Tarixçi Telegram channel photo

Tarixçi

@yadigarsadigliPublic Channel

Maraqlı tarixi faktlar

SiyasetTürkçeTürkiye

271

Last views

5.2k (5,172 subscribers)
Üyeler
—
Rating
98
Total Posts
Oct 14, 2026, 1:39 PM
Güncellendi
Apr 5, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameTarixçi
Username@yadigarsadigli
CategorySiyaset
LanguageTürkçe
CountryTürkiye
Üyeler5,172
Channel TypePublic Channel
Created5 Nis 2026
Last Updated14 Eki 2026 • 8 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#137136+341
Dil Sıralaması
#1316+1
Kategori Sıralaması
#2610+4

Üye Büyümesi

Toplam: 5.2K30 Days growth: +420.8%
09/1509/2009/2509/3010/0510/1010/14
Üye Büyümesi - 30 Days
DateSubscribers
15:09:20265,130
16:09:20265,130
17:09:20265,147
18:09:20265,147
19:09:20265,147
20:09:20265,147
21:09:20265,147
22:09:20265,147
23:09:20265,147
24:09:20265,147
25:09:20265,147
26:09:20265,147
27:09:20265,147
28:09:20265,147
29:09:20265,147
30:09:20265,147
01:10:20265,147
02:10:20265,147
03:10:20265,147
04:10:20265,147
05:10:20265,147
06:10:20265,147
07:10:20265,147
08:10:20265,147
09:10:20265,147
10:10:20265,147
11:10:20265,147
12:10:20265,147
13:10:20265,147
14:10:20265,172
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 30:03:20265,145
Week of 06:04:20265,133
Week of 13:04:20265,133
Week of 20:04:20265,133
Week of 27:04:20265,111
Week of 04:05:20265,111
Week of 11:05:20265,118
Week of 18:05:20265,118
Week of 25:05:20265,118
Week of 01:06:20265,170
Week of 08:06:20265,170
Week of 15:06:20265,170
Week of 22:06:20265,170
Week of 29:06:20265,156
Week of 06:07:20265,156
Week of 13:07:20265,156
Week of 20:07:20265,144
Week of 27:07:20265,144
Week of 03:08:20265,130
Week of 10:08:20265,130
Week of 17:08:20265,102
Week of 24:08:20265,104
Week of 31:08:20265,104
Week of 07:09:20265,130
Week of 14:09:20265,147
Week of 21:09:20265,147
Week of 28:09:20265,147
Week of 05:10:20265,147
Week of 12:10:20265,172
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20265,111
May 20265,118
June 20265,156
July 20265,144
August 20265,104
September 20265,147
October 20265,172
Üye Büyümesi - Yearly
DateSubscribers
20265,172

Son Yazılar

Tarixçi logo
Tarixçi

18 Eki 2026 21:17

“Neftçi” və Kiyev “Dinamo”su müxtəlif turnirlərdə 55 dəfə qarşılaşıblar. 26 dəfə “Dinamo”, 9 dəfə “Neftçi” qalib gəlib, 20 oyun heç-heçə bitib. “Neftçi” öz qələbələrinin yeddisini Bakıda, birini Moskvada (SSRİ dağılandan sonra Birlik kubokunda) və birini Kiyevdə qazanıb – 2:1. Sonuncu oyun ətrafında xeyli söz-söhbət gəzir.

Matç çempionatın başa çatmasına iki oyun qalmış keçirilib (SSRİ-də çempionat baharda başlayır, payızda bitirdi) “Dinamo” artıq çempion idi. Rostovun SKA komandası 2-ci, “Neftçi” (o zaman “Neftyanik”) 3-cü, Moskvanın “Spartak” komandası isə 4-cü yerdə idilər. Bu komandalar gümüş və bürünc medallar uğrunda mübarizə aparırdılar.

O zaman “Dinamo”nun oyunçusu olan Viktor Serebryanikov sonralar Qordona verdiyi müsahibəsində iddia edirdi ki, oyun 80 min rubl müqabilində satılıb. Amma onun dediklərində bəzi uyğunsuzluqlar var. Məsələn, deyir ki, qapıda Rudakov idi, halbuki Bannikov olub. Sonra deyir ki, birinci hissə 2:0 “Dinamo”nun xeyrinə bitib, “Neftçi” ikinci hissədə üç qol vurub. Halbuki kiyevli Bışovets 14-cü dəqiqədə hesabı açandan sonra (şəkildəki epizod) Markarov 23-cü dəqiqədə hesabı bərabərləşdirib, Banişevski isə 37-ci dəqiqədə “Neftçi”ni irəli çıxarıb.

