Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA Telegram channel photo

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

@smbgovazPublic Channel

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia

352

Last views

2.3k (2,298 subscribers)
Üyeler
—
Rating
49
Total Posts
Oct 16, 2026, 10:01 AM
Güncellendi
Apr 14, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameKiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Username@smbgovaz
Categoryİş Dünyası Haberleri
LanguageTürkçe
CountryTürkiye
Üyeler2,298
Channel TypePublic Channel
Created14 Nis 2026
Last Updated16 Eki 2026 • 6 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#287314-559
Dil Sıralaması
#2507Değişiklik yok
Kategori Sıralaması
#4640-13

Üye Büyümesi

Toplam: 2.3K30 Days growth: -241%
09/1709/2209/2710/0210/0710/1210/16
Üye Büyümesi - 30 Days
DateSubscribers
17:09:20262,322
18:09:20262,322
19:09:20262,315
20:09:20262,315
21:09:20262,315
22:09:20262,315
23:09:20262,315
24:09:20262,315
25:09:20262,315
26:09:20262,315
27:09:20262,315
28:09:20262,315
29:09:20262,315
30:09:20262,315
01:10:20262,315
02:10:20262,315
03:10:20262,315
04:10:20262,315
05:10:20262,315
06:10:20262,315
07:10:20262,315
08:10:20262,315
09:10:20262,315
10:10:20262,315
11:10:20262,315
12:10:20262,315
13:10:20262,315
14:10:20262,315
15:10:20262,315
16:10:20262,298
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 13:04:20262,450
Week of 20:04:20262,450
Week of 27:04:20262,418
Week of 04:05:20262,418
Week of 11:05:20262,418
Week of 18:05:20262,418
Week of 25:05:20262,418
Week of 01:06:20262,418
Week of 08:06:20262,418
Week of 15:06:20262,418
Week of 22:06:20262,418
Week of 29:06:20262,358
Week of 06:07:20262,358
Week of 13:07:20262,358
Week of 20:07:20262,358
Week of 27:07:20262,358
Week of 03:08:20262,358
Week of 10:08:20262,358
Week of 17:08:20262,333
Week of 24:08:20262,333
Week of 31:08:20262,323
Week of 07:09:20262,322
Week of 14:09:20262,315
Week of 21:09:20262,315
Week of 28:09:20262,315
Week of 05:10:20262,315
Week of 12:10:20262,298
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20262,450
May 20262,418
June 20262,418
July 20262,358
August 20262,323
September 20262,315
October 20262,298
Üye Büyümesi - Yearly
DateSubscribers
20262,298

Son Yazılar

Photo1/2
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması, torpaq və əmlakla bağlı xərclər və s. investisiya layihəsinin maliyyə yükünü artıra bilər. Belə layihələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə 2016-cı ildən Azərbaycanda investisiya təşviqi mexanizmi tətbiq olunur.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin iyun ayında imzaladığı Fərmanla investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin sayı 17-yə çatdırılıb. Dəyişikliklə xüsusilə kənd təsərrüfatı, aqrar istehsal və emal, eləcə də İKT üzrə sənaye məhsullarının istehsalı sahələrində yeni investisiya imkanları yaradılıb.

Ətraflı - https://smbgovaz.short.gy/pcyeGK
352000
Photo1/2
İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, dövlət tərəfindən tətbiq olunan güzəştlər və təşviq mexanizmləri regionu investisiya qoyuluşu üçün cəlbedici məkanlardan birinə çevirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı, sənaye, turizm, xidmət, logistika və s. kimi sektorlarda geniş investisiya qoyuluşu imkanlarına malikdir. Bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici iş adamları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) regional xidmət şəbəkəsinə müraciət edə bilərlər.

Ətraflı - https://smbgovaz.short.gy/o5OJ32
340000
Video
Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb

2026-cı ilin avqust ayında Azərbaycanda bankların kredit portfeli iyul ayı ilə müqayisədə 2,3 faiz artaraq 32,824.2 milyon manat təşkil edib.

Kredit portfelinin strukturu:

🔵Biznes kreditləri — 17,822.9 milyon manat (+2,8 faiz);
🔵İstehlak kreditləri — 10,261.1 milyon manat (+2,2 faiz);
🔵İpoteka kreditləri — 4,740.2 milyon manat (+0,3 faiz).

