1/2İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei İranın 23 yaşadək yunan-Roma güləşi üzrə milli komandasının ABŞ-də keçirilən Dünya Çempionatındakı qələbəsi münasibətilə təbrik müraciəti yayımlayıb.
Ali Rəhbərin Təbrik müraciətində deyilir:
"İranın 23 yaşadək yunan-Roma güləşi üzrə milli komandasının ABŞ-də keçirilən Dünya Çempionatındakı qələbəsi münasibətilə bu qürurverici uğura imza atan çempionları, onların zəhmətkeş məşqçilərini və bütün İran xalqını təbrik edirəm".
Ayətullah Seyid Müctəba Hüseyni Xamenei davamında bildirib: "Ölkəmiz gənclərinin parlaq çıxışı, İran bayrağının qürurla dalğalanması və müxtəlif arenalarda İran İslam Respublikasının dövlət himninin səsləndirilməsi kimi ruhlandırıcı mənzərələr xalqın parlaq və şanlı gələcək qurmaq yolunda gənc nəslə bəslədiyi ümidləri əks etdirir".
Ali Rəhbər əlavə edib: "Dualarım və ən xoş arzularım qürurlu İranın bütün gəncləri ilə olsun".
🔴 @SaharAzeriTVChannel









