Milli-Kimlik Telegram channel photo

Milli-Kimlik

@millikimlikPublic Channel

Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytımız: millikimlik.az

SiyasetTürkçeTürkiye

56

Last views

648 (648 subscribers)
Üyeler
—
Rating
67
Total Posts
Oct 20, 2026, 12:41 AM
Güncellendi
Mar 22, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameMilli-Kimlik
Username@millikimlik
CategorySiyaset
LanguageTürkçe
CountryTürkiye
Üyeler648
Channel TypePublic Channel
Created22 Mar 2026
Last Updated20 Eki 2026 • evvelsi gün
StatusActive

Sıralama

Küresel Sıralama
#127504+385
Dil Sıralaması
#1245+4
Kategori Sıralaması
#2409-2

Üye Büyümesi

Toplam: 64830 Days growth: +71.1%
09/2009/2509/3010/0510/1010/1510/19
Üye Büyümesi - 30 Days
DateSubscribers
20:09:2026641
21:09:2026641
22:09:2026641
23:09:2026641
24:09:2026644
25:09:2026644
26:09:2026644
27:09:2026644
28:09:2026644
29:09:2026644
30:09:2026644
01:10:2026644
02:10:2026644
03:10:2026644
04:10:2026644
05:10:2026644
06:10:2026644
07:10:2026644
08:10:2026644
09:10:2026644
10:10:2026644
11:10:2026644
12:10:2026644
13:10:2026644
14:10:2026644
15:10:2026644
16:10:2026644
17:10:2026644
18:10:2026644
19:10:2026648
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 10:08:2026642
Week of 17:08:2026642
Week of 24:08:2026640
Week of 31:08:2026638
Week of 07:09:2026638
Week of 14:09:2026641
Week of 21:09:2026644
Week of 28:09:2026644
Week of 05:10:2026644
Week of 12:10:2026644
Week of 19:10:2026648
Üye Büyümesi - Monthly
DateSubscribers
August 2026640
September 2026644
October 2026648
Üye Büyümesi - Yearly
DateSubscribers
2026648

Son Yazılar

Milli-Kimlik logo
Milli-Kimlik

16 Eki 2026 16:44

Photo
‼️⚔️ Bu iki Azərbaycan hökmdarı "100 böyük sərkərdə" siyahısında yer almaqdadır

Rusiyalı tarixçi alim Aleksey Şişov "Orta əsrlərin 100 böyük sərkərdəsi" kitabında yazır:

💬 "Səfəvi dövləti köçəri Türk tayfalarının səyləri nəticəsində meydana gəlmişdir. Şah İsmayıl zamanında Təbriz şəhərində yerləşən Şah sarayının və Qızılbaş ordusunun dili Azərbaycanca idi. Fars dili yalnız məhdud dəftərxana işlərində işlədilirdi. Şah İsmayılın bütün yaxın ətrafı Qızılbaş Türklərdən ibarət idi."

Orda həm də haqlı olaraq Şah Abbas da yer lmaqdadır, sadəcə şəklini səhv seçiblər, ancaq hər halda.

Şah Abbasın mahir sərkərdə və strateq olması, Osmanlı salnaməçisi Peçevi İbrahim Əfəndinin bu sözləri aydın göstərməkdədri:

“Şah Abbas əvvəllər osmanlı ordusunun 10-12 ildə fəth edilmiş hər şeyi iki ildə bizdən aldı”.

Biz görmək istəməsək də, digərləri bizim hökmdarlarımıza lazımi qiymət verməkdədirlər.

#şah_ismayıl #şah_abbas
56003
Milli-Kimlik logo
Milli-Kimlik

15 Eki 2026 18:31

‼️ 📜 Osmanlı sənədlərində ŞOK DETAL: “«Azərbaycanın digər məmləkətləri» — bu ifadə nəyi göstərir?

- Osmanlı dilində “məmalik” sözü əraziləri, ölkələri bildirmək məqsədilə işlədilmişdir. “Məmalik” ifadəsi “əyalət”, “qəza” və ya “nahiyə” kimi inzibati-ərazi vahidini bildirmirdi, o yalnız “ölkə” və ya “ərazilər” mənasında müəyyən bir coğrafiyanın adı ilə birlikdə qeyd olunurdu.

Osmanlı mənbələrində, Azərbaycanın yerli xanları ilə aparılan yazışmalarda yalnız Azərbaycan üçün deyil, eləcə də yaxın qonşu dövlətləri, onların ərazilərini bildirmək məqsədilə “məmalik” ifadəsindən istifadə olunmuşdur.