Bu detalları yaddaşın ayağına yazmaq olar, amma mənə inandırıcı gəlməyən başqa haldır. Serebryanikov iddia edir ki, pulları Banişevski və Markarov gətiriblər. O zaman Banişevskinin 20, Markarovun 23 yaşı olub. Belə bir işin onlara həvalə edilməsinə inanmıram. Ümumiyyətlə, belə işlər oyunçu səviyyəsində həll edilmirdi.

Oyunun isə danışılmış olmasına əminəm. Ola bilər, pul da verilib. Amma “əl əli yuyar, gələn mövsüm əl də üzü” razılaşması da ola bilər. Üstəlik, kiyevlilərin sadəcə “Spartak”ın acığına oyunu uduzmaları da mümkündür.

Növbəti iki oyunda SKA iki qələbə qazandı və ikinci yerini qoruyub saxladı. “Neftçi” növbəti oyunda Bakıda ÇSKA ilə 0:0 heç-heçə etdi. “Spartak” isə Daşkənddə “Paxtakor”u 2:1 uddu.

Son turda “Neftçi” və “Spartak” Bakıda üz-üzə qarşılaşdılar. Bakılıların 43, moskvalıların 42 xalı vardı. Ağzına qədər dolu Respublika stadionunda keçirilən oyunda Banişevskinin iki və Markarovun bir qolu sayəsində “Neftçi” 3:0 hesabı ilə qalib gəldi, ilk və son dəfə SSRİ çempionatının mükafatçısı oldu.
2710026
Tarixçi logo
Tarixçi

18 Eki 2026 21:16

Photo1/2
16 noyabr 1966-cı il, Bakının “Neftyanik” komandası Kiyevdə yerli “Dinamo” ilə qarşılaşır.
2370016
Tarixçi logo
Tarixçi

18 Eki 2026 15:37

Photo1/2
80 il əvvəl əsas nasist cinayətkarlar üzərində keçirilən birinci Nürnberq prosesi başa çatdı.

İttiham aktı 24 nəfər haqqında tərtib olunmuşdu. Lakin müttəhimlər kürsüsündə 21 nəfər oturdu: ittiham olunanlardan biri tutulmamışdı, qiyabi mühakimə olunurdu, biri proses başlamamış intihar etdi, üçüncüsü də tam iflic olduğundan və sonra öldüyündən mühakimə olunmadı

1945-ci ilin noyabrında başlayan məhkəmə 1946-cı ilin oktyabrında yekunlaşdı. Müttəhimlərin neçəsi edam cəzasına, neçəsi ömürlük həbsə, neçəsi də müddətli həbsə məhkum edildi? Bəraət alan oldumu?

Bu sualların cavabını tərcümə və öz əlavəm əsasında Pressklub üçün hazırladığım materialda tapa bilərsiniz
https://pressklub.az/az/arasdirma/esrin-tribunali-bizi-asmayin-gulleleyin-339152-az
3410019
Tarixçi logo
Tarixçi

18 Eki 2026 02:44

Photo1/2
Sən olasan gülüstan...
4400040
Tarixçi logo
Tarixçi

17 Eki 2026 15:33

Melissa voleybolla 8 yaşında məktəb dərnəyində məşğul olmaya başlayıb və artıq 14 yaşında milli komandaya cəlb edilib. 2015-ci ildə ilk peşəkar müqaviləsini imzalayaraq Çexiyanın “Agel Prostějov” komandasında çıxış etməyə başlayır (əslində müqaviləni Kuba federasiyası imzalayıb; Kubada idmançının xaricdə çıxış edəcəyi klubu federasiya seçir; dost olmayan ölkələrdə oynamağa icazə verilmir).

Türkiyə voleybol həvəskarlarının Melissa Varqasla ilk tanışlığı da həmin dövrdə baş verir. “Agel Prostějov” Çempionlar Liqasında Türkiyənin “Eczacıbaşı VitrA” komandası ilə eyni qrupa düşmüşdü. 2015-ci il noyabrın 10-da Praqada keçirilən ilk oyunda türklər 3:0 hesabı ilə qalib gəlsələr də, Varqas müdafiə və bloku darmadağın edərək 32 xal qazandı. 2016-cı il yanvarın 19-da keçirilən cavab görüşündə əczaçılar yenə qələbə qazandılar (3:2), amma Varqas yenə ən məhsuldar oyunçu oldu - 29 xal.

Həmin dövrdə Azərbaycanın “Telekom” (Rabitə Bakı) komandasının skautları da Varqasla maraqlanmağa başlayır və Kuba rəsmiləri ilə əlaqə saxlayırlar. Lakin voleybolçunun ağır çiyin zədəsi üzündən danışıqlar kəsilir. Melissanın Kuba voleybol federasiyası ilə konfliktinin kökündə də bu zədə dayanır.

