Tarixçi Telegram channel photo

Tarixçi

@yadigarsadigliPublic Channel

Maraqlı tarixi faktlar

SiyasetTürkçeTürkiye

273

Last views

5.2k (5,162 subscribers)
Üyeler
—
Rating
109
Total Posts
Oct 22, 2026, 5:24 AM
Güncellendi
Apr 5, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameTarixçi
Username@yadigarsadigli
CategorySiyaset
LanguageTürkçe
CountryTürkiye
Üyeler5,162
Channel TypePublic Channel
Created5 Nis 2026
Last Updated22 Eki 2026 • evvelsi gün
StatusActive

Sıralama

Küresel Sıralama
#161615+424
Dil Sıralaması
#1489+11
Kategori Sıralaması
#3251-3

Üye Büyümesi

Toplam: 5.2K30 Days growth: +150.3%
09/2209/2710/0210/0710/1210/1710/21
Üye Büyümesi - 30 Days
DateSubscribers
22:09:20265,147
23:09:20265,147
24:09:20265,147
25:09:20265,147
26:09:20265,147
27:09:20265,147
28:09:20265,147
29:09:20265,147
30:09:20265,147
01:10:20265,147
02:10:20265,147
03:10:20265,147
04:10:20265,147
05:10:20265,147
06:10:20265,147
07:10:20265,147
08:10:20265,147
09:10:20265,147
10:10:20265,147
11:10:20265,147
12:10:20265,147
13:10:20265,147
14:10:20265,172
15:10:20265,172
16:10:20265,172
17:10:20265,172
18:10:20265,172
19:10:20265,172
20:10:20265,172
21:10:20265,162
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 30:03:20265,145
Week of 06:04:20265,133
Week of 13:04:20265,133
Week of 20:04:20265,133
Week of 27:04:20265,111
Week of 04:05:20265,111
Week of 11:05:20265,118
Week of 18:05:20265,118
Week of 25:05:20265,118
Week of 01:06:20265,170
Week of 08:06:20265,170
Week of 15:06:20265,170
Week of 22:06:20265,170
Week of 29:06:20265,156
Week of 06:07:20265,156
Week of 13:07:20265,156
Week of 20:07:20265,144
Week of 27:07:20265,144
Week of 03:08:20265,130
Week of 10:08:20265,130
Week of 17:08:20265,102
Week of 24:08:20265,104
Week of 31:08:20265,104
Week of 07:09:20265,130
Week of 14:09:20265,147
Week of 21:09:20265,147
Week of 28:09:20265,147
Week of 05:10:20265,147
Week of 12:10:20265,172
Week of 19:10:20265,162
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20265,111
May 20265,118
June 20265,156
July 20265,144
August 20265,104
September 20265,147
October 20265,162
Üye Büyümesi - Yearly
DateSubscribers
20265,162

Son Yazılar

Tarixçi logo
Tarixçi

22 Eki 2026 23:52

Photo1/2
Çöhrəsindən ümidsizlik və çarəsizlik yağan bu qadının şəkli 1929-cu ildə ABŞ-da başlayan ümumdünya iqtisadi böhranının ikonası sayılır. Daha çox Böyük depressiya kimi tanınan böhran haqqında məqaləni tərcümə etdim

"1929-cu ilin oktyabrında başlayan Böyük depressiya Nyu-York Fond birjasında səhmlərin qiymətinin sürətli çöküşü ilə başladı. İlk reaksiya bankların kütləvi şəkildə müflisləşməsi oldu. “Estafeti” daha sonra iri müəssisələr qəbul etdi. Maliyyə fəlakəti qısa müddətdə ABŞ sərhədlərini aşaraq qlobal miqyas aldı. Çünki o, təkcə müxtəlif qitələrdə yerləşən dövlətlərə təsir göstərmədi, həm də iqtisadiyyatın əsas sahələrini — sənayeni, kənd təsərrüfatını və maliyyə sektorunu çökdürdü. Dünya miqyaslı fəlakətin illüstrasiyası isə işsizlik, aclıq və yoxsulluq oldu".

Birinci hissə
https://pressklub.az/az/arasdirma/milyonculari-dilenciye-ceviren-dunyani-lerzeye-getiren-olum-dalgasi-i-yazi-339373-az
2730021
Tarixçi logo
Tarixçi

22 Eki 2026 01:59

1962-ci ilin oktyabrında baş verən Karib böhranı ABŞ və SSRİ arasında kompromislə yekunlaşdı. SSRİ Kubadan raketlərini çıxardı, bunun müqabilində ABŞ Türkiyədən raketlərini çıxardı və Kubaya təcavüz etməyəcəyinə söz verdi.

Fidel Kastro öz rəyi soruşulmadan belə razılığa gəlinməsindən bərk narazı idi və fikirlərini Xruşşova göndərdiyi teleqramda yazdı. Həmin dövrdə SSRİ və Çin arasında beynəlxalq kommunist hərəkatına liderlik uğrunda mübarizə gedirdi. Moskva Kastronun Pekinlə yaxınlaşa biləcəyindən narahat oldu və buna yol verməmək üçün baş nazirin birinci müavini Anastas Mikoyanı Havanaya göndərdi. Mikoyan 1960-cı ildə də burada olmuşdu və sovet-Kuba münasibətlərinin qurulmasına ciddi töhfə vermişdi. O, Fidel, Çe və başqaları ilə isti münasibətlərə malik idi.

1962-1968-ci illərdə SSRİ-nin Havanada səfiri olan Aleksandr Alekseyevin xatirələrindən:

“2 noyabr 1962-ci il. A. İ. Mikoyanı hava limanında qarşılayıb Kuba hökumət evində yerləşdirəndən sonra onun Fidellə qeyri-rəsmi qısa görüş oldu. Heç bir siyasi mövzulara toxunulmadı, söhbət, demək olar, şəxsi xarakter daşıyırdı. Amma emosional kubalılara xas olan dostluq hissi də yox idi. Hiss olunurdu ki, Fidel Mikoyana hörmət edərək ehtiyatsız ifadələrdən çəkinir. Belə qarşılanma Mikoyanı xeyli karıxdırdı.

Birinci işgüzar görüş ertəsi gün Fidelin mənzilində baş tutdu. Biz oraya səhər 9-da gəldik. Bizimlə yalnız tərcüməçi vardı. Fidel tək idi. Yenicə masa arxasına oturmuşduq ki, səfirliyimizdən zəng gəldi. Telefona yaxınlaşdım və bizim şifrələyici dedi ki, indicə Xruşşovdan teleqram gəlib, Mikoyanın arvadının öldüyünü xəbər verir. Əhvalım tam korlanmış halda Xruşşovdan teleqram gəldiyini dedim, amma, əlbəttə, məzmununu söyləmədim. Mikoyan məndən xahiş etdi ki, səfirliyə gedim: avtomobillə beş dəqiqəlik yol idi.

Bilirdim ki, Fidel onlarla məsləhətləşmədən raketləri çıxarmaq qərarına görə Anastas İvanoviçə sərt fikirlər söyləyəcək. Buna görə də Fidelin katibəsindən xahiş etdim ki, onu bir yazı ilə baş vermiş hadisə haqda xəbərdar etsin, o da bunu dərhal etdi. Beləcə, mənim olmadığım müddətdə Fidel problemin mahiyyəti üzrə söhbətə başlamadı və qonaqla maksimum korrekt davrandı.

Qayıdıb teleqramı Anastas İvanoviçə verdim. Orada başsağlığından sonra deyilirdi ki, Moskvaya qayıdıb-qayıtmamaq barədə qərarı özü qəbul edə bilər.

