Şübhələrə Cavablar Telegram channel photo

Şübhələrə Cavablar

@shubhelere_cavablarPublic Channel

Şübhələrə Cavablar shares Spiritüellik updates and media on Telegram. Join to stay updated.

3

Last views

917 (917 subscribers)
Üyeler
—
Rating
40
Total Posts
Oct 17, 2026, 4:44 PM
Güncellendi
Apr 29, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameŞübhələrə Cavablar
Username@shubhelere_cavablar
CategorySpiritüellik
LanguageTürkçe
CountryTürkiye
Üyeler917
Channel TypePublic Channel
Created29 Nis 2026
Last Updated17 Eki 2026 • 5 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#400591-844
Dil Sıralaması
#3968-13
Kategori Sıralaması
#2762-5

Üye Büyümesi

Toplam: 91730 Days growth: -272.9%
09/1809/2309/2810/0310/0810/1310/17
Üye Büyümesi - 30 Days
DateSubscribers
18:09:2026944
19:09:2026944
20:09:2026945
21:09:2026945
22:09:2026945
23:09:2026945
24:09:2026945
25:09:2026945
26:09:2026945
27:09:2026945
28:09:2026945
29:09:2026945
30:09:2026945
01:10:2026945
02:10:2026945
03:10:2026945
04:10:2026945
05:10:2026945
06:10:2026945
07:10:2026945
08:10:2026945
09:10:2026945
10:10:2026945
11:10:2026945
12:10:2026945
13:10:2026945
14:10:2026945
15:10:2026945
16:10:2026945
17:10:2026917
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 27:04:2026963
Week of 04:05:2026962
Week of 11:05:2026962
Week of 18:05:2026962
Week of 25:05:2026962
Week of 01:06:2026962
Week of 08:06:2026962
Week of 15:06:2026962
Week of 22:06:2026962
Week of 29:06:2026962
Week of 06:07:2026950
Week of 13:07:2026950
Week of 20:07:2026950
Week of 27:07:2026950
Week of 03:08:2026950
Week of 10:08:2026950
Week of 17:08:2026939
Week of 24:08:2026939
Week of 31:08:2026942
Week of 07:09:2026944
Week of 14:09:2026945
Week of 21:09:2026945
Week of 28:09:2026945
Week of 05:10:2026945
Week of 12:10:2026917
Üye Büyümesi - Monthly
DateSubscribers
April 2026963
May 2026962
June 2026962
July 2026950
August 2026939
September 2026945
October 2026917
Üye Büyümesi - Yearly
DateSubscribers
2026917

Son Yazılar

Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

21 Eki 2026 10:18

🔰#Şübhə_ #Hicab #Qadın

📛Şübhə
Bəziləri deyə bilərlər ki, çadra başda saxlamaq çətindir, yayda istidir və qadınların sosial fəaliyyətinə mane olur?

🔰 Cavab:
Birincisi:
Bəli, çadra başda saxlamaq çətindir, lakin qeyri-mümkün və dözülməz deyil; çünki əgər dözülməz olsaydı, Allah Təala bunu vəzifə olaraq buyurmazdı:
«لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا»
(Allah heç kəsə gücü çatdığından artıq yük yükləməz)¹

Bəli, çətindir və zəhməti var, lakin mükafatı da daha çoxdur:
«أَفْضَلُ الْعِبَادَةِ أَحْمَزُهَا»
(İbadətlərin ən fəzilətlisi ən çətin olanıdır)²

İkincisi:
Bəli, çadra istidir, lakin cəhənnəm odu daha istidir.

Üçüncüsü:
Çadra qadınların sosial fəaliyyətinə də mane olmur; çünki hər hansı bir şeyin mümkünlüyünə ən yaxşı dəlil onun gerçəkləşməsidir (Ədəllül-dəlil əla imkani şey’in vuguuuhu)³. Çoxlu sayda qadınlar vardır ki, tam hicaba malik olmalarına baxmayaraq, siyasət, idman, elm və texnologiya sahələrində çox böyük uğurlar əldə etmişlər.

Buna görə də, bütün bunlar günahı təniz etmək (bəraət qazandırmaq) üçün əsassız bəhanələrdir.

📚Mənbələr:
[1]. Bəqərə surəsi, 286-cı ayə.
[2]. Nəhcül-bəlağənin şərhində İbn Əbil-Hədid tərəfindən nəql olunan Peyğəmbər hədisi, c. 19, səh. 83.
[3]. Ədəllül-dəlil əla imkani şey’in vuguuuhu(Bir şeyin olmasının mümkünlüyünə ən güclü dəlil onun baş verməsidir).

T.me/shubhelere_cavablar
3000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

20 Eki 2026 09:15

🔰#Şübhə_ #Hicab #Qadın

📛Şübhə
Bəziləri deyirlər ki, qara rəng müxtəlif növ psixoloji narahatlıqlara və depressiyaya səbəb olur, buna görə də qara çadra çəhrayı və müxtəlif rəngli çadralarla əvəz etmək daha yaxşıdır?!

🔰 Cavab:
Halbuki,
Birincisi:
Hərçənd bu iddia çox təkrar olunduğu üçün məşhurlaşmışdır, lakin elmi cəhətdən sübut olunmamışdır ki, qara rəng depressiyaya səbəb olur. İddia edilən ən son nöqtə budur ki: «Bəzi psixoloq və psixiatrların apardıqları təcrübələrin nəticələri göstərir ki, bəzi şəxslərin depressiyada olması onların qara geyimə meyilli olmasının səbəbi ola bilər, lakin insanların qara geyinməsi onların depressiyaya düşməsinin səbəbi deyil; bu iki məqam arasında çox incə bir fərq vardır».

İkincisi:
Əgər bu iddia doğru olsaydı, gərək hicabsız qadınlar, cazibədar və uyğunsuz rənglərdən/paltarlardan istifadə edən kəslər ruhən və psixoloji cəhətdən ən sağlam qadınlar olardılar; ünsiyyət əxlaqı, sosial və ailə münasibətləri baxımından heç bir problemləri olmazdı və həyatları daha sağlam və davamlı olardı, lakin rəqəmlər və statistika başqa bir şey göstərir. Həmçinin yuxarıdakı iddiaya əsasən, geyimdə müxtəlif rənglərdən istifadə edən qərb cəmiyyətləri ruhən və psixoloji cəhətdən ən şən və sağlam insanlara sahib olmalı idi, lakin onların öz etiraflarına görə gerçəklik bunun tam əksidir.

Üçüncüsü:
Əgər qara rəng zərərli olsaydı, gərək Afrikada ruhən və psixoloji cəhətdən sağlam bir insana rast gəlinməyəydi! Halbuki reqlik başqa cürdür; əksinə, Afrikanın qaramtıl dərili insanları ruh və psixologiya baxımından Avropanın ağ dərili insanlarından qat-qat sağlamdırlar.

Dördüncüsü:
Fərz edək ki, belə bir şey doğrudur; qadınlar həmişə və hər yerdə qara örtüyə malik deyillər ki, onların üçün hər hansı bir problem yaranılsın. Onlar qara çadırlardan yalnız evdən bayırda olduqları vaxtlarda istifadə edirlər; ev daxilində və naməhrəm kişinin olmadığı yerlərdə isə açıq rəngli paltarlardan istifadə edə bilərlər.

T.me/shubhelere_cavablar
42000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

19 Eki 2026 15:36

🔰#Şübhə_ #Hicab #Qadın #yəhudi

📛Şübhə
Bəziləri azlıqların hicaba məcbur edilməməli olduğunu əsaslandırmaq üçün iddia edirlər ki, Peyğəmbərin (s) dövründə qeyri-müsəlman qadınlar üçün İslami örtükdə heç bir məcburiyyət mövcud olmayıb və azlıqlar geyim növünün seçilməsində tamamilə sərbəst olublar?!

🔰 Cavab:
Bu şəxslərə cavab olaraq demək lazımdır ki, İslamın ilk dövrlərində dini azlıqları hicaba riayət etməyə məcbur etməyə ehtiyac yox idi; çünki onların öz səmavi kitablarının təlimlərindən qaynaqlanan qadın geyimi İslamın nəzərdə tutduğu hicabdan qat-qat artıq və sərt idi. Necə ki, həmin azlıqların dindar təbəqələri və rahibələri bu gün də heç bir məcburiyyət və təzyiq olmadan İslamın təsdiq etdiyi tam hicaba sadiqdirlər.

Şəhid Mütəhhəri bu barədə belə deyir:
«İranda, yəhudilərin arasında və yəhudi düşüncəsini izləyən millətlərdə hicab İslamın istədiyindən qat-qat daha sərt şəkildə mövcud idi. Bu millətlər arasında üz və əllərin içi də örtülürdü, hətta bəzi millətlərdə qadının zinətinin və ya simasının örtülməsindən deyil, qadının gizlədilməsindən və təbir caizsə, "saxlanılmasından" (gizli tutulmasından) söz gedirdi və bu düşüncə sərt və möhkəm bir adətə çevrilmişdi. İslam hərçənd üz və əllərin içini örtməyi vacib etmədi, lakin haram da etmədi; yəni İslam üzə və sifətin örtülməsinə qarşı çıxmadı və açıq qoyulmasını da vacib buyurmadı. Nəticədə, müsəlman olan qeyri-ərəb millətləri özlərinin əski adət-ənənələrinə tabe oldular».¹

Vil Durant yəhudi qövmünün sərtliyi və Talmud qanununun qadınlar haqqındakı hökmləri barədə yazır:
«Əgər bir qadın yəhudi qanununu pozsaydı — məsələn, başına heç bir şey örtmədən insanların arasına çıxsaydı, yaxud ümumi küçədə ip əyirsəydi, ya da hər hansı bir kişi ilə dərdləşsəydi, yaxud səsi o qədər uca olsaydı ki, evində danışarkən qonşuları onun sözlərini eşidə biləcək həddə olsaydı — bu halda kişinin məhir vermədən onu boşamağa haqqı var idi».²

📚Mənbələr:
[1]. Mütəhhəri, Murtuza, Məcmue-ye asar (Əsərlər külliyyatı), c. 19, səh. 525.
[2]. Tarix-e tamaddon (Fars dilinə tərcümə), c. 12, səh. 30.
T.me/shubhelere_cavablar
59000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

17 Eki 2026 10:05

أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ»
«(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini (naməhrəmdən) çəksinlər və ayıb yerlərini (iffətlərini) qorusunlar. Bu, onlar üçün daha pak olar. Şübhəsiz ki, Allah onların etdikləri əməllərdən xəbərdardır! Və mömin qadınlara de ki, gözlərini (şəhvətli baxışlardan) çəksinlər, ayıb yerlərini qorusunlar və təbii olaraq görünən hissələr istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyun və sinələri örtülsün). Zinətlərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz müsəlman qadınlarından, sahib olduqları cariyələrdən, qadına ehtiyacı və meyli qalmayan tabe kişilərdən (ağıldan kəm və ya qocalardan), yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar (ayaqlarındakı xalxalın səsi eşidilməsin). Ey möminlər, hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!» (ən-Nur, 30-31).

Bu ayə hicabın keyfiyyətinə və formasına açıq şəkildə toxunmuş və ona riayət etməyi qadınlar üçün vacib bir vəzifə etmişdir. Qadınların iffəti Allahın onlar üçün təyin etdiyi bu hicab hədlərinin qorunması ilə bağlıdır. Bu hədlərə əməl edilmədən qadın üçün iffət qalarmı?!

Bu ayədə bir neçə mühüm məqam diqqəti cəlb edir:
a) Qadınlar adətən və təbii olaraq görünən yerlər istisna olmaqla, zinətlərini aşkar etməməlidirlər. Zinət dedikdə, qadınların başqalarına göstərməyə icazəsi olmadığı zinət əşyaları və bəzəklər nəzərdə tutulur. Beləliklə, hər hansı bir bəzəyi, hətta qadınların adi paltarın və ya çadranın altından geyindikləri xüsusi bəzəkli paltarları naməhrəmə göstərmələri caiz deyil; çünki Qurani-Kərim bu əməli qadağan etmişdir.
b) Onlar örtüklərini («ximar»larını) yaxalarının üzərinə çəkməlidirlər:
«وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ»
«Xumur» (خُمُر) sözü «ximar»ın (خِمَار) cəmi olub örtük mənasını bildirir; lakin ənənəvi olaraq qadınların başlarını örtdükləri örtük və ya ləçəyə deyilir.
«Cüyub» (جُيُوب) sözü isə «ceyb»in (جَيْب) cəmi olub köynəyin yaxası mənasındadır və bəzən yaxınlığına görə sinənin yuxarı hissəsinə də deyilir. Yuxarıdakı ayənin örtüyün kənarlarını yaxanın üzərinə salmaq əmri başın, boyunun və sinənin tam şəkildə örtülməsi məzmununu ifadə edir.

