🌯 TƏRƏVƏZLİ TOYUQ RULETİ 😍🤌🏻
Bu resepti mütləq yadda saxlayın! Çox ləzzətli, doyumlu və süfrəyə yaraşan ruletdir. ❤️
🛒 Tərkibi:
🍗 300 q qaynadılmış toyuq filesi
🧅 1 baş soğan
🥕 1 ədəd yerkökü
🫑 Rəngli bibərlər
🌿 Şüyüd
🧀 Pendir — zövqə görə, nə qədər çox olsa, bir o qədər dadlıdır 😍
🌯 4 ədəd lavaş
🥄 4 x.q. mayonez
🧂 Duz və zövqə görə ədviyyatlar
🥚 1 ədəd yumurta sarısı
✨ Küncüt
👩🍳 Hazırlanması:
Soğanı tavada yüngülcə qovurun. Üzərinə sürtgəcdən keçirilmiş yerkökünü əlavə edib bişirin və tavadan götürün. Eyni tavada rəngli bibərləri də bişirin.
İlk lavaşın üzərinə mayonez çəkin, ikinci lavaşı üzərinə yerləşdirib yenidən mayonez çəkin. Üzərinə didiklənmiş toyuq filesini, soğan-yerkökü qarışığını, bişmiş bibərləri və xırda doğranmış şüyüdü əlavə edin.
Sonda bol pendir səpib lavaşı rulet formasında bükün. 🌯🧀
Üzərinə yumurta sarısı çəkin, küncüt səpin və 180°C-də qızılı rəng alana qədər bişirin. 🔥
😍 İsti-isti nuş olsun! ❤️
https://t.me/lezzetlimutfakA