Gündəlik əhkamlar Telegram channel photo

Gündəlik əhkamlar

@gundelik_ehkamlarPublic Channel

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə. @Talibi_qomnam

58

Last views

1.4k (1,390 subscribers)
Üyeler
—
Rating
61
Total Posts
Oct 16, 2026, 12:37 AM
Güncellendi
Apr 12, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameGündəlik əhkamlar
Username@gundelik_ehkamlar
CategoryGünlük Motivasyon
LanguageTürkçe
CountryTürkiye
Üyeler1,390
Channel TypePublic Channel
Created12 Nis 2026
Last Updated16 Eki 2026 • 7 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#417851-701
Dil Sıralaması
#4196-12
Kategori Sıralaması
#3582-12

Üye Büyümesi

Toplam: 1.4K30 Days growth: -483.3%
09/1609/2109/2610/0110/0610/1110/15
Üye Büyümesi - 30 Days
DateSubscribers
16:09:20261,438
17:09:20261,438
18:09:20261,431
19:09:20261,431
20:09:20261,431
21:09:20261,431
22:09:20261,431
23:09:20261,431
24:09:20261,431
25:09:20261,431
26:09:20261,431
27:09:20261,431
28:09:20261,431
29:09:20261,431
30:09:20261,431
01:10:20261,431
02:10:20261,431
03:10:20261,431
04:10:20261,431
05:10:20261,431
06:10:20261,431
07:10:20261,431
08:10:20261,431
09:10:20261,431
10:10:20261,431
11:10:20261,431
12:10:20261,431
13:10:20261,431
14:10:20261,431
15:10:20261,390
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 06:04:20261,542
Week of 13:04:20261,543
Week of 20:04:20261,543
Week of 27:04:20261,520
Week of 04:05:20261,520
Week of 11:05:20261,520
Week of 18:05:20261,508
Week of 25:05:20261,508
Week of 01:06:20261,508
Week of 08:06:20261,508
Week of 15:06:20261,508
Week of 22:06:20261,508
Week of 29:06:20261,480
Week of 06:07:20261,480
Week of 13:07:20261,480
Week of 20:07:20261,480
Week of 27:07:20261,480
Week of 03:08:20261,480
Week of 10:08:20261,461
Week of 17:08:20261,449
Week of 24:08:20261,442
Week of 31:08:20261,442
Week of 07:09:20261,438
Week of 14:09:20261,431
Week of 21:09:20261,431
Week of 28:09:20261,431
Week of 05:10:20261,431
Week of 12:10:20261,390
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20261,543
May 20261,508
June 20261,508
July 20261,480
August 20261,442
September 20261,431
October 20261,390
Üye Büyümesi - Yearly
DateSubscribers
20261,390

Son Yazılar

Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

19 Eki 2026 11:53

«💌:☀️»

#Hökm_haqqında_yanlış_təsəvvürlər

Bəzi insanlar elə düşünürlər ki, əgər rəis bizə şəriətə zidd (günah) bir iş buyursa, biz «əmr quluyuq/məmuruq» deyə üzürlüyük❗️

Halbuki bu tamamilə yanlışdır❌

✍️ Rəvayətdə buyurulur:

«لَا طَاعَةَ لِمَخْلُوقٍ فِي مَعْصِيَةِ الْخَالِقِ»

(Yaradanın əmrinə qarşı günah sayılan işdə məxluqa (heç bir insana) itaət yoxdur!)

(Mənbə: Şeyx Səduq, «Mən la yəhduruhul-fəqih», c. 4, s. 381; «Nəhcül-Bəlağə», hikmət 165)

⭕️ Bu ümumi qayda hamıya şamildir:
🔸 Valideyn övladı namazdan çəkindirə bilməz;
🔸 Həyat yoldaşı (ər) qadını hicabdan məhrum edə bilməz;
🔸 Rəis işçini günaha məcbur edə bilməz.
🔸 Məktəbdə hicaba qadağaya görə Şagird ya Müəllimə aça bilməz.

🔥☀️💌🔥☀️💌🔥☀️💌🔥☀️💌🔥☀️💌
T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
61003
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

18 Eki 2026 15:52

[🦋:🕸]
#Uşağın_yanında_hicab

Biz qadınlar azyaşlı uşaqların yanında da hicaba riayət etməliyikmi⁉️

🔻 Bütün mərcələr (Ayətullah Məkarim istisna olmaqla):
Əgər uşaq yaxşı ilə pisi (cinsi məsələləri) anlayırsa və qadınların bədəninə baxmaqla onda şəhvətin oyanma ehtimalı varsa, vacib ehtiyata əsasən, bədəninizi və başınızın tükünü ondan örtməlisiniz.

🔻 Ayətullah Məkarim:
Xeyr, azyaşlı uşaqların qarşısında hicab bağlamaq lazım deyil. Lakin əgər oğlan uşağı yaxşı ilə pisi (cinsi məsələləri) anlayırsa, yaxşı olar ki (müstəhəbdir), qadınlar bədənlərini və saçlarını onun qarşısında örtsünlər.

❗️ QEYD:
Vacib ehtiyat o deməkdir ki, bu məsələdə öz mərcəimdən sonra gələn və bu barədə qəti fətvası olan digər ən elmli mərcəyə (ə’ləmə) müraciət edə bilərəm.