▶️ Mənbə: Azərbaycan Mərkəzi Bankı
282000
Photo1/2
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

27 Sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunmuş aksiya 23-25 sentyabr tarixlərində Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”ında, eləcə də Lənkəran, Şəki və Quba rayonlarında keçirilib. Aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, o cümlədən KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan veriblər.

Ətraflı - https://smbgovaz.short.gy/yPzkZl
243000
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır”

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı, rəqabət qabiliyyətinin artırılması və yerli istehsalın stimullaşdırılması istiqamətində mühüm addımlardan biri də KOB klasterlərinin yaradılmasıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) departament müdiri Altun Yasinli ölkəmizdə həyata keçirilən klasterləşmə barədə sualları cavablandırıb.

Ətraflı - https://vergiler.az/news/articles/40769.html
239000
Photo1/2
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın yeni mərhələsinə qoşul

Texnologiyaların tətbiqi ilə bağlı çətinlik yaşayırsınız?

Texnoloji transformasiya üçün yol xəritəniz yoxdur?

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” həyata keçirilir. Proqram beynəlxalq ekspertlərlə birgə rəqəmsal iqtisadiyyatın inkişafına, yerli sənaye müəssisələrinin texnoloji səviyyəsinin artırılmasına və innovativ texnologiyaların tətbiqinə, bununla da ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi hədəfləyir.

Proqramın məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırılması nəticəsində bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətliliyini artırmaq, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən ibarətdir.

Proqram qoşulan şirkətlərə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə aşağıdakı xidmətlər tam ödənişsiz təqdim olunur:

🔵Texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

🔵Müəssisələr üçün texnoloji transformasiyaya dair fərdiləşdirilmiş yol xəritəsinin hazırlanması;

🔵Texniki icra dəstəyi, o cümlədən maliyyə resurslarına çıxış.

2026-cı ildə proqrama qoşulan 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilərək onlar üçün yol xəritəsi hazırlanıb. Artıq bir sıra müəssisələr yol xəritələrinin icrasına başlayıb.

Proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az/ linkindən keçid edə bilərsiniz.

Ətraflı məlumat:

✉️ E-poçt: [email protected];

📞 Tel.: +994 70 622 53 63.
234000
🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
153000
Photo1/2
“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi müəssisələr üçün yeni texnoloji həllərə olan tələbatı da artırır. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri də biznes proseslərinin və təhsil idarəçiliyinin rəqəmsallaşdırılmasına yönəlmiş həllər təqdim edən “Performance System” MMC-dir. Şirkət ilkin olaraq “Coders Azerbaijan” təhsil mərkəzinin daxili ehtiyaclarından yaranan ideya əsasında formalaşıb, 2024-cü ildən isə ayrıca məhsul kimi bazara təqdim olunub. “Performance System” MMC, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) müvafiq şəhadətnaməsini əldə edib.

Şirkətin təsisçisi Seymur Həmidov platformanın yaranma ideyası, təqdim etdiyi rəqəmsal həllər, beynəlxalq bazarlara çıxış planları və gələcək inkişaf istiqamətləri barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

Ətraflı - https://azertag.az/xeber/performance_systemin_fealiyyetinin_merkezinde_startap_yanasmasi_dayanir___musahibe-4424430
154000
Video
Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır

🟦Bakıda müvafiq dövlət qurumlarının dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə beynəlxalq sərgilərin payız mövsümü başlayır.

🟦“Caspian Event Organisers”dən verilən məlumata görə, sərgi proqramı dövlət sektorunun, biznesin və ekspertlərin nümayəndələrini bir araya gətirərək investisiyaların cəlb edilməsi, texnologiyaların transferi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformaya çevriləcək.
Mövsümü 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026” açacaq. Bu sərgi ilə paralel olaraq 15-ci Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Vasitələri Sərgisi “Securex Caspian” da baş tutacaq. Bu il “ADEX” 5-ci pavilyonun cəlb edilməsi hesabına ekspozisiya sahəsinin rekord həddə genişlənməsini nümayiş etdirəcək, 4-cü pavilyon isə tamamilə Azərbaycanın müdafiə sənayesi potensialının nümayişinə həsr olunacaq. Tədbirdə 29 ölkədən 270-dən çox şirkət və 40-dan çox rəsmi nümayəndə heyəti iştirak edəcək.