Qurani-Kərim yuxarıdakı ayələrdə kamillik, hicab, təfəkkür və iffəti bir araya toplamışdır. Qadının əzəmətini isə bu həqiqətdə görür:
«أَنْ لَا يَرَيْنَ الرِّجَالَ وَلَا يَرَاهُنَّ الرِّجَالُ»
«Nə kişilərin (naməhrəmin) nəzəri qadınlara düşsün, nə də qadınların nəzəri kişilərə (naməhrəmə) düşsün.» (Vəsailüş-Şiə, c. 20, səh. 67).

Quran qadının iffəti və hicabı haqqında danışdıqda buyurur: Hicab qadına bir növ hörmət və ehtiram göstərməkdir ki, naməhrəmlər ona heyvani baxışla nəzər salmasınlar. Qurani-Kərimin baxışında qadınlar cəmiyyətin həya və iffətinin təcəssümüdür.

Qeyd olunanlardan əlavə, cəmiyyətin möhkəmliyi, ailə tellərinin bütövlüyü, gözün harama baxmasının qarşısının alınması, dəyərlərin qorunması və qadının ehtiramının saxlanılması (belə ki, qadın nə qədər vüqarlı, təmtəraqlı və iffətli hərəkət edib özünü naməhrəm kişinin tamaşasına qoymazsa, hörməti bir o qədər artar) kimi səbəblər göstərir ki, qadın hicabsız kamil iffətə sahib ola bilməz və ilahi bir haqq olan qadın isməti hicabsız qorunmaz.

T.me/shubhelere_cavablar
78000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

17 Eki 2026 10:04

🔰#Şübhə_13 #Hicab #Qadın #iffət

📛Şübhə
Bəziləri iddia edirlər ki, əxlaq və paklıq üçün qəlbin təmiz olması və daxili iffət kifayətdir; yəni qadının zahiri hicaba riayət etmədən də iffətli və kamil əxlaq sahibi olması mümkündür. Qurani-Kərim baxımından iffət hicabsız kifayət edirmi?

🔰 Cavab
📌Tənqidi və müqayisəli yanaşma:
1. Daxili hal ilə zahiri təzahürün ayrılmazlığı:
İnsanın daxili vəziyyəti ilə xarici əməlləri arasında birbaşa əlaqə vardır. İddia olunsa ki, bir şəxs daxilən qanunlara, həyaya və paklığa sadiqdir, lakin əməldə bu qanunları və hədd-hüdudları açıq şəkildə tapdalayır, bu iddia ziddiyyətli və əsassız sayılar. Əgər daxili iffət zahiri örtük və qorunma olmadan kifayət etsəydi, heç bir ictimai qaydaya, zahiri ədəbə və hüduda ehtiyac qalmazdı.

2. Qurani-Kərimin aşkar tələbləri ilə ziddiyyət:
Əgər yalnız batini iffət kifayət etsəydi, Allah-Təalanın Qurani-Kərimdə xüsusi olaraq geyim formalarını, örtüyün hədlərini və baxışların qorunmasını əmr etməsi mənasız (əbəs) olardı. Halbuki Allah-Taala hikmət sahibidir və Ondan əbəs əmr baş verməz.

- Elmi və təfsiri təhlil):
İffət və ismət qadının fitrəti və yaradılışı ilə yoğrulmuşdur. Qadının yaradılışında iffətin uca və əzəmətli bir məqamı vardır; həm qadınların özləri fitrətən iffət və paklığa meyillidirlər, həm də cəmiyyət və başqaları qadını bu xüsusiyyətlə istəyir. Əziz İslam dini də qadının yaradılışını və cəmiyyətin məsləhət və xeyrini nəzərə alaraq hicabı vacib buyurmuşdur ki, qadının zahiri iffəti ilə batini iffəti uzlaşsın, ailə təməli möhkəmlənsin və qadın dəyərsiz bir əmtəə kimi hər kəsin baxış hədəfinə çevrilməsin.

Qurani-Kərimdə hicab və onun fəlsəfəsi barədə bəyan edilmiş ayələrə nəzər saldıqda aydın olur ki, qadın üçün islami hicabsız yalnız daxili iffət kifayət etmir. Qurani-Kərim bəzi ayələrdə hicabın hikmət və fəlsəfəsinə işarə edərək buyurur:
🔹1. Qadın və kişilərin qəlblərinin paklığı və onların çirkinliklərə bulaşmaması
Quran məktəbində (dünyada qəbul edilmiş) cismani gigiyenadan əlavə, bir növ ruhi və mənəvi gigiyena da mövcuddur ki, əgər riayət olunmasa, ruh zəhərlənər və cismani zəhərlənmədən qat-qat təhlükəli fəsadlar doğurar. Bəzi ayələrdə məhz bu növ təmizliyə riayət etmək tövsiyə edilmişdir.

Qurani-Kərim Peyğəmbərin (s) zövcələri ilə üzləşmək və onlarla danışmaq barəsində buyurur:
«... وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ...»
«...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey (məişət əşyası) istədiyiniz zaman pərdə arxasından istəyin. Bu, həm sizin qəlblərinizin, həm də onların qəlblərinin pak qalması üçün daha yaxşıdır...» (əl-Əhzab, 53).

🔹2. Düşüncəsiz və nadan kəslərin əziyyətindən amanda qalmaq
Allah-Təala buyurur:
«يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَنْ يُعْرَفْنَ فَلا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا»


«Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (bədənlərini örtən) bürüncəklərini (böyük çadra və ya örpəklərini) üzərilərinə çəksinlər (boğazları və açıq yerləri görünməsin). Bu, onların tanınması və onlara (əxlaqsızlar tərəfindən) əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!» (əl-Əhzab, 59).

🔹3. Nadan və qəlbində xəstəlik olanların tamaha düşməməsi
«Əhzab» surəsinin 32-ci ayəsində Peyğəmbərin (s) zövcələrinə – və təbii olaraq digər qadınlara da – xitabən buyurulur:
«...Ehtiras doğuran bir tərzdə danışmayın ki, qəlbində xəstəlik olan kimsə tamaha düşməsin; bəyənilən tərzdə danışın.»

Başqa bir yerdə Allah-Təala Öz Rəsuluna (s) xitabən belə buyurur:
«قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ (30) وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ
65000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

16 Eki 2026 10:48

🔰#Şübhə_1356 #qadın #hicab #ərəb

📛Şübhə
Hicab ərəb geyimidir...

🔰Cavab
«Əgər Hicab ərəb Geyimi İdisə, Quran Niyə Əmr Etdi?»
Məgər Allah bir xalqın milli adəti üçün səmadan ayə göndərər?!
Tarixdə hansı peyğəmbər gəlib bir millətə: “Gedin öz milli geyiminizi geyinin” deyə vəhy gətirib?! Heç bir!
Nur surəsinin 31-ci ayəsi çox aydın şəkildə bəyan edir:
“Mömin qadınlara de ki, baş örtüklərini sinələrinin üstünə salsınlar, boğaz və sinələrini örtsünlər, zinətlərini gizlətsinlər!”

1. Ayənin Məntiqi:
Tarixi faktlar göstərir ki, İslamdan qabaq ərəb qadınları yaylığı arxaya atar, qulaqlarını, boyunlarını və sinələrini açıq qoyardılar. Yəni onların həqiqi milli ənənəsi — sinəaçıqlıq və yarımçılpaqlıq idi!

Quran məhz həmin ərəb ənənəsini qadağan etmək, onu islah etmək üçün bu ayəni nazil etdi. Əgər hicab ərəb adəti olsaydı, ayə nazil olanda Aişə deməzdi ki: “Nur surəsi nazil olan kimi qadınlar dərhal parça axtarıb örtündülər, heç biri əvvəlki kimi bayıra çıxmadı.”

Deməli, hicab ərəb ənənəsi deyil; Quranın ərəb cahiliyyətinə vurduğu zərbədir!

2. Bəs Sizin Milli Kimliyiniz Haradadır?:
Hicaba “ərəb adətidir” deyənlər, siz kimin adətini yaşayırsınız?

Ərəb qadınının qədimdə etdiyi kimi sinəni, boğazı açmaq, bədən xətlərini göstərən dar paltarlar geyinmək, qadını reklam və əmtəə vasitəsinə çevirmək bəs hansı millətin adətidir?!
Məgər bizim milli qadınlarımız — Nüşabədən tutmuş Həcərə qədər və ondanda tutmuş nənələrimizin kəlağayısına qədər — nə vaxtsa çılpaq, açıq-saçıq olublar?!
Niyə qərbdən gələn mini-yubkaya, Avropadan gələn yad mədəniyyətə heç vaxt “ingilisçilik, fransızçılıq” demirsiniz, amma məktəbli qızın başındakı həya və iffət örtüyünə dərhal “ərəbçilik” damğası vurursunuz?!

Həqiqət birdir:
Məsələ ərəb məsələsi deyil. Məsələ Allahın əmri olan iffətlə, nəfsin istədiyi çılpaqlığın savaşıdır.

Quran hicabı ərəbə görə deyil, qadının şəxsiyyətini və insanlıq şərəfini qorumaq üçün vacib edib!»

Deməli Hicab bütün xalqlar üçün örtünmə,geyinmə növlərinə kamillik gətirib.

T.me/shubhelere_cavablar
87000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

15 Eki 2026 21:13

🔰#Şübhə_1355 #Hicab #Qadın

📛Şübhə
Bəziləri iddia edirlər ki, Qurani-Kərimdə qadının başının və saçlarının örtülməsi açıq şəkildə əmr olunmamışdır; ayələrdə saç və baş kəlmələri birbaşa keçmir, sadəcə ümumi iffət və yaxanın örtülməsi tələb olunur.

🔰 Cavab
📌 Müqayisəli və məntiqi ziddiyyət):
Əgər ayədəki məqsəd baş və saçların örtülməsi olmadan təkcə boyun və ya sinəni örtmək olsaydı, Allah-Təala bunu birbaşa «yaxanızı örtün» kimi ifadə edərdi; başı örtmək üçün istifadə olunan xüsusi örtüyü («ximar»ı) zikr etməzdi.

Baş örtüyünün («ximar»ın) uclarını yaxanın və sinənin üzərinə salmağı əmr etmək o deməkdir ki, örtük artıq başda mövcuddur və onun funksiyası başı örtməklə yanaşı, sinə və boyun nahiyəsini də tam əhatə etməkdir. Baş örtüyünü başa qoyub, amma baş və saçı örtməməyi iddia etmək əşyanın öz təyinatına və lüğəvi mahiyyətinə zidd olan açıq bir təzad və məntiqsizlikdir.

- Mətn və leksik təhlil):

Qurani-Kərim hicabın keyfiyyətinə və formasına toxunaraq buyurur:

«... وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ»

«...Və (mömin qadınlar) baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyun və sinələri örtülsün). Zinətlərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz müsəlman qadınlarından, sahib olduqları cariyələrdən, qadına ehtiyacı və meyli qalmayan tabe kişilərdən (ağıldan kəm və ya qocalardan), yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar (ayaqlarındakı xalxalın səsi eşidilməsin). Ey möminlər, hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!» (ən-Nur, 31).

Bu ayə hicabın keyfiyyətinə və formasına açıq şəkildə toxunmuş və ona riayət etməyi qadınlar üçün vacib bir vəzifə etmişdir. Qadınların iffəti Allahın onlar üçün təyin etdiyi bu hicab hədlərinin qorunması ilə bağlıdır. Bu hədlərə əməl edilmədən qadın üçün iffət qalarmı?!

Bu ayədə başın, saçın və bədənin örtülməsinə dair bir neçə mühüm məqam diqqəti cəlb edir:

1. «Ximār» (خِمَار) kəlməsinin dəqiq mənası:
Qurani-Kərim buyurur:
«وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ».

«Xumur» (خُمُر) sözü «ximar»ın (خِمَار) cəmi olub örtük mənasını bildirir; lakin ənənəvi olaraq qadınların başlarını örtdükləri örtük və ya ləçəyə deyilir.

«Cüyub» (جُيُوب) sözü isə «cəyb»in (جَيْب) cəmi olub köynəyin yaxası mənasındadır və bəzən yaxınlığına görə sinənin yuxarı hissəsinə də deyilir.
Yuxarıdakı ayənin örtüyün kənarlarını yaxanın üzərinə salmaq əmri başın, boyunun və sinənin tam şəkildə örtülməsi məzmununu ifadə edir. Qadın baş örtüyünü («ximar»ı) elə bağlamalıdır ki, həm başı və saçları, həm də yaxası və sinəsi tam örtülsün.

T.me/shubhelere_cavablar
99000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

15 Eki 2026 17:17

Video
📌 Hicabın qadağan olunmasına hamılıqla etiraz edirik və etməliyik.

Vallah bu balaların ahı tutacaq sizi məhv olacaqsız😔

Dinlə müharibə gedir hardasız ey müsəlmanlar?!

Ey Azərbaycan xalqı bu fironlar bizə Allahı qadağa etmək istəyir.

Bu qadağa məktəbdə bitməyəcək hər yerə hər şəkildə təsir edəcək. Tək hicab geyiminə yox sonradan dəyər bildiyiniz hər şeyə hücum olacaq.
71000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

15 Eki 2026 10:09

🔰#Şübhə_1354 #Qadın #Hicab #qumar

Şübhə
“Hicab ərəbin adətidir, bizə ərəb mədəniyyəti lazım deyil!” (3-cü hissə)

Cavab
Yaxşı, gəlin görək ərəb cahiliyyətinin əsl milli adətləri nə idi və bu gün kimlər o cahiliyyətin içində boğulur?