📚 Mənbələr:
• Mərcələrin «Tovzihul-Məsail»i, məsələ 2435;

♡ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🕸🦋⛓🕸🦋⛓🕸🦋⛓🕸🦋⛓🕸🦋⛓

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
80002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

16 Eki 2026 00:06

(الأصل العربي):

❓السؤال:
إذا طبّق الزي الموحد في مدارس البنات في إحدى الدول الإسلامية فمنع من دخول الطالبات بالحجاب إليها كما منع من دخول المعلمات المحجبات بحجابهن وممارستهن للتدريس فوقعن في ضرر معتد به او حرج بالغ، فهل يجري عليهن حكم أمثالهن في الدول غير الإسلامية إذا منع الحجاب في مدارسها، أي أن عليهن رعاية الحجاب الشرعي بالمقدار الممكن - كستر معظم شعر الرأس بقبعة مثلاً وستر الرقبة بتمامها إلى الذقن بلبس ثوب (بلوز) طويل الرقبة - وعدم تركه الا بمقدار ما تحتّمه الضرورة . هل هذا هو حكمهن أو يختلف عما ذكر؟

🔰الجواب:
لا تكفي الضرورة الشـخصية فيما إذا ترتبت مفسدة نوعية شديدة على الاستجابة للإلزام بترك الحجاب، وهي الإضرار بالهوية الثقافية للمجتمع وتمادي السلطات في محاولاتها لطمس تقاليده الإسلامية، فلا بد من أن يؤخذ هذا في الحسبان. والى الله المشتكى.

❓Sual:
Əgər İslam ölkələrindən birində qızlar məktəbində vahid məktəbli forması tətbiq olunarsa və qız şagirdlərin hicabla məktəbə daxil olmasına, eləcə də hicablı müəllimələrin öz hicabları ilə daxil olub dərs demələrinə maneçilik törədilərsə və onlar ciddi bir zərərə və ya dözülməz çətinliyə (hərəcə) məruz qalarlarsa; bu halda, məktəblərində hicab qadağan olunan qeyri-İslam ölkələrindəki oxşar şəxslərin hökmü onlar üçün də keçərlidirmi? Yəni, onlar şəri hicaba mümkün qədər riayət etməli – məsələn, papaqla başın saçının böyük bir hissəsini və dik yaxalı geyim (kofta) geyinməklə boğazı tamamilə çənəyə qədər örtməli – və yalnız zərurətin qaçılmaz etdiyi miqdardan artıq hicabı tərk etməməlidirlərmi? Onların hökmü budurmu, yoxsa qeyd ediləndən fərqlidir?

🔰Cavab:
Hicabın çıxarılması məcburiyyətinə boyun əymək cəmiyyətin mədəni kimliyinə zərbə vurulması və hakimiyyət dairələrinin cəmiyyətin İslami ənənələrini məhv etmək cəhdlərində hədlərini daha da aşması kimi ağır ümumi (ictimai) fəsadla nəticələnərsə, belə olan halda şəxsi zərurət (və çətinlik) yetərli bəhanə sayılmır. Odur ki, bu məsələ mütləq nəzərə alınmalıdır. Şikayət yalnız Allaha olunur!

---
📚Mənbə:
Mərcəiyyət: Ayətullah əl-Üzma Seyid Əli əl-Hüseyni əs-Sistani
Rəsmi sayt (sistani.org) — İstiftaat: Qadın və Hicab bölümü (الاستفتاءات - المرأة - الحجاب)
120003
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

15 Eki 2026 17:17

Video
📌 Hicabın qadağan olunmasına hamılıqla etiraz edirik və etməliyik.

Vallah bu balaların ahı tutacaq sizi məhv olacaqsız😔

Dinlə müharibə gedir hardasız ey müsəlmanlar?!

Ey Azərbaycan xalqı bu fironlar bizə Allahı qadağa etmək istəyir.

Bu qadağa məktəbdə bitməyəcək hər yerə hər şəkildə təsir edəcək. Tək hicab geyiminə yox sonradan dəyər bildiyiniz hər şeyə hücum olacaq.
65005
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

13 Eki 2026 15:31

🔰 Hicab Allahın əmridir əzizlər.
Heç bir şeylə əvəz olunmaz.
Parikdə taxsanız yenədə zinət sayılır.

Hicabı açmaq isə heç olmaz.Səbrli olun əziz ana-bacılarımız və qızlarımız.

Zalımın zülmündə məzlum olmaq bu zülmlə mübarizə aparmaqladır.Zülmə susmaq insanı məzlum etməz.

Həzrəti Zeynəb (s.ə) başına gələn müsibətlərin heç birində hicabı açmadı.Allah sizləri Xanım Zeynəblə (s.ə) məşhur etsin.Qurban olaram sizə.🤲😔

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
293005
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

12 Eki 2026 15:27

Photo1/4
#Hicaba_azadlıq
#Hicab_Allahın_əmridir

📌 Əziz xalqımızdan Allahın əmrini müdafiə etməyini istəyirik.
Hicablı,hicabsız,namaz qılan və qılmayan fərqi yoxdur Allaha inancı olan hər kəsin borcudur ki, dinimizi müdafiə edək.

📛 bəziləri bəhanə edir ki,bir kəsin hicablı evində bir şəxsi yoxdursa, ona nə gəlib etiraz etmək;
📛 Kişilər niyə buna etiraz edir başa düşülmür;
📛 Hicab ərəb geyimidir;
📛Milli geyiminiz var;
Və başqa şübhələrlə deyilən bu sözlərin bir kəlmə cavabı var: Hicab Allahın qanunudur onu müdafiə etmək hər bir müsəlmana vacibdir.

