🚌 İctimai nəqliyyatda yaxın zamanda bizi nə gözləyir?
⠀
🚇 Dünən Bakı Metropoliteninin sədrinin müsahibəsinə
https://youtube.com/watch?v=sqlhjBAnpN4&si=AHihbuE2Fzyq48pE. Əsas məqamlar:
⠀
🚇 Metro, avtobus və taksi daha koordinasiyalı işləyəcək. İlk mərhələdə məlumatlar vahid bazada toplanacaq ki, planlama və proqnozlaşdırma daha rahat olsun. Hələlik söhbət əsasən BakuBus-dan gedir;
⠀
🎫 Saatlıq, həftəlik və aylıq tarif paketləri gündəmə gəlib. Görünür, bu sistem nəhayət tətbiq olunacaq;
⠀
📱 Bakı Metrosunun öz mobil tətbiqi olacaq. Qatarların doluluq səviyyəsini tətbiq üzərindən izləmək mümkün olacaq;
⠀
🚊 Tramvayın 5 xətti planlaşdırılır. İlk xətt 28 May–Mehdiabad istiqamətində olacaq;
⠀
🚇 299 yeni metro vaqonu alınacaq. Ümumi qatar sayı hələ açıqlanmayıb. Ehtimal edirəm ki, köhnə xətlərdə 5 vaqonlu, bənövşəyi xətdə isə 7 vaqonlu qatarlar istifadəyə veriləcək;
⠀
⚡️ Elektrik şəbəkəsinin dayanıqlığı da Dövlət Proqramına daxil edilib;
⠀
🤖 Sərnişin sıxlığı süni intellekt vasitəsilə idarə olunacaq. Sistem artıq pilot mərhələdə sınaqdan keçirilir.
⠀
❗️ Vacib məqam: AYNA ləğv olunmur. Agentlik ictimai nəqliyyatda tənzimləyici rolunu və yol hərəkətinin təşkili funksiyasını davam etdirəcək. Sadəcə artıq Bakı Metropoliteni ilə daha sıx əməkdaşlıq edəcək.
⠀
#analitika #ictimainəqliyyat