1. Sələm və Qumar Bataqlığı:
Tarix və Quran bəyan edir ki, ərəb cahiliyyətinin ən böyük sütunlarından biri qumarbazlıq və sələmçilik (faizxorluq) idi. Ərəb zənginləri zəif insanlara faizlə pul verib onların evini, malını əlindən alar, qumar stollarında fəxr edərdilər.

İndi bu gün öz cəmiyyətimizə baxaq:
Bütün şəhəri bürüyən, hər addımbaşı fəaliyyət göstərən faizli banklar, lombardlar kimin sistemidir?!
İpoteka və kredit faizlərinin altında beli bükülən ailələr, faiz borcuna görə dağılan ocaqlar, intihar edən gənclər, həbsxanalara düşən borclular cahiliyyətin qurbanı deyilmi?!
Hər tində, dayanacaqda satılan “Poz-Qazan”lar, dövlət səviyyəsində təbliğ olunan lotereyalar, “Sea Breeze” kimi yerlərdə açılan kazinolar və onlayn qumar bataqlığında batan minlərlə vətəndaş kimin adətini yaşadır?!
Bax, ərəb cahiliyyətinin əsl mahiyyəti məhz budur — insanları qumar və sələmlə soyub talamaq!

Maraqlıdır: xalqı faizlə boğan banklar, küçə-küçə satılan qumar biletləri, kazinolar leqal olanda heç kim “bu nə ərəb cahiliyyətidir, bu nə vəhşilikdir” demir; amma məktəbli bir qız uşağı başını örtüb əxlaqını qorumaq istəyəndə hamının yadına birdən-birə “ərəb adəti” düşür?! Zülmə, sələmə, qumara susanların dərdi ancaq hicab imiş?!

2. İslam Sələmə və Qumara Qarşıdır:
Həqiqət budur ki, İslam dini məhz ərəbin bu sələmçi və qumarbaz sistemini məhv etmək üçün gəldi! Quran faizi “Allaha və Rəsuluna qarşı müharibə elan etmək” adlandırdı (Bəqərə, 279), qumarı isə şeytanın ən murdar əməli bildi (Maidə, 90).

Əgər bir şey doğrudan da ərəb cahiliyyətidirsə, o məhz faizxana və qumarxanalardır.
İslamın gətirdiyi hicab və iffət isə heç bir xalqın milli geyimi deyil; insanı həm iqtisadi zülmdən, həm də mənəvi rəzalətdən qoruyan ilahi qalxandır!»

T.me/shubhelere_cavablar
98000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

14 Eki 2026 18:55

Yəni onların Məsihləri Allaha qarşı küfrdə onlarla birlikdə olmalı və Allahın yaratdıqlarını, hətta insan olan və kişilər kimi Allahın surətində yaradılmış qadınları da alçaldıcı nəzərlərlə izləməlidir; üstəlik, qadınlar bizim ətimizdən və qanımızdandır, ana, bacı, qız, həyat yoldaşı və həyatımızın digər qadınları kimidirlər."

🔸 1. Səthi və daxili ziddiyyətlərin üzə çıxarılması:
Martin Lüterin bu yazılarında yəhudi toplumunun təkəbbürü və peyğəmbərlərin onlara etdiyi sərt etirazlar tarixi mənbələrə və İncil sitatlarına (Mətta və Yəhya İncilləri) əsaslanaraq doğru şəkildə vurğulanır. Lakin Lüterin özünün də həyatı və teologiyası dərin ziddiyyətlərlə doludur. O, ilk dövrlərdə katolik kilsəsinin yəhudilərə qarşı sərt təqiblərini tənqid edir və onların İsa Məsihə iman gətirəcəyini ümid edirdi. Lakin yəhudilər onun protestant teologiyasını qəbul etmədikdə və xristianlığı dəyişdirmək cəhdlərini rədd etdikdə, Lüter ifrat dərəcədə qəzəbli və antisemit mövqe sərgiləmişdir. Deməli, Lüterin bu ittihamları məzhəbi məyusluqdan və ilkin siyasi-teoloji gözləntilərin doğrultmamasından qaynaqlanan reaksiyalardır.

🔸 2. Həqiqətin izahı və elmi-teoloji yanaşma:
🔹İlahi Seçilmişlik və İmtahan: Quran və digər səmavi mənbələrdə də Bəni-İsrailin (yəhudilərin) müəyyən tarixi mərhələlərdə ilahi nemətlərə nail olduğu, lakin peyğəmbərlərin qarş çıxması, ədl və ədalətdən uzaqlaşması səbəbindən ilahi qəzəbə və "zillətə" düçar olduqları təsdiqlənir. Quranın (Bəqərə surəsi, 61) ayəsində buyurulur ki, onlar üzərinə zillət və məskənət (çarəsizlik) vuruldu.
🔹Korluq və Təkəbbür: Həqiqətə çatmamağın kökündə irqi və milli üstünlük iddiası dayanır. İnsan və ya hər hansı bir toplum özünü irqi baxımdan digərlərindən üstün tutub ilahi qanunları milli mənfəətlərinə tabe etdirməyə çalışdıqda, qəlblərinin üzərinə "möhür vurular" (Bəqərə, 7).
🔹 Universal Haqq: Haqq və həqiqət heç bir xüsusi irqin və ya qanın monopoliyasında deyil. İslam teologiyasına görə də (və ilkin xristianlığın əsl ruhuna görə də) ilahi qəbul meyarı irq deyil, təqva, iman və saleh əməldir. Yəhudilərin haqqı qəbul etməməsinin əsas səbəbi, gözlədikləri xilaskarın məhz onların milli və siyasi hegemonluğunu təmin edəcək dünya padşahı olmasını şərt qoymalarıdır; spiritual (mənəvi) və əxlaqi islahatçını isə qəbul etmək istəməmələridir.

📚Mənbələr:
1. Martin Lüter, "Von den Juden und ihren Lügen" (Yəhudilər və onların yalanları), 1543.
2. İncil (Mətta və Yəhya kitabları)

T.me/shubhelere_cavablar
78000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

14 Eki 2026 18:55

🔰#Şübhə_13 #yəhudi #məsihi #xristian #İslam

📛Şübhə
yəhudilərlə yalnız Müsəlmanlar düşmənçilik edir..!?

🔰Cavab
Rəbbimiz İsa Məsih də onları gürzə balaları adlandırmış və hətta "Yəhya"da (8:39) belə demişdir: "Əgər İbrahimin övladları olsaydınız, İbrahimin işlərini görərdiniz... Siz öz atanız şeytanın nəslindənsiniz."
📌 Alman etirazçı keşiş Martin Lüter xristianlıqda protestantizmin banisi kimi tanınır. Bəziləri onu yəhudi casusu hesab edir və deyirlər ki, o, Pulosdan (Pavlodan) sonra xristianlığın son etiqad səngərlərini də məhv edən şəxs idi; lakin digər baxışa görə, o, katoliklərin və papanın tamahından yəhudilərə doğru meyil edən, daha sonra isə əvvəlki mövqelərindən dönərək 1517-ci ildən qabaq Spalatinə yazdığı məktublarda yəhudilərə qarşı nifrətini açıq şəkildə büruzə verən və bu nifrəti 1543-cü ildə yazdığı qalmaqallı kitabında zirvəyə çatan etirazçı və tənqidçi bir keşişdir. Bu kitab "Yəhudilər və onların yalanları" adlanır.

📌 Martin Lüter kitabının bəzi yerlərində yəhudilərin batini korluğu və bu tarixi terror qruplaşmasının heç vaxt haqq və həqiqətə çata bilməyəcəyi həqiqətindən bəhs edir.

O deyir:
"Belə bir ürək və dillə Allaha qarşı durmağa cürət edirlər. Onun müqəddəs adını dilə gətirir, ibadət edir və çağırırlar; Ondan xahiş edirlər ki, onları Qüdsə (Yerusəlimə) qaytarsın, Məsihini onlar üçün göndərsin, bütün qeyri-yəhudiləri öldürsün və dünyanı onlara bəxş etsin. Allahın şimşəklərlə onların üzərinə gəlməməsinin və Sodom və Qəmörə kimi onları dərhal odda məhv etməməsinin yeganə səbəbi budur: bu cəza belə bir şər əmələ uyğun gəlmir. Buna görə də o, onları mənəvi şimşəklərlə vurur; necə ki Musa "Təsnif"də (Təsniyə 28:28) və digər yerlərdə yazır: «Rəbb səni dəlilik, korluq və zehnin pərişanlığı ilə vuracaqdır.» Bunlar əslində gerçək şimşək zərbələridir: dəlilik, korluq və zehnin pərişanlığı."

📌 Martin Lüterin kitabındakı mühüm mövzulardan biri də odur ki, yəhudilər Allaha qarşı ən böyük itaətsizlik və pozğunluq içində olduqları halda, bu pozğunluqlarını ört-basdır etmək üçün digərlərinin səsini kəsmək məqsədilə özlərini Allahın xalqı adlandırırlar.

📌 O, kitabının başqa bir hissəsində bu məsələni belə izah edir:
"Heç kim yəhudilərin İsraildən (Yaqubdan) olan qanları və nəsilləri barədəki təkəbbürünü onların əlindən ala bilməz. Əhdi-Ətiqə (Tövrat) əsasən, onlar məhz bu məsələyə görə bir çox döyüşlərdə məğlub oldular; baxmayaraq ki, heç bir yəhudi bu həqiqəti dərk etmir. Bütün peyğəmbərlər məhz bu təkəbbürə görə onları qınadılar; çünki bu, ruh və imandan məhrum olan cismani və maddi özündənrazılığın əlamətidir. Onlar məhz buna görə öldürülür və ya təqib olunub əziyyət çəkirlər.

Vəftizçi Yəhya sərt şəkildə bu təkəbbürə görə onları qınadı və dedi: «Öz-özünüzə deməyin ki, atamız İbrahimdir; çünki mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahim üçün övladlar yaratmağa qadirdir.» (Mətta 3:9) O, onları İbrahimin övladları deyil, «gürzə balaları» (Mətta 3:7) adlandırdı. İsrailin guya şərəfli olan qanı və nəsli üçün bu söz çox təhqiramiz olduğundan dedilər: «O, dəli olub.» (Mətta 11:18) Rəbbimiz İsa Məsih də onları gürzə balaları adlandırdı və hətta "Yəhya"da (8:39) belə demişdir: «Əgər İbrahimin övladları olsaydınız, İbrahimin işlərini görərdiniz... Siz öz atanız şeytanın nəslindənsiniz.» İbrahimin övladları deyil, şeytanın övladları olduğunu eşitməyə dözmək onlar üçün qeyri-mümkün idi və hələ də bunu qəbul edə bilmirlər. Əgər onlar bu iddia və arqumenti kənara qoysalar, bu inanc üzərində qurulmuş bütün düşüncə sistemləri çökər və tamamilə dəyişər.

Mən inanıram ki, onların hələ də gözlədikləri vəd olunmuş Məsih gəlsə və bu özündənrazılığa və onun bünövrələrinə son qoysa, onu bizdəki Məsihə etdiklərindən 7 dəfə artıq çarmıxa çəkər və Ona qarşı küfr danışmağa başlayarlar. Həmçinin deyəcəklər ki, O, həqiqi Məsih deyil, hiyləgər bir şeytandır. Çünki onlar xəyallarında elə bir Məsih təsəvvür ediblər ki, belə bir cismani təkəbbürü və nəsil üzərində qurulmuş özündənrazılığı gücləndirsin və artırsın.
77000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

14 Eki 2026 10:01

🔰#Şübhə_1354 #Hicab #Qadın #Millətçilik #türk

📛Şübhə
«Bəzi radikal millətçi düşüncəli şəxslər məktəbdə hicaba və dinə qarşı çıxaraq deyirlər:
“Biz türkük, islam ərəbin dinidir, hicab ərəb geyimidir, bizim ərəbçiliklə işimiz yoxdur, bizim öz qədim köklərimiz var.”

🔰 Cavab
Gəlin bu saxta şüara həm nəqzi, həm də həlli cavab verək.