Çaşqınlıq çökdü. Danışıqlar başlamadı və biz iqamətgahımıza qayıtdıq, Mikoyan öz otağına girib tək qaldı. Təxminən bir saat sonra çıxdı və qərarını açıqladı: onu müşayiət edən oğlu Serqo gəldikləri xüsusi təyyarə ilə Moskvaya qayıdır. Kuba ilə sarsılan dostluğumuzu bərpa etmək çox önəmli olduğundan, danışıqları davam etdirməyi öz borcu sayır, bir də ki, Moskvaya qayıtması kədərə kömək etməyəcək...

Mikoyanın bu hərəkəti ona kubalıların böyük rəğbətini qazandırdı və danışıqların gedişinə emosional təsir edərək münasibətlərimizin istiləşməsinə səbəb oldu. Elə həmin gün Anastas İvanoviç bütün Kuba rəhbərliyinin imzaladığı başsağlığı aldı. Respublika rəhbərlərinin arvadları ona baş çəkdilər. Axşam Fidel Kastro və yoldaşları Mikoyanın olduğu iqamətgaha gəldilər, kədərinə şərik olduqlarını şəxsən bildirdilər.

Bir gün sonra bərpa olunan Mikoyan-Kastro danışıqları, belə demək mümkünsə, şəfqətli rejimdə keçdi, xüsusən də ilk günlər. Bununla belə, bu danışıqlar fasilələrlə üç həftə davam etdi və zaman-zaman çox ağır oldu".
3920035
Tarixçi logo
Tarixçi

22 Eki 2026 01:59

Photo1/2
Anastas Mikoyan və Fidel Kastro
3540016
Tarixçi logo
Tarixçi

21 Eki 2026 02:22

712 və ya 713-cü ildə şiələrin dördüncü imamı, Zeynalabidin (möminlərin bəzəyi) ləqəbli Əli ibn Hüseyn vəfat etdi. Onun Əməvi xəlifəsi Validin, ya da xəlifənin qardaşı Hişamın təhriki ilə zəhərləndiyi ehtimal olunur.

Bu hadisədən sonra şiələr arasında parçalanma baş verdi. Əksəriyyət, sonralar 12 imamçılara və ismaililərə parçalanacaq şiələr Zeynalabidinin böyük oğlu Məhəmməd Baqirin imamlığını qəbul etdilər. Digərləri isə imamın ikinci oğlu Zeydi imam kimi tanıdılar və bununla zeydi şiələr qolu yarandı.

Maraqlıdır ki, başqa belə hallardan fərqli olaraq parçalanma iki atabir qardaş (anaları ayrı idi) arasında nifaqa səbəb olmadı. Məhəmməd Baqir, eləcə də onun oğlu, altıncı imam Cəfər Sadiq Zeydə böyük hörmətlə yanaşırdılar. İmam Baqirin Zeyd haqqında “Bizlər arasında məhz o, Əli ibn Əbu Talibə oxşamaq üçün doğulub” dediyi söylənilir. Zeyd həm cəsarətli, həm dini bilikli, həm də bəlağətli insan idi. Bir çox müasirləri onun haqqında çox yüksək fikirlər söyləyiblər.

Əməvi xəlifələri arasında öz möminliyi və ədaləti ilə seçilən xəlifə II Ömər (717-720) də Zeydə hörmətlə yanaşır, məktublaşaraq məsləhətlər alırdı. Amma 724-cü ildə xəlifə taxtına yuxarıda xatırladığım Hişam (724-743) çıxdıqda vəziyyət dəyişdi. Xilafətdə ədalətsizlik, zülm tüğyan etdi, eləcə də Əli nəslindən olanların təqibi gücləndi.

Məhəmməd Baqir siyasi proseslərə qarışmamağı, dini işlərlə məşğul olmağa üstünlük verirdi. Zeyd isə hesab edirdi ki, zülmə qarşı üsyan etməyin, qanunsuz Əməvi sülaləsini devirməyin vaxtı çatıb. O, 740-cı ildə üsyan qaldırdı. Bu zaman babası imam Hüseyn kimi kufəlilərə inandı və babası kimi aldadıldı. Zatən dövrün görkəmli ilahiyyatçısı, malikilər məzhəbinin banisi Malik ibn Ənəs ona kufəlilərə inanmamağı məsləhət görmüşdü. Əməvilərin İraq valisi Yusuf Taqafi kufəliləri satın ala bildi. Zeydə sədaqət andı içən minlərlə kufəlidən yanında çox az adam qaldı.

Başqa bir ilahiyyatçı, hənəfi məzhəbinin banisi əbu Hənifə Zeydin üsyanını dəstəkləyən fətva verdi. 740-ci il yanvarın 5-də baş verən döyüşdə xəlifənin sayca qat-qat üstün qüvvələri üsyançıları məğlib etdilər, Zeyd alnına dəyən oxdan həlak oldu. O, gizli yerdə dəfn edildi. Amma xəlifə adamları qəbrin yerini tapa bildilər, cəsədi çıxarıb başını xəlifəyə göndərdilər və bədəni əvvəlcə çarmıxa çəkdilər, sonra da yandırdılar.

Zeyd üsyanı məğlub olsa da Əməvilərə qarşı nifrətin artmasına, narazıların konsolidasyasına səbəb oldu. 750-ci ildə “Abbasi inqilabı” nəticəsində Əməvilər devrildikdə, Zeydin qisası olaraq Hişamın cəsədi məzarından çıxrıldı, çarmıxa çəkildi və yandırıldı.

Zeyd ibn Əli İslamın bütün məzhəbləri tərəfindən böyük şəhid kimi tanınır.

Zeydin başının dəfn edildiyi deyilən iki yer var. Biri şəkildəki, İordaniyada yerləşən məqamdır.
4950039
Tarixçi logo
Tarixçi

21 Eki 2026 02:22

Photo1/2
Şiələrin dördüncü imamı Zeynalabidinin oglu Zeydin başının dəfn edildiyi güman olunan yer
4370027
Tarixçi logo
Tarixçi

20 Eki 2026 15:36

Qeydiyyat nömrəsi 65766 olan Tu-134 təyyarəsi 1986-cı il oktyabrın 20-də Sverdlovsk - Kuybışev - Qroznı marşrutu ilə uçurdu. Hələ uçuşdan əvvəl təyyarənin kapitanı ikinci pilotla mərcləşmişdi ki, təyyarəni “kor” şəkildə, yəni vizual görüntüdən istifadə etmədən, ancaq cihazlar vasitəsilə endirə bilər.

Təyyarə Kuybışevdə enməyə hazırlaşarkən kapitan öz tərəfindəki şüşələri “kor uçuş” pərdələri ilə bağlayır və enməyə başlayır. Amma dediyini bacarmır. Təyyarə zolağa eniş xəttindən daha yuxarıda, böyük tanqaj bucağı altında, icazə veriləndən daha yüksək üfüqi və şaquli sürətlə daxil olur. İkinci pilot da qalıb baxır, mərci udacağını gözləyir.

Nəticədə Tu-134 böyük sürətlə zolağa çırpılır, hər üç şassi sınır, təyyarə “qarnı” üstə düşərək sürüşməyə başlayır, əvvəlcə sol, sonra sağ qanadı qopur. Bir qədər sürünəndən sonra arxası üstə çevrilir, korpus iki hissəyə bölünür. Çənlərdən axan yanacaq yanmağa başlayır.

Qəza nəticəsində təyyarədə olan 94 nəfərdən (87 sərnişin, 7 heyət üzvü) 70-i həlak olur. Onların arasında mərci udan ikinci pilot da vardı. O, əvvəlcə sağ qalsa da, sərnişinləri xilas edərkən zəhərli qazlardan zəhərlənir. 24 nəfər, o cümlədən kapitan, aldığı xəsarətlərə baxmayaraq, sağ qalır.