Əsasən “məmləkət” sözünün cəm forması olan “məmalik” ifadəsi bir sıra əraziləri birləşdirən dövlətin və ya regionun ümumi adı kimi - “məmaliki-İran”, “məmaliki-Acəm (Əcəm)”, “məmaliki-Osmaniyyə” və s. şəkillərdə işlədilmişdir.

Azərbaycanın sərhədində yerləşən Gürcüstan isə “məmləkəti-Gürcüstan” kimi yazılmışdır.
Aşağıda verilmiş örnəkdən də anlaşıldığı üzrə “məmalik” adı altında tabeçiliyində bir neçə ərazini birləşdirən region ifadə olunduğu halda “məmləkət” ifadəsi ilə yalnız bir region bildirilmişdir.

"..Dövləti-Aliyyə tərəfindən Dövləti-Aliyyəyə yaxın və münasib olan mahalların zəbt edilməsi məqsədilə hər tərəfdən əsgər göndərilmişdir. Məmaliki-İrana aid olan məmləkəti-Gürcüstan tamamən ələ keçirilib”.

Məmalik ifadəsinin Azərbaycan adı ilə birlikdə - yəni “məmaliki-Azərbaycan” şəklində tez-tez Osmanlı rəsmi sənədlərində istifadə olunması da Azərbaycan adı altında bir sıra ərazilərin
cəmləşdiyini göstərir.

Misal üçün, 1723-cü ilə aid sənəddə - sədrəzəm İbrahim paşa tərəfindən Təbriz və Həmədan sərəsgərinə göndərilmiş məktubda “Azərbaycanın digər məmləkətləri” ifadəsi yer alır və İrəvan əyaləti cəm halında “məmalik” deyil, tək halda “məmləkət” olaraq verilir:

“Ancaq məmləkəti-İrəvan Azərbaycan vilayətinin mötəbər əyalətlərindən olub əvvəl əmrdə onlara tam sevgi, rəğbət, hörmət göstərmək və məmləkətin zəbt olunub ələ keçirilməsi məsələsini idarə etmək məqsədilə bir “vəziri-cəlil əl-qədr” vali təyin olunsa, Azərbaycanın digər məmləkətlərinin əhalisi də sevgi və hörməti müşahidə edərək.."

Burada “məmləkət” və “məmalik” ifadələri kiçik və böyük əraziləri açıq şəkildə ifadə edir və “Azərbaycanın digər məmləkətləri” ifadəsi də yuxarıda qeyd olunmuş fikri təsdiqləyir.

📒 Zülfiyyə Vəliyeva Önlen. Osmanlı sənədlərində Azərbaycan
toponim və etnonimləri

Ardı var..
80001
Milli-Kimlik logo
Milli-Kimlik

15 Eki 2026 17:30

Photo
🇩🇪 Almaniyalı səyyah Azərbaycan haqqında, 1630-cu ilər

#azərbaycan
74000
Milli-Kimlik logo
Milli-Kimlik

14 Eki 2026 16:01

Photo
‼️⛳️ İrsimizin izi ilə

İraqın Mosul şəhərinin rayonlarından biri - Qaraqoyunlu

Xatırladaq ki, şəhər əhalisinin 1/3 hissəsini Türkmanlar təşkil etməkdədir.

Qaraqoyunlu türkmən tayfa ittifaqı XIV əsrin ortalarından etibarən Van gölü ətrafında və Mosul bölgəsində məskunlaşaraq güclənməyə başlamışdı.

Bu şəhər, Qaraqoyunlular üçün İraq və Suriya istiqamətindəki hərbi yürüşlərdə əsas plasdarm və hərbi baza funksiyasını yerinə yetirirdi.

#qaraqoyunlu
106004
Milli-Kimlik logo
Milli-Kimlik

13 Eki 2026 16:00

‼️ Azərbaycan əsilli fransız türkoloq - Şah İsmayılı çox sevirəm

Şərqə, atasının məmləkətinə, xüsusilə qızılbaşlıq tarixinə böyük marağı olan İrene xanım 7 noyabr 1917-ci ildə Peterburq şəhərində doğulub. Atası bakılı İskəndər Məlikov, anası rus balerina Yevgeniya Mokchanov olub.

İrene xanım müsahibəsində Şah İsmayıl Xətaiyə böyük sevgisi olduğunu bildirib:

“Strasburq Universitetində daha çox dil və ədəbiyyatdan dərs verirəm. Türk dili, türk ədəbiyyatı. Sufilikdən də danışıram. Türk ədəbiyyatından hər kəsdən bəhs edirəm. Fəqət Xətaini çox sevirəm. Ələviliyin əsası qızılbaşlıqdır. Qızılbaşlar Şah İsmayılın tərəfdarları idilər.
Ələvilik, yəni qızılbaşlıq üçün Şah Xətai böyük rol oynamışdır və bütün divanlarından da bu görünməkdədir.