T.me/shubhelere_cavablar
115007
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

11 Eki 2026 14:11

☀️ Uşaqların məhrəmliyi

Əgər hər ikisinin də övladı olan bir kişi və qadın evlənsələr, onların uşaqları bir-birinə məhrəm olurlarmı⁉️

🔻 Bütün mərcəilər:
Xeyr; ər və arvadın əvvəlki həyat yoldaşlarından olan uşaqlarının bir-biriləri ilə heç bir məhrəmliyi yoxdur, tamamilə naməhrəmdirlər və hətta bir-birləri ilə evlənə də bilərlər.

Amma əgər həmin ər-arvadın sonradan ortaq övladı dünyaya gələrsə, o uşaq digər uşaqların qardaşı və ya bacısı olar və hamısına məhrəmdir.

Öz həyat yoldaşları ilə məhrəmlik barədə iki nöqtə:

Birinci:
Kişinin oğlu sadəcə kəbin oxunmaqla ögey ana ilə məhrəm olur (hətta yaxınlıq olmasa belə).
İkinci:
Qız övladı o zaman ögey ata ilə məhrəm olur ki, ər və arvad arasında yaxınlıq (cinsi əlaqə) baş versin.

📚 Mənbə: "Tovzihul-Məsail" (mərcəilər), məsələ 2387 və 2388; "əl-Urvətul-Vüsqa", Kitabun-Nikah, Fəsl fi Əsbabit-Təhrim, məsələ 21.

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
149002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

10 Eki 2026 14:10

🎎 Hamiləlikdən sonra evlilik

Bağışlayın bir qızla dost idim; aramızda şəri məhrəmlik yaranmamışdən əvvəl məndən hamilə qaldı və bundan sonra rüsvayçılığın qarşısını almaq üçün tez bir zamanda evləndik. İndi bu uşaq haramzadədirmi⁉️

Bəli, təəssüf ki; həmin uşaq halalzadə deyil.
Əlbəttə, uşağın heç bir günahı yoxdur və ata-ana borcludurlar ki, digər övladları kimi ona da ən gözəl şəkildə baxsınlar və tərbiyə etsinlər. Sadəcə olaraq, bu övladın bəzi hökmləri fərqlidir; məsələn, ata və anadan (və əksinə) irs aparmır; hərçənd valideynlər öz mallarından onun üçün vəsiyyət edə bilərlər.

Yaddan çıxmasın ❗️
Əgər əqdli (kəbinli) olublarsa və kəbinlərinin batil olduğunu bilməyiblərsə, bundan sonra xanım hamilə qalıbsa, uşaq tamamilə halalzadədir.

📚 Mənbə: "Tovzihul-Məsail" (mərcəilər), məsələ 2402; Ayətullah Məkarimin saytı; Ayətullah Sistani və Ayətullah Xamêneyinin rəsmi saytları.

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
126002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

09 Eki 2026 13:06

🌙 İki dəqiqəlik "Gecə namazı" (Təhəccüd)

Gecə namazının 🌙 fəzilətləri barədə çox eşitmişik, amma bəzən yerinə yetirməyə tənbəllik edirik. Bəlkə də ona görədir ki, Allahın bu məsələdə bizə nə qədər güzəşt etdiyini və nə qədər rahatlıq verdiyini bilmirik. 😍 Məsələn:

🔹 Əgər sübh azanına qədər gecə namazı qıla bilmirsənsə, gecənin sonunda, yatmazdan əvvəl 🛌 qıl; çünki gecə namazının vaxtı məşhur nəzərə görə gecə yarısından sübh azanına qədərdir.

🔹 Əgər 11 rükətin hamısını qılmaq sənə çətindirsə, hissə-hissə qıl. 📿

🔹 Əgər 11 rükət çoxdursa, son 3 rükəti (Şəf və Vətr) qıl; çünki bu üç rükət daha əhəmiyyətlidir. ✨

🔹 Əgər bu da çətindirsə, surəni boş ver, yalnız "Həmd"i 📖 oxu; əgər onda da halın yoxdursa, qunutu oxuma.

🔹 Əgər gecə yarısı və ya sübh azanından qabaq qılmaq çətindirsə, boş ver, elə gecənin əvvəlində 🌌 qıl.

🔹 Əgər ayaq üstə durmağa halın yoxdursa, əyləşib qıl. 🪑 Hətta oturaraq da alınmasa, "savab ümidi ilə" uzanaraq qıl. 🛌

✅ Bütün bu asanlıqlar gecə namazının qəzası üçün də keçərlidir. Qəzasının savabı o qədər çoxdur ki, alimlər gecənin əvvəlində qılmaqdansa, sabah qəzasını qılmağın daha yaxşı olduğunu bildiriblər. 💯

✅ Hətta bütün bunlara baxmayaraq, adi namaz qılmağa da halın yoxdursa, önəmli deyil. Gəzərkən və ya avtomobil sürərkən 🚶‍♂️🚗 qıl; rüku və səcdəni də boş ver, yalnız zikrlərini de və başınla işarə et.