Məhkəmə təyyarənin kapitanı Aleksandr Klyuyevi 15 il azadlıqdan məhrum edir. Amma SSRİ Ali məhkəməsi 70 nəfəri səhvən deyil, cinayətkar məsuliyyətsizlikdən öldürən adamın cəzasını cəmi 6 ilə endirir.

Bu hadisədə mənə maraqlı gələn ikinci pilot Gennadi Jirnovun motivasiyasıdır. Özü təyyarədə olan adam mərcə gəlir ki, kor uçuşla endirə bilməzsən. Bu, “yumruğunla kərpici sındıra bilməzsən” kimi özün üçün təhlükəsiz mərc deyil axı. Təyyarəni endirə bilməməyin alternativi qəzadır, faciədir, sən də onun içindəsən. Sanki almanı öz başına qoyub başqası ilə mərc gəlirsən ki, 10 metrdən bunu güllə ilə vura bilməzsən.

Nə bilim, vallah. Tütçev demişkən, Rusiyanı ağılla dərk etmək olmaz.
5160048
Tarixçi logo
Tarixçi

20 Eki 2026 15:36

Photo1/2
20 oktyabr 1986-cı il, Tu-134 təyyarəsi Kuybışevdə yerə enərkən qəzaya uğrayır.
4630027
Tarixçi logo
Tarixçi

19 Eki 2026 23:24

Bir çox məşhur almazlar kimi “Konde”nin də vətəni Hindistanın Qolkonda ərazisidir. Daşın ilk bilinən sahibi fransız tacir və səyyah Jan Batist Tavernye onu sonradan kral XIII Luiyə (1610-1643) satıb. Kral XIV Lui (1643-1715) isə onu yaxın qan qohumu II Lui de Burbona, şahzadə Kondeyə bağışladı. Konde xanədanı o zaman kral ailəsindən sonra Fransanın ən nüfuzlu evi sayılırdı, başçısına isə “Böyük Konde” deyilirdi. Bu üzdən brilyanta da “Böyük Konde” adı verildi.

Daşın sonuncu sahibi kral Lui Filippin oğlu Omal hersoqu Anri d`Orlean (1822-1897) idi. Övladları özündən əvvəl vəfat edən hersoq özünün Şantiye qəsrini və buradakı incəsənət nümunələrini, eləcə də “Böyük Konde”ni Fransa İnstitutuna bağışladı. Hersoqun bir şərti vardı: Şantiyedə muzey təşkil olunacaq və bağışladığı artefaktlar heç vaxt qəsrdən kənara çıxarılmayacaq.

1926-cı il oktyabrın 12-nə keçən gecə peşəkar cinayətkar olmayan iki kuzen - 22 yaşlı Leon Kauffer və 23 yaşlı Emil Suter Şantiye qəsrinə daxil olaraq bir çox qiymətli əşyaları və “Böyük Konde” də daxil olmaqla zinət əşyalarını oğurladılar.

Onlar bəzi zərgərlik məmulatlarını əridib kütlə kimi satdılar. Amma dünyaca məşhur “Böyük Konde”ni almağa heç kəs cəsarət etmədi. Parisin “Metropol” hotelində qalan oğrular iki ay müddətində sata bilmədikləri daşı harada gizlətmələri barədə düşünərkən birinin ağlına “parlaq” fikir gəldi. O, meyvə vazasındakı almalardan birini götürdü, saplaq ətrafını kəsdi və içərisini oyub brilyantı orada yerləşdirdi, sonra da saplaq ətrafını yerinə yapışdırdı.

Oğrular otaqda olmayan zaman təmizlik işləri görən Süzan Şilts məhz həmin almanı götürüb yeməyə başladı və bir neçə diş vurandan sonra ağzında bərk cisim hiss etdi. Ağzından çıxardığı həmin cismin qəzetlərdə şəklini gördüyü brilyant olduğunu anlayan təmizlikçi rəhbərliyə xəbər verdi. “Böyük Konde” beləcə tapıldı və Şantiye qəsrinə qaytarıldı, oğrular daifşa olundu.

Məhkəmə Leon Kaufferi 10 il, Emil Suteri isə 8 il azadlıqdan məhrum etdi.

Oğurluğun 100 illiyi münasibətilə (oğurluqların da yubileyləri qeyd olunurmuş) bu il oktyabrın 17-də Şantiye qəsrində yanvarın 3-nə qədər davam edəcək sərgi açılıb. Bu sərgidə son 100 ildə ilk dəfə orijinal “Böyük Konde” brilyantı geniş ictimaiyyət üçün eksponat olaraq sərgilənir. O, təhlükəsizlik məqsədilə adətən seyfdə saxlanılır, muzeydə isə oxşarı nümayiş etdirilir.
5530034
Tarixçi logo
Tarixçi

19 Eki 2026 23:23

Photo1/2
“Böyük Konde” (Grand Conde) adlı armud formalı çəhrayı brilyant. 9,1 karatlıq daş həm də 100 il əvvəl baş vermiş oğurluğunun qrotesk sonluğu ilə məşhurdur.
4360029
Tarixçi logo
Tarixçi

19 Eki 2026 14:17

1850-1860-cı illərdə Amerika siyasətində Uilyam Tvid adlı birisi vardı. Arada konqresmen və Nyu York ştatının senatoru oldu. 1858-ci ildən Tammani Holla – Demokratlar partiyasının Nyu Yorkdakı siyasi cəmiyyətinə rəhbərlik edir, buna görə “Boss” ləqəbini daşıyır.

Həmin illərdə Tvid dəhşətli bir korrupsiya mexanizmi qurur. Nyu Yorkda tikilən, sökülən, qazılan, ucalan, hərəkət edən hər şeydən öz haqqını alır, hər hansı bir fəaliyyət növünə verilən icazədən qazanır. Bəzi iqtisadi fəaliyyət növləri üzərində inhisarını yaradır. Federal, ştat və şəhər büdcəsindən oğurlayır.

Həyat dəfələrlə sübut edib ki, “yeyib doyub” ilə müqayisədə “iştaha diş altındadır” ifadəsi reallığa daha uyğundur. Uilyam Tvid də yeyə-yeyə iştahası açılır, get-gedə daha həyasızlaşır, daha çox oğurlayır.

Şəkildəki binanın tikintisi 1861-ci ildə başladı. Burada görülməyən işlərə görə pul silinirdi, görülən işlərin dəyəri şişirdilirdi. Guya bir aylıq iş müqabilində dülgərə 360 min dollar, iki günlük iş müqabilində isə malakeşə 133 min dollar ödənilmişdi (hesablamalara görə o vaxtın 1 dolları indinin təxminən 23 dollarına ekvivalentdir).

Bina tikintisi ərəfəsində Tvid Massaçusets ştatında mərmər karxanasını satın almışdı və binanın tikintisində işlədilən mərmər ancaq həmin karxanadan alınırdı, özü də baha qiymətə. Binanın otaqlarına səriləcək xalılar üçün guya 350 min dollar, üç stol və qırx stuldan ibarət mebel üçün isə guya 180 min dollar xərclənmişdi. “Boss”un satın aldığı nəzarətçi məmurlar bu ağlasığmaz xərclərdə qəribə heç nə görmürdülər.

Amma satılmayan adamlar da vardı. Onlardan ən birincisi karikaturaçı rəssam Tomas Nast idi. O, mütəmadi olaraq Tvidin karikaturalarını çəkirdi. Deyilənlərə görə, Tammani Holl rəhbəri bunu etməməsi üçün ona 500 min dollar məbləğində rüşvət təklif etmiş, amma rədd cavabı almışdı.