Bunun üçün mən Təbriz yaxınlığındakı İlxıçıya getmişəm. Mənə demişdilər ki, İlxıçıda Şah Xətainin divanı var. Çox əski divan, fəqət mənə göstərmədilər. Çünki onlar bu divanı din kitabı kimi saxlayırlar, kimsəyə göstərmirlər və mən də bu divanı görmədim”.

İrene xanım azərbaycanşünaslıq sahəsindəki xidmətlərinə görə BDU-un fəxri professoru seçilib. Bakıda bir neçə dəfə olub.

Melikoff 8 yanvar 2009-da Strasburqda vəfat edib, Parisdə ailə məzarlığında dəfn edilib.

#şah_ismayıl
121003
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eki 2026 15:53

Hətta 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və idarənin sədri seçilməsi üçün Ağa Axund Əlizadənin namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də də Qafqaz Müsəlmanları Ruhani idarəsinin birinci qurultayı çağırıldı. Mayın 28-də səsvermə zamanı Ağa Axund Əlizadə yenidən (24 il sonra) Qafqazın Şeyxülislamı seçildi.

1952-ci ildə Axund Ağa Əlizadə Vyanada keçirilən sülh konqresinə dəvət alır. Axund 1952-ci ilin may ayında Vyana konqresində Qafqaz müsəlmanları adından məruzə ilə çıxış edərək deyir: "Bütün Qafqaz və dünya müsəlmanlarına, bütün namuslu adamlara üzümü tutaraq deyirəm: sülhü müdafiə uğrunda aparılan müqəddəs işə qoşulun, müharibəyə qarşı öz səsinizi qaldırın”.

1954-cü ilin dekabrında dünyasını dəyişən Ağa Axund Əlizadənin Allahı, vətəni və xalqı yolunda etdiyi xeyirxahlıqlar bu gün gənc din xadimlərimizə bir örnəkdir.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist/Kaspi.az

#islam #din
128000
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eki 2026 15:53

‼️☪️ Allaha, Vətənə və xalqa xidmət edən, azad Azərbaycanın ilk Şeyxülislamı - Axund Molla Ağa Əlizadə

"İrşad” qəzetinin 1906-cı il tarixli 134-cü sayında "Hamımıza dair” sərlövhəli məqalədən oxuyuruq: "Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür. Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönürsə, cəhalət çoxalırsa, səfil millət o qədər zillət və zəlalətə səbəb olur... Qeyrət, qardaşlar, qeyrət... Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət yoluna yaxmayın”. Bu məqalənin müəllifi Axund Molla Puhulla Məmmədzadədir.

Ağa (əsl adı Zeynalabdin - Nəcəfdə oxuyub gələndən sonra ona Ağa Axund deyirlərmiş) 1871-ci ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Axund Hacı Məhəmməd Cavad xeyirxah, mərhəmətli, zəhmətkeş bir ağsaqqal kimi hörmət-izzət sahibi olub. Övladlarına dini təhsillə yanaşı, dünyəvi təhsil də vermək üçün Pirşağıdan Bakıya köçür.

Atası onu daha mükəmməl təhsilə yiyələnməsi üçün onu İraqa yola salır. Ağa burada Nəcəf-Əşrəf universitetinə daxil olur. Təhsilini ləyaqətlə başa vuran Ağa Axund rütbəsi alaraq 1896-cı ildə vətənə qayıdır. İçərişəhərdə məhəllə məscidlərindən birinə təyinat alan Ağa, 1903-cü ildə Təzə Pir məscidində Axund kimi fəaliyyətini davam etdirir və 1904-cü ildə Qafqaz Müsəlmanlarının Şiə Ruhani İdarəsinə üzv seçilir. Gənc Axund, Mirmövsüm Ağanın bacısı Zeynəb xanımla evlənir.

A.Əlizadə dini işlərlə yanaşı xeyriyyə işlərinə, maarifin təbliğinə də fikir verir. 1907-ci ildə "Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradır (Bəzi mənbələrdə bu cəmiyyət Müsəlman Xeyriyyə Cəmiyyəti kimi qeyd edilir). Xeyriyyə işləri ilə məşğul olan Cəmiyyət imkansız, kimsəsiz ailələrin uşaqlarının məktəblərdə, mədrəsələrdə oxumasına yardım edir.

Yeniliyin, insanların azad və rahat yaşamasının tərəfdarı olan Ağa Axund Əlizadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük ruh yüksəkliyi ilə qarşılayır. "Allah-taalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində intişar etdirmək olar” deyən Axund, hər gün moizələrində, camaatla söhbətlərində insanları bu gənc respublikanın ətrafında sıx birləşməyə, ona dəstək olmağa çağırırdı.

O, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün gəncləri orduya getməyə ruhlandırır və xeyir-dua verirdi. 1919-cu ildə Cümhuriyyətin ildönümü münasibətilə keçirilən dövlət səviyyəli tədbirlər ilk olaraq onun xeyir-duası ilə açılırdı. İstiqlaliyyəti "böyük nemət, qənimət” adlandıran Axunda Ağa Əlizadə onun qorunmasını, yaşanmasını təvəqqə edirdi.

Əksər tədqiqatçıların fikrincə Axund öz dini fəaliyyətini, demək olar ki, gənc dövlətin möhkəmləndirilməsinə tərəf istiqamətləndirmişdi. Məhz belə fədakar fəaliyyətinə görə, o, 1918-ci ildə dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilmiş və Şeyxülislam təyin edilmişdi.

... 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı zəbt və talan etməsi Axundun da nəcib fəaliyyətinə son qoydu. Ölkədə dəhşətli və faciəli bir allahsızlar hərəkatı başladı. Dini idarələr, məscidlər bağlandı, dini mərasimlərə dövlət tərəfindən qadağalar qoyuldu, ruhanilər həbs edildi. Tanrısını tanımayanlar Tanrıya qarşı üsyana qaxdılar... Din əleyhinə aparılan bu kompaniya 1941-ci ilin sonlarına kimi davam etdi.

Böyük Vətən Müharibəsinin başlanması istər-istəməz camaatı dininə, məzhəbinə, yaradanına tərəf qaytardı. Hökumət nə qədər ağır cəzalar tədqiq etsə də, alınmadı. Ölkədəki ağır vəziyyət, cəbhəyə yönəlmiş diqqət hökuməti istər-istəməz bu məsələyə "göz yummağa” vadar etdi. Məscidlərin bağlı qapıları açıldı, din xadimlərinin üstündən veto götürüldü. 👇👇
110000
Milli-Kimlik logo
Milli-Kimlik

11 Eki 2026 21:36

Video
‼️🔰 İlbər Ortaylı Səfəvilərin gücü haqqında: "Qorxunc insanlar idi. Oldu silahımız olmasaydı.."
131004
Milli-Kimlik logo
Milli-Kimlik

10 Eki 2026 03:45

Photo
‼️ ✅ Şəkildə Hənifə xanım Məlikova azərbaycanlı qız şagirdlərlə. Həsən bəy Zərdabinin həyat yoldaşı.

Onun baş örtüsü Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi olmağa MANE OLMADI. Həsən bəyə də yoldaşının BAŞ ÖRTÜYÜ Azərbaycanın boyük maarifçisi olmağa mane olmadı.
153009
Milli-Kimlik logo
Milli-Kimlik

09 Eki 2026 15:12

Video
‼️ 📝 Şah İsmayıl Xətainin əbədi irsi əsrlər keçməsinə baxmayaraq yaşayır, onun hikmət dolu qəzəlləri bu gün də məclislərimizin baş tacına çevrilir.

Bu ulu söz xəzinəsi Hacı Nasir Türkanlının mənəviyyat dolu, təsirli ifasında yenidən canlanaraq dinləyicinin qəlbinə dərin bir sakitlik və ruhi ucalıq bəxş edir, bizi milli-mənəvi köklərimizlə və zəngin tariximizlə bağlayır.

Din Məhəmməd dinidir səllə əla sahib vüqar.
Kövsərin suyin verən şahım Əlidir şəhsüvar.

Həm səxidir, həm səxadır, kainatın eynidir,
Kimsə nə bilür, anın sirrin bilür pərvərdigar.

Dedilər kim, bu cəhanın nuri kimdir, kim оla?
Mir Həsəndir, şah Hüseynin ali оldu yadigar.

Daş yarıldı, çıxdı Düldül yəhərü yügən ilə,
Ey münafiq, yоla gəlgil, eyləmə şahdan kənar.

Xanda varsan, ey Xətayi, sən bu ləfzi söyləgil;
“La fəta illa Əli, la seyfa illa Zülfiqar”.
149002
Milli-Kimlik logo
Milli-Kimlik

08 Eki 2026 17:08

‼️‼️ ➡️ Qüdsdə Səfəvi şeyxinin türbəsi?! Məscidül-Əqsanın yanında Azərbaycan tarixinin itmiş izi üzə çıxdı

Bəlkə də çoxlarının bilmədiyi, amma tarixi mənbələrdə izi açıq şəkildə görünən mühüm bir fakt: Qüdsdə, Məscidül-Əqsanın şərq divarının yaxınlığında Səfəvi şeyxi Şeyx Xacə Əli Ərdəbilinin türbəsi yerləşir.

