1978-2005-ci illərdə Roma Papası olmuş II İoann Pavel (Karol Voytıla) milliyyətcə polyak idi. Soyuq müharibənin bitəndə, Şərqi və Qərbi Avropa ölkələri arasında gediş-gəliş asanlaşanda belə bir lətifə yarandı:
Papa Almaniya ziyarəti zamanı bir supermarketə girir. Çıxanda müdiriyyət ona gül buketi verir. İoann Pavel soruşur ki, Papa olduğuma görədir, ya əlamətdar saylı müştəriyəm? Cavab verirlər ki, yox, sadəcə siz bizdən ilk polyaksınız ki, marketdən nəsə oğurlamağa cəhd etmədiniz... 😁
Adam Rayner elmə məlum olan yeganə insandır ki, həyatı boyu həm cırtdan, həm nəhəng olub.
1917-ci ildə, 18 yaşında olarkən, Adamın boyu 122,5 sm idi. Lakin 26 yaşında onun boyu qəfil sürətlə artmağa başladı və 1931-ci ildə 218 sm-ə çatdı. Nəhənglik (gigantizm) nəticəsində o, yatağa məhkum oldu və kifoz (qozbellik) xəstəliyindən əziyyət çəkirdi.
Adam Rainerdə hipofiz vəzisində şiş aşkar edilmişdi və həkimlər boy artımındakı bu sıçrayışı məhz bununla izah edirdilər — halbuki bu yaşda insanlar adətən artıq boy atmırlar. 1930-cu ildə şiş Oskar Hirsch tərəfindən əməliyyatla götürüldü, lakin Adam yenə də böyüməyə davam etdi, sadəcə daha yavaş templə.
Bundan əlavə, o, akromeqaliya xəstəliyindən də əziyyət çəkirdi. Bu xəstəliyin tipik əlamətləri onda açıq şəkildə müşahidə olunurdu: qeyri-adi uzun qollar və ayaqlar, çıxıntılı alın və çənə, iri dodaqlar və seyrək dişlər.
4 mart 1950-ci ildə vəfat edərkən onun boyu 234 sm-ə çatmışdı. Ölümündən sonra cəsədi kremasiya olunmuş, dəfn yeri isə məlum deyil.
Avstriyanın Yuxarı Avstriya vilayətinin Braunau am Inn şəhərində Adolf Hitlerin doğulduğu ev.
Onun burada doğulması təsadüfi idi. Atası Almaniya ilə sərhəddə yerləşən bu şəhərdə gömrük işçisi idi və binanın üçüncü mərtəbəsindəki mənzili kirayələmişdi. Ailənin kökü isə Aşağı Avstriyanın Valdfirtel regionundan idi. Balaca Adik 😊 burada 3 yaşına qədər yaşadı, sonra köçdülər.
Nasizm dövründə ziyarətgaha çevrilən binanı İkinci dünya müharibəsindən sonra Pommer ailəsi aldı. Avstriya hökuməti xüsusi qanun qəbul edərək 2016-cı ildə evi Gerlinda Pommer adlı sahibindən 800 min avro müqabilində məcburi qaydada aldı. Məbləğdən narazı qalan qadın məhkəməyə müraciət etdi və 1,5 milyon avro ödənilməsinə nail oldu.
Hazırda binada təmir işləri gedir və BBC-nin məlumatına görə burada polislərə insan hüquqları üzrə təlim keçəcək ixtisasartırma kursu yerləşəcək.
Binanın qarşısında qoyulan daşın üzərində almanca “Sülh, azadlıq və demokratiya naminə. Faşizm bir daha heç vaxt. Milyonlarla qurban xəbərdarlıq edir” yazılıb.
23 mart 1931-ci il, qrossmeyster Viktor Korçnoy anadan olub. Bəziləri onu dünya çempionu olmayan ən güclü şahmatçı hesab edir.
Korçnoy 1976-cı ildə Niderlandda keçirilən turnirdə iştirak edəndən sonra SSRİ-yə qayıtmaqdan imtina etdi və Qərbdə məskunlaşdı. Yaşıdlarının ən güclü dövrü artıq arxada qaldığı zaman karyerasının ən parlaq dövrünü yaşadı. İki dəfə iddiaçılar turnirinin qalibi olaraq dünya çempionu Anatoli Karpovla qaşılaşdı. Kreml sovet şahmatçısı ilə sovetdən qaçan şahmatçının matçına böyük siyasi əhəmiyyət verirdi. ✅ Kanalımızın linki:
12 fevral 1929-cu il. SSRİ-dən sürgün olunan Lev Trotski arvadı və böyük oğlu ilə İstanbula gəlir və bir müddət sonra Mərmərə dənizində Şahzadə adalarının ən böyüyü olan (adından da bilindiyi kimi) Böyükadadakı bu indi uçulmuş evdə məskən salır.
Çexoslovakiyanın tərkibində olan Selmençı kəndinin bir hissəsi 1946-cı ildə SSRİ-yə verildi. Kəndin küçəsindən keçən sərhəd qohumları, hətta ailə üzvlərini ayırdı.
İsfahanda yerləşən Xilaskar Müqəddəs Məsih kilsəsi və ya qısaca Vank kafedralı. Şəhərin Nor-Cuqa (Yeni Culfa) adlı erməni məhəlləsində yerləşir.
Ermənilər buraya Naxçıvanın Culfa şəhərindən 1604-cü ildə şah I Abbas tərəfindən köçürülüblər. Tezliklə əlverişli yerdə yerləşmələrindən istifadə edərək Çin və Hindistanla ticarəti öz əllərinə alıblar. İranda ilk mətbəə də məhz burada, 1636-cı ildə ermənilər tərəfində yaradılıb və erməni dilinin qorunub saxlanılmasında önəmli rol oynayıb.
Kilsənin əsası 1606-cı ildə qoyulsa da, əsas tikinti işləri 1655-ci ildə başlayıb və 1664-cü ildə yekunlaşıb. Kitabxanasında 700-dən çox əlyazma mövcuddur.
Hazırda İsfahanda 6 minə qədər erməninin yaşadığı təxmin edilir.
23 mart 625-ci il, məkkəli bütpərəstlərlə Mədinədə yaşayan müsəlmanlar arasında Uhud döyüşü baş verir.
154002
Loading view history…
Derecelendirme
Giriş yapılması gerekli
Henüz yorum yok. Deneyiminizi ilk paylaşan siz olun!
Frequently Asked Questions
Tarixə Səyahət Telegram kanalı ne hakkında?+
Tarixə Səyahət (@tarixe_seyahet), tgdio üzerinde Seyahat ve Turizm kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 2.234 abonesi var.
Tarixə Səyahət (@tarixe_seyahet) kanalına nasıl katılırım?+
tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @tarixe_seyahet abonesi olun.
Tarixə Səyahət iyi bir Seyahat ve Turizm kanalı mı?+
tgdio üzerinde katılmadan önce Tarixə Səyahət puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 2.234 abonesi var. Benzer Seyahat ve Turizm kanallarla karşılaştırın.
Tarixə Səyahət istatistiklerini nerede görürüm?+
tgdio üzerinde @tarixe_seyahet sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.