Bütün maxinasiyalar üzündən məhkəmə binası Nyu York ştatına 12-13 milyon dollar kimi ağlasığmaz məbləğə başa gəldi. Müqayisə üçün, ABŞ 1867-ci ildə Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın almışdı.

Amma məhz bu görünməmiş həyasızlıq Uilyam Tvidin sonunu gətirdi. Onun cinayətlərini ört-basdır edən auditorun bədbəxt hadisə nəticəsində ölümü çöküşünü daha da sürətləndirdi. Yeni auditor maxinasiyalar barədə məlumatı mətbuata ötürməyə başladı. 1871-ci ildə korrupsioner siyasətçi həbs olundu və tikintisinə başlamasından 10 il keçməsinə baxmayaraq, hələ də tam hazır olmayan binada keçirilən məhkəmədə 12 il həbs cəzası aldı, amma yuxarı instansiya məhkəməsi cəzanı 1 ilə endirdi.

Bir il sonra azadlığa çıxan siyasətçiyə qarşı Nyu York ştatı 6 milyon dollar məbləğində mülki iddia qaldırdı və Tvid İspaniyaya qaçdı. Amma elə Nastın karikaturaları sayəsində burada bir amerikalı tərəfindən tanındı. Nəticədə həbs olunaraq 1876-cı il noyabrında Amerikaya göndərildi.

“Boss” Tvid 1878-ci ilin aprelində, tikintisindən xeyli pul qazandığı Ladlou həbsxanasında ağır pnevmoniyadan 55 yaşında vəfat etdi. Bəzi hesablamalara görə, onun və əlaltılarının oğurladıqları məbləğ 300 milyon (indiki kursla 7 milyard) dollara bərabərdir.

P.S. şükür, bizdə belə şeylər olmur, ancaq kitablardan, internetdən oxuyuruq xarici ölkələrdə baş verənlər haqqında.
4940032
Tarixçi logo
Tarixçi

19 Eki 2026 14:16

Photo1/2
ABŞ tarixində ən böyük korrupsiya qalmaqallarından birinin səbəbi olan tikili – Nyu York dairəsinin məhkəmə binası.
4230026
Tarixçi logo
Tarixçi

18 Eki 2026 21:17

“Neftçi” və Kiyev “Dinamo”su müxtəlif turnirlərdə 55 dəfə qarşılaşıblar. 26 dəfə “Dinamo”, 9 dəfə “Neftçi” qalib gəlib, 20 oyun heç-heçə bitib. “Neftçi” öz qələbələrinin yeddisini Bakıda, birini Moskvada (SSRİ dağılandan sonra Birlik kubokunda) və birini Kiyevdə qazanıb – 2:1. Sonuncu oyun ətrafında xeyli söz-söhbət gəzir.

Matç çempionatın başa çatmasına iki oyun qalmış keçirilib (SSRİ-də çempionat baharda başlayır, payızda bitirdi) “Dinamo” artıq çempion idi. Rostovun SKA komandası 2-ci, “Neftçi” (o zaman “Neftyanik”) 3-cü, Moskvanın “Spartak” komandası isə 4-cü yerdə idilər. Bu komandalar gümüş və bürünc medallar uğrunda mübarizə aparırdılar.

O zaman “Dinamo”nun oyunçusu olan Viktor Serebryanikov sonralar Qordona verdiyi müsahibəsində iddia edirdi ki, oyun 80 min rubl müqabilində satılıb. Amma onun dediklərində bəzi uyğunsuzluqlar var. Məsələn, deyir ki, qapıda Rudakov idi, halbuki Bannikov olub. Sonra deyir ki, birinci hissə 2:0 “Dinamo”nun xeyrinə bitib, “Neftçi” ikinci hissədə üç qol vurub. Halbuki kiyevli Bışovets 14-cü dəqiqədə hesabı açandan sonra (şəkildəki epizod) Markarov 23-cü dəqiqədə hesabı bərabərləşdirib, Banişevski isə 37-ci dəqiqədə “Neftçi”ni irəli çıxarıb.

Bu detalları yaddaşın ayağına yazmaq olar, amma mənə inandırıcı gəlməyən başqa haldır. Serebryanikov iddia edir ki, pulları Banişevski və Markarov gətiriblər. O zaman Banişevskinin 20, Markarovun 23 yaşı olub. Belə bir işin onlara həvalə edilməsinə inanmıram. Ümumiyyətlə, belə işlər oyunçu səviyyəsində həll edilmirdi.

Oyunun isə danışılmış olmasına əminəm. Ola bilər, pul da verilib. Amma “əl əli yuyar, gələn mövsüm əl də üzü” razılaşması da ola bilər. Üstəlik, kiyevlilərin sadəcə “Spartak”ın acığına oyunu uduzmaları da mümkündür.

Növbəti iki oyunda SKA iki qələbə qazandı və ikinci yerini qoruyub saxladı. “Neftçi” növbəti oyunda Bakıda ÇSKA ilə 0:0 heç-heçə etdi. “Spartak” isə Daşkənddə “Paxtakor”u 2:1 uddu.

Son turda “Neftçi” və “Spartak” Bakıda üz-üzə qarşılaşdılar. Bakılıların 43, moskvalıların 42 xalı vardı. Ağzına qədər dolu Respublika stadionunda keçirilən oyunda Banişevskinin iki və Markarovun bir qolu sayəsində “Neftçi” 3:0 hesabı ilə qalib gəldi, ilk və son dəfə SSRİ çempionatının mükafatçısı oldu.
2710026
Tarixçi logo
Tarixçi

18 Eki 2026 21:16

Photo1/2
16 noyabr 1966-cı il, Bakının “Neftyanik” komandası Kiyevdə yerli “Dinamo” ilə qarşılaşır.
2370016
Tarixçi logo
Tarixçi

18 Eki 2026 15:37

Photo1/2
80 il əvvəl əsas nasist cinayətkarlar üzərində keçirilən birinci Nürnberq prosesi başa çatdı.

İttiham aktı 24 nəfər haqqında tərtib olunmuşdu. Lakin müttəhimlər kürsüsündə 21 nəfər oturdu: ittiham olunanlardan biri tutulmamışdı, qiyabi mühakimə olunurdu, biri proses başlamamış intihar etdi, üçüncüsü də tam iflic olduğundan və sonra öldüyündən mühakimə olunmadı

1945-ci ilin noyabrında başlayan məhkəmə 1946-cı ilin oktyabrında yekunlaşdı. Müttəhimlərin neçəsi edam cəzasına, neçəsi ömürlük həbsə, neçəsi də müddətli həbsə məhkum edildi? Bəraət alan oldumu?

Bu sualların cavabını tərcümə və öz əlavəm əsasında Pressklub üçün hazırladığım materialda tapa bilərsiniz
https://pressklub.az/az/arasdirma/esrin-tribunali-bizi-asmayin-gulleleyin-339152-az
3410019
Tarixçi logo
Tarixçi

18 Eki 2026 02:44

Photo1/2
Sən olasan gülüstan...
4400040
Tarixçi logo
Tarixçi

17 Eki 2026 15:33

Melissa voleybolla 8 yaşında məktəb dərnəyində məşğul olmaya başlayıb və artıq 14 yaşında milli komandaya cəlb edilib. 2015-ci ildə ilk peşəkar müqaviləsini imzalayaraq Çexiyanın “Agel Prostějov” komandasında çıxış etməyə başlayır (əslində müqaviləni Kuba federasiyası imzalayıb; Kubada idmançının xaricdə çıxış edəcəyi klubu federasiya seçir; dost olmayan ölkələrdə oynamağa icazə verilmir).