Gördün Allah bizə necə imkanlar verib! 😍 Gecə namazının son üç rükətini ertəsi gün hərəkət halında, surə və qunutsuz qılmaq 2 dəqiqədən ⏱️ çox çəkər?
Özünə demə ki, "belə olanda dadı çıxmır". Bunlar şeytanın vəsvəsələridir! 😈 Allah tez razı olur; ümumiyyətlə, bəhanə axtarır ki, bizi bağışlasın və Cənnətə aparsın. 🕊️

Gecə namazının fəzilətləri təkcə axirətə aid deyil; bu dünyada da cismi sağlamlıq, ruzinin bərəkəti, bəlanın dəf olması 🛡️ və... kimi faydaları var.
Bu ibadət o qədər önəmlidir ki, rəvayətlərdə ondan məhrum olan şəxsə "həqiqi məhrum" 😔 deyilmişdir.

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
140003
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

08 Eki 2026 14:05

📿 Namazda bir neçə möhür

#Şəriət_hökmlərinin_yanlış_tətbiqi

Bəzi insanlar düşünürlər ki, möhürlərinin 📿 sayı nə qədər çox olsa, savabı da çox olar! 😐
Halbuki bu, qətiyyən belə deyil. ❌

Əgər bu işə görə səcdə yeri ilə digər səcdə üzvlərinin (dizlər, ayaq barmaqlarının ucları və əllər) yeri arasında məsafə dörd barmaqdan (qapalı barmaq ✋) artıq olarsa, səcdə və namaz batildir. 🚫

📚 Mənbə: Mərcəi-təqlidlərin "Tovzihul-Məsail"i, məsələ 1057 (və digər müvafiq məsələlər).

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
141002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

07 Eki 2026 19:59

Salam aleykum əziz kanal üzvləri.

Hicaba olan qadağalara səssiz qalmayaq.Bu Allahın qanunu və bizim haqqımızdır.Heç kəs bunu qadağa edə bilməz.
Nəzərinizə çatdıraq ki,bu məsələ bir ovuc xalq düşməni tərəfindən çıxıb ki,xalqı nəzərə almadan bunu tətbiq etmək istəyirlər.
Bizlər gərək bu məsələdə son dərəcə ayıq-sayıq olaq və birliyimizi qoruyaq.
Biz müqavimət göstərsək əmin olun ki,Allahın köməyi bizə çatacaq.Çünki Allah bizimdlədir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

Ey iman gətirənlər! Əgər siz Allaha, Onun dininə kömək göstərsəniz, O da sizə kömək edər və addımlarınızı möhkəmləndirər. (Həzrəti Məhəmməd surəsi 7)
106004
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

07 Eki 2026 14:05

💔 Naməhrəmə məhəbbət

❓ Sual:
Naməhrəmi sevmək 👩‍❤️‍👨 günahdır?

🔻 Bütün mərcəi-təqlidlər:

Xeyr, yalnız qəlbdə olan sevgi günah deyil. ✅ Günah olan şey; şəri çərçivədən kənar olan rabitə və hisslərin ifadə olunmasıdır 🚫, istər aşiq olmazdan əvvəl olsun, istərsə də sonra.

Şeytan 😈 bu cür hallarda çox fəaldır; kimə qarşı hisslər bəslədiyinə və niyə bəslədiyinə çox diqqət etməlisən! Adətən bu cür sevgilər yaxşı nəticələnmir. ⚠️

📚 Mənbə: Dini Suallara Cavab üzrə Milli Mərkəz.

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
127002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eki 2026 12:04

💊 Tərkibində spirt olan dərmanlar (Öskürək şərbəti)

❓ Sual:
Çox ağır soyuqdəyməm var 🤧, həkim mənə bir öskürək şərbəti 💊 yazıb ki, üzərində bir miqdar spirt 🍷 olduğu yazılıb. Bu cür dərmanların hökmü nədir? ⁉️

🔻 Cavab:
✍️ Ayətullah Xamenei, Məkarim, :
Dərmanın üzərində yazılan spirtin sərxoşedici və nəcis olan spirt, yoxsa təmiz (sənaye) spirti olduğunu bilmədiyiniz müddətcə, ondan istifadə etməyin eybi yoxdur ✅; araşdırma aparmağınız da vacib deyil. 🔍

✍️ Ayətullah Sistani:
Sərxoşedici spirt olsa belə, əgər istifadə olunan spirtin miqdarı 2%-dən azdırsa, dərman istehsalında istifadəsi eybi yoxdur. ✅
Daha yüksək faizlər də su və ya digər mayelərlə qarışdırılarsa və spirtin miqdarı 2% və ya daha az olarsa, yenə də eybi yoxdur. 💧

📚 Mənbə: "Əcvibətul-İstiftaat" (Xamenei, sual 304), "Risaleyi-Cami" (Sistani, məsələ 1396), Məkarim Şirazinin saytı və Dini Suallara Cavab üzrə Milli Mərkəz.

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
150002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

05 Eki 2026 18:11

💭 Günah barədə düşünmək

❓ Sual:
Günah barədə düşünmək 💭 günah sayılır?