Şeyx Xacə Əli Səfəvi 1427-ci ildə Ərdəbildən Həcc ziyarətinə yola çıxıb, Anadolu və Şamdan keçərək Qüdsə gəlib və burada vəfat edib. O, Bab əl-Rəhma qəbiristanlığında, Məscidül-Əqsanın yaxınlığında dəfn olunub. Orta əsr Qüds tarixçisi Mücərrədin əl-Üleymi onun dəfnindən, böyük günbəzli məzarından və müridlərinin ziyarət üçün buraya gəlməsindən bəhs edir.

Daha maraqlısı isə budur: türbənin üzərindəki daş kitabə Şeyx Əlaəddin ibn Əbu əl-Həsən Əli əl-Ərdəbilinin burada dəfn edildiyini və türbənin sonradan Osmanlı dövründə yenidən bərpa edildiyini bildirir.

Bu gün isə əsrlər boyu tariximizi yaşadan həmin abidə baxımsız vəziyyətdədir və yox olmaq təhlükəsi ilə üz-üzədir.

Qüdsdəki bu türbə sadəcə dini abidə deyil — Səfəvi irsinin və Azərbaycan tarixinin Yaxın Şərqdəki izlərindən biridir.

Müəllif: Araşdırmaçı, yazar Vahid İbayev

P.S. Tam məqalə şərhdə 👇
164002
Milli-Kimlik logo
Milli-Kimlik

07 Eki 2026 16:14

‼️ 🇦🇿 Qarabağ Azərbaycan İslam ordusu?

“Azərbaycan ordusu” mənasında istifadə olunan ifadə “əsagiri-Azərbaycan” idi. XX əsrə aid rəsmi sənədlərdə isə “Qarabağ Azərbaycan İslam Ordusu” ifadəsinə rast gəlinir. Həmin ifadə ilk dəfə 21 oktyabr 1918-ci ilə aid sənəddə - Osmanlı Xariciyyə Nəzarətinin təzkərəsində işlədilmişdir.

Burada Batumi müqaviləsindən sonra ermənilərin ... Qarabağ və Naxçıvan ərazilərində həyata keçirdikləri qətliama “Qarabağ Azərbaycan İslam Ordusu”nun mane olduğu bildirilir və aşağıdakı ifadələr qeyd olunur:

“Ermənilərin hər cür pis əməlinin və yox etmə siyasətinin lideri olan Andranik adındakı komandir indiyə qədər yüz minlərlə qan axıtdı, evlər dağıtdı və hələ də Qarabağ ətrafında bu siyasətə davam edir. “Qarabağ Azərbaycan İslam Ordusu”ndan göndərilmiş olan dəstə bu yox etmə siyasətinə mane olur.

Bu dəstənin qabağından ermənilər və Andranik qaçdığına görə o ərazidə müvəqqəti, nisbi səssizlik yaranmışdır. Ermənilər sırf siyasi məqsədlərini həyata keçirmək məqsədilə bunun əksini iddia edib yalan söyləyirlər”.

📘 Zülfiyyə Vəliyeva Önlen, "Osmanlı sənədlərində Azərbaycan
toponim və etnonimləri"

#axc
163004
Milli-Kimlik logo
Milli-Kimlik

06 Eki 2026 20:55

Video
🔰 Səfəvi dövlətinin 400 il əvvəlki görüntüləri — Adam Olearinin kitabında
171004
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eyl 2026 20:27

‼️ "Dövrün Hippokratı, dövrün Platonu, dünyanın həkimi, Anadolu həkimlərinin başı, bənzəri olmayan" - Həkim Əkmələddin Müəyyəd Naxçıvani (ö.1302)

Türkiyənin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər.

Həmin dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, parlaq şəxsiyyət kimi yetişmişlər.
Onların arasında Əkmələddin Naxçıvani da var.

Haqqında mənbələrdə məhdud məlumatlar olan Əkmələddin Naxçıvani, XIII əsrdə anadan olmuş, yaşayıb və yaratmışdır. O, Mövlana Cəlaləddin Ruminin yaxın dostu və həkimi olmuşdur. Səlcuqlulara aid bir neçə əsərdə Əkmələddin ət-Təbib şəklində keçir.

Təxəllüsündən də məlum olduğu kimi Əkmələddin Naxçıvani, Naxçıvanda anadan olmuşdur. Ancaq onun nə vaxt anadan olduğu, harada və kimlərin yanında təhsil aldığı bilinməməkdədir. Konya Səlcuqlu Sarayında həkimbaşı, "1-ci Ələddin Keyqubadın" Daru'ş-Şifasında (Xəstəxana) baş həkim və müəllimlik etmişdir.