🟦14–16 oktyabr tarixlərində proqramı “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” sərgilərini birləşdirən Xəzər Tikinti Həftəsi və 14-cü Beynəlxalq “Road & Traffic” sərgisi davam etdirəcək. Azərbaycanda elan olunan “Şəhərsalma və memarlıq ili” çərçivəsində 200-dən çox iştirakçı Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafı layihələrinə xüsusi diqqət yetirməklə innovativ materiallar, mühəndislik sistemləri və nəqliyyat infrastrukturu üçün həllər nümayiş etdirəcək.

🟦Payız mövsümünə 26–28 noyabr tarixlərində “Baku Crystal Hall”da Bakının “Dünyanın idman paytaxtı 2026” statusuna layiq görülməsinə həsr olunan “ExpoSport Azerbaijan” sərgisinin debütü yekun vuracaq. Tədbir idman sənayesinin əsas istiqamətlərini — obyektlərin tikintisindən və idman təbabətindən tutmuş kiberidman və idman turizminədək əhatə edərək B2B danışıqlar, interaktiv nümayişlər və yarışlar üçün şərait yaradacaq. Bu sərgilərin keçirilməsi xidmət sahəsini, mehmanxana sektorunu və nəqliyyat infrastrukturunu stimullaşdırmaqla ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
147000
Photo1/2
🔤🔤🔤🔤🔤

Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

İqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq özəl sektorun daha da gücləndirilməsi, sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəli şəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.

▶️ Ətraflı: vergiler.az
139000
Photo1/4
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

RIYADA-nın sədri Halima Al Zarinin rəhbərlik etdiyi heyət KOB evində sahibkarlara xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, “G2B” və “B2B” xidmətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb.

Həmçinin RIYADA nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və dövlət dəstəyi alətləri barədə məlumat verilib, KOB-ların inkişafı üzrə həyata keçirilən siyasət və təcrübə, eləcə də KOB sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Ətraflı - https://smbgovaz.short.gy/dTtDk7
125000
Photo1/2
Könüllü qanvermə aksiyası keçiriləcək

27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.

Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Ətraflı - https://smbgovaz.short.gy/RsyeU1
141000
Video
Neftçalada yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

🟦İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonu, Sübh kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.

🟦Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 4.946.213 manatdır.

🟦Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.500.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 100-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.

🟦Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.000.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

🟦Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

🟦İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 oktyabr 2026-cı il tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

🟦Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 21 oktyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
152000
Video
📊 Əsas investor ölkələrin siyahısı açıqlanıb

2026-cı ilin yanvar-avqust aylarında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 095,9 milyon manat  investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 21,2 faiz artıb.

Əsas investor ölkələr:

🇬🇧 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
🇹🇷 Türkiyə
🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri
🇷🇺 Rusiya
🇺🇸 ABŞ
🇨🇭 İsveçrə
🇯🇵 Yaponiya
🇮🇷 İran
🇭🇺 Macarıstan
🇫🇷 Fransa
🇮🇳 Hindistan
124000
ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək

◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

◼️Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.

◼️Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək.
103000
Photo
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.

Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:

- dəri ayaqqabıların istehsalı;
- perlit tərkibli inşaat məhsulları istehsalı;
- dializ aparatı üçün filtr istehsalı;
- məişət avadanlıqlarının yığımı;
- saxsı (keramik) sanitar məmulatlar istehsalı;
- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi) və s.

Ətraflı - https://smbgovaz.short.gy/OPeI2B
115000
Photo
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Avqustun 27-də Astara və Lənkəran şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin qəbulu təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov müvafiq şəhərlər üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.

Qəbul saat 11:00-dan etibarən Astara şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: İstiqlaliyyət küçəsi, 26B) keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 53, e-mail: [email protected], Seymur Murtuzayev, KOB dostu).
120000
Photo
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Startap" şəhadətnaməsi alan “AllinUs” sorğu, tədqiqat və market validation sahəsində yeni imkanlar yaradır. Platforma istifadəçilərə həm real rəy bildirmək, həm də bu rəylər əsasında qazanc əldə etmək imkanı təqdim edir. “AllinUs” MMC-nin yaradılma ideyası, fəaliyyəti, biznes modeli və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün “AllinUS LLC” Sorğu, Tədqiqat və Market Validation Platformasının baş icraçı direktoru Mərziyə Məmmədova AZƏRTAC-ın suallarını cavablandırıb.

