1. DAAD haqqında ümumi məlumat 2. Seçim meyarları 3. DAAD Motivasiyası necə yazılmalıdır? 4. Tələb edilən sənədlər 5. Qeydlər
1. DAAD haqqında ümumi məlumat
Bu təqaüd proqramı sizə Almaniyada xaricdə təhsilinizin master dərəcəsinə başlamaq imkanı təklif edir. DAAD Avropanın ən çətin qazanılan xaricdə təhsil təqaüdlərindən biridir, belə ki, müsahibə mərhələsinə belə yüzlərlə müraciətçi arasından çox az tələb seçirlər.
Kimlər müraciət edə bilər? Əgər siz bakalavr dərəcənizi son 6 ildə bitirmisinizsə və ya bu tədris ili bitirəcəksinizsə, Almaniyada təhsil üçün DAAD təqaüdünə müraciət edə bilərsiniz.
Təqaüdə daxildir: - aylıq 934 avro - tibbi sığorta - Alman dili kursu - Uçuş bileti
Tələblər: - burada önəmli olan seçdiyiniz univeristetlərin tələblərinə tək-tək baxmaq və hər birini qarşılamaqdır. Univeristetlər adətən ən az 6.5 IELTS tələb edir və GPA məsələsi isə, tamamən rəqabətdən asılıdır.
2. Seçim meyarları:
- Akademik kvalifikasiya(academic achievements, school leaving certificate, course of studies, knowledge of the language of instruction*, if applicable relevamt internships, work experience) - Quality of the study project - Potential of the applicant (Motivation, prospects, extracurricular commitment)
3. DAAD Motivasiyası necə yazılmalıdır?
Aşağıdakı məlumatlar və suallar sizə motivasiya məktubu yazmağınız üçün kömək edəcək. A. Təhsiliniz, bacarıqlarınız, varsa professional təcrübələriniz, dil biliyiniz və fərdi uğurlarınız(awards, pizes) haqqında detallı faktlar B. Akademik motivasiyanız; - Niyə bu təhsil proqramına qəbul olmaq istəyirsiniz? - Seçdiyiniz universitetlə bağlı sizi nə cəlb edir? - Almaniyada təhsil almaqla nə qazanmağı ümid edirsiniz (akademik və peşəkar karyeranız üçün)? C. Təqaüdə müraciət üçün səbəbləriniz: - Niyə DAAD təqaüdünə müraciət edirisiniz? - Gözləntiləriniz nədir təqaüddən? - Bu dəstək sizə sizə akademik və professional hədəflərinizdə nə kimi kömək edəcək? D. Şəxsi maraqlarınız: - Burada siz özünüz haqqında detalları izah edən dərsdənkənar nailiyyətlərinizi və ya şəxsi keyfiyyətlərinizi qeyd edə bilərsiniz.
4. Tələb edilən sənədlər
- Passport - Attestat - Diplom və ya son kursa dair arayış - Diplom əlavəsi və ya transkript - Dil sertifikatı - Motivasiya - referans məktubu - CV - Course profile**
5. QEYDLƏR
Müraciət üçün son tarixdə artıq başlamış olan magistr dərəcəsi bu təqaüd tərəfindən maliyyələşdirilə bilməz. Əgər, siz 15 aydan çox Almaniyada olmusunuzsa bu təqaüdə müraciət edə bilməzsiniz. Təqaüdə müraciət üçün prioritet ixtisas yoxdur, hər ixtisasdan müraciət qəbul edilir. Seçdiyiniz ixtisas ingils dilindədirsə alman dili bilməyiniz tələb EDİLMİR.
Ümid edirik araşdırmamız sizlər üçün faydalı oldu.
Xaricdə təhsil səyahətinizi birlikdə planlamağımız üçün ABROEDU ilə ödənişsiz konsultasiya rezerv edə bilərsiniz. https://abroedu.com/konsultasiya https://abroedu.com/konsultasiya
Hər kəsə uğurlar!
ABROEDU