Cəlaləddin Ruminin oğlu Sultan Vələdin (ö.1312) "Divan"-nındakı 41 beytlik qəsidənin 1-dən 22-ci beytə qədər olan hissəsində başlanğıç hərfləri ilə şaquli olaraq "Əkmələddin Müəyyəd Naxçıvani" adı oxunur.

Əhməd Əflaki "Mənaqibu'l-Arifin" əsərində Əkmələddin Naçıvaninin Mövlana Cəlaləddin Ruminin müridləri arasında olduğunu qeyd edir. Naxçıvani Mövlanaya qarşı böyük hörmət və ehtiram bəsləmişdir. Rəvayət olunur ki, hətta Naxçıvani hər zaman bahalı paltarlar geyindiyi halda, bir gün Mövlananın söhbət məclisində bu geydiyi paltarlara görə özünü pis hiss edir və Movlana onu sakitləşdirir. Bundan sonra Naxçıvani belə paltarlar geyinməkdən əl çəkir.

Ümumiyyətlə bu dövrə aid bir çox mənqibələrdə "dövrün Hippokratı, dövrün Platonu, dünyanın həkimi, Anadolu həkimlərinin başı, bənzəri olmayan" kimi epitetlərlə qeyd olunur. Bəzən də müəllimliyinin ifadə olunması üçün "xoca” ləqəbi ilə bilinən Əkmələddin Naxçıvani haqqında "Əkmələddin Təbib də bütün bəylər və alimlər ilə səmanı seyr edir", "Əkmələddin Təbib zamanın bütün həkim və böyüklərinin ortasında hekayə edir ki..." kimi ifadələrin işlədilməsi onun dövlət adamları və alimlər arasındakı xüsusi yerini göstərir.

Əkmələddin Naxçıvaninin həm dövlət adamları, həm də alimlər arasında sözü keçən biri olduğunu Mövlananın ona yazdığı məktublar sayəsində öyrənirik. Bu məktubların birində Mövlana ondan bir mədrəsə müəllimliyinə təyin etmə işində vasitəçi olmasını istəməkdə və bu işi ancaq onun edə biləcəyini ifadə edərək "şirin suyun sahili izdihamli olar" demək surəti ilə onun alicənablığına işarə edir.

Naxçıvaniyə dair Mövlananın da ifadə etdiyi "məliku'l-hukəma" (həkimlərin kralı) ləqəbinin həm Səlcuqlular, həm də Osmanlılar dövründə mühüm həkimlərə verilən bir ad olduğu bilinir. Xalq arasında Əkmələddin Naxçıvaninin bu ləqəbinin tərcüməsi olaraq "Bəy Həkim" təxəllüssü ilə yad edildiyi rəvayət olunur. Məhz hal-hazırda Konya Ələddin Təpəsinin qərbində yer alan Bəy həkim məhəlləsində Əkmələddin Naxçıvaniyə aid edilən bir məscid və türbə mövcuddur.

📜 İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
193004
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eyl 2026 20:27

‼️ Rum sultanlığının naibinə şərt qoyan alimimiz - Nəcməddin Naxçıvani

Nəcməddin Naxçıvani təqribən 1215-1222-ci illərdə Naxçıvanda dünyaya gəlmişdi. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır.

İbn Bibi onu böyük lider adlandırmış və Nəcməddin Naxçıvanini bütün fənnlərdə və elmlərdə dalğalanan dənizə, işıq saçan qəndilə və yağış dolu buluda bənzətmişdi. Tarixçi yazırdı:

"O, əqli və nəqli elmlərdə mahir idi, şəriət və hikmət elmlərini özündə toplamışdı"

Anadolu Səlcuqlu dövlətinin səltənət naibi Cəlaləddin Qaratay Nəcməddin Naxçıvaniyə vəzirlik vəzifəsini təklif etmişdi. Nəcməddin Naxçıvani dövlət məmurlarının illik maaş miqdarlarının yarıya qədər azaldılması şərti ilə bu təklifi qəbul etmişdi. O, moğol təhlükəsi ilə qarşı-qarşıya qalan Anadolu Səlcuqlu dövlətinin xəzinəsinin iri dövlət məmurları tərəfindən talan edildiyinin fərqində idi.

Mülki və hərbi məmurların etirazına rəğmən Cəlaləddin Qaratay bu şərti qəbul etmişdi. Nəcməddin Naxıçıvani vəzirlik etdiyi beş il ərzində korrupsiyanın kökünü kəsməyə müvəffəq ola bilmədiyini görüb istefa etmişdi. Onun vəzilikdən getməsinin əsas səbəblərindən biri də Anadolu Səlcuqlu dövlətində siyasi intriqaların qızğın şəkildə baş verməsi idi. İstefasından sonra Anadoluda çox qalmayan Nəcməddin Naxçıvani Suriyaya gedib Hələb şəhərində yaşamışdı.