Ətraflı - https://azertag.az/xeber/startap_rehberi_allinusu_qlobal_miqyasda_tetbiq_oluna_bilen_texnologiya_platformasina_chevirmek_hedefimizdir___musahibe-4370869
190000
🔤🔤🔤🔤🔤

Naxçıvan Sənaye Parkında geniş istehsal imkanları

◼️Prezident İlham Əliyev tərəfindən avqustun 11-də təməli qoyulan Naxçıvan Sənaye Parkının yaradılması Naxçıvan Muxtar Respublikasında sənaye potensialının inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması və müasir istehsal sahələrinin formalaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdəndir.

◼️Parkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər çərçivəsində burada istehsal, emal və təkrar emal sahələri, habelə xidmətlər üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri sənayesi, qablaşdırma məhsulları, kağız və kağız məmulatlarının istehsalı istiqamətlərində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

◼️Parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, idman və sağlamlıq mərkəzinin daxil olduğu sosial zona, təmir emalatxanası, anbar binası, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.

◼️İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Naxçıvan Sənaye Parkına potensial investor və sahibkarların cəlb olunması istiqamətində işlər davam etdirilir. Parkda digər sənaye parklarında olduğu kimi sahibkarların fəaliyyətinin təşviqi məqsədilə geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq.

◼️Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunacaqlar. Bu infrastruktura qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir. Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqlar isə ƏDV və gömrük rüsumlarından azad edilir.

◼️Naxçıvan Sənaye Parkının yaradılması regionda sənayeləşmənin sürətləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, investisiya imkanlarının genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verəcək.
172000
Şəki rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 2.000.000 manatdır.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2.000.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.

Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilər.

İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabr 2026-cı il tarixi daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
130000
Photo
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Ətraflı - https://smbgovaz.short.gy/2ZwzQ7
126000
Photo
Bakıda dağ-mədən sənayesi üzrə ixtisaslaşmış "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək

2027-ci ilin 8–10 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində dağ-mədən sənayesi, ağır maşınqayırma və tikinti sahələrinin ən irimiqyaslı ixtisaslaşmış tədbiri olan " https://www.azerbaijanminingexpo.com/" beynəlxalq sərgisi keçiriləcək.

“True Expo”nun məlumatına görə, sərgidə 5 mindən çox ziyarətçinin və 150-dən artıq eksponent şirkətin qatılacağı gözlənilir. Tədbirin işgüzar proqramı çərçivəsində 50-dən çox məruzəçinin iştirakı ilə tematik konfransların təşkili nəzərdə tutulur.

Xəzər regionunun dağ-mədən və tikinti sektorları üzrə aparıcı B2B platforması olan "Azerbaijan Mining Expo" qabaqcıl texnologiyaların nümayişi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə sənaye liderlərini, rəhbər heyəti və novatorları bir araya toplayır. Tədbirdə əsas diqqət dövlət dəstəyi ilə həyata keçirilən Azərbaycanın dağ-mədən və infrastruktur layihələrinin yüksək inkişaf potensialından səmərəli istifadəyə yönəldilir.

Sərgi sahələrində ağır texnika nümunələri, tikinti avadanlıqları, eləcə də faydalı qazıntıların hasilatı üzrə innovativ həll yolları nümayiş olunacaq. Ümumilikdə, bu tədbir dünyanın ən dinamik inkişaf edən bazarlarından birində işgüzar əlaqələrin genişləndirilməsi və biznesin davamlı inkişafı üçün mühüm perspektivlər açır.
161000
5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin yeni mərhələsinə start verilib

Müsabiqə Azərbaycan, eyni zamanda, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarını vahid platformada bir araya gətirərək onların həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına, brend nüfuzunun gücləndirilməsinə və yeni biznes imkanlarının formalaşmasına xidmət edir.

Müsabiqə çərçivəsində “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, bazarda möhkəm mövqe qazanmış, eləcə də media və sosial şəbəkələrdə tanınan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılır.

Ətraflı - https://shorturl.at/Kox33
137000

Showing 30 of 49 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA Telegram kanalı ne hakkında?+

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA (@smbgovaz), tgdio üzerinde İş Dünyası Haberleri kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 2.298 abonesi var.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA (@smbgovaz) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @smbgovaz abonesi olun.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA iyi bir İş Dünyası Haberleri kanalı mı?+

tgdio üzerinde katılmadan önce Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 2.298 abonesi var. Benzer İş Dünyası Haberleri kanallarla karşılaştırın.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @smbgovaz sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.