Bizimlə bu təcrübənin bir parçası olduğunuz üçün sizlərə təşəkkür edirik. Bu albom canlı orqanizm kimi, bizim Yaradıcı Birliyimizin və sizin şərhlərinizin, fikirlərinizin, hər mahnıya göstərdiyiniz marağın nəticəsində yarandı. Düzəlişlər edildi, bəzi mahnılar siyahıdan çıxarıldı, bəziləri isə əvəzləndi. Beləcə biz birlikdə Azərbaycan mədəniyyətinə bu konseptual işi hədiyyə etdik.
Retroqrad musiqi albomu kimi çıxdığı andan böyük uğurlara imza atdı. İçində artıq anında hit olmuş mahnılarla yanaşı, köhnə, doğma albom mahnıları da yer aldı. Retroqradın hazırlanmasında onlarla şəhərdən yaradıcı insanlarla iş birliyi qurduq; yaradıcı proses uzun, maraqlı və əziyyətli oldu.
Azərbaycanda Retroqrad bu ilklərə imza atdı:
- İlk konseptual əsər-albom
- İlk parallel universe
- İlk süni intellektlə yaradılmış personality (Leyli)
- İlk city legends və comics qəhrəmanları (Dərəcə, Ruh)
- Vokalistlərin ilk dəfə süni intellektlə qocaldılmış səslərinin sintezi
- İlk retrofuturistik janrda yaradıcılıq növü
Cəmiyyətin böyük hissəsi bunu anlamasa belə, bizlər üçün bunu anlayan və bu işdən həqiqi intellektual həzz ala bilən insanların olduğunu bilmək yetərlidir. Amma unutmayın, bütün bu albomun həvəsi bizə sizin Mədrəsələrdə iştirakınız nəticəsində oldu. Çünki çabalarımızın boşuna getməməsi yaradıcı birlik üçün ən böyük ilham mənbəyidir. Ona görə də Mədrəsəyə qoşulmuş, dəstək olmuş hər bir kəsin bu işdə əməyi var. Sizə və bizə bu maraqlı işləri Azərbaycana qazandırdığımız üçün sonsuz təşəkkürlər!
Side Effect
Bu isə albomun sonuncu mahnısı, daha doğrusu filmin titrləridir. Mahnının formatı da standartlardan fərqlənir. Mahnı Retroqrad tərzində sadəcə normal mahnı kimi başlayır: bir nəfərin sevgi hekayəsi, parkda sevgilisini gözləməsi, həzin nəqarət. Nəqarətdən sonra isə sanki filmlərdə olduğu kimi kameralar və fokusumuz Retroqradı tərk edir. Daha üstdən bu xəyali şəhərə baxırıq və onun yaradıcıları ilə tanış oluruq. Retroqradın içində deyil, Retroqrad və yaradıcı proses haqqında daxili bir monoloqla albomu və onun sehrli dünyasını tərk edirik.
Yaxşı bəs bir daha bu tilsimli şəhərə dönəcəyikmi — bunun sizin dəstək və zaman göstərəcək. Təşəkkürlər!
Qaraqan — Side Effect
https://youtu.be/WxY4yITAizE?si=RemC3bzuSH-3ZrHr