Nəcməddin Naxçıvani güman ki, Cəlaləddin Qaratayın vəfatından (1254) sonra Anadolunu tərk etmişdi.

Hələbdə məskunlaşandan sonra Nəcməddin Naxçıvani guşənişin həyatı sürərək nadir hallarda evindən çıxır, insanlarla ünsiyyətdən uzaq dururdu. Ömrünün son günlərini Hələbdə keçirmək istəməsinin səbəbi də alimin işraqi fəlsəfəyə güclü bağlılığı ola bilər. Çünki bu fəlsəfi cərəyanın banisi hesab olunan, əl-Məqtul ləqəbi ilə tanınan, Şihabəddin Yəhya Sührəvərdi (öl. 1191) də ömrünü Hələb zindanında başa vurmuşdu.

Nəcməddin Naxçıvani İbn Sinanın çoxcildlik "əl-Qanun" və "Göstərişlər və təlimatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir.

Onun digər bir əsəri də "Lübab-əl məntiq və xülasət əl-hikmə"dir ("Məntiqin mahiyyəti və fəlsəfənin xülasəsi") və bu əsərin İbn Kəmmunə İsraili tərəfindən köçürülmüş əlyazma nüsxəsi Nəcəfdə saxlanılır. Alimin əsərlərinə həmçinin Parisdə və İstanbulda da rast gəlmək olar.

📜 İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
159004
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eyl 2026 20:27

⁉️ Şah İsmayılı bizə sevdirən nədir?

Şah İsmayılı bizə sevdirən odur ki, Arazın hər iki sahilini, yəni bugünkü Azərbaycan Respublikasını, bugünkü Ermənistandakı tarixi torpaqlarımızı və Güney Azərbaycanı əhatə edən, Anadoluya uzanan, hələ Babək zamanında formalaşdığını söylədiyimiz mədəni arealda Azərbaycan məfhumuna və türk kimliyinə dayanan dövlət qurub.

Səfəvilər "Azərbaycan" anlayışı üzərində, Arazın hər iki sahilini tam əhatə edən şəkildə dövlət qurublar və onu imperiyaya çeviriblər. Azərbaycanı öz gorxanaları sayırdılar. Şah İsmayılın "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı" sualı bunun əyani sübutudur.

Bu dövlətin qurucuları olan tayfalar birmənalı olaraq bizim atalarımızdır, Azərbaycan xalqının etnogenizində iştirak edən və aparıcı yer tutan boylardır. Biz ayrıca bir millət olaraq formalaşmışıq və bu millətin coğrafiyası Azərbaycandır - bizim tarixi "depomuz" Səfəvilərdir.

"Bütöv Azərbaycan" adlı qatar relslərin üzərinə o depodan çıxıb və müxtəlif stansiyalardan keçərək demokratik hədəflərinə şütüyür. Odur ki, biz canımızla, qanımızla, ruhumuzla, şüurumuz və təhtəlşüurumuzla Səfəviyik, Şah Xətayiyik!

yazıçı-publisist Taleh Şahsuvarlı/ http://axar.az/

P.S. Şərhdə "Şah İsmayılı sizə sevdirən nədir?" sualına öz cavabınızı yaza bilərsiniz.

#şah_ismayıl
314006
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eyl 2026 20:27

‼️🇦🇿 “Biz nə vaxt o Şahın göstərdiyi yola gələcəyik?” - Rəsulzadədən Ağaoğluya qədər ziyalılarımız İsmayıl Səfəvini niyə nümunə göstərirdi?

"Şah İsmayıl Xətai təkcə bir imperatorluq quran sərkərdə deyil, eyni zamanda türk dilini saraya, orduya və ədəbiyyata gətirən böyük bir şəxsiyyətdir. Fars və ərəb dilinin hakim olduğu bir zamanda Şah İsmayıl öz fərmanlarını, ordusuna əmrlərini və lirik şeirlərini ana dilimizdə – türkçə yazdı... Bu gün öz dilini bəyənməyən, başqa dillərdə danışmağı fəxr bilən ziyalılarımız 16-cı əsrdə böyük bir dövlətin başında duran Şah İsmayıldan dərs almalıdırlar."

➡️ M.Ə.Rəsulzadə "Açıq söz" qəzeti, 1915-ci il, № 12

"Xətai tək bir şair deyildir, o, ana dilimizin bayraqdarıdır. Əgər Şah İsmayılın qılıncı olmasaydı, bəlkə də bu gün türk dili bu qədər geniş bir coğrafiyada hakim ola bilməzdi. Onun şeirləri saray mühitinin mürəkkəbliyindən uzaq, xalqın, aşıqların anladığı təmiz türkçədir. Xətaini oxuyan hər bir azərbaycanlı öz dilinin qüdrətini hiss edər."