Havananın “Frank País” xəstəxanasında cərrahiyyə əməliyyatı keçirən voleybolçunu federasiya rəhbərliyi bərpa üçün Milli Voleybol Məktəbinin reabilitasiya məktəbinə göndərir. Buradakı şərait isə müasir standartlardan xeyli uzaq idi.

Varqasın əvvəllər həndbolçu olmuş atası bu şəraitə yetərsiz, bərpa prosedurlarını isə yanlış hesab edərək qızının xaricdə reabilitasiya keçməsini istədi. Federasiya etiraz etdikdə isə qızını reabilitasiya mərkəzindən çıxarıb Syenfueqosa apardı. Kuba Voleybol Federasiyası 2017-ci ildə Melissaya ilk cəzanı məhz buna görə kəsdi - 1 il diskvalifikasiya.

Lakin ailə təslim olmadı və hətta həm federasiyanı, həm voleybol məktəbinin bərpa mərkəzini məhkəməyə verdi. Buna cavab olaraq Federasiya 2018-ci ildə Varqası daha 4 il diskvalifikasiya etdi. Bu, fövqəladə istedadı olan idmançının karyerasının məhvi demək idi. Daha doğrusu, ölkədə qalardısa, məhv olacaqdı.

Melissa Varqas Kubadan qanuni yolla çıxa bildi. O, əvvəlcə Kuba ilə vizasız rejimə malik olan Rusiyaya uçdu, buradan da İsveçrəyə keçib “Volero Zürich” ilə müqavilə bağladı. Klub əvvəlcə onu ən keyfiyyətli klinikalarda reabilitasiyasını təşkil etdi.

Bu addım idmançının Kubada “vətən xaini” elan edilməsinə və ailəsinin ölkədən çıxışına qadağa qoyulmasına səbəb oldu.

Maraqlıdır ki, Melissaya Türkiyəyə getməyi “Volero Zürich” klubunun prezidenti Stiv Yakobi məsləhət görüb. O, hesab edirdi ki, İsveçrə liqası Varqasın səviyyəsinə görə deyil.

Melissa Varqas 2018-ci ildə “Fenerbahçe” ilə müqavilə imzaladı və indiyə qədər bu klubda çıxış edir. “Fenerbahçe”nin baş məşqçisi Zoran Terziç həm də Serbiya millisini çalışdırdığı üçün Varqası öz ölkəsinin vətəndaşlığına keçirməyə çalışırdı. Hətta Melissanın Serbiya pasportunun artıq hazır olduğu deyilir. Lakin Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ təcili ölkə rəhbərliyinə müraciət etdi və adekvat reaksiya ilə qarşılaşdı. 2021-ci il aprelin 10-da prezident Erdoğan Melissa Varqasa Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini şəxsən təqdim etdi.

Qaydalarda nəzərdə tutulan 2 illik gözləmə müddətindən sonra Varqas Türkiyə milli komandasında çıxış etməyə başladı. “Filenin sultanları” elə həmin il Millətlər liqasının və Avropa çempionatının qalibi oldular. 2026-cı ildə hər iki uğuru təkrar etdilər. Varqas hər dəfə turnirdə MVP (ən dəyərli oyunçu) seçildi. 2025-ci ildə gümüş medal qazanılan dünya çempionatında isə ən yaxşı çarpaz hücumçu oldu.

Keçmiş “əsmər qız”, indiki “filenin sultanı” “Fenerbahçe” ilə iki dəfə Türkiyə çempionu, iki dəfə ölkə kubokunun sahibi olub. Türkiyə çempionatı bitdikdə Çinə gedib oynayan Melissa Varqas bu ölkənin də üçqat çempionudur.
5100033
Tarixçi logo
Tarixçi

17 Eki 2026 15:33

Photo1/2
Melissa Varqas niyə Kubanı tərk edib Türkiyə vətəndaşı oldu?

Melissa Varqas 1999-cu ildə Kubanın Syenfueqos şəhərində anadan olub. Həmin vaxt Kuba qadın voleybolu özünün qızıl dövrünü yaşayırdı. Ləqəbi “Karib dənizinin əsmər qızları” olan milli komanda 1992, 1996 və 2000-ci illərdə üç dəfə olimpiya çempionu, 1994 və 1998-ci illərdə dünya çempionu, 1989, 1991, 1995 və 1999-cu illərdə dünya kubokunun qalibi olmuşdu.