🔻 Cavab:
Günah barədə düşünmək günah sayılmır; ✅ lakin qəlbin paklığını və saflığını 🤍 məhv edir və insanı günaha sürükləyir. ❌

İmam Əlidən (ə) belə nəql olunmuşdur:
«Kim çox günah barədə düşünərsə, günahlar onu özünə doğru çəkər.» ⚠️

Buna görə də, insanın günah barədə düşünməkdən çəkinməsi daha yaxşıdır 🛑 ki, ruhu və fikri aludə olmasın və günah üçün zəmin yaranmasın. ✨

T.me/gundelik_ehkamlar

Telegram

Gündəlik əhkamlar

Qarşılaşdığımız gündəlik əhkamlar yeni üsulla və qısa şəkildə.@Talibi_qomnam

VIEW CHANNEL
134002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

02 Eki 2026 12:58

3.Rağib İsfahani, əl-Müfrədat fi ğəraibil-Quran, s. 159.
4.Təbrəsi, Məcməul-bəyan fi təfsiril-Quran, c. 7-8, s. 217.
5.Təbrəsi, Məcməul-bəyan, c. 7-8, s. 217.
6.Fəxr Razi, ət-Təfsirul-kəbir, c. 23, s. 179.
7.Təbrəsi, Məcməul-bəyan, c. 7-8, s. 217.
8.Əllamə Təbatəbai, əl-Mizan fi təfsiril-Quran, c. 16, s. 361.
9.Feyz Kaşani, ət-Təfsirus-safi, c. 4, s. 203.
10.Qurtubi, əl-Camiu li-əhkamil-Quran, c. 14, s. 156.
11.Şeyx Tusi, ət-Tibyan fi təfsiril-Quran, c. 8, s. 361; Təbrəsi, Məcməul-bəyan, c. 7-8, s. 578.
12.Təbrəsi, Məcməul-bəyan, c. 7-8, s. 580.
13.Mürtəza Mütəhhəri, Məcmuəye-asar, c. 19, s. 436.
T.me/shubhelere_cavablar
168000
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

02 Eki 2026 12:58

🔰#Şübhə_1341 #Hicab #qadın

📛Şübhə
«Quranda qadınların bədənini və başını örtməsi (hicab) barədə açıq hökm yoxdur. “Hicab” sözü Quranda yalnız Peyğəmbərin zövcələrinə aid pərdə mənasında işlənmiş, qadınların örtünməsi isə sonradan ərəb və fars mədəniyyətindən İslama keçmiş bir ənənədir. İslam qadını cəmiyyətdən təcrid edib evdə həbs etmək istəyir.»
🔰Cavab:
• Bu şübhə terminoloji qarışıqlıqdan və Quran ayələrinin nazilolma səbəblərinə, lüğəti mənalarına bələd olmamaqdan qaynaqlanır. İddianın əsassızlığı aşağıdakı elmi dəlillərlə sübut olunur:

1. «Hicab» və «Sətr» anlayışlarının fərqi:
Quranda keçən:
«وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ»
(«Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin.») (əl-Əhzab, 53)
ayəsi naməhrəm qarşısında örtük geyimi deyil, Peyğəmbərin (s) evinə aid ictimai-siyasi ədəb qaydasıdır.¹ Fiqhdə qadının geyiminə qədimdən «sətr» (örtünmə) və «satir» (örtük vasitəsi) deyilmişdir. Məqsəd qadını evdə həbs etmək deyil, ictimai fəaliyyət zamanı onun insani kimliyini qorumaq, onu şəhvani və ticari istismardan uzaq tutmaqdır.²

2. Baş və yaxanın örtülməsinin Qurani sübutu (Ximar və Cuyub):
Allah-Taala «ən-Nur» surəsində açıq şəkildə buyurur:
«وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ»
(«Baş örtüklərini yaxalarının üstünə salsınlar…») (ən-Nur, 31)

📌Lüğəti təhlil: «Xümur» (خُمُر) — «ximar» (خِمار) sözünün cəmidir və baş örtüyü deməkdir.³ «Cuyub» (جُيُوب) isə «ceyb» (جَيْب) kəlməsindən olub yaxalıq və sinə nahiyəsidir.⁴

📌Təfsir və nüzul səbəbi: Cahiliyyət dövründə ərəb qadınları baş örtüklərinin uclarını arxaya atar, nəticədə boyun, qulaq və sinələri açıq qalardı. Ayə nazil olaraq baş örtüyünün uclarını sinə və boğazın üstünə salmağı əmr etmişdir.⁵ Fəxr Razi qeyd edir ki, ayədəki təkidli ifadə bu nahiyələrin örtülməsinin fərz və vacib olduğunu göstərir.⁶ İbn Abbas da bildirir ki, ayədən məqsəd qadının saçını, sinəsini, boynunu və boğazının altını tam örtməsidir.⁷

3. Xarici örtüyün sübutu (Cilbab):
«əl-Əhzab» surəsində isə buyurulur:
«يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ»
(«Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini (cilbablarını) bədənlərinə yaxın tutub örtsünlər. Bu, onların (iffətli qadınlar kimi) tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.») (əl-Əhzab, 59)

📌Cilbabın mənası: Əllamə Təbatəbai,⁸ Feyz Kaşani⁹ və əhli-sünnə müfəssiri Qurtubinin¹⁰ bildirdiyi kimi, «cilbab» adi ləçək deyil, bütün bədəni örtən çarşababənzər geniş üst geyimidir.
Şeyx Tusi və Təbrəsinin təfsiri: Qadınlar evdə kiçik örtükdən (ximar/məqnəə), çölə çıxdıqda isə bütün bədəni bürüyən böyük örtükdən (cilbab) istifadə edərdilər.¹¹ «Örtüyü yaxın tutmaq» (يدنين) isə onun formal xarakter daşımaması, başı, boynu və bədəni kənardan diqqət çəkməyəcək tərzdə bürüməsi deməkdir.¹²

4. Fəlsəfəsi və Hikməti:
Hicab qadının cəmiyyətdən təcrid olunması deyil, ictimai sağlamlığın qarantıdır:

📌İnsanın fitri quruluşu: Kişilər vizual qıcıqlara qarşı daha tez təsirləndiyi halda, qadınlar fitrətən bəzənməyə və diqqət mərkəzində olmağa meyllidirlər. Şəriət bu təbii meylləri tənzimləmək üçün örtüyü vacib etmişdir.¹³

📌Cinsi ləzzətlərin ailəyə aid edilməsi: İslam bütün cinsi ləzzətləri ailə daxilinə yönəldir, ictimai mühiti isə sağlam iş və təhsil sahəsinə çevirir.