🔸1. Əsl “Ərəb Təfəkkürü” Kimdədir?:
Qəribə paradoks burasındadır: siz “ərəbçiliklə mübarizə aparırıq” deyirsiniz, amma məhz Əbu Cəhillərin, Qureyş ərəblərinin təfəkkürünü təkrarlayırsınız!
Quran cahiliyyət ərəblərinin psixologiyasını ifşa edəndə deyir ki, Peyğəmbər (s) onlara həqiqəti deyəndə bəhanə gətirib dedilər: “Yox, biz atalarımızın yolunu davam etdirəcəyik, sən bizi ata-babamızın adətindən ayırmaq istəyirsən!” (Zuxruf, 22).
Bu gün kim deyirsə ki: “Biz filan qövmük, din bizə lazım deyil, biz ancaq ata-baba adəti ilə gedəcəyik” — bu, İslama qarşı çıxan qədim ərəb müşriklərinin təfəkkürünün eynisidir!
Hələ bu azmış kimi:
Ərəb sözlərinə qarşı “türkçülük” bayrağı qaldıranlar, nədənsə rusdan qalma sovet ateizmini, yaxud Avropadan gələn feminizm və liberalizmi “öz dəyərləri” kimi qucaqlayırlar!
Məktəbli qızın başına örtdüyü milli kəlağayıya, hicaba “ərəbçilik” deyirlər; amma qərbdən gələn mini-yubkaya, dekolteyə, yad həyat tərzinə heç vaxt “ingilisçilik” və ya “fransızçılıq” demirlər! Ərəbin iffətindən qorxanlar, nədənsə Qərbin çılpaqlığına heyran kəsilirlər.

🔸2. Həqiqət Milliyyət Tanımır:
Birincisi, həqiqətin və əxlaqın milliyyəti olmur. Tibbi kəşfləri ingilis edib deyə dərman qəbul etmirsiniz? Elm, əxlaq və ilahi həqiqətlər ümumbəşəridir.İkincisi, İslam heç bir millətin inhisarında deyil. Əgər İslam “ərəbçilik” idisə, tarixdə ən böyük islam mədəniyyətini quran, İslama min il xidmət edən Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar bəs kim idi?! Babalarımız Şah İsmayıl Xətai, Uzun Həsən, Nizami Gəncəvi, Füzuli bəs türk deyildilərmi?! Bizim milli şairimiz Füzuli Peyğəmbərə təriflər yazanda ərəbləşmişdi, yoxsa öz imanını izhar edirdi?!Və nəhayət, türk tarixini vərəqləyin: qədim türk qadını heç vaxt çılpaq olmayıb! Ərköyünlük, açıq-saçıqlıq qədim türk xanımlarının sifəti deyil. Əsl türk qadınının şərəfi onun həyasında, ismətində və başındakı örtüyündə (kəlağayısında, bürüncəyində) olub.
Deməli, məktəbdə hicabı qadağan etmək nə türklükdür, nə də müasirlik. Bu, sadəcə qəlbdəki imansızlığı ört-basdır etmək üçün uydurulmuş ucuz bir bəhanədir!»

T.me/shubhelere_cavablar
79000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

13 Eki 2026 11:07

📚Mənbə
1. Nəcah Əta ət-Tai, əl-Fikrul-qovmi, s. 91.
2. Yenə orada, s. 238.
3. Məhəmməd Həsən Əzəmi, Fəlsəfətu İqbal, s. 109.
4. Dr. Səlahəddin əl-Münəccid, Ə'midətun-nəkbə, s. 28.
5. Məhəmməd Mübarək, əl-Müctəməul-isləmiyyul-müasir, s. 115.
6. Yenə orada, s. 115.
7. İraq Bəəs Partiyası, əl-Minhacul-səqafil-mərkəzi, c. 2, s. 16.
8. Yenə orada, c. 1, s. 10.
9. Bertran Rassel, ət-Tərbiyətu vən-nizamul-ictimai, s. 138.
10. Nəcah Əta ət-Tai, yenə orada, s. 23.
11. Yenə orada, s. 204.
12. Yenə orada, s. 204.
13. Lev Tolstoy, əl-Afətul-ictimaiyyətu və ilacuha, s. 215.

T.me/shubhelere_cavablar
91000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

13 Eki 2026 11:07

🔰#Şübhə_ #millətçilik #irqçilik #İslam

📛Şübhə
«Millətçilik İslam dünyasında xalqların birləşməsinə, müstəqilliyinə və inkişafına səbəb ola bilməzmi?»

🔰Cavab:
Xeyr, millətçilik İslam dünyasına daxil olduqda xalqları dirçəltmədi, əksinə onları parçaladı və Qərbin əlaltısına çevirdi:

1. Sivilizasiya ikiləşməsi:
İslam cəmiyyəti əvvəllər daxili vəhdətə malik idi. Qərbpərəstlik və millətçilik gəldikdən sonra ümmət iki yerə bölündü: zehni Qərbə bağlı elita və İslama sadiq xalq kütləsi. Nəticədə cəmiyyətin gücü daxili ziddiyyətlərdə sıfırlandı.

2. Milli pərakəndəlik və parçalanma:
Osmanlı süqut etdikdən sonra İslam vəhdəti yerinə uydurulan «milli vəhdət» şüarı vahid ümməti süni dövlətlərə böldü. İddia olundu ki, millətçilik dini ixtilafları aradan qaldırır. Halbuki bu açıq-aşkar bir saxtakarlıqdır. Əksinə, millətçilik hər ölkənin daxilində dərin qanlı xəndəklər qazdı: İraqda ərəb, kürd, türkmən; İranda fars, türk və digər etnoslar; Şimali Afrikada ərəb və bərbər; Türkiyədə türk və kürd qarşıdurmaları yarandı. Vətəndaş «ölkəsinəmi, yoxsa millətinəmi sadiq olsun?» sualı qarşısında çaş-baş qaldı.

3. Qərbə köləlik və Fələstin xəyanəti:
Millətçilik Qərbin İslam vəhdətini dağıtmaq üçün hazırladığı təxribat aləti idi. Ərəb millətçiliyinin memarı olan casus Lourens (T. E. Lawrence) etiraf edirdi:
«Mən ərəb millətçiliyi fikrinə dərindən inanırdım və Hicaza getməzdən əvvəl əmin idim ki, bu fikir Türkiyəni (Osmanlını) süquta aparacaq... Məqsədim yeni bir ümmət formalaşdırmaq idi... Bütün Osmanlı torpaqları mənim üçün bircə ingilisin ölümü ilə belə müqayisə oluna bilməz»¹,².
1941-ci ildə Britaniya Xarici İşlər Naziri Entoni İdenin təşviq etdiyi «ərəb birliyi» də bu asılılığın davamı idi. Təsadüfi deyil ki, II Əbdülhəmid 22 milyon ingilis lirəsi müqabilində Fələstini Hertzlə satmaqdan imtina etdiyi halda, qondarma millətçi liderlər torpaqları Qərbə təslim edərək Fələstinin məhvinə bais oldular. Əksinə, İranda Şah rejiminin fars millətçiliyinə qarşı çıxan ərəb əsilli Şeyx Mehdi Xalisi, İraqda ingilislərə qarşı 1920-ci il inqilabına rəhbərlik edən fars əsilli Mirzə Məhəmməd Təqi Şirazi və İmam Xomeyni həm ərəbin, həm də farsın şərəfini xain millətçilərdən daha uca tutdular.
Məhəmməd İqbal müsəlman millətçilərini tənqid edərək belə yazmışdı:
فِي قَدِيمِ الدَّهْرِ كُنْتُمْ أُمَّةً
لَهْفَ نَفْسِي كَيْفَ صِرْتُمْ أُمَمَا
كُلُّ مَنْ أَهْمَلَ ذَاتِيَّتَهُ
فَهُوَ أَوْلَى النَّاسِ طُرّاً بِالقَضَا
لَنْ يَرَى فِي الدَّهْرِ قَوْمِيَّتَهُ
كُلُّ مَنْ قَلَّدَ عَيْشَ الغُرَبَا
(Keçmiş zamanlarda siz vahid bir ümmət idiniz; heyflər olsun, necə oldu ki, parça-parça xalqlara bölündünüz! Hər kəs öz ilahi kimliyini unudarsa, məhvə hamıdan daha layiq olar. Özgələrin həyat tərzini təqlid edən heç bir kəs dünyada öz milli şərəfini tapa bilməz)³.
4. Dinin təhrifi və açıq dinsizlik:
Millətçilik İslam dünyasında marksizm və sosializmlə birləşərək materialistləşdi. Suriyalı millətçilər «yeni ərəbin Allaha və dinlərə tarixin mumiya cəsədləri kimi baxmasını» təbliğ etdilər⁴. Əli Nasirəddin⁵ və Ömər Faxuri⁶ millətçiliyi sözün əsl mənasında «din» adlandırdılar. Mişel Əfləq isə İslamı vəhy deyil, «ərəb dühasının məhsulu» elan etdi; Qureyş müşriklərini İslamın zəfərində peyğəmbərlə bərabər şərik bildi⁷,⁸. Tarixdə Əməviləri «ərəbçiliyi dirçəltdikləri» üçün mədh edib, Əhli-beyt və Şiə məktəbini isə bu irqçiliyə qarşı çıxdıqları üçün hədəf aldılar.

Mütəfəkkirlərin Yekun Rəyləri:
- Bertran Rassel: «Millətçilik sivilizasiyamızı məhvə sürükləyən əsas qüvvədir»⁹.
- Arnold Toynbi: «Qərb sivilizasiyasının bəşəriyyətə töhfəsi sərxoşluq və millətçilik oldu»¹⁰.
- Məhəmməd İqbal: Millətçiliyi «müasir vəhşilik növü» adlandırmışdır¹¹.
- Əbül-Əla Mövdudi: «Qərb xalqlarına iki böyük şeytan hakimdir və onları fəlakətə aparır: biri nəslin kəsilməsi, digəri isə millətçilik şeytanıdır»¹².
- Lev Tolstoy: «Vətənpərvərlik (millətçilik) təbii olmayan, zərərli bir hissdir və sosial xəstəliklərimizin əsas səbəbidir. O, təbliğ olunmamalı, əksinə bütün vasitələrlə kökü kəsilməlidir»¹³.
110000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

12 Eki 2026 15:27

Photo1/4
#Hicaba_azadlıq
#Hicab_Allahın_əmridir

📌 Əziz xalqımızdan Allahın əmrini müdafiə etməyini istəyirik.
Hicablı,hicabsız,namaz qılan və qılmayan fərqi yoxdur Allaha inancı olan hər kəsin borcudur ki, dinimizi müdafiə edək.

📛 bəziləri bəhanə edir ki,bir kəsin hicablı evində bir şəxsi yoxdursa, ona nə gəlib etiraz etmək;
📛 Kişilər niyə buna etiraz edir başa düşülmür;
📛 Hicab ərəb geyimidir;
📛Milli geyiminiz var;
Və başqa şübhələrlə deyilən bu sözlərin bir kəlmə cavabı var: Hicab Allahın qanunudur onu müdafiə etmək hər bir müsəlmana vacibdir.

T.me/shubhelere_cavablar
66000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

12 Eki 2026 09:56

🔰#Şübhə_1353 #Hicab #qadın #şərab #fahişə

📛Şübhə
«Məktəblərdə hicabın qadağan olunmasına bəhanə axtaranlar deyirlər: “Hicab ərəb adətidir, bizim cəmiyyətə yad mədəniyyətdir.” (2-ci cavab)

🔰Cavab
Gəlin tarixi həqiqətlərin və bu günkü acı reallığın gözünə dik baxaq.

1. Əsl Ərəb Adəti Nə İdi?:
Əgər kimsə “ərəb adəti” axtarırsa, tarixə baxsın: İslamdan qabaq cahil ərəbin həqiqi milli adəti və məişəti nə idi?
Şərabxorluq, sərxoşluq və açıq-aşkar fahişəlik! Ərəb cahiliyyətində əxlaqsızlıq o həddə çatmışdı ki, hətta Zəməxşəri kimi böyük alimlərin yazdığına görə, Müaviyə və Əmr ibn As kimi tanınmış simaların atalarının kimliyi belə bilinmirdi, çünki anaları açıq fahişəliklə məşğul idi.

İndi sual olunur:
Bu gün Azərbaycanda məktəblərin bir addımlığında şərab mağazaları açmaq, azyaşlılara spirtli içki satmaq, şəhərin mərkəzində gecə klubları, barlar, diskotekalardakı fahişəlik, gəncləri uçuruma aparan gecə həyatı, telekanallarda səhərdən-axşama yayımlanan əxlaqsız verilişlər və ailə institutunu dağıdan pozğun müğənnilərin konsertləri kimin adətidir?!
Bax, ərəb cahiliyyətinin əsl xisləti məhz budur — şərab və fəhşa! Maraqlıdır ki, bu gün məktəblərin yanında spirtli içki satılanda, gənclik klublarda əxlaqsızlığa sürüklənəndə heç kim “bu cahiliyyətdir, millətimizə zərərdir” deyib qadağa qoymur; amma bir məktəbli qız əxlaqını, iffətini qoruyub hicab bağlamaq istəyəndə yada birdən-birə “ərəb adəti” düşür?!

2. İslam dini məhz ərəbin bu çirkin "şərab və fəhşa" bataqlığına qarşı qalxdı. Quran açıq şəkildə sərxoşluğu, gizli və aşkar zinanı qadağan etdi. Əgər örtünmək və iffət ərəbin milli adəti olsaydı, Quran ərəblərə: “Gözlərinizi haramdan qoruyun, iffətinizi saxlayın və bədəninizi örtün!” deyə əmr etməzdi (Nur, 30–31).