Türkiyə voleybol həvəskarlarının Melissa Varqasla ilk tanışlığı da həmin dövrdə baş verir. “Agel Prostějov” Çempionlar Liqasında Türkiyənin “Eczacıbaşı VitrA” komandası ilə eyni qrupa düşmüşdü. 2015-ci il noyabrın 10-da Praqada keçirilən ilk oyunda türklər 3:0 hesabı ilə qalib gəlsələr də, Varqas müdafiə və bloku darmadağın edərək 32 xal qazandı. 2016-cı il yanvarın 19-da keçirilən cavab görüşündə əczaçılar yenə qələbə qazandılar (3:2), amma Varqas yenə ən məhsuldar oyunçu oldu - 29 xal.

Həmin dövrdə Azərbaycanın “Telekom” (Rabitə Bakı) komandasının skautları da Varqasla maraqlanmağa başlayır və Kuba rəsmiləri ilə əlaqə saxlayırlar. Lakin voleybolçunun ağır çiyin zədəsi üzündən danışıqlar kəsilir. Melissanın Kuba voleybol federasiyası ilə konfliktinin kökündə də bu zədə dayanır.

Havananın “Frank País” xəstəxanasında cərrahiyyə əməliyyatı keçirən voleybolçunu federasiya rəhbərliyi bərpa üçün Milli Voleybol Məktəbinin reabilitasiya məktəbinə göndərir. Buradakı şərait isə müasir standartlardan xeyli uzaq idi.

Varqasın əvvəllər həndbolçu olmuş atası bu şəraitə yetərsiz, bərpa prosedurlarını isə yanlış hesab edərək qızının xaricdə reabilitasiya keçməsini istədi. Federasiya etiraz etdikdə isə qızını reabilitasiya mərkəzindən çıxarıb Syenfueqosa apardı. Kuba Voleybol Federasiyası 2017-ci ildə Melissaya ilk cəzanı məhz buna görə kəsdi - 1 il diskvalifikasiya.

Lakin ailə təslim olmadı və hətta həm federasiyanı, həm voleybol məktəbinin bərpa mərkəzini məhkəməyə verdi. Buna cavab olaraq Federasiya 2018-ci ildə Varqası daha 4 il diskvalifikasiya etdi. Bu, fövqəladə istedadı olan idmançının karyerasının məhvi demək idi. Daha doğrusu, ölkədə qalardısa, məhv olacaqdı.

Melissa Varqas Kubadan qanuni yolla çıxa bildi. O, əvvəlcə Kuba ilə vizasız rejimə malik olan Rusiyaya uçdu, buradan da İsveçrəyə keçib “Volero Zürich” ilə müqavilə bağladı. Klub əvvəlcə onu ən keyfiyyətli klinikalarda reabilitasiyasını təşkil etdi.

Bu addım idmançının Kubada “vətən xaini” elan edilməsinə və ailəsinin ölkədən çıxışına qadağa qoyulmasına səbəb oldu.

Maraqlıdır ki, Melissaya Türkiyəyə getməyi “Volero Zürich” klubunun prezidenti Stiv Yakobi məsləhət görüb. O, hesab edirdi ki, İsveçrə liqası Varqasın səviyyəsinə görə deyil.

Melissa Varqas 2018-ci ildə “Fenerbahçe” ilə müqavilə imzaladı və indiyə qədər bu klubda çıxış edir. “Fenerbahçe”nin baş məşqçisi Zoran Terziç həm də Serbiya millisini çalışdırdığı üçün Varqası öz ölkəsinin vətəndaşlığına keçirməyə çalışırdı. Hətta Melissanın Serbiya pasportunun artıq hazır olduğu deyilir. Lakin Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ təcili ölkə rəhbərliyinə müraciət etdi və adekvat reaksiya ilə qarşılaşdı. 2021-ci il aprelin 10-da prezident Erdoğan Melissa Varqasa Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini şəxsən təqdim etdi.

Qaydalarda nəzərdə tutulan 2 illik gözləmə müddətindən sonra Varqas Türkiyə milli komandasında çıxış etməyə başladı. “Filenin sultanları” elə həmin il Millətlər liqasının və Avropa çempionatının qalibi oldular. 2026-cı ildə hər iki uğuru təkrar etdilər. Varqas hər dəfə turnirdə MVP (ən dəyərli oyunçu) seçildi. 2025-ci ildə gümüş medal qazanılan dünya çempionatında isə ən yaxşı çarpaz hücumçu oldu.

Keçmiş “əsmər qız”, indiki “filenin sultanı” “Fenerbahçe” ilə iki dəfə Türkiyə çempionu, iki dəfə ölkə kubokunun sahibi olub. Türkiyə çempionatı bitdikdə Çinə gedib oynayan Melissa Varqas bu ölkənin də üçqat çempionudur.
5100033
Tarixçi logo
Tarixçi

17 Eki 2026 15:33

Photo1/2
Melissa Varqas niyə Kubanı tərk edib Türkiyə vətəndaşı oldu?

Melissa Varqas 1999-cu ildə Kubanın Syenfueqos şəhərində anadan olub. Həmin vaxt Kuba qadın voleybolu özünün qızıl dövrünü yaşayırdı. Ləqəbi “Karib dənizinin əsmər qızları” olan milli komanda 1992, 1996 və 2000-ci illərdə üç dəfə olimpiya çempionu, 1994 və 1998-ci illərdə dünya çempionu, 1989, 1991, 1995 və 1999-cu illərdə dünya kubokunun qalibi olmuşdu.

“Əsmər qızlar”ın heyətində Mireya Luis, Regla Bell, Marlenis Kosta kimi əfsanəvi voleybolçular çıxış edirdilər. Beynəlxalq Voleybol Federasiyası (FIVB) tərəfindən XX əsrin ən yaxşı voleybolçusu seçilən Regla Torres bu siyahıda xüusi yer tutur (final səsverməsində bu ada namizədlər arasında bakılı İnna Rıskal da vardı).
4370021
Tarixçi logo
Tarixçi

17 Eki 2026 03:41

Meux pivə zavodunda hündürlüyü 6,7 metr olan iri taxta çən vardı. Oktyabrın 17-də işçilərdən biri çənin dəmir halqalarından birinin aşağı sürüşdüyünü görür. Belə hal ildə 2-3 dəfə baş verdiyindən narahatlıq doğurmur. Amma bu dəfə hər şey başqa cür olur.

Saat təxminən 17:30-da çən dağılır. Buradan axan pivə yaxınlıqdakı daha kiçik çənləri də dağıdır. Beləcə, 1,5 milyon litrə yaxın pivə zavodun divarını sökərək küçəyə axır.

Zavodun yerləşdiyi ərazi Londonun kasıblar məhəlləsi idi. Burada bəzi insanlar zirzəmidə yaşayırdılar. Evlərdən birində irland ailəsi vəfat etmiş iki yaşlı uşaq üçün anım mərasimi keçirilirdi. Seldə həmin uşağın anası da daxil olmaqla beş nəfər boğuldu. Başqa evdə anası ilə çay içən kiçik qız boğuldu, anasını isə sel evdən çölə çıxardı. 14 yaşlı qız pivə zavodunun divarının dağıntısı altında qaldı. Daha bir uşağın ölümünün təfərrüatı məlum deyil. Zavodun özündə üç nəfər yaralansa da ölən olmadı. Beləcə, cəmi 8 nəfər həlak oldu.