📌Qadının təhlükəsizliyi: Ayənin buyurduğu kimi («فَلَا يُؤْذَيْنَ» — «əziyyət görməsinlər»), hicab şəhvət axtarışında olan əxlaqsız kişilərin qadını incitməsinə qarşı sipərdir və qadını məhdudlaşdırmaq üçün deyil, onun ictimai toxunulmazlığını təmin etmək üçündür.

📚Mənbələr:
1.Şəhid Mütəhhəri, Məcmuəye-asar, c. 19, s. 431.
2.Mürtəza Mütəhhəri, Məsələye-hicab, s. 73.
186004
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

[💧🪔]
#Vəsvəsə

Təkrar-təkrar yumaq (su tökmək) səni yorub, hövsələdən çıxarıb və əsəblərini korlayıb? ⁉️

Təsəvvür et, digər normal insanlar kimi zehninin rahat olması və sadə bir yuma ilə arxayınlaşmaq nə qədər asandır.

✅ Nicat yolun budur:
Şəriət baxımından vəsvəsəli adamın yəqini (əminliyi) batildir ❌. Belə bir şəxs öz zehnindəki vəsvəsələrə heç bir əhəmiyyət verməməlidir. Mütləq baxmalıdır ki, digər normal insanlar bu vəziyyətdə nə edirlər, o da onlar kimi rəftar etməlidir.

💡 Qeyd:
Vəsvəsəni kökündən müalicə etmək üçün mütəxəssis psixoloq və şəriət məsləhətçilərinə müraciət edin.

Aşağıda 9 mühüm məqamı qeyd edirik:

🔻 1. Öz fikrini meyar təyin etmə:
Vəsvəsənin əsas səbəblərindən biri budur ki, insan hər şeyə yalnız öz gözü 👀 və zehni 🧠 ilə baxır, müalicəçinin və ya ətrafındakıların sözünə qulaq asmır. Bax, vəsvəsə ilə mübarizə apararkən, o narahat edici fikirlərə və vəsvəsələrə əsla əhəmiyyət verməməlisən. Hətta öz zehnində yüz faiz "əmin (yəqin)" olsan belə, öz yəqinindən şübhə etməlisən ❗️ Sadəcə bax gör normal insanlar necə davranır, sən də eynilə o cür et.

🔻 2. Stresi cilovla:
Vəsvəsənin kökü stres və həyəcandan gəlir. Ona görə də hər şeydən əvvəl aramlığını qorumağa çalışmalı və səni rahatladan, stresini azaldan işlərə yönəlməlisən.

🔻 3. Hökmləri sadə şəkildə öyrən:
Çox vaxt vəsvəsə sadəcə hökmləri dəqiq və ya düzgün başa düşməməkdən qaynaqlanır. Məsələləri sadə və doğru öyrənsən, ürəyin rahat olar və özünə boş yerə çətinlik yaratmazsan.

🔻 4. Biganə qal (əhəmiyyət vermə):
Vəsvəsə ilə mübarizənin ən yaxşı yollarından biri "əhəmiyyət verməmək" və o fikirlərə cavab verməməkdir. Hər vaxt bir şeyin nəcis olub-olmadığına şübhə etsən, özündən soruş: "Bunun həqiqətən nəcis olmasına and içə bilərəmmi? ⁉️" Əgər and içə bilmirsənsə, deməli, əsla yuma və əhəmiyyət vermə! Bu qızıl qaydanı həmişə qulağında sırğa elə: bir şeyin nəcis olmasına yüz faiz əmin olmayınca, o şey tamamilə pakdır. Zehnindəki şübhə və ehtimallara əsla ilişib qalma.

🔻 5. Vəsvəsənlə inadlaş:
Digər effektli üsul isə vəsvəsə ilə inadlaşmaq, yəni onunla üzbəüz gəlməkdir. Yəni nəcisdən qaçmaq əvəzinə, məsələn, qəsdən əlini bir az qanla nəcis et və qoy bir müddət elə qalsın. Bu müddət ərzində tam rahat olmağa çalış və heç vecinə də olmasın, bir müddət sonra gedib yuyarsan.

🔻 6. Narahat edici fikirləri idarə et:
Səni həqiqətən incidən şey xarici aləm deyil, beynindəki fikirlərdir. Ona görə də onlara əhəmiyyət verməməyə çalışdıqdan sonra, fikri idarəetmə texnikalarını da öyrən ki, zehnin tamamilə sakitləşsin.

🔻 7. Özünə zaman tanı:
Yadda saxla ki, bu vəsvəsə halı sənə bir gecədə gəlməyib ki, bir gecədə də getsin. Zamanla yaranıb və səbirlə, tədricən bu vərdişi tərk edə bilərsən. Tələsmə.

🔻 8. Uğurlarını qeyd et:
Bu yolda atdığın hər kiçik addımı və əldə etdiyin hər irəliləyişi bir yerə yaz. Onları oxuyanda nə qədər irəli getdiyini görüb motivasiya olacaqsan.