“Əsmər qızlar”ın heyətində Mireya Luis, Regla Bell, Marlenis Kosta kimi əfsanəvi voleybolçular çıxış edirdilər. Beynəlxalq Voleybol Federasiyası (FIVB) tərəfindən XX əsrin ən yaxşı voleybolçusu seçilən Regla Torres bu siyahıda xüusi yer tutur (final səsverməsində bu ada namizədlər arasında bakılı İnna Rıskal da vardı).
4370021
Tarixçi logo
Tarixçi

17 Eki 2026 03:41

Meux pivə zavodunda hündürlüyü 6,7 metr olan iri taxta çən vardı. Oktyabrın 17-də işçilərdən biri çənin dəmir halqalarından birinin aşağı sürüşdüyünü görür. Belə hal ildə 2-3 dəfə baş verdiyindən narahatlıq doğurmur. Amma bu dəfə hər şey başqa cür olur.

Saat təxminən 17:30-da çən dağılır. Buradan axan pivə yaxınlıqdakı daha kiçik çənləri də dağıdır. Beləcə, 1,5 milyon litrə yaxın pivə zavodun divarını sökərək küçəyə axır.

Zavodun yerləşdiyi ərazi Londonun kasıblar məhəlləsi idi. Burada bəzi insanlar zirzəmidə yaşayırdılar. Evlərdən birində irland ailəsi vəfat etmiş iki yaşlı uşaq üçün anım mərasimi keçirilirdi. Seldə həmin uşağın anası da daxil olmaqla beş nəfər boğuldu. Başqa evdə anası ilə çay içən kiçik qız boğuldu, anasını isə sel evdən çölə çıxardı. 14 yaşlı qız pivə zavodunun divarının dağıntısı altında qaldı. Daha bir uşağın ölümünün təfərrüatı məlum deyil. Zavodun özündə üç nəfər yaralansa da ölən olmadı. Beləcə, cəmi 8 nəfər həlak oldu.

İnsanların çoxu əllərinə qab götürərək havayı pivədən toplamağa çalışırdılar. Sonrakı günlər ərzində bu ərazidə kütləvi sərxoşluq müşahidə olunur.

“Meux & Co” şirkəti hökumətdən yardım alması sayəsində bankrotluqdan qurtuldu və fəaliyyətini davam etdirdi. 1921-ci ildə şirkət başqa əraziyə köçdü və köhnə zavod söküldü. İndi həmin yerdə Dominion teatrı yerləşir.
4830034
Tarixçi logo
Tarixçi

17 Eki 2026 03:40

Photo1/2
Pivə daşqını və pivə selində boğulan adamlar haqqında eşitmisinizmi? Hadisə 1814-cü il oktyabrın 17-də Londonda baş verib
4190024
Tarixçi logo
Tarixçi

16 Eki 2026 14:42

Qərarın birinci bəndində xarici işlər naziri Molotova tapşırılırdı ki, xarici diplomatik missiyalara elə həmin gün Kuybışevə (indiki Samara) köçmələri barədə məlumat versin. Yollar naziri Kaqanoviç missiyaları vaqonlarla təchizatına, daxili işlər naziri Beriya isə mühafizələrinə cavabdeh idi.

İkinci maddə Ali sovetin rəyasət heyətinin, eləcə də hökumət başçısının müavini Molotov da daxil olmaqla bütün hökumətin həmin gün Kuybışevə təxliyəsini nəzərdə tuturdu. Hökumət başçısı Stalin isə cəbhədəki vəziyyətdən asılı olaraq ya oktyabrın 16-da, ya da sonrakı günlərdən birində köçəcəkdi.

Cəbhədə vəziyyət isə doğrudan da ağır idi. Almanlarla Moskvanın arasında azsaylı və pis silahlanmış hərbi hissələr və Moskva əhalisindən ibarət müdafiəçilər dururdu. Onların da effektli müqavimət göstərəcəklərinə ümid az idi.

Amma almanlar o zamana qədər görmədikləri, Rusiya üçün isə payızda ənənəvi olan halla – rasputitsa ilə üzləşdilər. Zirehli texnikalar, avtomobillər, motosikletlər, at arabaları, hətta əsgərlər dizə çıxan palçığa ilişib qaldılar və irəliləyə bilmədilər.

Bir qədər sonra isə Yaponiyanın həmin il SSRİ-yə hücum etməyəcəyi haqqında Rixard Zorgenin məlumatından sonra Uzaq Şərqdən gətirilən hərbi hissələr Moskva ətrafına çatdılar və müdafiəni təşkil etdilər. Dekabrın 5-də isə əks-hücuma keçərək almanları qərbə tərəf uzaqlaşdırdılar.

Bilavasitə təhlükənin aradan qaldırılmasına baxmayaraq 1942-ci ildə Kuybışevdə Stalin üçün bunker tikildi. Tikintidə 3700 fəhlə, mühəndis və texniki işçi çalışırdı. Stalinin kabineti (şəkildə) və iclas zalı yer səthindən 37 metr dərinlikdə yerləşirdi.

