İnsanın istedadlarını azaldan pis vərdiş
İnsanın istedadlarını azaldan pis vərdişHədislərin birində oxuyuruq: “Əgər toxsunuzsa, yemək yeməyin. Tox vaxtı yemək yemək istedadı azaldar”. (Tebyan)İmam Əli (ə) buyurur: “Şüurlu olmaq, çox yeməklə cəm olmaz”. Yəni çox yeyən insan adətən mərifət və dərk əhlindən ola bilmir. Çünki ruhunun bütün səyi bundandır ki, yediyi yeməkləri həzm etsin. Ona görə də düşünmək üçün zamanı qalmaz.Bu, ona bənzəyir ki, siz bir alimi və ya mütəxəssisi bir yerin zibilini toplamaqla vəzifələndirərsiniz. Halbuki, onun istedadları çoxdur və bu iş onun istedadlarını zay edər. Ruhumuz da belədir, heyf deyildirmi ki, onu ancaq mədəmizlə məşğul edək?! Yediyimiz yeməyin həzm olunması üçün zaman lazımdır ki, ruh da bu işi bədənin vasitəsilə edər. Ruh insanın ixtiyarına bir silsilə idrak qüvvələri qoyar. Adətən yeməyi bədənin bütün üzvləri arasında ədalətli bölən də məhz ruhdur.Yeyən zaman mötədil olmaq insan cisminə müsbət təsir etdiyi kimi, ruhuna da yaxşı təsir edər. İmam Əli (ə) buyurur: “Həyatı qida qəbul etmək üçün istəmə. Bəlkə yeməyi yaşamaq üçün istə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ev sakinləri az miqdarda yemək yesələr, evləri nurani olar”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kəs ki, Allaha çoxlu təsbih edər, Böyük olması ilə yada salar və əvəzində az yemək yeyər, az içər və az yatar – mələklər onun müştaqı olar”.İmam Əli (ə) buyurur: “Aqil insan gərək yeməyin şirinliyi zamanı dərmanın acılığını da yada salsın”.
Az yeməyin cismə faydası.
1. Bədən sağlam olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün dərmanların anası – az yeməkdir”.
İmam Əli (ə) buyurur: “Az yemək bir çox cisim xəstəliklərinə mane olar”.
İmam Əli (ə) buyurur: “Yeməyini azalt ki, xəstəliklərin azalsın”.
İmam Əli (ə) buyurur: “Hər kimin yeməyi az olar, dərdləri də az olar”.
İmam Əli (ə) buyurur: “Az yemək - özünü daha çox əziz tutmaqdır, sağlamlığı daha çox davamlı edər”.
İmam Əli (ə) buyuru: “Hər kim yeyən zaman azı ilə kifayətlənərsə, düşüncələri sahmana düşər”.
İmam Əli (ə) buyurur: “Bədənin sağlamlığı yeməyin və suyun azlığı ilədir”.
İmam Rza (ə) buyurur: “Əgər insanlar yeyən zaman aza kifayət etsələr, bədənləri sağlam olardı”.
2. Üzü gülər olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Qardaşım İsa (ə) bir şəhərdən keçirdi ki, bir qadınla kişinin bir-birinə qışqırdığını görür. Soruşur ki, sizə nə olub? Kişi deyir: “Ey, Allahın peyğəmbəri! Bu qadın mənim həyat yoldaşımdır və düzgün insandır. Ancaq istəyirəm ki, ondan boşanım”. İsa (ə) deyir: “Hər bir halda mənə de görüm bu işin səbəbi nədir?”. Kişi deyir: “Qocalmamasına baxmayaraq, üzü təravətsizdir”. İsa (ə) qadına deyir: “İstəyirsənmi ki, üzün təravətli olsun?”. Qadın deyir: “Bəli”. Buyurur: “Yemək yeyən zaman tox olmaqdan çəkin. Çünki əgər yemək sinəyə ağırlıq edərsə, üzün təravətini aradan aparar””.
3. Ömrü uzadar.
Loğman deyir: “Əgər insanın yeməyi az olarsa, ömrü uzun olar”.
Ps: Hədislərə diqqət etsəniz, görərsiniz ki, Peyğəmbər (s) və Əimmənin sirəsində yalnız az yemək tövsiyə edilib, nəinki günlərlə ac qalmaq. Hətta oruc tutan şəxsə belə vacibdir ki, bir xurma ilə də olsa iftar etsin. Peyğəmbər (s) və İmamlar (ə) yemək olduğu müddətcə heç vaxt günlərlə ac qalmayıb. Bəzən görürsən hansısa ağıldan kəm adam çıxıb deyir ki, günlərlə ac qalın bu sizə xeyirdir. Lakin nə tutarlı bir elmi dəlili yoxdur, nə də Əhli-beytin (ə) sirəsinə söykənmir. Kim ac qalmaq istəsə öz işidir, bizim kiminsə şəxsi işi ilə işimiz yoxdur. Lakin heç kimin camaatı məhvə sürükləməyə haqqı yoxdur. Bu paylaşımımız ona görədir ki, heç bir tibbi və dini təhsili olmayan bisavadların sözlərinə aldanıb özünüzə zərər verməyəsiniz.
🔴 Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin
https://t.me/Tibbi_islami_kanal