🔻 9. Özünə qarşı mehriban ol:
Əhval-ruhiyyəni yüksək saxlamağa çalış, özünə müsbət enerji ver və əylən. Özünü qınamağı və danlamağı tamamilə qadağan et; sən səy göstərirsən və bu özü çox dəyərlidir ❗️

http://T.me/gundelik_ehkamlar
194002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

Video
🔴 Kim zühurun tezləşməsi üçün dua etməsə, həlak olacaqdır.

🌕 İmam Həsən Əskəri (əleyhissalam) buyurmuşdur:

“Allaha and olsun! Axirəz-zamanda heç kəs həlakdan və məhv olmaqdan xilas olmayacaq. Yalnız Allahın onu zühurun tezləşməsi üçün dua etməyə müvəffəq etdiyi şəxs istisnadır.”

📗 Kəmalud-din, c. 2, səh. 384.

http://T.me/gundelik_ehkamlar
146005
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

ـ🪔📿🪔📿🪔📿🪔
#Savaba_şərik_etmək

Etdiyimiz dua, ziyarət, sədəqə və s. kimi xeyir və müstəhəb işlərin savabına sağ olan insanları da şərik edə bilərikmi? ⁉️

🔻 Bütün müctəhidlər:
Bəli, olar. İnsan müstəhəb və ya vacib işləri özü üçün yerinə yetirib, savabını istər diri, istərsə də dünyasını dəyişmiş digər insanlara hədiyyə edə bilər.

⚠️ Nöqtə:
Şərik etdiyiniz insanların sayı nə qədər çox olarsa, işin savabı da bir o qədər çox olar. Əgər bu şəxslər Allahın peyğəmbərlər, övliyalar, salehlər və şəhidlər kimi xüsusi bəndələri olarsa ki, bu artıq nur üstünə nurdur.

📚 Mənbələr:
Sistani, Cameul-Fətawa, c. 1, məsələ 2141; Rəhbər və Məkarim Şirazi, İstiftaat;

http://T.me/gundelik_ehkamlar
166001
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

🔰 ƏRBƏİN HÖKMLƏRİ

✅ Müctəhidlərin (Xamenei, Sistani və Məkarim) fətvası:
Vədəyə xilaf çıxmaq, sözünə əməl etməmək və razılaşmalara qarşı biganə qalmaq bəzən başqalarına əziyyət vermək (əziyyətə səbəb olmaq) kateqoriyasına daxil olur. Buna görə də, əgər kimsə səfər boyu yoldaşlarının çətinliyə düşməsinə səbəb olarsa, haram iş görmüş olar.

📗 Mənbə:
Ütbati-Aliyat səfərinin hökmləri (Ərbəin piyada yürüşü karvanları üçün xüsusi nəşr).

http://T.me/gundelik_ehkamlar
201000
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

ـ🚫💧🚫💧🚫💧🚫
#Müsafirin_arxasınca_su_atmaq
#Hökmlər_barədə_səhv_təsəvvürlər

Bəzi insanlar müsafirlərinin səfərdən sağ-salamat qayıtması üçün onların arxasınca su atırlar.

Halbuki...
Bu barədə heç bir rəvayət, şəri sənəd və ya mötəbər tarixi keçmiş mövcud deyil. ❌

Əlbəttə, əgər israf olmasa, bu iş həram deyil, lakin bu, Allahın və Peyğəmbərin göstərişi olmadığı üçün müstəhəb də sayılmır.

📚 Mənbə:
Müctəhidlərin dəftərxanalarından edilən istifta.

http://T.me/gundelik_ehkamlar
188003
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

^~🍔🧆🍖°•
#İsraf
#Ziyarət_hökmləri
#Ərbəin

Ərbəin günlərində təəssüflər olsun ki, şahidi olduğumuz və bəzi zəvvarların diqqətsiz yanaşdığı məsələlərdən biri də israfdır, xüsusən də yemək və su məsrəfində.

❓ SUAL:
Ərbəin mərasimində bəzən bəzi şəxslərin sırf üzərindəki xuruşu (sosu/sulu yeməyi) üçün bir və ya bir neçə fərqli mövkibdən bir neçə porsiya yemək götürdükləri və adətən bu yeməyin böyük hissəsinin zibilə atıldığı görülür. Bu işin hökmü nədir? ⁉️

✅ CAVAB:
Bu səfərdə də, digər vaxtlarda olduğu kimi, hər cür israf şəri cəhətdən haramdır.

http://T.me/gundelik_ehkamlar
201005
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

•✓🚶🎒🕌✓•
#Ərbəin_hökmləri
#Ziyarət_hökmləri
#Ərbəin

Borcu olan şəxs ziyarətə gedə bilərmi, yoxsa əvvəlcə borcunu ödəməlidir? ⁉️

Bu, vəziyyətdən asılıdır:
1️⃣ Əgər borcun ödənilmə vaxtı hələ çatmayıbsa, ziyarətə getməyin heç bir maneəsi yoxdur və vaxtı gələndə borcunu ödəyər.
2️⃣ Lakin borcun ödənilmə vaxtı çatıbsa və şəxsin maddi imkanı varsa, əvvəlcə insanların borcunu qaytarmalıdır. Çünki borcu qaytarmaq vacibdir və birinci dərəcəli prioritetdir, Kərbəla ziyarəti isə müstəhəbdir. Yalnız borc sahibindən Kərbəlaya gedib-qayıtmaq üçün yenidən möhlət alarsa, ziyarətə getməsinin maneəsi yoxdur.