➡️ Salman Mümtaz. "İqbal" qəzeti, 1913-cü il, № 412

"Biz bu gün öz dilimizdə bir iki kəlmə yazmağa utandığımız halda, dörd yüz il bundan əvvəl Şah İsmayıl kimi böyük bir padşah kəsdirib atdığı fərmanlarını, ordusuna verdiyi əmrlərini 'türk dili' ilə yazırdı. Biz nə vaxt o şahın göstərdiyi yola gələcəyik?".

➡️ Ömər Faiq Nemanzadə, "İrşad" qəzeti, 1906-cı il, № 89

"Şah İsmayıl Xətai həm qılıncı, həm də qələmi ilə millətinə xidmət etmiş tarixi qəhrəmanımızdır. Onun sadə xalq dilində yazdığı mənzumələr uşaqlarımıza ana dilinin şirinliyini və zənginliyini öyrətmək üçün ən gözəl nümunədir".

➡️ Abdulla Şaiq "Gülzar" dərsliyi (Bakı, 1907-ci il nəşri, "Xətai" bölməsi).

"Şah İsmayıl Xətai təkcə Səfəvi dövlətinin banisi deyil, Şərqdə milli dili dövlət səviyyəsinə qaldıran ilk böyük türk hökmdarıdır. Onun "Dəhnamə"si və türkcə fərmanları bizim milli mədəniyyətimizin, ədəbi dilimizin pasportudur. Bizim borcumuz bu böyük xaqanın irsini yad etmək və onun dilimizə verdiyi dəyəri yaşatmaqdır".

➡️ Əli bəy Hüseynzadə, "Füyuzat" jurnalı, 1907-ci il, № 14

"Şah İsmayıl Səfəvi İmperiyasını qurarkən Avropa hökmdarları ilə diplomatik məktublaşmalar aparmış, eyni zamanda öz dövlətinin daxili işlərində, ordusunda ana dilini hakim etmişdir. Şah İsmayılın zamanı Azərbaycan xalqının siyasi və mədəni yüksəlişinin qızıl dövrüdür."

➡️ Ceyhun bəy Hacıbəyli, "İttihad" qəzeti, 1918-ci il, № 21.

"Bizim bu gün öz dilimizdə yazmaqdan çəkinən, başqa millətlərin dilində danışmağı məriqət sayan ziyalılarımız Şah İsmayılın 16-cı əsrdə göstərdiyi qeyrətdən ibrət almalıdırlar. Şah İsmayılın qılıncı və qələmi türk dilinin böyüklüyünü bütün dünyaya sübut etmişdir".

➡️ Əhməd bəy Ağaoğlu, "İttifaq" qəzeti, 1909-cu il.

Prof . Dr. Zaur Aliyev

#şah_ismayıl #axc
294004
Milli-Kimlik logo
Milli-Kimlik

12 Eyl 2026 20:27

Video
😄Guya Gilandan yürüşə başlayan İsmayıl Səfəvi Şeyx Heydərin oğlu deyildi

Sual yaranır ki, belə bir əsassız ehtimal sizin ağlınıza niyə gəlməlidir ki?

Öz boş nəzəriyyələrini sübut etməkdən ötrü bu cür manipulyasiyalara belə yol verirlər.
190001
Milli-Kimlik logo
Milli-Kimlik

28 Ağu 2026 23:24

Video
Şah Türk dünyasının böldü, İslam ümmətini parçaladı? Bu şablon sözlərin heç bir mənası yoxdu, çünki..
152005
Milli-Kimlik logo
Milli-Kimlik

28 Ağu 2026 23:24

‼️ Azərbaycanda Şah İsmayıla qarşı hücumların əsasını FETO terror təşkilatının çətəbaşısı Fətullah Gülənin qoyduğunu bilirdinizmi?

➡️ Qazi-yazıçı, tanınmış jurnalist Taleh ŞAHSUVARLIdan “illuminat” Fazil Mustafaya şillə kimi ifşa

https://www.aznews.az/news/editorsdesk/377455.html
198005

Showing 30 of 67 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Milli-Kimlik Telegram kanalı ne hakkında?+

Milli-Kimlik (@millikimlik), tgdio üzerinde Siyaset kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 648 abonesi var.

Milli-Kimlik (@millikimlik) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @millikimlik abonesi olun.

Milli-Kimlik iyi bir Siyaset kanalı mı?+

tgdio üzerinde katılmadan önce Milli-Kimlik puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 648 abonesi var. Benzer Siyaset kanallarla karşılaştırın.

Milli-Kimlik istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @millikimlik sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.