Əvvəllər müharibə xəbərləri gələndə investorlar qorxuya düşürdülər və pullarını qorumaq üçün qızıla yönəlirdilər. Çünki qızıl təhlükəsiz aktiv hesab olunur. Tələb artdığı üçün də qızılın qiyməti qalxırdı.
Bəs indi nə dəyişib?
Hazırda Yaxın Şərqdəki müharibə və gərginlik neft bazarına da təsir edir. Neftin bahalaşması isə dünyada məhsulların daşınması və istehsal xərclərinin artması deməkdir. Bu da inflyasiya riskini yüksəldir.
İnflyasiya artarsa, ABŞ Mərkəzi Bankı (FED) faizləri endirməyə tələsməyə bilər. Faizlərin yüksək qalması isə qızıl üçün mənfi amildir və qiymətə satış təzyiqi yarada bilər.
Yəni sadə dillə desək, əvvəllər müharibə xəbərləri qızıla olan tələbi artırırdı, indi isə neftin bahalaşması üzərindən inflyasiya və faiz qorxusunu gücləndirir. Hazırda bazarda bu ikinci təsir daha güclü görünür. Üstəlik, investorların nağd pula ehtiyac səbəbindən qızıl satması da düşüşü sürətləndirə bilər.
Ona görə də hər müharibə xəbəri gələndə qızıl mütləq qalxmalıdır düşüncəsi düzgün deyil.
İran-Amerika arasında olan müharibə bir başa neftə təsir edir deyə müharibənin güclənməsi qızılın dəyər itirməsinə, zəifləməsi isə qızılın dəyər qazanmasına səbəb ola bilər.
Biz fundamental səbəbləri beynimizdə toparlayıb, texniki səbəblərlə birləşdirib giriş tapa bilərik.