📚 Mənbə:
Müctəhidlərin risalələri, Qərz (borc) hökmləri.

http://T.me/gundelik_ehkamlar
181002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

2. “Şiə” sözünün terminoloji mənası

İslam tarixinin ilk dövrlərində “şiə” sözü müxtəlif şəxslərin tərəfdarları barədə işlədilə bilirdi. Məsələn, bəzi mətnlərdə Əlinin (ə) şiələri, digər mətnlərdə isə Müaviyənin tərəfdarları ifadələrinə rast gəlinir.

Lakin zaman keçdikcə “şiə” sözü xüsusi terminə çevrildi və əsasən:

İmam Əlinin (ə) Peyğəmbərin (s) açıq göstərişi və ilahi təyinatı ilə müsəlmanların birinci imamı və xəlifəsi olduğuna inanan şəxslərə aid edilməyə başladı.

Şəhristaninin əl-Miləl vən-nihəl əsərində şiələr belə təqdim olunur:
“Şiələr Əlinin (ə) xüsusi şəkildə ardınca gedən və Peyğəmbərin (s) açıq göstərişi və təliminə əsasən onun imamətinə və xilafətinə iman gətirən şəxslərdir.”

Bu tərif şiə etiqadının əsas xüsusiyyətini ifadə edir. Şiələrə görə, İmam Əliyə (ə) tabeçilik şəxsi siyasi seçimdən deyil, Peyğəmbərin (s) göstərişindən qaynaqlanır.

Bu baxışa əsasən, Peyğəmbər (s) özündən sonra rəhbərlik məsələsini ümmətin sərbəst seçiminə buraxmamış, Əlini (ə) öz canişini və imamı kimi tanıtmışdır.

#davamı_var

http://T.me/dinler_ve_mezhebler
162004
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

06 Eyl 2026 13:51

[⛓💌]
#Virtual_xətmlərdə_öhdəlik

⁉️ SUAL:
Əgər kimsə virtual qruplarda yaxud kanallarda Quranın bir cüzünü oxumağı və ya müəyyən sayda zikr deməyi öhdəsinə götürsə, lakin sonradan bunu edə bilməsə və ya unutsa, günah qazanıbmı?

1-ci hal:
Ən başdan onu yerinə yetirmək niyyətiniz yox idi və yalandan söz verdiniz.

🔻 Ayətullah Xamenei, Ayətullah Sistani:
Bu iş yalan və aldatma sayılır və ən başdan HARAMDIR. 🔥

🔻 Ayətullah Məkarim Şirazi:
Əgər bu iş başqalarını aldatmağa səbəb olarsa, caiz deyil və HARAMDIR. 🔥

2-ci hal:
Əvvəlcə yerinə yetirmək niyyətiniz var idi, lakin sonradan tənbəllik, iş çoxluğu, unutqanlıq və ya başqa bir səbəbdən alınmadı.

🔻 Ayətullah Sistani:
Verdiyiniz vədə və sözün xilafına əməl etməməlisiniz və bu iş HARAMDIR. (Ayətullah Sistani : vacib ehtiyata əsasən). 🔥

🔻 Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi:
Bu iş HARAM DEYİL; hərçənd əxlaqi cəhətdən bəyənilmir.

⁉️ Bu iş "haqqun-nas" (insanların haqqı) hesab olunurmu?

Xeyr ❗️ Bu, verilən sözə və öhdəliyə əməl etməməkdir. Şəri cəhətdən "haqqunnas" sayılmır, çünki kiminsə maddi və ya şəri malı, haqqı yaxud mülkü zay olmayıb ki, haqq-nas olsun. Buna görə də (imkan tapan kimi) yerinə yetirmək kifayətdir, qrup üzvlərindən və ya idarəçidən halallıq almağa ehtiyac yoxdur.

📚 Mənbələr:
Ayətullah Xamenei, Sistani və Məkarim Şirazinin vədə və yalan hökmləri barədə istifftaları.

http://T.me/gundelik_ehkamlar
168002
Gündəlik əhkamlar logo
Gündəlik əhkamlar

20 Ağu 2026 01:24

#Pişiyin_ağız_suyu 🐱
💧 Pişik 🐈, siçan 🐭, dovşan 🐇 və s. kimi heyvanların ağız suyu pakdır?

📖 Bütün müctəhidlər:
Heyvanlar arasında yalnız it 🐕 və donuzdur 🐖 ki, hər bir şeyi nəcisdir. Digər heyvanların ağız suyu isə pakdır. ✅

📚 16 müctəhidin Tovzihul-Məsaili, c. 1, məsələ 89 və 105.

http://T.me/gundelik_ehkamlar
106002

Showing 30 of 61 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Gündəlik əhkamlar Telegram kanalı ne hakkında?+

Gündəlik əhkamlar (@gundelik_ehkamlar), tgdio üzerinde Günlük Motivasyon kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 1.390 abonesi var.

Gündəlik əhkamlar (@gundelik_ehkamlar) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @gundelik_ehkamlar abonesi olun.

Gündəlik əhkamlar iyi bir Günlük Motivasyon kanalı mı?+

tgdio üzerinde katılmadan önce Gündəlik əhkamlar puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 1.390 abonesi var. Benzer Günlük Motivasyon kanallarla karşılaştırın.

Gündəlik əhkamlar istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @gundelik_ehkamlar sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.