İnsanların çoxu əllərinə qab götürərək havayı pivədən toplamağa çalışırdılar. Sonrakı günlər ərzində bu ərazidə kütləvi sərxoşluq müşahidə olunur.

“Meux & Co” şirkəti hökumətdən yardım alması sayəsində bankrotluqdan qurtuldu və fəaliyyətini davam etdirdi. 1921-ci ildə şirkət başqa əraziyə köçdü və köhnə zavod söküldü. İndi həmin yerdə Dominion teatrı yerləşir.
4830034
Tarixçi logo
Tarixçi

17 Eki 2026 03:40

Photo1/2
Pivə daşqını və pivə selində boğulan adamlar haqqında eşitmisinizmi? Hadisə 1814-cü il oktyabrın 17-də Londonda baş verib
4190024
Tarixçi logo
Tarixçi

16 Eki 2026 14:42

Qərarın birinci bəndində xarici işlər naziri Molotova tapşırılırdı ki, xarici diplomatik missiyalara elə həmin gün Kuybışevə (indiki Samara) köçmələri barədə məlumat versin. Yollar naziri Kaqanoviç missiyaları vaqonlarla təchizatına, daxili işlər naziri Beriya isə mühafizələrinə cavabdeh idi.

İkinci maddə Ali sovetin rəyasət heyətinin, eləcə də hökumət başçısının müavini Molotov da daxil olmaqla bütün hökumətin həmin gün Kuybışevə təxliyəsini nəzərdə tuturdu. Hökumət başçısı Stalin isə cəbhədəki vəziyyətdən asılı olaraq ya oktyabrın 16-da, ya da sonrakı günlərdən birində köçəcəkdi.

Cəbhədə vəziyyət isə doğrudan da ağır idi. Almanlarla Moskvanın arasında azsaylı və pis silahlanmış hərbi hissələr və Moskva əhalisindən ibarət müdafiəçilər dururdu. Onların da effektli müqavimət göstərəcəklərinə ümid az idi.

Amma almanlar o zamana qədər görmədikləri, Rusiya üçün isə payızda ənənəvi olan halla – rasputitsa ilə üzləşdilər. Zirehli texnikalar, avtomobillər, motosikletlər, at arabaları, hətta əsgərlər dizə çıxan palçığa ilişib qaldılar və irəliləyə bilmədilər.

Bir qədər sonra isə Yaponiyanın həmin il SSRİ-yə hücum etməyəcəyi haqqında Rixard Zorgenin məlumatından sonra Uzaq Şərqdən gətirilən hərbi hissələr Moskva ətrafına çatdılar və müdafiəni təşkil etdilər. Dekabrın 5-də isə əks-hücuma keçərək almanları qərbə tərəf uzaqlaşdırdılar.

Bilavasitə təhlükənin aradan qaldırılmasına baxmayaraq 1942-ci ildə Kuybışevdə Stalin üçün bunker tikildi. Tikintidə 3700 fəhlə, mühəndis və texniki işçi çalışırdı. Stalinin kabineti (şəkildə) və iclas zalı yer səthindən 37 metr dərinlikdə yerləşirdi.

Amma bunkerdən istifadə olunmadı. Növbəti ildə almanlar əsas hücumu Stalinin gözlədiyi kimi yenə Moskvaya deyil, Stalinqrad üzərinə etdilər. 1943-cü ildə, müharibənin gedişində əsaslı dönüş yaranandan sonra Kuybışevin qeyri-rəsmi “ikinci paytaxt” statusu ləğv edildi, təxliyə edilən bütün qurumlar Moskvaya qayıtdılar.
5080033
Tarixçi logo
Tarixçi

16 Eki 2026 14:42

Photo1/2
1941-ci il oktyabrın 15-də Dövlət Müdafiə Komitəsi sovet-alman cəbhəsində yaranmış ağır vəziyyəti nəzərə alaraq “SSRİ-nin paytaxtının Moskvadan təxliyəsi haqqında” qərar qəbul etdi.
4450024
Tarixçi logo
Tarixçi

16 Eki 2026 03:56

Photo1/2
"1896-cı il aprelin 1-də Luvr muzeyi Rusiya imperiyasından olan iki satıcıdan skif çarı Saytafernə məxsus tiara aldı. Ekspertlər onu araşdıraraq həqiqiliyini təsdiqlədilər və buna görə muzey eksponata 200 min frank (indiki kursla 1.8 milyon avro – red.) ödədi. Tiara nümayişə çıxarılmasından dərhal sonra kimi KİV onun saxta olduğunu yazmağa başladı, lakin Luvr bütün şübhələri rədd edirdi. Yalnız yeddi il sonra saxtakarlıq üzə çıxdı: tiaranı hazırlayan şəxs — odessalı zərgər tapıldı. O, sadəcə sifarişi yerinə yetirdiyini bildirdi. Oçakovdan olan qardaşların hamını necə aldatdığı barədə materialı təqdim edirik".

Pressklub üçün tərcümə etdiyim məqalə
https://pressklub.az/az/arasdirma/mudhis-saxtakarliq-muzey-skif-carinin-qizil-tiarasina-18-milyon-odedi-339069-az
4850035
Tarixçi logo
Tarixçi

15 Eki 2026 21:58

Brejnev hakimiyyətə gələndən sonra daha mülayim və daha adekvat xarici siyasət yürütməyə başladı. Nəticədə 1960-cı illərin sonlarından başlayaraq beynəlxalq münasibətlərdə gərginliyin yumşalması dövrü başladı.

Niksonun 1972-ci il Moskva səfəri zamanı mayın 26-da tərəflər arasında “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilə” imzalandı.

Ümumiyyətlə, Brejnev və Nikson arasında mehriban şəxsi münasibətlər yaranmışdı. 1973-cü ildə ABŞ-a cavab səfəri edən Brejnev ABŞ prezidentinin şəxsi iqamətgahında oldu, xeyli vaxtlarını bir yerdə keçirdilər. Prezident Baş katibə ölkə biznesmenləri adından “Lincoln Continental” avtomobili bağışladı.

İyunun 21-də tərəflər “Strateji hücum silahlarının gələcək məhdudlaşdırılması barədə danışıqların əsas prinsipləri haqqında” müqavilə və “Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində ABŞ-SSRİ əməkdaşlığı haqqında” razılaşma imzaladılar. Videoçarxdakı görüntülər də bu zaman çəkildi.

Səfər həm mehriban şəraitdə keçdi, həm də məhsuldar oldu. Yuxarıda adı çəkilən iki müqavilədən başqa müqavilələr də imzalandı. Bundan məmnun olan Brejnev hətta jurnalistlərə “Soyuq müharibə daha arxada qaldı” söylədi. Təəssüf ki, belə olmadı.

Artıq növbəti ildə, 1974-cü ilin noyabrında başqa bir ABŞ prezidenti Cerald Ford ilə Vladivostokda keçirilən görüş zamanı Brejnevin səhhəti korlanır: beyin damarlarının spazması baş verir. Həkimlər ona danışıqları dayandırmağı və istirahət etməyi məsləhət görürlər. Amma sovet lideri məsləhətə əməl etmir. Üstəlik, Fordla görüşdən sonra Monqolustan Xalq Respublikasının 50 illik yubileyində iştirak etmək üçün Ulan-Batora yola düşür. Məhz bu hadisədən sonra Brejnevin səhhətində geriləmə başlayır və xüsusən əqli qabiliyyəti tədricən zəifləyir.

Yavaş-yavaş hakimiyyət partiyanın üç Siyasi Büro üzvünün əlində cəmlənir: müdafiə naziri Dmitri Ustinov, xarici işlər naziri Andrey Qromıko və KQB sədri Yuri Andropovun. Onlar isə daha aqressiv xarici siyasət yürüdürlər.

