hospitalın yaxınlığı

Vatsap: 051 632 00 20
70000
Ofisiant (Waiter) tələb olunur

Şirkət: Courtyard by Marriott Baku

Ünvan: Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303

İşin təsviri:

Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
Restoranı servis üçün hazırlamaq, masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

Namizədə olan tələblər

Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
İngilis dilində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 19.11.2026-dək  göndərmələri xahiş olunur. Vatsap: 051 205 08 92

Son tarix: 19.11.2026
28000
Xidmətçi (Housekeeping Attendant) tələb olunur

Şirkət: Courtyard by Marriott Baku

Vəzifə öhdəlikləri:

Qonaq otaqlarının şirkət standartlarına uyğun təmizliyini təmin etmək.
İtmiş və zədələnmiş əşyalar haqqında xəbər vermək.
Otaqların cari status hesabatını yoxlamaq və təsdiqləmək.
Otaqlardakı nöqsanlar haqqında xəbər vermək.
Bufet və tualeti təmizləmək və qaydaya salmaq.
Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək.
Əl arabasının təmizliyinə riayət etmək və səliqəli saxlamaq.
İş avadanlıqlarını doğru istifadə etmək və yoxlamaq.

Namizədə olan tələblər

Xidmətçi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Əmək haqqı 600 azn NET

İş şərtləri:

Əmək müqaviləsinin bağlanması
Tibbi sığorta ilə təminat
Şirkət tərəfindən nahar ilə təmin olunma
İllik hədəflərə görə mükafat sistemi
Həftədə 2 dəfə istirahət olmaqla qrafikə əsasən iş

Ünvan: Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Xidmətçi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 19.11.2026-dək  göndərmələri xahiş olunur.

Vatsap: 051 205 08 92

Son tarix: 19.11.2026
32000
Satış Təmsilçisi tələb olunur

Sinteks Şirkətlər Qrupu “ NEXT, Mango və Deichmann” brendləri üzrə “Satış Təmsilçisi” vakansiyasını elan edir!

Vəzifənin rolu: 

Bu vəzifənin rolu mağazada satışı həyata keçirmək və ticarət salonunda müştərilərə xidmət göstərməkdir.

Vəzifə öhdəlikləri:

Ticarət salonunda müştərilərə xidmət göstərmək.
Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.

Professional biliklər

Xüsusi bilik tələb olunmur

Təhsil 

Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
İş təcrübəsi
Pərakəndə satış sahəsində ən azı 6 ay iş təcrübəsi arzuolunandır

Professional bilik və səriştələr

Ünsiyyət bacarıqları
Kollektivdə işləmə bacarığı
Stressə davamlılıq
Məsuliyyət

Maraqlanan namizədlər qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Link: https://careers.sinteks.com/forms/ssi-retail-mango-next-deichmann-2e956e?jobId=cmp3zwntg0166oa01zt1y9727
56000
Mağaza müdiri tələb olunur

Fəaliyyət sahəsi: Ofis ləvazimatları mağazası

Vəzifə öhdəlikləri:

Mağaza stokuna nəzarət etmək;
Mövsümə və alıcıların tələbinə uyğun malları mağazada təşkilini həyata keçirmək;
Müştəri məmnuniyyətini təmin etmək və yeni satış kanalları ilə müştərilər qazanmaq;
Mağazada işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarəti həyata keçirmək;
Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək;
Satışın inkişafına töhfə vermək, satışın artımını təmin etmək üçün qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdirmək;
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək və s.

Namizədə tələblər:

Təhsil: Ali
Cins: Xanım namizəd
Yaş həddi: 25-35 yaş;
Dil bilikləri: Azərbaycan dili
Təcrübəsi: 1C proqramında işləmiş şəxslərə üstünlük veriləcək

Xüsusi tələb:

Ofis ləvazimatlarının satışı üzrə təcrübəsi olanlara üstünlük veriləcək
Bilik və bacarıqlarına güvənən, satış sahəsində özünə rəqib görməyən, nəticə əldə etməkdə özgüvənli olan, çox qazanmaq prinsiplərini üstün tutan, hədəfi böyük olan, tələb etdiyi sərbəstliyi verdikdə ən uğurlu olacağına ümid edib inanan kadr axtarırıq. Nəticə təqdim edib, yüksək gəlir əldə etmək istəyənlər üçün əla fürsətdir.

