
Mənbə: CNN
Rusiya təkbaşına ildə ABŞ və Avropanın birlikdə istehsal edib Ukraynaya göndərə biləcəyindən üç dəfə çox artilleriya mərmisi istehsal edir.
CNN telekanalı Rusiya hərbi-sənaye kompleksi tərəfindən artilleriya sursatlarının istehsalını ayda 250 min, yəni ildə təxminən üç milyon səviyyəsində qiymətləndirən Qərb kəşfiyyat məlumatlarına istinad edir.
Eyni zamanda bildirilir ki, ABŞ və bütün Avropa ölkələri birlikdə Ukraynaya ildə 1,2 milyondan çox olmayan mərmi tədarük etmək gücündədir. Qərbdə həm də hesab edirlər ki, yaxın gələcəkdə münaqişədə Rusiya gündə 10 min mərmi, Ukraynanın isə cəmi 2 min mərmi sərf edə bilər.
NATO-da həmçinin hesab edirlər ki, Ukraynadakı münaqişənin nəticəsi tərəflərin təchizat səviyyəsindən asılıdır. Rusiya mərmi istehsalında əhəmiyyətli üstünlüyə malikdir.
Əhəd Vahidoğlu
⚡️Kanala abone olun 👉