Gərginliyin yumşalması dövrünə SSRİ-nin 1979-cu ilin son günlərində Əfqanıstana təcavüzü son qoydu. Onun da əsas israrçısı Andropov idi.
5070045
Tarixçi logo
Tarixçi

15 Eki 2026 21:57

Video
ABŞ prezidenti Riçard Nikson və sovet lideri Leonid Brejnev ciddi müqavilə imzalayarkən zarafatlaşırlar, özlərini bir-birindən köçürən şagird kimi aparırlar.
4660036
Tarixçi logo
Tarixçi

15 Eki 2026 14:03

Gəminin taxta gövdəsi qorunmayıb, lakin onunla daşınan saxsı qablar salamat qalıb. Həmin qabların bəzilərinin içərisində vaxtilə saxlanılan maddənin izləri də silinməyib.

Arxeoloqların sözlərinə görə, bu, Aralıq dənizində yük daşıyan, təxminən 10 metr uzunluğunda ticarət gəmisi olub.

“Bu qalıqlar dənizin dibindəki zaman kapsuluna bənzəyir”, — Aralıq dənizi Arxeologiyası Assosiasiyasının ekspedisiyasına rəhbərlik edən, Türkiyənin Akdeniz Universitetinin əməkdaşı Hakan Öniz deyir.

Gəminin qalıqları Türkiyənin Antalya vilayətində, Kekova adasının yaxınlığında aşkarlanıb. Cəmi 30 metr dərinlikdə, sualtı yamacın hər tərəfinə arxeoloji tapıntılar səpələnmişdi. Onların arasında üç iri daş lövbər və 30-dan çox amfora — müxtəlif məhsulların saxlanması üçün nəzərdə tutulan saxsı qablar var.

Gəminin taxta hissələrindən heç nə qalmadığı üçün onun yaşını radiokarbon analizi kimi üsullarla müəyyənləşdirmək mümkün olmayıb.

Bunun əvəzinə arxeoloqlar amforaların formasını təhlil ediblər. Kekovada tapılan saxsı qablar özünəməxsus xüsusiyyətləri ilə seçilir: onların iki qulpu, orta hissəsində çıxıntılı qurşağı və yastı dibi var.

Önizin sözlərinə görə, bu quruluş Misirdə və Yaxın Şərqdə tapılmış, yaşı 4400–4700 il arasında olan amforaların xüsusiyyətlərinə uyğundur.

“İşlənmə texnikasını müqayisə edərək əminliklə deyə bilərik ki, bu gəmi Erkən Tunc dövrünə aiddir. Buna yüz faiz əminik”, — o bildirir.

Dalğıclar saxsı qabları suyun səthinə çıxarıblar. İndi isə min illərlə su altında qalmış bu əşyalar diqqətlə konservasiya edilir.

Avstraliyanın Makkuori Universitetinin arxeoloqu doktor Karin Sovada amforalar sudan çıxarıldıqdan sonra onları araşdırıb. Qablardan bəziləri salamat qalmışdı. Tədqiqatçı onların içərisində yapışqan, parlaq çöküntü aşkar edəndə heyrətə gəlib.

“İçəri baxanda, az qala, huşumu itirəcəkdim. Orada bu qədər çöküntünün qalmasına inana bilmirdim. Bunlar sadəcə ləkələr deyildi... Maddənin əhəmiyyətli bir hissəsi qorunub saxlanmışdı”, — o danışıb.

Hazırda mütəxəssislərdən ibarət komanda amforalarda məhz hansı məhsulların daşındığını dəqiqləşdirməyə çalışır. Sovada ehtimal edir ki, bu, zeytun yağı, şərab və ya ağac qatranı ola bilər,

Alimlər güman edirlər ki, gəmi ya qədim Troya şəhərinə (müasir Türkiyənin şimal-qərbində yerləşirdi), ya da Krit adasında yaşayan minoylulara mal aparırmış.

Dəniz səyahətləri təhlükəli idi. Bu, xüsusilə güclü axınlar və küləklər səbəbindən çoxsaylı gəmi qəzalarının baş verdiyi Kekova adası ətrafındakı sulara aid idi.

Bu sularda yüzlərlə batmış gəmi yatır. Aralıq dənizi Arxeologiyası Assosiasiyası da məhz belə gəmilərin axtarışı və tədqiqi üzrə ixtisaslaşıb.

Kekova adası yaxınlığında aşkar edilən gəmi hazırda məlum olan ən qədim batmış gəmilər siyahısında birinci yeri tutur.

Əvvəllər bu rekord Yunanıstanın cənubundakı Dokos adası sahillərində batmış gəmiyə məxsus idi. Onun təxminən 4200 yaşı var.

Taxta parçaları qorunub qalmış ən qədim batmış gəmi isə Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında aşkar edilib. Onun yaşı təxminən 2400 ildir.

BBC
5940040
Tarixçi logo
Tarixçi

15 Eki 2026 14:03

Photo1/2
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi aşkar edilib

Arxeoloqlar Türkiyə sahillərində Tunc dövrünə aid batmış gəminin qalıqlarını aşkar ediblər. Gəminin 4400–4700 il yaşı var. O, təxminən Xeops piramidası ilə eyni dövrdə inşa edilib.
5340032
Tarixçi logo
Tarixçi

14 Eki 2026 18:01

Fərəh Tehranda dünyaya gəlib. Atası Söhrab Diba azərbaycanlı və İran ordusunun zabiti idi, anası Fəridə Qotbi Xəzərin cənub sahilində yerləşən Lahicanda anadan olub və ehtimal ki, gilək idi. Fərəh onların yeganə övladıdır.

Əslən Təbrizin Şeşgilan məhəlləsindən olan Diba ailəsi müəyyən qədər zəngin sayılırdı. Fərəhin babası Mehdi xan Diba Qacar xanədanının Rusiyada səfiri olub. Amma atasının 1948-ci ildə xərçəngdən erkən ölümü ailənin rifahına təsir edir, Fərəh və anası dayısının evinə köçməli olur.

Fərəh Tehranda əvvəlcə Pietro Della Valle italyan məktəbində, daha sonra Janna D`Ark fransız məktəbində və nəhayət yenə fransızca olan Razi litseyində təhsil alıb. Bu illərdə basketbolla məşğul olub. Daha sonra Parisə gedərək “Ecole Speciale d'Architecture” memarlıq məktəbində təhsil alır.

1959-cu ildə İran səfirliyində keçirilən tədbir zamanı Parisdə oxuyan bir sıra tələbələr sırasında Fərəh də Məhəmməd Rza şaha təqdim olunur. Gözəl və qamətli qız subay şahın dərhal diqqətini cəlb edir.

Şah uşaqlarının olmaması səbəbindən ikinci arvadı Soreyya İsfəndiyari-Bəxtiyaridən boşanmışdı və Pəhləvi taxtına varis bəxş etmək üçün təcili evlənmək niyyətində idi. O, Fərəhə evlənmək təklif edir və qız da qəbul edir. Hərçənd, bəzi iddialara görə Parisdə oxuduğu müddətdə sol ideyalara meyllənirdi və hətta Tudənin aksiyalarında iştirak edirdi.

Onların toyu 1959-cu il dekabrın 21-də olur. 1960-cı il oktyabrın 31-də şahın çoxdan arzuladığı vəliəhd – Rza anadan olur. Cütlüyün daha üç övladı vardı: Fərəhnaz, Əli Rza və Leyla.