Deməli:
Şərab, əxlaqsızlıq və çılpaqlıq — qədim cahiliyyətin də, bu günün modern cahiliyyətinin də ümumi bəlasıdır.
Hicab və təqva isə heç bir millətin libası deyil; insanı bu heyvani həyat tərzindən xilas edən, Allaha və fitrətə məxsus ilahi qalxandır!»

T.me/shubhelere_cavablar
113000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

11 Eki 2026 18:39

🔰#Şübhə_1351 #Hicab #qadın

📛Şübhə
«Bəziləri məktəblərdə hicabın qadağan olunmasına bəraət qazandırmaq üçün deyirlər: “Hicab ərəbin adət-ənənəsidir, ərəb mədəniyyətidir, bizim milli kimliyimizə yaddır.”

🔰Cavab

1. Selektiv Abort Müqayisəsi:

Siz deyirsiniz ki, “ərəbin cahil adəti bizə lazım deyil”. Bəs onda gəlin baxaq: ərəb cahiliyyətinin ən məşhur adəti nə idi?
Qurani-Kərim açıq bildirir ki, cahiliyyət ərəbləri qız övladını bəyənməz, nifrət edər və onu diri-diri torpağa basdırardılar!

İndi özümüzə sual verək: bu gün Azərbaycanda ultrasəs müayinəsində uşağın qız olduğu bilinən kimi minlərlə körpə ana bətnindəcə abort edilmirmi? Rəsmi statistikaya görə, ölkəmiz dünyada qız uşaqlarına qarşı selektiv aborta görə ən ön sıralardadır!
Bəs necə olur ki, ərəb cahiliyyətinin qız uşaqlarını məhv etmək adətini – adını "müasir tibbi abort" qoyub – bu gün çox rahat təkrarlayırlar və buna heç kim “ərəbçilik” demir; amma İslamın gətirdiyi iffəti, isməti və hicabı görəndə yada “ərəb adəti” düşür?! Əsl cahil ərəb adəti qadını alçaltmaq və diri-diri məhv etmək idi, hicab isə İslamın qadına verdiyi dəyərdir!

2. Hicab Ərəb Ənənəsi Yox, İlahi Əmrdir:
İslam gələndə ərəb cəmiyyətində qadın bir əşya idi, heç bir hüququ yox idi. Əgər hicab ərəb adəti olsaydı, Quran gəlib ərəblərin özünə: “Qadınlar örtüklərini yaxalarının üstünə çəksinlər” (Nur, 31) və “Bədənlərini örtsünlər” (Əhzab, 59) deyə əmr verməzdi. İslam bu ayələrlə ərəbin qadını alçaldan həmin o çirkin ənənəsini sındırdı.

Digər tərəfdən, İslam xüsusi bir ərəb libasını məcbur etmir. İslam ümumbəşəri hədd təyin edir: ismət və örtük.
Tariximizə baxın: Azərbaycan qadınının minillik kəlağayısı, çadrası, örpəyi, arxalığı həmişə kamil hicab olub. İffət hər hansı bir millətin yox, fitrətin və Allahın əmridir.»

T.me/shubhelere_cavablar
112000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

10 Eki 2026 12:53

🔰#Şübhə_ #Peyğəmbər #aişə

📛Şübhə
Peyğəmbər (s) 9 yaşlı bir uşaqla evləndi?

🔰Cavab
aişənin Peyğəmbər (s) ilə evlənərkən yaşının nə qədər olduğu mövzusunda tarixi rəvayətlər fərqlidir. Bəzi məşhur Sünni mənbələrində onun 6 və ya 9 yaşında evləndiyi qeyd edilir, amma bir çox başqa alim və tarixçilər, tarixi dəlilləri və onun bacısı Əsmanın yaşını təhlil edərək, aişənin evlənərkən yaşını daha yüksək, yəni 14-19 yaş arasında hesab edirlər.

📌Əsas məqamlar:
Mənbələrdəki fərq: Bəzi rəvayətlər (məsələn, "Səhih Buxari") onun 6 yaşında nikahlandığı və 9 yaşında evləndiyi üzərində dayansalar da, bu mövzu mübahisəlidir.
Tarixi təhlillər: Əsma (aişənin bacısı) 10 yaş aişədən böyük olub və Hicrətin 2-ci ilində 27 yaşında idi. Bu nəzərə alındığında, aişə həmin dövrdə təxminən 17 və ya 18 yaşında olmalı idi.

📌Mədəniyyət konteksti: O dövrün ərəb mədəniyyətində, xüsusilə Cəzirə ərəbində erkən yaşda evlənmək adi hal idi.

Evliliyin məqsədi: Dini təhlillər, bu evliliyi ailə əlaqələrini gücləndirmək, İslamı təbliğ etmək və qadınlara dini öyrətmək məqsədilə izah edirlər.

Beləliklə, aişənin dəqiq yaşı tarixi olaraq tam müəyyən edilən bir məsələ deyil və sənədlərin təhlilinə əsaslanan müxtəlif baxışlar mövcuddur.

T.me/shubhelere_cavablar
126000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

🔰#Şübhə_1453 #Əhlisünnə #təvəssül #Şiə

📛Şübhə
Əhli-sünnə mənbələrində də təvəssül qəbul edilirmi?

🔰Cavab
Bəli. Təvəssül təkcə şiə mənbələrində deyil, əhli-sünnə mənbələrində də müxtəlif formalarda qəbul olunmuşdur. Bu məsələni üç istiqamətdə əsaslandırmaq olar:
🔸1. Əqli baxımdan: insan fitrətən və varlıq baxımından vasitələrə möhtacdır;
🔸2. Qurani baxımdan: Allah-təala Özünə yaxınlaşmaq üçün “vəsilə” axtarmağı əmr edir;
🔸3. Əhli-sünnə rəvayət və tarixi mənbələri baxımından: Peyğəmbərə (s), onun yaxınlarına və saleh şəxslərə təvəssül etməyi göstərən nümunələr mövcuddur.

Əsas prinsip budur ki, müstəqil təsir sahibi yalnız Allahdır. Təvəssül isə Allahın yaratdığı və razı olduğu vasitələrdən istifadə etməkdir; yoxsa Allahı kənara qoymaq deyil.

🔹 1. Əqli dəlil: insan vasitəsiz yaşaya bilməz
❓Şübhə
Bəziləri deyirlər ki, insan yalnız Allahı çağırmalıdır və vasitəyə ehtiyac yoxdur. Əgər vasitə axtarılırsa, bu, tövhidə zidd görünür.
🔰 Cavab
Bu iddia əqli baxımdan tam doğru deyil. Çünki insanın bütün həyatı vasitələr sistemi üzərində qurulub. İnsan:
- yeməyi əli ilə yeyir;
- suyu qab vasitəsilə içir;
- biliyi müəllimdən öyrənir;
- şəfanı həkim və dərman vasitəsilə axtarır;
- ruzini zəhmət və səbəblər yolu ilə əldə edir.

Halbuki bütün bunların yaradıcısı və həqiqi təsir sahibi yenə Allahdır.

Quranda buyurulur:
“Ey insanlar! Siz Allaha möhtacsınız, Allah isə ehtiyacsız və həmdə layiq olandır.” (Fatir, 35:15)

Deməli, insan zatən fəqir və möhtacdır. Bu fəqirlik yalnız maddi sahədə deyil, mənəvi sahədə də keçərlidir. Necə ki, insan maddi nemətləri səbəblər vasitəsilə əldə edir, eləcə də mənəvi yüksəliş, hidayət, bağışlanma və ilahi rəhmət üçün Allahın müəyyən etdiyi vasitələrdən istifadə etməsi təbii və məntiqlidir.

Burada əsas nöqtə budur:
Vasitədən istifadə etmək, vasitəni müstəqil təsir sahibi bilmək demək deyil.

Əgər bir insan həkimə müraciət etdikdə müşrik olmursa, Allahın seçilmiş bəndələrini dua və yaxınlıq vasitəsi qərar verdikdə də, onları Allahdan müstəqil bilmədiyi halda, tövhidə zidd bir iş görmüş sayılmaz.

🔹 2. Qurani dəlil: “Ona vəsilə axtarın”
📌 Cavab
Qurani-Kərim təvəssül prinsipini açıq şəkildə bəyan edir:
“Ey iman gətirənlər! Allahdan qorxun və Ona yaxınlaşmaq üçün vəsilə axtarın, Onun yolunda cihad edin ki, nicat tapasınız.” (Maidə, 5:35)

Bu ayədə bir neçə mühüm nöqtə var:
- xitab möminlərədir;
- məqsəd Allaha yaxınlaşmaqdır;
- bu yaxınlaşma üçün vəsilə axtarmaq əmr olunur.

Deməli, Qurani məntiqdə vəsilə axtarmaq, Allahdan uzaqlaşdıran yox, əksinə, Allaha yaxınlaşdıran bir yoldur.
• Əlbəttə, “vəsilə” anlayışı genişdir. Buraya:
- iman,
- saleh əməl,
- dua,
- cihad,
- Peyğəmbərə (s) itaət,
- Allahın sevimli bəndələrinin mənəvi məqamı
• kimi amillər daxil ola bilər.

Bu səbəblə Peyğəmbərə (s) və saleh şəxslərə təvəssül, Qurandakı “vəsilə” anlayışının mümkün və qəbul edilən nümunələrindən biri kimi izah olunur.

🔹 3. Əhli-sünnə mənbələrində təvəssülə dair rəvayətlər:
Əhli-sünnə mənbələrində təvəssülün müxtəlif formalarını göstərən bir sıra məşhur nəqllər vardır. Burada bir neçə nümunəni qeyd edək.

● 3.1. Kor kişinin Peyğəmbərə (s) təvəssülü:
• Əhli-sünnənin tanınmış hədis mənbələrində belə bir rəvayət nəql olunur: bir kor kişi Peyğəmbərin (s) hüzuruna gəlib dedi:
“Ey Allahın Rəsulu! Allahdan istə ki, mənə şəfa versin.”
Peyğəmbər (s) ona buyurdu ki, dəstəmaz alsın, iki rükət namaz qılsın və belə dua etsin:
“İlahi! Səndən istəyirəm və rəhmət Peyğəmbəri Məhəmməd vasitəsilə Sənə yönəlirəm. Ey Məhəmməd! Mən sənin vasitənlə Rəbbimə yönəlirəm ki, hacətim yerinə yetsin. İlahi! Onu mənim üçün şəfaətçi qərar ver.”

Rəvayətdə qeyd olunur ki, həmin şəxs bu dua və təvəssüldən sonra şəfa tapdı.
❓ Bu rəvayətin əhəmiyyəti nədir?
Bu hədis göstərir ki:
- Peyğəmbərin (s) özü təvəssülü öyrədib;
- təvəssül sadəcə “mənim üçün dua et” deməkdən əlavə, Peyğəmbərin şəxsini və məqamını vəsilə etmək formasında da ifadə olunub;
- bu hadisə əhli-sünnənin məşhur hədis mənbələrində qeyd olunub.
67000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

Bunu maddi səbəblərlə müqayisə etmək olar. Məsələn, xəstələnən şəxs:
- Allaha dua edir;
- eyni zamanda həkimə müraciət edir;
- dərmandan istifadə edir.

Heç kim həkimə getməyi və dərman içməyi Allahı unutmaq saymır. Çünki mömin bilir ki, həkim, dərman və müalicə vasitədir; şəfanı yaradan və nəticəni verən Allahdır.

Eyni qayda mənəvi vasitələrdə də keçərlidir. Peyğəmbər və imamlar (ə) Allahın ən yaxın bəndələridir. Onlardan kömək istəmək, onların Allahdan ayrı qüdrət sahibi sayılması mənasına gəlmədiyi halda, təvəssül çərçivəsində başa düşülə bilər.

5. İmamların Allahın izni ilə qeyri-adi təsir qüdrəti varmı?
Şiə mətnlərində imamların Allahın izni ilə bəzi qeyri-adi işlər görmələri barədə rəvayətlər mövcuddur. Bu, onların ilah, peyğəmbər və ya Allahdan müstəqil güc sahibi olmaları demək deyil.

Məsələn, Əbu Bəsirdən nəql edilən bir rəvayətdə o, İmam Baqirə (ə) belə soruşur:
“Siz Allah Rəsulunun (s) varislərisinizmi?”
İmam (ə) buyurur: “Bəli.”
Əbu Bəsir soruşur:
“Allah Rəsulu bütün peyğəmbərlərin varisi və onların elmlərinə sahib idimi?”
İmam (ə) buyurur: “Bəli.”
Sonra Əbu Bəsir soruşur:
“Siz ölüləri diriltməyə və ağır xəstəliklərə şəfa verməyə qadirsinizmi?”
İmam Baqir (ə) buyurur:
“Bəli, Allahın izni ilə bunları edirik.”

Rəvayətin davamında İmamın (ə) Əbu Bəsirin gözlərinə toxunması ilə onun müvəqqəti olaraq görməsi nəql edilir.