Əmək haqqı: 800-1200 manat + bonus (əmək haqqı formal olaraq qeyd edilib, əldə etdiyi nəticəyə uyğun olaraq əməyi ən yüksək formada qiymətləndiriləcək)

İş günü: 6 günlük iş rejimi

Ünvan: Əcəmi metrosunun yanında

Qeyd: Namizədlər CV-lərini [email protected] və ya 055 234 34 51 nömrənin Vatsapına göndərə bilər
59000
Fəhlə (Dəyirman) tələb olunur (Sumqayıt )

Sumqayıt şəhərində və ətraf ərazilərdə (Xırdalan, Masazır, Biləcəri) yaşayan namizədlərə üstünlük veriləcək.

İşəgötürən: “ATS Food” MMC (Bismak, Çörəkçi, Dəyirmanı)

İş yeri: Sumqayıt şəhəri

Namizədə dair tələblər

Fiziki iş qabiliyyətinin olması;
Məsuliyyətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı.
Yaş həddi: 25–50 yaş

İş şəraiti və təminatlar

Əmək haqqı: 607 AZN (net);
İş saatı : 09:00dan 18:00a kimi
İş qrafiki: 6 günlük iş rejimi;
Nahar təmin edilir;
Servis xidməti təmin edilir;
İş yeri rəsmidir. Əmək haqqı kartla verilir.

Üstünlük: Sumqayıt şəhərində və ətraf ərazilərdə (Xırdalan, Masazır, Biləcəri) yaşayan namizədlərə üstünlük veriləcək.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən 051 280 55 61 nömrəsinə yalnız Vatsap vasitəsilə yazmaları xahiş olunur.
57000
Tütün Mağazasına kişi satıcılar tələb olunur

TABACHOK Premium Qəlyan & Tütün Mağazasına əməkdaşlar tələb olunur

PREMIUM Keyfiyyətli xidmət göstərmək üçün komandamızı genişləndiririk və işinə peşəkar yanaşan, inkişaf etməyə və bizimlə birlikdə böyüməyə hazır komanda üzvləri axtarırıq.

Tələblər:

Dil biliyi: Rus dili Vacibdir, ingilis arzu olunandır
İŞ TƏCRÜBƏSİ : 1 ildən 3 ilə kimi satıcı vəzifəsi
Namizəd : Bəy namizəd
Yaş həddi : 25-35

İş qrafiki: 6 günlük 9 saat növbəli
İş saatıI : 10:00-23:00
İş yeri : AĞ ŞƏHƏR

Əmək haqqı: : 600+bonus+premya

Müraciətinizi 010 320 30 40 nömrənin vatsapına yaza bilərsiniz.
58000
Photo1/2
AzVak-da bu günə olan yeni elanlar 1-ci HİSSƏ (19.10.2026)



1.Maliyyə mütəxəssisi -Sumqayıt

https://www.azvak.az/vakansiyalar/mutexessis/17606

2.Texniki ofis mühəndisi

https://www.azvak.az/vakansiyalar/muhendis/17605

3.Satış məsləhətçisi

https://www.azvak.az/vakansiyalar/satis-mutexessisi-satis-temsilcisi/17604

4.Resepşionist (Stomatoloji Klinika)

https://www.azvak.az/vakansiyalar/qeydiyyatci-resepsn/17603

5.Direktor köməkçisi / assistenti

https://www.azvak.az/vakansiyalar/asistent/17602

6.1C Operator

https://www.azvak.az/vakansiyalar/muhasib/17601

7.Biznes İnkişafı üzrə Mütəxəssis

https://www.azvak.az/vakansiyalar/mutexessis/17600

8.İnsan Resursları üzrə Mütəxəssis

https://www.azvak.az/vakansiyalar/insan-resurslari-mutexessisi/17599

9.Planlaşdırma və Sənədlərə Nəzarət Mühəndisi

https://www.azvak.az/vakansiyalar/muhendis/17598

10.Layihə Rəhbəri

https://www.azvak.az/vakansiyalar/direktor-seddr/17597

11.Fitnes Təlimçisi

https://www.azvak.az/vakansiyalar/muellim/17596

12.Satış və Rezervasiyalar üzrə Agent

https://www.azvak.az/vakansiyalar/agent/17595

13.Baş Mühasib -Sumqayıt

https://www.azvak.az/vakansiyalar/muhasib/17593
64000
İşə Qəbul üzrə Mütəxəssis tələb olunur

“ Nur Collection”  MMC “İşə Qəbul üzrə Mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma əsasında

İş şəraiti

İş yeri:  Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
5 günlük iş həftəsi, 6-cı gün növbəli
Nahar fasiləsi: 13:00-14:00,
Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

