1/2Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması, torpaq və əmlakla bağlı xərclər və s. investisiya layihəsinin maliyyə yükünü artıra bilər. Belə layihələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə 2016-cı ildən Azərbaycanda investisiya təşviqi mexanizmi tətbiq olunur.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin iyun ayında imzaladığı Fərmanla investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin sayı 17-yə çatdırılıb. Dəyişikliklə xüsusilə kənd təsərrüfatı, aqrar istehsal və emal, eləcə də İKT üzrə sənaye məhsullarının istehsalı sahələrində yeni investisiya imkanları yaradılıb.
Ətraflı - https://smbgovaz.short.gy/pcyeGK