Bu rəvayətin vurğuladığı əsas nöqtə “Allahın izni ilə” qeydi olmalıdır. Quran da Həzrət İsanın (ə) dilindən buyurur:
“Allahın izni ilə koru və alacalı xəstəni sağaldaram, ölüləri dirildərəm.” (Ali-İmran, 3:49)

Deməli, qeyri-adi hadisəni qəbul etmək tövhidə zidd deyil; tövhidə zidd olan həmin təsiri Allahdan müstəqil saymaqdır.
---

6. Hansı ifadə daha yaxşıdır?
Bu mövzuda insanın qəlbi, etiqadı və tövhid həssaslığı əsasdır.
Əgər siz belə deməklə daha rahat və daha dərin ixlas hiss edirsinizsə:
“Allahım! Həzrət Fatimənin (s.ə) hörmətinə övladıma şəfa ver”

bu, tamamilə düzgün, açıq və gözəl təvəssül formasıdır.
Əgər bir şəxs belə deyirsə:
“Ya Fatimə! Övladıma şəfa ver”
• və qəlbində bunun mənasını “Allahın izni ilə, mənim üçün dua et və Allahın verdiyi mənəvi vasitəçiliklə yardım göstər” kimi anlayırsa, bu da şiə təvəssül izahı çərçivəsində qəbul edilə bilər.

Lakin “imam mənim hacətimi Allahdan ayrı və müstəqil şəkildə verir” düşüncəsi düzgün deyil. Bu cür etiqad tövhidlə ziddiyyət təşkil edir.

7. “Əli və ya imamlar Allahla insanlar arasında alternativ mənbədir” fikri doğrudurmu?
Xeyr. “Əli (ə) və ya digər imamlar Allahın yerinə keçirlər”, yaxud “onların əli Allaha çatmayanlar üçün ayrıca bir güc mənbəyidir” kimi ifadələr düzgün deyildir.

Allah hər bir bəndəsinə yaxındır:
“Bəndələrim səndən Mənim barəmdə soruşduqda, şübhəsiz ki, Mən yaxınam; dua edənin duasını Mənə dua etdiyi zaman qəbul edirəm.” (Bəqərə, 2:186)

Heç kimin Allahla əlaqə qurmaq üçün məcburi şəkildə başqa bir varlığa “çatması” lazım deyil. İnsan birbaşa Allahla danışa, dua edə, bağışlanma və şəfa istəyə bilər.

Təvəssül Allahla əlaqənin əvəzi deyil; Allaha üz tutmağın, Onun sevimli bəndələrinin mənəvi məqamından faydalanmağın bir yoludur.

🔰 Nəticə
1. Təvəssül Allahdan hacət istəmək üçün saleh əməlləri və Allahın müqərrəb bəndələrini vasitə etməkdir.
2. Bu dua forması tamamilə düzgündür:
“Allahım! Fatimə Zəhranın (s.ə) hörmətinə övladıma şəfa ver.”
3. Bu cür birbaşa müraciət də, düzgün etiqadla, təvəssül çərçivəsində başa düşülə bilər:
“Ya Fatimə! Allahın izni ilə övladım üçün şəfa istə və mənə yardım et.”
4. Hər iki halda şəfanı verən, hacəti yerinə yetirən və müstəqil qüdrət sahibi olan yalnız Allahdır.
5. Şirk yalnız o halda yaranır ki, imam, peyğəmbər və ya hər hansı bir məxluq Allahdan ayrı və müstəqil qüdrət sahibi sayılsın.
6. Buna görə sizin birbaşa Allahdan istəməyə meyliniz dini baxımdan tamamilə sağlam və dəyərlidir. Təvəssül etmək istəyirsinizsə, Əhli-beyti (ə) Allah yanında vəsilə və şəfaətçi qərar verərək dua edə bilərsiniz.
107000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

🔰#Şübhə_1452 #təvəssül #şiə

📛Şübhə
İmamlardan birbaşa kömək istəmək təvəssül sayılırmı?
❓Sual
Mən təvəssülə tam inanıram. Məsələn, belə dua etdikdə rahatlıq hiss edirəm:
“İlahi! Həzrət Fatimənin (s.ə) hörmətinə övladıma şəfa ver.”

Amma birbaşa belə müraciət etmək mənə çətin gəlir:
“Ya Fatimə! Övladıma şəfa ver.”

Sanki Allahın yerinə başqa bir mənbə qoymuş oluram. Halbuki *Dua Təvəssül*də də hər məsumun adı çəkildikdən sonra “Allah yanında bizim üçün şəfaətçi ol” mənası ifadə edilir; “hacətimi özün ver” deyilmir.

Digər tərəfdən, bəzi insanlar imamlarla çox rahat şəkildə birbaşa danışır, hacətlərini onlardan istəyir və bunu təvəssül adlandırırlar. Hansı yanaşma düzgündür? İmamlardan birbaşa istəmək tövhidə ziddirmi?

🔰Cavab
Təvəssül, Allahdan hacət istəmək üçün Onun seçilmiş bəndələrini, onların mənəvi məqamını və ya saleh əməlləri vasitə etməkdir.

Şiə etiqadına əsasən, təvəssülün iki düzgün forması vardır:
1. Hacəti birbaşa Allahdan istəmək, Əhli-beyti (ə) isə dua və şəfaət vasitəsi qərar vermək;
2. Peyğəmbər (s) və ya imamdan (ə) birbaşa kömək istəmək, lakin onların Allahdan müstəqil qüdrət sahibi olmadıqlarına, yalnız Allahın izni ilə təsir etdiklərinə inanmaq.

Bu iki formanın hər ikisində həqiqi, müstəqil və əsas hacətverən yalnız Allah-təaladır. Şirk o zaman yaranar ki, insan imamı, peyğəmbəri və ya hər hansı bir məxluqu Allahdan ayrı, müstəqil qüdrət və təsir sahibi hesab etsin.

1. Təvəssül nə deməkdir?
“Təvəssül” sözü “vəsilə” kökündəndir. “Vəsilə” insanı istədiyi məqsədə yaxınlaşdıran yol, səbəb və vasitə deməkdir.

Dini termin kimi təvəssül belə izah edilir:
Allahdan hacət istəmək üçün saleh əməli, peyğəmbərlərin və ilahi övliyaların mənəvi məqamını vasitə etmək.

Başqa sözlə, insan Allahın dərgahında Onun sevimli bəndələrini öz duası üçün şəfaətçi və vasitə qərar verir.

Qurani-Kərim buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun və Ona yaxınlaşmaq üçün vasitə axtarın.” (Maidə, 5:35)

Bu ayə Allaha yaxınlaşmaq üçün “vəsilə” axtarma prinsipini bəyan edir.

2. Birinci düzgün forma: Hacəti Allahdan istəmək
Təvəssülün ən açıq və hər kəs üçün rahat olan forması budur ki, insan hacətini birbaşa Allahdan istəsin, lakin Əhli-beytin (ə) məqamını dua üçün vasitə etsin.

Məsələn:
“Allahım! Həzrət Fatimə Zəhranın (s.ə) hörmətinə övladıma şəfa ver.”
• və ya:
“İlahi! Məhəmməd və Ali-Məhəmmədin haqqına, mənim hacətimi yerinə yetir.”

Bu dua formasında insan açıq şəkildə Allahdan istəyir. Əhli-beyt (ə) isə Allah yanında uca məqamı olan şəfaətçi və vəsilə kimi zikr edilir.

Bu, gündəlik həyatda bir möminin başqa mömindən “mənim üçün dua et” deməsinə də bənzəyir. Dua edən yenə Allahdan istəyir; lakin digər şəxsin duasından da faydalanmaq arzusunda olur.

Quranda da belə bir göstəriş vardır:
“Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma istəsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən və mərhəmətli görərdilər.” (Nisa, 4:64)

Bu ayə göstərir ki, insan həm birbaşa Allahdan bağışlanma istəyə, həm də Peyğəmbərdən (s) onun üçün istiğfar etməsini rica edə bilər.

3. İkinci düzgün forma: İmama birbaşa müraciət
İkinci forma budur ki, insan Peyğəmbərə (s), İmam Əliyə (ə), Həzrət Fatiməyə (s.ə), İmam Hüseynə (ə) və ya digər ilahi övliyalara müraciət edib kömək diləsin.
Məsələn:
“Ya Fatimə! Övladım üçün Allahdan şəfa istə.”
• və ya:
“Ya Əli! Allahın izni ilə mənə kömək et.”
• Bəzi möminlər qısa şəkildə:
“Ya Əli, kömək et!”
deyirlər. Bu sözün düzgün mənası belədir:

“Ey Əli (ə)! Allahın sənə verdiyi məqam və Allahın izni ilə mənə yardım et; mənim üçün Allah dərgahında vasitə ol.”

Bu ifadə yalnız həmin etiqadla düzgündür ki:
- bütün qüdrət əslində Allaha məxsusdur;
- imamların qüdrəti özlərindən və müstəqil deyil;
- onların təsiri Allahın izni, iradəsi və bəxş etdiyi imkanladır;
- onlar Allahın iradəsinə qarşı və ya Allahdan ayrı bir təsir göstərə bilməzlər.

4. İmamlara müraciət etmək Allahı kənara qoymaqdırmı?
Xeyr. Əgər insan imamlara Allahdan müstəqil qüdrət nisbəti vermirsə, bu müraciət Allahı kənara qoymaq sayılmır.
87000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

Bəzi alimlər Peyğəmbərdən (s) gələn rəvayətləri ayrıca toplayaraq xüsusi əsərlər də yazmışlar.

🔸 5. “Peyğəmbərin hədisləri unuduldu” iddiasının problemi nədir?
🔹 Cavab
Bu iddia bir neçə baxımdan problemli görünür:
• 1. Şiə mənbələrində Peyğəmbərdən (s) çoxlu hədis var
Şiə kitabları yalnız imam sözləri ilə dolu deyil. Orada:
- Peyğəmbərdən (s) birbaşa hədislər,
- imamlar vasitəsilə gələn nəbəvi hədislər,
- səhabələrdən gələn nəqllər
hamısı mövcuddur.

• 2. İmamın sözü Peyğəmbərdən (s) ayrılmır
Şiə etiqadına görə, imam Peyğəmbərin (s) elminin qoruyucusudur. Buna görə imamın hədisi əslində Peyğəmbərin sünnəsini qoruyan bir vasitədir.

• 3. Unutqanlıq iddiası tarixə uyğun deyil
Əgər bir məzhəb əsrlər boyu Peyğəmbər (s) hədisini qorumuş, onu yazmış və nəsildən-nəsilə ötürmüşdürsə, onu “unutmaqda” ittiham etmək ədalətli olmaz.

🔸 6. Şiə ilə sünni arasında əsas fərq nədir?
🔹 Cavab
Əsas fərq budur:
- Şiə məktəbi Peyğəmbərin (s) sünnəsini Əhli-beyt (ə) vasitəsilə qorunmuş ən etibarlı formada qəbul edir.
- Bəzi digər məktəblər isə səhabə, xəlifə və sonrakı nəslin rəylərini də müstəqil fiqhi dəlil kimi işlədiblər.

Burada şiə mövqeyi belədir:
Quranı və nəbəvi sünnəni ən düzgün izah edənlər Əhli-beytdir (ə).

Bu, Peyğəmbərin (s) hədisini kənara qoymaq deyil; əksinə, onu ən sağlam yolla almağa çalışmaqdır.

🔰 7. Nəticə
- Şiələr Peyğəmbərin (s) hədislərini unutmayıb.
- Əhli-beyt (ə) hədisləri şiə baxımından Peyğəmbərin (s) sünnəsinin etibarlı davamıdır.
- Şiə imamları peyğəmbər saymır və onlara müstəqil vəhy nisbət vermir.
- Şiənin Əhli-beytə müraciəti Səqəleyn hədisi və Təthir ayəsi kimi dəlillərə əsaslanır.
- Şiə mənbələrində Peyğəmbərdən (s) gələn hədislər çoxdur; imamların rəvayətləri isə həmin sünnənin qorunmuş formasıdır.
- “Şiə Peyğəmbərin (s) sünnəsini unutdu” iddiası elmi baxımdan doğru deyil.

📚Mənbələr
1. Küleyni, Məhəmməd ibn Yəqub, əl-Kafi, c. 1, s. 53.
2. Müfid, Şeyx Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nüman, əl-Əmali, s. 42.
3. Məkarim Şirazi, Naser, Dairetül-məarif fiqh müqayisə, c. 1, s. 168.
4. Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, əl-Müstədrək aləs-Səhiheyn, c. 3, s. 126.
5. Əhməd ibn Hənbəl, Müsnəd Əhməd, c. 5, s. 181; c. 4, s. 366.
6. Müslim ibn Həccac, Səhih Müslim, c. 4, s. 110, “Fəzail” kitabı.
7. Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq və kəşfüs-sidq, s. 226.
8. Kaşifül-Ğita, Məhəmməd Hüseyn, Əslüş-şiə və üsuluha, s. 162.
9. İbn Həcər Heytəmi, əs-Səvaiqül-mühriqə, s. 189.
10. Buxari, Səhih Buxari, c. 1, s. 38; c. 4, s. 175.
11. İbn Səd, ət-Təbəqatül-kübra, c. 2, s. 354; c. 4, s. 327.
12. Zərqani, Şərhüz-Zərqani alə Muvatta Malik, c. 1, s. 318.
13. Təbəri, Məhəmməd, Pərsian qaynaqlarına istinad edilən şiə cavab mətnləri, s. 329–330.
14. Qurani-Kərim:
- Əhzab, 33:33
- Həşr, 59:7
- Ali-İmran, 3:49

http://T.me/shubhelere_cavablar
122000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

🔰#Şübhə_1451 #Şiə #İslam

📛Şübhə
Şiələr Peyğəmbərin (s) hədislərini unutdularmı?