Amma bunkerdən istifadə olunmadı. Növbəti ildə almanlar əsas hücumu Stalinin gözlədiyi kimi yenə Moskvaya deyil, Stalinqrad üzərinə etdilər. 1943-cü ildə, müharibənin gedişində əsaslı dönüş yaranandan sonra Kuybışevin qeyri-rəsmi “ikinci paytaxt” statusu ləğv edildi, təxliyə edilən bütün qurumlar Moskvaya qayıtdılar.
5080033
Tarixçi logo
Tarixçi

16 Eki 2026 14:42

Photo1/2
1941-ci il oktyabrın 15-də Dövlət Müdafiə Komitəsi sovet-alman cəbhəsində yaranmış ağır vəziyyəti nəzərə alaraq “SSRİ-nin paytaxtının Moskvadan təxliyəsi haqqında” qərar qəbul etdi.
4450024
Tarixçi logo
Tarixçi

16 Eki 2026 03:56

Photo1/2
"1896-cı il aprelin 1-də Luvr muzeyi Rusiya imperiyasından olan iki satıcıdan skif çarı Saytafernə məxsus tiara aldı. Ekspertlər onu araşdıraraq həqiqiliyini təsdiqlədilər və buna görə muzey eksponata 200 min frank (indiki kursla 1.8 milyon avro – red.) ödədi. Tiara nümayişə çıxarılmasından dərhal sonra kimi KİV onun saxta olduğunu yazmağa başladı, lakin Luvr bütün şübhələri rədd edirdi. Yalnız yeddi il sonra saxtakarlıq üzə çıxdı: tiaranı hazırlayan şəxs — odessalı zərgər tapıldı. O, sadəcə sifarişi yerinə yetirdiyini bildirdi. Oçakovdan olan qardaşların hamını necə aldatdığı barədə materialı təqdim edirik".

Pressklub üçün tərcümə etdiyim məqalə
https://pressklub.az/az/arasdirma/mudhis-saxtakarliq-muzey-skif-carinin-qizil-tiarasina-18-milyon-odedi-339069-az
4850035
Tarixçi logo
Tarixçi

15 Eki 2026 21:58

Brejnev hakimiyyətə gələndən sonra daha mülayim və daha adekvat xarici siyasət yürütməyə başladı. Nəticədə 1960-cı illərin sonlarından başlayaraq beynəlxalq münasibətlərdə gərginliyin yumşalması dövrü başladı.

Niksonun 1972-ci il Moskva səfəri zamanı mayın 26-da tərəflər arasında “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilə” imzalandı.

Ümumiyyətlə, Brejnev və Nikson arasında mehriban şəxsi münasibətlər yaranmışdı. 1973-cü ildə ABŞ-a cavab səfəri edən Brejnev ABŞ prezidentinin şəxsi iqamətgahında oldu, xeyli vaxtlarını bir yerdə keçirdilər. Prezident Baş katibə ölkə biznesmenləri adından “Lincoln Continental” avtomobili bağışladı.

İyunun 21-də tərəflər “Strateji hücum silahlarının gələcək məhdudlaşdırılması barədə danışıqların əsas prinsipləri haqqında” müqavilə və “Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində ABŞ-SSRİ əməkdaşlığı haqqında” razılaşma imzaladılar. Videoçarxdakı görüntülər də bu zaman çəkildi.

Səfər həm mehriban şəraitdə keçdi, həm də məhsuldar oldu. Yuxarıda adı çəkilən iki müqavilədən başqa müqavilələr də imzalandı. Bundan məmnun olan Brejnev hətta jurnalistlərə “Soyuq müharibə daha arxada qaldı” söylədi. Təəssüf ki, belə olmadı.

Artıq növbəti ildə, 1974-cü ilin noyabrında başqa bir ABŞ prezidenti Cerald Ford ilə Vladivostokda keçirilən görüş zamanı Brejnevin səhhəti korlanır: beyin damarlarının spazması baş verir. Həkimlər ona danışıqları dayandırmağı və istirahət etməyi məsləhət görürlər. Amma sovet lideri məsləhətə əməl etmir. Üstəlik, Fordla görüşdən sonra Monqolustan Xalq Respublikasının 50 illik yubileyində iştirak etmək üçün Ulan-Batora yola düşür. Məhz bu hadisədən sonra Brejnevin səhhətində geriləmə başlayır və xüsusən əqli qabiliyyəti tədricən zəifləyir.