1967-ci il oktyabrın 26-da Rza şah Fərəh üçün tacqoyma mərasimi keçirərək rəsmən şahbanu (imperatriçə) elan etdi. O, İranın İslam tarixində ilk və son şahbanu oldu. Həmin titulu yalnız Sasanilər dövründə iki qadın daşımışdı.

Fərəhin şaha ciddi təsiri vardı. 1960-70-ci illərdə bir sıra müsbət addımların, məsələn qadınların emansipasiyası və səs hüququ qazanmaları, eləcə də təhsil və səhiyyə islahatlarında şahbanunun böyük rolu olduğu deyilir. Məhz onun təsiri ilə şah müxtəlif ölkələrə daşınmış İran abidələrinin geri alınması üçün xeyli vəsait ayırdı və Tehran muzeyləri zənginləşdi.

Eyni zamanda şahbanunun himayəsi altında keçirilən dəbdəbəli tədbirlər - məsələn, İran monarxiyasının 2500 illiyinə həsr olunmuş olduqca təmtəraqlı mərasim, - eləcə də qadınların emansipasiyası mühafizəkar kəsimin nifrətinə səbəb olurdu.

Hər şeyin əladan əla getdiyi bir zaman İranın daxili vəziyyəti qarışdı və 13 ay davam edən etirazlardan sonra monarxiya devrildi, İslam respublikası quruldu.

Dünyanın ən xoşbəxt ailələrindən sayılan Pəhləvilər indi heç yerdə sığınacaq tapa bilmirdilər. Nəhayət, Ənvər Sadat onları Misirə dəvət etdi. Qan xərçəngindən əziyyət çəkən şah 1980-ci ildə burada öldü. Bundan sonra Fərəh və övladları ABŞ-da məskunlaşdılar.

Fərəhin kiçik qızı Leyla 2001-ci ildə çoxlu sayda yuxu dərmanı içərək intihar etdi. Əli Rza Pəhləvi isə 2011-ci ildə özünü tapança ilə vurdu.

2004-cü ildə şahbanunun “Bitməyən eşq: mənim şahla həyatım” adlı memuarları çapdan çıxdı.

Bugün 88 yaşı olan Fərəh Diba Pəhləvi paytaxt Vaşinqtonun yaxınlığında, Merilend ştatında yaşayır. O, hələ də bir sıra tədbirlərdə iştirak edir.

Şəkildə Novruz bayramının 13-cü günü səmənini çaya buraxır. Bizim tərəflərdə də (Lənkəran) səməni zibilliyə, ya da ayaqaltı bir yerə atılmaz. Ya axar suya buraxılır, ya da damın üstünə atırlar.
6610043
Tarixçi logo
Tarixçi

14 Eki 2026 18:00

Photo1/2
14 oktyabr 1938-ci il, İran monarxiyasının sonuncu “birinci ledi”si, şahbanu Fərəh Diba Pəhləvi anadan olub.
5200029
Tarixçi logo
Tarixçi

14 Eki 2026 03:16

Photo1/2
Yeni məqaləm "Gimli planeri" adı iə tanınan aviasiya insidenti haqqındadır.

"23 iyul 1983-cü il. “Air Canada” aviaşirkətinə məxsus “Boeing-767” təyyarəsi Monreal — Ottava — Edmonton reysini (AC143) yerinə yetirir. Ottavada aralıq enişdən sonra havaya qalxarkən 211 yerlik təyyarədə 61 sərnişin və 8 heyət üzvü vardı. Hər şey qaydasında idi. Layner zavoddan yenicə buraxılmışdı, pilotlar təcrübəli, hava şəraiti ideal idi. Amma məsafənin yarısında, 12000 metr hündürlükdə uçarkən problemlər başladı. İkimühərrikli təyyarənin əvvəlcə birinci, sonra ikinci mühərriki dayandı. Səbəb inanılmaz idi: təyyarənin yanacağı bitmişdi. Monrealda səhv hesablamalar nəticəsində təyyarəyə az yanacaq doldurulmuşdu".

https://pressklub.az/az/yazilar/olumden-yanportu-donus-69-nefer-12-km-hundurlukden-yere-nece-endi-815-az
6400033
Tarixçi logo
Tarixçi

13 Eki 2026 22:30

Qars müqaviləsi ilə üç Cənubi Qafqaz dövlətinin Türkiyə ilə sərhədləri müəyyənləşdi. Həmin respublikalar SSRİ-nin tərkibinə daxil edildikdə isə sərhədlər SSRİ-Türkiyə sərhədinə çevrildi.

Müqavilənin bizim üçün əsas önəmi iki haldan ibarətdir: ermənilərin iddia etdikləri Naxçıvan Azərbaycanın himayəsi altında muxtar respublika elan olunurdu. Müqaviləyə III əlavədəki xəritədə Naxçıvanın ərazisi göstərilirdi. Bu, beynəlxalq müqavilələrdə kifayət qədər nadir rast gəlinən hal idi ki, qonşu dövlətin ərazisinin nəinki statusu, hətta inzibati sərhədləri müəyyənləşdirilirdi. Amma bunu etməklə TBMM hökuməti ermənilərin Naxçıvana bütövlükdə, eləcə də onun ərazisinin hissələrinə iddialarına son qoydu.

Digər önəmli hal isə əvvəllər İranın, sonralar İrəvan xanlığının və xanlıq Rusiya tərəfindən ilhaq edildikdən sonra İrəvan quberniyasının tərkibində olan Sürməli uyezdinin (indiki İqdır vilayətinin çox hissəsi) Türkiyə ərazisi kimi tanınması oldu. Halbuki uyezd obyektiv baxımdan Osmanlı ərazisi deyildi. İran da Rusiyaya narazılıq etdi ki, məndən aldığın torpağı Türkiyəyə verirsən.

Sürməli uyezdinin Türkiyəyə verilməsi nəticəsində kiçik bir ərazidə (düz xətlə 11 km, ziqzaqla 18 km-ə yaxın) Azərbaycan-Türkiyə sərhədi yarandı. Sovet dövründə bu sərhədin xüsusi əhəmiyyəti olmasa da, Azərbaycanın müstəqilliyinin bərpasından sonra böyük strateji önəmi yarandı. Atatürkün həmin sərhədyanı hissəni guya İrandan pulla satın alması əhvalatı gerçək deyil.

İkinci dünya müharibəsindən sonra Stalin Türkiyə ilə sərhədləri dəyişməyə, onun ərazisinin bir hissəsini qopararaq Ermənistan və Gürcüstana birləşdirməyə cəhd etdi. Ermənilər və gürcülər hansı ərazilərin nə qədərinin kimə çatacağı haqqında artıq dava-dalaşa da başlamışdılar. Amma Stalinin cəhdi uğursuz oldu. ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən Türkiyə bu iddiaları rədd etdi.

Ermənilər Qars müqaviləsindən çox narazıdırlar və təsadüfi deyil ki, Ermənistanın müstəqilliyi bərpa olandan sonra ilk addımlarından biri Qars müqaviləsini tanımamaları oldu. Bu zaman onların əsas arqumenti həm Ermənistan SSR hökumətinin, həm də TBMM hökumətinin legitim olmamasıdır.
5840041

Showing 30 of 109 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Tarixçi Telegram kanalı ne hakkında?+

Tarixçi (@yadigarsadigli), tgdio üzerinde Siyaset kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 5.162 abonesi var.

Tarixçi (@yadigarsadigli) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @yadigarsadigli abonesi olun.

Tarixçi iyi bir Siyaset kanalı mı?+

tgdio üzerinde katılmadan önce Tarixçi puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 5.162 abonesi var. Benzer Siyaset kanallarla karşılaştırın.

Tarixçi istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @yadigarsadigli sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.