Bəzi müəlliflər belə iddia edirlər:
“Şiə Əhli-beyt imamlarının hədislərinə həddən artıq önəm verir və bununla Peyğəmbərin (s) hədislərini kölgədə qoyur. Hətta guya şiə kitablarında Peyğəmbərin (s) hədisləri azdır və əsas diqqət imamlara yönəlib.”
Bu iddia doğrudurmu? Şiə məktəbi doğrudanmı Peyğəmbərin (s) sünnəsini unutmuşdur?

🔰Cavab
Xeyr. Şiə məktəbi Peyğəmbərin (s) hədislərini nə unudub, nə də kənara qoyub. Əksinə, şiə etiqadına görə İmamların (ə) hədisləri də Peyğəmbərin (s) sünnəsinin davamı və izahıdır.

Şiələrin Əhli-beyt (ə) rəvayətlərinə əsaslanmasının səbəbi odur ki, onlar bu rəvayətləri Peyğəmbərdən (s) gələn elmin ən etibarlı daşıyıcıları hesab edirlər. Şiə baxımından imamlar özbaşına danışmırlar; onların sözü Peyğəmbərdən (s) gələn irsin davamıdır.

Bundan əlavə, şiələr Peyğəmbər (s) hədislərini də çox geniş şəkildə nəql etmişlər. Tarixdə isə uzun müddət hədis yazılmasına məhdudiyyət qoyulması daha çox bəzi sünni siyasi-hadisə xəttində yaşanmışdır.

🔸1. Şiə niyə Əhli-beyt (ə) hədislərinə müraciət edir?
🔹Cavab
Çünki şiə etiqadına görə Əhli-beyt (ə) Peyğəmbərin (s) ən yaxın elmi varisləridir. Onlar:
- Quranın düzgün təfsirini bilir;
- Peyğəmbərin (s) sünnəsini qoruyur;
- dini hökmləri şəxsi fikir kimi deyil, nəbəvi elm kimi çatdırır;
- ümmət üçün etibarlı hidayət mənbəyidir.

Bu baxışın əsas dəlillərindən biri Təthir ayəsi və Səqəleyn hədisidir.

📖 Təthir ayəsi
Qurani-Kərim buyurur:
“Allah siz Əhli-beytdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tam pak etmək istəyir.” Əhzab, 33:33

Şiə anlayışında bu ayə Əhli-beytin mənəvi saflığını və etibarlılığını göstərir.

📖Səqəleyn hədisi
Peyğəmbər (s) buyurmuşdur:
“Mən sizin aranızda iki ağır əmanət qoyuram: Allahın Kitabı və Əhli-beytim. Bu ikisinə sarılsanız, heç vaxt azmazsınız.”

Deməli, Əhli-beytin (ə) sözünə müraciət etmək Peyğəmbərin (s) öz göstərişinə əsaslanır.

🔸 2. İmamların hədisi Peyğəmbərin (s) hədisindən ayrı bir şeydirmi?
🔹 Cavab
Şiə baxımından xeyr. İmamların (ə) hədisləri mahiyyətcə Peyğəmbərin (s) hədisinin davamıdır.

İmam Sadiq (ə)-dən belə nəql olunmuşdur:
“Mənim hədisim atamın hədisidir, atamın hədisi babamın hədisidir, babamın hədisi Hüseynin hədisidir, Hüseynin hədisi Həsənin hədisidir, Həsənin hədisi Əmirəl-mömininin hədisidir, Əmirəl-mömininin hədisi Allah Rəsulunun (s) hədisidir, Allah Rəsulunun hədisi isə Allahın sözüdür.”

Bu məzmun göstərir ki, imamların rəvayətləri Peyğəmbərdən (s) qopan müstəqil bir din deyil, nəbəvi elmin ailə zənciri ilə qorunmuş formasıdır.

Buna görə şiələr imamların sözünü Allahın sözü ilə eyniləşdirmir; sadəcə, onların nəql etdikləri dini məlumatı etibarlı sayırlar.

🔸 3. Şiələr Peyğəmbərin (s) hədislərini haradan alır?
🔹Cavab
Şiələr Peyğəmbərin (s) hədislərini bir neçə yolla əldə etmişlər:
1. İmam Əli (ə) vasitəsilə
Çünki İmam Əli (ə) Peyğəmbərlə (s) daim birlikdə idi və onun elmində xüsusi mövqeyə malik idi.
2. Əhli-beyt imamları vasitəsilə:
Onlar Peyğəmbərdən (s) gələn elmi qoruyub gələcək nəsillərə ötürmüşlər.
3. Səhabələrin etibarlı şəxsləri vasitəsilə:
Salman, Əbu Zər, Miqdad, Əmmar kimi səhabələrdən də nəbəvi rəvayətlər nəql olunmuşdur.
4. Birbaşa nəbəvi isnadlarla
Şiə mənbələrində Peyğəmbərə (s) birbaşa çatdırılan hədislər də çoxdur.

Yəni şiə məktəbi Peyğəmbərin (s) hədisindən uzaq deyil; əksinə, ona ən çox diqqət verən məktəblərdən biridir.

🔸 4. Şiə tarixində Peyğəmbər hədisləri niyə güclü qorunub?
🔹 Cavab
Çünki şiə cəmiyyətində ümumən hədislərin rəvayəti və yazılması qadağan edilməmişdir. Tarixi mənbələrə görə isə bəzi dövrlərdə başqa mühitlərdə hədis yazmaq və yaymaq məhdudiyyət altına alınmışdı.

Bu səbəblə şiə mühitində:
- hədislərin nəqli davam etdi;
- imamların dövründə elmi silsilə qırılmadı;
- Peyğəmbər (s) sünnəsi Əhli-beyt vasitəsilə yaşadıldı.

Şiə alimləri daha sonra bu rəvayətləri ayrıca kitablar şəklində topladılar. Məsələn:
- əl-Kafi
- Təhzibül-əhkam
- əl-İstibsar
- Mən la yəhzuruhul-fəqih
- sonrakı dövrlərdə hədis toplusu və fiqhi məcmuələr
98000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

Lakin eyni prinsip hər kəs üçün tətbiq edilməlidir. Əgər ömərə aid edilən “Ya Sariyə, dağa tərəf!”, Nilə məktub, zəlzələnin dayanması və odun sönməsi kimi xəbərlər kəramət ehtimalı ilə izah edilə bilirsə, Peyğəmbər (s) və Əhli-beyt imamları (ə) barədə Allahın izni ilə nəql edilən möcüzə və kəramətləri dərhal “şirk” və ya “qülüv” adlandırmaq ikili standartdır.

6. Şiə baxımından düzgün yanaşma necə olmalıdır?
Şiə alimlərinin elmi metodu aşağıdakı prinsiplərə dayanır:
1. Hər rəvayət ayrıca araşdırılmalıdır.
Bir xəbərin sünni və ya şiə kitabında olması onun qəti səhihliyinə kifayət etmir.
2. Sənəd və mətn birlikdə qiymətləndirilir.
Ravi zənciri, rəvayətin tarixi şəraiti, Quranla və qəti dini prinsiplərlə uyğunluğu araşdırılır.
3. Zəif rəvayət əsasında əqidə qurulmur.
Xüsusilə qeybi xəbərlər və fövqəladə hadisələr qəti dəlil olmadan dinin əsası kimi təqdim edilə bilməz.
4. Allahın izni ilə kəramət mümkündür.
Quran peyğəmbərlərin Allahın izni ilə qeyri-adi işlər görməsini açıq şəkildə bildirir. Məsələn, Həzrət İsa (ə) Allahın izni ilə xəstələri sağaldır və ölüləri dirildirdi:
“Allahın izni ilə anadangəlmə koru və alacalı xəstəliyə tutulanı sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...” Ali-İmran, 3:49

5. Müstəqil qüdrət yalnız Allaha məxsusdur.
Peyğəmbər, imam, səhabə və ya hər hansı saleh bəndə Allahdan müstəqil təsir sahibi deyil.

🔰Yekun nəticə
- ömər ibn xəttab haqqında “Ya Sariyə, dağa tərəf!” çağırışı, Nil çayına yazı göndərilməsi, zəlzələnin dayandırılması və yanğının söndürülməsi barədə xəbərlər bəzi əhli-sünnə kitablarında nəql edilmişdir.
- Bu nəqllərin hamısını qəti tarixi fakt kimi qəbul etmək üçün ayrıca sənəd araşdırması lazımdır.
- Xüsusilə “Ya Sariyə, dağa tərəf!” hekayəsinin əsas nəql zəncirində Seyf ibn Ömərin olması onun sənəd baxımından ciddi araşdırılmasını zəruri edir.
- Qeyri-adi hadisə nəql etmək təkbaşına qülüv deyildir. Qülüv, məxluqa Allahdan müstəqil ilahi qüdrət və xüsusiyyətlər nisbət verməkdir.
- Allahın izni ilə kəramətin baş verməsini mümkün bilmək tövhidə zidd deyil.
- Elmi və ədalətli yanaşma tələb edir ki, bir meyar həm səhabələr, həm Peyğəmbər (s), həm də Əhli-beyt imamları (ə) barədə eyni cür tətbiq edilsin.

📚Mənbələr
1. İbn Kəsir, İsmail ibn Ömər, əl-Bidayə və ən-nihayə, c. 7, s. 94.
Qeyd: “Ya Sariyə, əl-cəbəl” hekayəsi ilə bağlı nəql Seyf ibn Ömərdən gəlir.
2. İbn Qudamə, Abdullah ibn Əhməd, əl-Muğni, c. 10, s. 552.
3. İbn Qudamə, Əbdürrəhman ibn Məhəmməd, əş-Şərhül-kəbir, c. 10, s. 387.
4. Münavi, Əbdürrəuf, Feyzül-qədir şərhül-Camiis-səğir, c. 4, s. 664.
5. Fəxrəddin Razi, Məfatihül-ğeyb (ət-Təfsirül-kəbir), c. 21, s. 87–88.
Nil, zəlzələ və yanğınla bağlı nəqllər bu mənbədə qeyd edilmişdir.
6. İbn Teymiyyə, Dəqaiqüt-təfsir, c. 2, s. 140.
7. İbn Əsir, Üsüdül-ğabə fi mərifətis-səhabə, c. 2, s. 244.
8. İbn Həcər Əsqəlani, əl-İsabə fi təmyizis-səhabə, c. 3, s. 5–6.
9. Yəqubi, Əhməd ibn Əbi Yəqub, Tarixül-Yəqubi, c. 2, s. 156.
10. İbn Əsir, əl-Kamil fit-tarix, c. 3, s. 42–43.
11. Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixül-İslam, c. 1, s. 384.
12. İbn Xəldun, Əbdürrəhman, Tarixu İbn Xəldun, c. 1, s. 110.
13. Zəbidi, Mürtəza, Tacül-ərus min cəvahiril-qamus, c. 16, s. 327.
14. Qurani-Kərim, Ali-İmran, 3:49.

http://T.me/shubhelere_cavablar
112000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

“Ey Nil! Əgər Allahın əmri ilə axırsansa, ax! Əgər öz əmrinlə axırsansa, sənə ehtiyacımız yoxdur!”
Həmin saxsı Nilə atıldı və bundan sonra Nil yenidən dayanmadı.
📚Mənbə mətni
“Nəql olunur ki, Misir Nil çayı cahiliyyət dövründə hər il bir dəfə dayanır, gözəl bir qız ona atılmayınca axmırdı. İslam gəldikdən sonra Əmr ibn As bu hadisəni Ömərə yazdı. Ömər bir saxsı parçasına yazdı: ‘Ey Nil! Əgər Allahın əmri ilə axırsansa, ax; yox, əgər öz əmrinlə axırsansa, sənə ehtiyacımız yoxdur!’ Həmin saxsı Nilə atıldı və Nil axdı; bundan sonra artıq dayanmadı.”

📌 Elmi qeyd
Bu xəbər bəzi təfsir və tarix kitablarında mövcuddur. Lakin onun hədis elmi baxımından sənədi və tarixi təfərrüatları ayrıca yoxlanmalıdır. Üstəlik, bəzi nəqllərdə məsələ Nilin daşması yox, hər il su səviyyəsinin aşağı düşməsi və xalq arasında mövcud olan cahiliyyət adəti ilə əlaqələndirilir. Buna görə hadisənin məzmunu danışılarkən mənbələrin ifadəsinə sadiq qalmaq vacibdir.

Hətta bu hadisə qəbul olunsa belə, onun tövhidə uyğun yozumu budur: Nil çayını idarə edən müstəqil şəkildə Ömər deyil, Allahdır; yazı və dua yalnız Allahın qüdrətinə yönəlmiş bir vasitə kimi başa düşülə bilər.