Yavaş-yavaş hakimiyyət partiyanın üç Siyasi Büro üzvünün əlində cəmlənir: müdafiə naziri Dmitri Ustinov, xarici işlər naziri Andrey Qromıko və KQB sədri Yuri Andropovun. Onlar isə daha aqressiv xarici siyasət yürüdürlər.

Gərginliyin yumşalması dövrünə SSRİ-nin 1979-cu ilin son günlərində Əfqanıstana təcavüzü son qoydu. Onun da əsas israrçısı Andropov idi.
5070045
Tarixçi logo
Tarixçi

15 Eki 2026 21:57

Video
ABŞ prezidenti Riçard Nikson və sovet lideri Leonid Brejnev ciddi müqavilə imzalayarkən zarafatlaşırlar, özlərini bir-birindən köçürən şagird kimi aparırlar.
4660036
Tarixçi logo
Tarixçi

15 Eki 2026 14:03

Gəminin taxta gövdəsi qorunmayıb, lakin onunla daşınan saxsı qablar salamat qalıb. Həmin qabların bəzilərinin içərisində vaxtilə saxlanılan maddənin izləri də silinməyib.

Arxeoloqların sözlərinə görə, bu, Aralıq dənizində yük daşıyan, təxminən 10 metr uzunluğunda ticarət gəmisi olub.

“Bu qalıqlar dənizin dibindəki zaman kapsuluna bənzəyir”, — Aralıq dənizi Arxeologiyası Assosiasiyasının ekspedisiyasına rəhbərlik edən, Türkiyənin Akdeniz Universitetinin əməkdaşı Hakan Öniz deyir.

Gəminin qalıqları Türkiyənin Antalya vilayətində, Kekova adasının yaxınlığında aşkarlanıb. Cəmi 30 metr dərinlikdə, sualtı yamacın hər tərəfinə arxeoloji tapıntılar səpələnmişdi. Onların arasında üç iri daş lövbər və 30-dan çox amfora — müxtəlif məhsulların saxlanması üçün nəzərdə tutulan saxsı qablar var.

Gəminin taxta hissələrindən heç nə qalmadığı üçün onun yaşını radiokarbon analizi kimi üsullarla müəyyənləşdirmək mümkün olmayıb.

Bunun əvəzinə arxeoloqlar amforaların formasını təhlil ediblər. Kekovada tapılan saxsı qablar özünəməxsus xüsusiyyətləri ilə seçilir: onların iki qulpu, orta hissəsində çıxıntılı qurşağı və yastı dibi var.

Önizin sözlərinə görə, bu quruluş Misirdə və Yaxın Şərqdə tapılmış, yaşı 4400–4700 il arasında olan amforaların xüsusiyyətlərinə uyğundur.

“İşlənmə texnikasını müqayisə edərək əminliklə deyə bilərik ki, bu gəmi Erkən Tunc dövrünə aiddir. Buna yüz faiz əminik”, — o bildirir.

Dalğıclar saxsı qabları suyun səthinə çıxarıblar. İndi isə min illərlə su altında qalmış bu əşyalar diqqətlə konservasiya edilir.

Avstraliyanın Makkuori Universitetinin arxeoloqu doktor Karin Sovada amforalar sudan çıxarıldıqdan sonra onları araşdırıb. Qablardan bəziləri salamat qalmışdı. Tədqiqatçı onların içərisində yapışqan, parlaq çöküntü aşkar edəndə heyrətə gəlib.

“İçəri baxanda, az qala, huşumu itirəcəkdim. Orada bu qədər çöküntünün qalmasına inana bilmirdim. Bunlar sadəcə ləkələr deyildi... Maddənin əhəmiyyətli bir hissəsi qorunub saxlanmışdı”, — o danışıb.

Hazırda mütəxəssislərdən ibarət komanda amforalarda məhz hansı məhsulların daşındığını dəqiqləşdirməyə çalışır. Sovada ehtimal edir ki, bu, zeytun yağı, şərab və ya ağac qatranı ola bilər,

Alimlər güman edirlər ki, gəmi ya qədim Troya şəhərinə (müasir Türkiyənin şimal-qərbində yerləşirdi), ya da Krit adasında yaşayan minoylulara mal aparırmış.

Dəniz səyahətləri təhlükəli idi. Bu, xüsusilə güclü axınlar və küləklər səbəbindən çoxsaylı gəmi qəzalarının baş verdiyi Kekova adası ətrafındakı sulara aid idi.

Bu sularda yüzlərlə batmış gəmi yatır. Aralıq dənizi Arxeologiyası Assosiasiyası da məhz belə gəmilərin axtarışı və tədqiqi üzrə ixtisaslaşıb.