İşə qəbul prosesini A-Z dək idarə etmək bacarığı (elan yerləşdirmə, CV-lərin filtrasiyası, müsahibələr, seçmə, təklif mərhələsi, testlərin hazırlanması,işə qəbul komissiyasının yaradılması və icrası).
İşçi ehtiyacının planlanması və ştat cədvəlinin idarə olunması.
KPI və performans göstəricilərinə əsasən analiz və hesabatların hazırlanması.
Bazar və əmək haqqı araşdırmaları aparmaq bacarığı.
İşçilərin fəaliyyət analizi ( xronometrik analizlər- norma hesablaması)
Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
İşə qəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 
Kadr bazasının hazırlanması və yenilənməsi;
Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
Sınaq müddəti təyin edilməsi və prosedur qaydalara uyğun izlənməsi;
Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Namizədə tələblər:

Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resursları, Psixologiya və ya əlaqəli sahələr üzrə).
HR üzrə əlavə kurslar və ya sertifikatlar (məsələn: SHRM, CIPD, və ya yerli HR təlimləri) üstünlükdür.
MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər.
Onlayn işə qəbul platformaları (LinkedIn, Jobsearch, Glassdoor və s.) ilə işləmək bacarığı.
Əmək qanunvericiliyi və HR prosedurları haqqında biliklər.
Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
Azərbaycan dilini natiqlik səviyyədə bilməli, ingilis və rus dillərini bilmək arzuolunan;
Müvafiq sahədə 3- 5 il iş təcrübəsi;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Namizədin şəxsi keyfiyyətləri:

Ezamiyyə imkanları; 
İşə planlı yanaşması; 
Fəal olması və komandada işləmək bacarığı
Analitik düşüncə və problem həll etmə bacarığı.
Məsuliyyətli və detallara diqqətli olmaq.
Təşəbbüskar və çevik olmaq.
Məlumatların konfidensiallığını qorumaq bacarığı.

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə,  [email protected] elekton ünvanına göndərə bilərlər.

 Son müraciət tarixi: 30.10.2026.
77000
CONTENT CREATOR / VİDEOQRAF tələb olunur

Avery Dennison komandamıza yaradıcı, məsuliyyətli və işinə peşəkar yanaşan əməkdaş axtarırıq!

Vakansiya: Məzmun yaradıcısı / Videoqraf

✅ Namizədə tələblər:

* Kişi namizədlər;
• Yaş: 25+;
• Video çəkiliş və montaj bacarığı;
Video çəkilişlərində iştirak etməsi vacibdir.
* Kreativ düşüncə və müstəqil kontent hazırlamaq qabiliyyəti;
* Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı;
* Məsuliyyətli, intizamlı və komandada işləməyi bacaran olmaq.

Vəzifə öhdəlikləri:

* Avtomobil detailing xidmətləri ilə bağlı video çəkilişlərin həyata keçirilməsi;
* Sosial media üçün kreativ kontent ideyalarının hazırlanması və reallaşdırılması;
• Çəkilmiş videoların montaj edilməsi və paylaşım üçün hazırlanması;
* Sosial şəbəkələr üçün maraqlı və trendə uyğun kontentlərin yaradılması;
* Şirkətin xidmətlərinin sosial mediada effektiv təqdim olunması.

🕙 İş qrafiki: 6 günlük iş həftəsi, saat 10:00–20:00

💰 Əmək haqqı: 700–800 AZN
📍 İş yeri: Avery Dennison

📩 Müraciət üçün: CV-nizi və əvvəlki çəkilişlərinizdən nümunələri 055 327 00 74 nömrənin vatsapına göndərərdiniz.

Ünvan: Əhməd Rəcəbli 9 A, Avery Dennison detailing şirkəti
78000

Showing 30 of 110 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

AzVak - İş Elanları • işlər • vakansiyalar Telegram kanalı ne hakkında?+

AzVak - İş Elanları • işlər • vakansiyalar (@azvakaze), tgdio üzerinde İş İlanları ve Kariyer kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 5.074 abonesi var.

AzVak - İş Elanları • işlər • vakansiyalar (@azvakaze) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @azvakaze abonesi olun.

AzVak - İş Elanları • işlər • vakansiyalar iyi bir İş İlanları ve Kariyer kanalı mı?+

tgdio üzerinde katılmadan önce AzVak - İş Elanları • işlər • vakansiyalar puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 5.074 abonesi var. Benzer İş İlanları ve Kariyer kanallarla karşılaştırın.

AzVak - İş Elanları • işlər • vakansiyalar istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @azvakaze sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.