3. “Yer ömərin qamçısından qorxdu” — zəlzələnin dayanması
• Rəvayət
Fəxrəddin Razi belə bir xəbər də nəql edir:
Mədinədə zəlzələ baş verdi. Ömər qamçısını yerə vuraraq dedi:
“Sakit ol, Allahın izni ilə!”
Bundan sonra zəlzələ dayandı və Mədinədə bir daha zəlzələ baş vermədi.
📚Mənbə mətni
“Mədinədə zəlzələ oldu. Ömər qamçısını yerə vurub dedi: ‘Allahın izni ilə sakit ol!’ Yer sakitləşdi və bundan sonra Mədinədə bir daha zəlzələ baş vermədi.”
📌 Elmi qeyd
Bu xəbər kəramət mahiyyətli bir rəvayət kimi qeyd olunur. Ancaq belə bir iddianın qəti şəkildə qəbul edilə bilməsi üçün onun isnadının araşdırılması zəruridir. Həmçinin “bundan sonra Mədinədə heç vaxt zəlzələ olmadı” şəklindəki ümumi tarixi iddia ayrıca tarixi yoxlama tələb edir.

Əgər rəvayət qəbul edilərsə, mətnin özündəki “bi-iznillah” — “Allahın izni ilə” qeydi mühümdür. Bu qeyd hadisənin Allahdan müstəqil qüdrət şəklində deyil, ilahi izn və kəramət çərçivəsində təqdim edildiyini göstərir.

4. Yanğının ömərin əmri ilə sönməsi
• Rəvayət
Yenə Fəxrəddin Razinin təfsirində nəql edilir ki, Mədinədə bir evdə yanğın baş vermişdi. ömər bir saxsı üzərinə belə yazdı:
“Ey od! Allahın izni ilə sakitləş!”
Həmin saxsı alova atıldıqda yanğının dərhal söndüyü nəql olunur.
📚Mənbə mətni
“Mədinənin evlərindən birində yanğın baş verdi. Ömər bir saxsı üzərinə yazdı: ‘Ey od! Allahın izni ilə sakitləş!’ Onu oda atdılar və od dərhal söndü.”
📌 Elmi qeyd
Bu rəvayət də fövqəladə hadisə kimi nəql olunur. Onun tarixi-sənədi dəyəri ayrılıqda araşdırılmalıdır. Mətn zahirən qəbul edilərsə, yenə “Allahın izni ilə” ifadəsi əsas çərçivədir: kəramət müstəqil ilahi qüdrət deyil, Allahın yaratdığı qeyri-adi bir hadisə kimi izah edilə bilər.

5. Bu rəvayətlər qülüv sayılırmı?
❓ Sual
Əhli-sünnə mənbələrində nəql edilən bu tip rəvayətlər qülüvdürmü? Əgər qülüv deyilsə, niyə Əhli-beyt (ə) haqqında kəramət rəvayətləri dərhal qülüv adlandırılır?

📌 Cavab
Əqidə baxımından qülüvün meyarı bir şəxsin barəsində qeyri-adi bir işin nəql olunması deyil. Əsas meyar, həmin işin hansı şəkildə izah edilməsidir.

📌 Qülüv nədir?
Qülüv, məxluq barədə həddini aşmaqdır. Məsələn:
- onu Allah və ya Allahın bir hissəsi saymaq;
- ona Allahdan müstəqil elm və qüdrət nisbət vermək;
- onu müstəqil ruzi verən, yaradan, öldürən və idarə edən bilmək;
- onun Allahın iradəsindən asılı olmadan kainatda təsərrüf etdiyinə inanmaq.
Bunlar tövhidlə ziddir.

• Kəramət nədir?
Kəramət isə Allahın saleh bəndəsinə verdiyi qeyri-adi bir lütfdür. Kəramətdə:
- hadisəni yaradan Allahdır;
- bəndə müstəqil qüdrət sahibi deyil;
- hər şey Allahın izni və iradəsi ilə baş verir.

Bu baxımdan, əgər bir şəxs Ömər ibn Xəttab, digər səhabələr, övliyalar, Peyğəmbər (s) və ya imamlar (ə) barədə nəql edilən qeyri-adi hadisələri Allahın izni ilə baş verən kəramət kimi anlayırsa, sırf belə bir inancın özü qülüv deyildir.
59000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

03 Eyl 2026 12:51

🔰#Şübhə_1450 #ömər #Əhlisünnə #ğüluv
#ğali

📛Şübhə
Bəzi əhli-sünnə mənbələrində ikinci xəlifə ömər ibn xəttaba müxtəlif fövqəladə hadisələr aid edilir. Məsələn, onun Mədinədən uzaqda döyüşən qoşun başçısına səsinin çatması, Nil çayına əmr verməsi, zəlzələni dayandırması və yanğını söndürməsi nəql olunur.

Əgər şiələr Peyğəmbərin (s) və ya Əhli-beyt imamlarının (ə) Allahın izni ilə kəramət və qeybi yardım göstərməsinə inananda bəzi şəxslər onları qülüvdə ittiham edirlərsə, bu rəvayətlərin hökmü nədir? Bu cür nəqllər qülüv sayılmırmı?

🔰Cavab
Bu tip xəbərlər əhli-sünnə tarix, təfsir, tərcümeyi-hal və ədəbiyyat kitablarının bir qismində ömər ibn xəttabın fəzilətləri və kəramətləri kimi nəql edilmişdir. Lakin onların bir kitabda mövcud olması bütününün sənəd baxımından səhih olması demək deyil; hər rəvayət ayrıca isnad və mətn baxımından araşdırılmalıdır.

Əqidə baxımından əsas meyar budur:
- Əgər hər hansı qeyri-adi hadisə Allahın izni, qüdrəti və iradəsi ilə baş vermiş möcüzə və ya kəramət kimi təqdim edilirsə, bu, öz-özlüyündə qülüv deyildir.
- Lakin bir məxluqa Allahdan müstəqil elm, qüdrət, idarəçilik və təsir nisbət verilsə, bu tövhidlə ziddiyyət təşkil edər və qülüv xarakteri daşıyar.

Buna görə də Əhli-beyt (ə) haqqında “Allahın izni ilə” deyilən kəramətləri dərhal qülüv adlandırıb, eyni məzmunlu xəbərləri başqa şəxslər barəsində tərəddüdsüz qəbul etmək elmi və ədalətli metod sayılmır.

1. “Ya Sariyə, dağa tərəf!” — Ömərin səsinin uzaqdakı qoşuna çatması
• Rəvayət
Bəzi mənbələrdə nəql olunur ki, Sariyə ibn Züneym Fəsə və Darabcərd bölgələrində fars və kürd qüvvələri ilə döyüşürdü. Müsəlman ordusu say baxımından və hərbi mövqe baxımından çətin vəziyyətə düşmüşdü.

Rəvayətə əsasən, ömər ibn xəttab Mədinədə cümə xütbəsi oxuyarkən döyüş səhnəsini görmüş, düşmənin müsəlmanları bir neçə tərəfdən mühasirəyə almaq üzrə olduğunu anlamışdı. O, minbərin üzərində üç dəfə belə səslənmişdi:
“Ya Sariyə! Əl-cəbələ, əl-cəbələ!”
“Ey Sariyə! Dağa tərəf, dağa tərəf!”

Sonra ömərin döyüşçülərə üz tutaraq belə dediyi nəql edilir:
“Allahın orduları vardır; bəlkə onlardan bəzisi bu xəbəri onlara çatdırar.”

Həmin xəbərə görə, Sariyə və ordusu bu çağırışı eşitmiş, dağa tərəf çəkilmiş, yalnız bir istiqamətdən düşmənlə üz-üzə qalmış və nəticədə qələbə qazanmışdır.
📚Mənbə mətni
İbn Kəsir Seyfdən və onun şeyxlərindən belə nəql edir:
“Sariyə ibn Züneym Fəsə və Darabcərdi hədəf götürdü. Farslardan və kürdlərdən çox böyük bir qüvvə onun qarşısına toplandı. Müsəlmanlar böyük çətinliklə üzləşdilər... Ömər həmin gecə yuxuda onların döyüşünü və düşmənin çoxluğunu gördü... Onlar bir səhrada idilər; orada bir dağ var idi. Əgər arxalarını dağa versəydilər, yalnız bir tərəfdən hücuma məruz qalardılar.
Ertəsi gün ömər camaatı topladı. Onların toplandığını düşündüyü saatda minbərə çıxıb xütbə verdi və gördüklərinin xüsusiyyətini onlara bildirdi. Sonra dedi: ‘Ey Sariyə, dağa tərəf! Dağa tərəf!’... Sonra dedi: ‘Allahın orduları vardır; bəlkə onlardan bəzisi bu xəbəri onlara çatdırar.’ Onlar ömərin göstərişinə əməl etdilər; Allah da onları düşmən üzərində qalib etdi və şəhəri fəth etdilər.”

📌Elmi qeyd
Bu hekayənin isnadında əsas nəqledici kimi seyf ibn Ömər adı keçir. Hədis və rical alimlərinin əhəmiyyətli bir qismi Seyf ibn Öməri zəif, hətta bəzi alimlər uydurma rəvayət nəql etməkdə ittiham olunmuş ravi hesab etmişlər. Buna görə bu əhvalatı qəti tarixi fakt kimi təqdim etmək düzgün metod deyil.

Bununla yanaşı, əhli-sünnə müəlliflərinin bir qismi bu xəbəri ömərin kəraməti kimi nəql etmişdir.

2. Nil çayına ömərin əmri
• Rəvayət
Fəxrəddin Razinin təfsirində belə bir hadisə nəql edilir:
Cahiliyyət dövründə Misirin Nil çayı hər il bir dəfə dayanırdı və guya gözəl bir gənc qız ona atılmayınca yenidən axmazdı. İslam gəldikdən sonra Əmr ibn As bu hadisəni Ömərə yazdı. ömər bir saxsı parçasının üzərinə belə yazdı:
69000
Şübhələrə Cavablar logo
Şübhələrə Cavablar

01 Eyl 2026 04:46

Yəmən hadisələri də eyni qaydadadır. Bu gün Yəməndə baş verən müsbət İslami oyanış və müqavimət hərəkatı nə qədər ümidverici olsa da, onun hədislərdə vəd olunan qəti "Yəməni" hadisəsi olub-olmadığını zaman göstərəcəkdir. Bu məsələdə qəti hökm verməkdən çəkinmək lazımdır.

• Ayətullah Behcətdən nəql olunan sözlərə gəlincə, bu cür şifahi xatirələr və nəqllər fərdi olaraq ruh yüksəkliyi yarada bilər, lakin onlar heç vaxt qəti teoloji dəlil və ya zaman təyini üçün əsas rolunu oynamır.

🔰 Elmi Nəticə
Yəməndə baş verən son hadisələr hədislərdə vəd edilmiş zühur əlaməti olan "Yəmaninin xürucu" ilə üst-üstə düşə bilər, eyni zamanda ondan tamamilə fərqli bir tarixi hadisə də ola bilər.

• Din alimlərinin və mütəxəssislərin tövsiyəsi budur ki, bu cür hadisələrə təqribi və ehtimalı yanaşaq, qəti hökmlərdən və tətbiqlərdən çəkinək.
• Zühurun vaxtını araşdırmaq və ya hadisələri hədislərlə uyğunlaşdırmağa vaxt sərf etmək əvəzinə, əsas diqqətimizi fərdi və ictimai hazırlığa (intizara) yönəltməliyik.
• Həqiqi intizar - zühura zəmin yaratmaq, elmi, mənəvi, əxlaqi və əməli cəhətdən İmam Zamanın (ə.f) ordusuna layiq bir əsgər kimi yetişməkdən ibarətdir. Belə bir hazırlığa malik olan mömin üçün zühurun nə vaxt baş verəcəyindən asılı olmayaraq, o, öz vəzifəsini yerinə yetirmiş sayılır.

📚 Mənbə:
1. Məhəmməd ibn İbrahim Nomanı, Kitabül-Qeybə, s. 286, h. 17; Bihar, c. 52, s. 139-140, h. 49.
2. Şeyx Səduq, kəmalüd-din və təmamün-nemə, c. 2, s. 555.
3. Məhəmmədbaqir Məclisi, Bihar, c. 52, s. 210.

http://T.me/shubhelere_cavablar
89000

Showing 30 of 40 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Şübhələrə Cavablar Telegram kanalı ne hakkında?+

Şübhələrə Cavablar (@shubhelere_cavablar), tgdio üzerinde Spiritüellik kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 917 abonesi var.

Şübhələrə Cavablar (@shubhelere_cavablar) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @shubhelere_cavablar abonesi olun.

Şübhələrə Cavablar iyi bir Spiritüellik kanalı mı?+

tgdio üzerinde katılmadan önce Şübhələrə Cavablar puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 917 abonesi var. Benzer Spiritüellik kanallarla karşılaştırın.

Şübhələrə Cavablar istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @shubhelere_cavablar sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.