Kekova adası yaxınlığında aşkar edilən gəmi hazırda məlum olan ən qədim batmış gəmilər siyahısında birinci yeri tutur.

Əvvəllər bu rekord Yunanıstanın cənubundakı Dokos adası sahillərində batmış gəmiyə məxsus idi. Onun təxminən 4200 yaşı var.

Taxta parçaları qorunub qalmış ən qədim batmış gəmi isə Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında aşkar edilib. Onun yaşı təxminən 2400 ildir.

BBC
5940040
Tarixçi logo
Tarixçi

15 Eki 2026 14:03

Photo1/2
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi aşkar edilib

Arxeoloqlar Türkiyə sahillərində Tunc dövrünə aid batmış gəminin qalıqlarını aşkar ediblər. Gəminin 4400–4700 il yaşı var. O, təxminən Xeops piramidası ilə eyni dövrdə inşa edilib.
5340032
Tarixçi logo
Tarixçi

14 Eki 2026 18:01

Fərəh Tehranda dünyaya gəlib. Atası Söhrab Diba azərbaycanlı və İran ordusunun zabiti idi, anası Fəridə Qotbi Xəzərin cənub sahilində yerləşən Lahicanda anadan olub və ehtimal ki, gilək idi. Fərəh onların yeganə övladıdır.

Əslən Təbrizin Şeşgilan məhəlləsindən olan Diba ailəsi müəyyən qədər zəngin sayılırdı. Fərəhin babası Mehdi xan Diba Qacar xanədanının Rusiyada səfiri olub. Amma atasının 1948-ci ildə xərçəngdən erkən ölümü ailənin rifahına təsir edir, Fərəh və anası dayısının evinə köçməli olur.

Fərəh Tehranda əvvəlcə Pietro Della Valle italyan məktəbində, daha sonra Janna D`Ark fransız məktəbində və nəhayət yenə fransızca olan Razi litseyində təhsil alıb. Bu illərdə basketbolla məşğul olub. Daha sonra Parisə gedərək “Ecole Speciale d'Architecture” memarlıq məktəbində təhsil alır.

1959-cu ildə İran səfirliyində keçirilən tədbir zamanı Parisdə oxuyan bir sıra tələbələr sırasında Fərəh də Məhəmməd Rza şaha təqdim olunur. Gözəl və qamətli qız subay şahın dərhal diqqətini cəlb edir.

Şah uşaqlarının olmaması səbəbindən ikinci arvadı Soreyya İsfəndiyari-Bəxtiyaridən boşanmışdı və Pəhləvi taxtına varis bəxş etmək üçün təcili evlənmək niyyətində idi. O, Fərəhə evlənmək təklif edir və qız da qəbul edir. Hərçənd, bəzi iddialara görə Parisdə oxuduğu müddətdə sol ideyalara meyllənirdi və hətta Tudənin aksiyalarında iştirak edirdi.

Onların toyu 1959-cu il dekabrın 21-də olur. 1960-cı il oktyabrın 31-də şahın çoxdan arzuladığı vəliəhd – Rza anadan olur. Cütlüyün daha üç övladı vardı: Fərəhnaz, Əli Rza və Leyla.

1967-ci il oktyabrın 26-da Rza şah Fərəh üçün tacqoyma mərasimi keçirərək rəsmən şahbanu (imperatriçə) elan etdi. O, İranın İslam tarixində ilk və son şahbanu oldu. Həmin titulu yalnız Sasanilər dövründə iki qadın daşımışdı.

Fərəhin şaha ciddi təsiri vardı. 1960-70-ci illərdə bir sıra müsbət addımların, məsələn qadınların emansipasiyası və səs hüququ qazanmaları, eləcə də təhsil və səhiyyə islahatlarında şahbanunun böyük rolu olduğu deyilir. Məhz onun təsiri ilə şah müxtəlif ölkələrə daşınmış İran abidələrinin geri alınması üçün xeyli vəsait ayırdı və Tehran muzeyləri zənginləşdi.

Eyni zamanda şahbanunun himayəsi altında keçirilən dəbdəbəli tədbirlər - məsələn, İran monarxiyasının 2500 illiyinə həsr olunmuş olduqca təmtəraqlı mərasim, - eləcə də qadınların emansipasiyası mühafizəkar kəsimin nifrətinə səbəb olurdu.

Hər şeyin əladan əla getdiyi bir zaman İranın daxili vəziyyəti qarışdı və 13 ay davam edən etirazlardan sonra monarxiya devrildi, İslam respublikası quruldu.

Dünyanın ən xoşbəxt ailələrindən sayılan Pəhləvilər indi heç yerdə sığınacaq tapa bilmirdilər. Nəhayət, Ənvər Sadat onları Misirə dəvət etdi. Qan xərçəngindən əziyyət çəkən şah 1980-ci ildə burada öldü. Bundan sonra Fərəh və övladları ABŞ-da məskunlaşdılar.

Fərəhin kiçik qızı Leyla 2001-ci ildə çoxlu sayda yuxu dərmanı içərək intihar etdi. Əli Rza Pəhləvi isə 2011-ci ildə özünü tapança ilə vurdu.

2004-cü ildə şahbanunun “Bitməyən eşq: mənim şahla həyatım” adlı memuarları çapdan çıxdı.

Bugün 88 yaşı olan Fərəh Diba Pəhləvi paytaxt Vaşinqtonun yaxınlığında, Merilend ştatında yaşayır. O, hələ də bir sıra tədbirlərdə iştirak edir.

Şəkildə Novruz bayramının 13-cü günü səmənini çaya buraxır. Bizim tərəflərdə də (Lənkəran) səməni zibilliyə, ya da ayaqaltı bir yerə atılmaz. Ya axar suya buraxılır, ya da damın üstünə atırlar.
6610043
Tarixçi logo
Tarixçi

14 Eki 2026 18:00

Photo1/2
14 oktyabr 1938-ci il, İran monarxiyasının sonuncu “birinci ledi”si, şahbanu Fərəh Diba Pəhləvi anadan olub.
5200029
Tarixçi logo
Tarixçi

14 Eki 2026 03:16

Photo1/2
Yeni məqaləm "Gimli planeri" adı iə tanınan aviasiya insidenti haqqındadır.

"23 iyul 1983-cü il. “Air Canada” aviaşirkətinə məxsus “Boeing-767” təyyarəsi Monreal — Ottava — Edmonton reysini (AC143) yerinə yetirir. Ottavada aralıq enişdən sonra havaya qalxarkən 211 yerlik təyyarədə 61 sərnişin və 8 heyət üzvü vardı. Hər şey qaydasında idi. Layner zavoddan yenicə buraxılmışdı, pilotlar təcrübəli, hava şəraiti ideal idi. Amma məsafənin yarısında, 12000 metr hündürlükdə uçarkən problemlər başladı. İkimühərrikli təyyarənin əvvəlcə birinci, sonra ikinci mühərriki dayandı. Səbəb inanılmaz idi: təyyarənin yanacağı bitmişdi. Monrealda səhv hesablamalar nəticəsində təyyarəyə az yanacaq doldurulmuşdu".

https://pressklub.az/az/yazilar/olumden-yanportu-donus-69-nefer-12-km-hundurlukden-yere-nece-endi-815-az
6400033
Tarixçi logo
Tarixçi

13 Eki 2026 22:30

Qars müqaviləsi ilə üç Cənubi Qafqaz dövlətinin Türkiyə ilə sərhədləri müəyyənləşdi. Həmin respublikalar SSRİ-nin tərkibinə daxil edildikdə isə sərhədlər SSRİ-Türkiyə sərhədinə çevrildi.

Müqavilənin bizim üçün əsas önəmi iki haldan ibarətdir: ermənilərin iddia etdikləri Naxçıvan Azərbaycanın himayəsi altında muxtar respublika elan olunurdu. Müqaviləyə III əlavədəki xəritədə Naxçıvanın ərazisi göstərilirdi. Bu, beynəlxalq müqavilələrdə kifayət qədər nadir rast gəlinən hal idi ki, qonşu dövlətin ərazisinin nəinki statusu, hətta inzibati sərhədləri müəyyənləşdirilirdi. Amma bunu etməklə TBMM hökuməti ermənilərin Naxçıvana bütövlükdə, eləcə də onun ərazisinin hissələrinə iddialarına son qoydu.

Digər önəmli hal isə əvvəllər İranın, sonralar İrəvan xanlığının və xanlıq Rusiya tərəfindən ilhaq edildikdən sonra İrəvan quberniyasının tərkibində olan Sürməli uyezdinin (indiki İqdır vilayətinin çox hissəsi) Türkiyə ərazisi kimi tanınması oldu. Halbuki uyezd obyektiv baxımdan Osmanlı ərazisi deyildi. İran da Rusiyaya narazılıq etdi ki, məndən aldığın torpağı Türkiyəyə verirsən.

Sürməli uyezdinin Türkiyəyə verilməsi nəticəsində kiçik bir ərazidə (düz xətlə 11 km, ziqzaqla 18 km-ə yaxın) Azərbaycan-Türkiyə sərhədi yarandı. Sovet dövründə bu sərhədin xüsusi əhəmiyyəti olmasa da, Azərbaycanın müstəqilliyinin bərpasından sonra böyük strateji önəmi yarandı. Atatürkün həmin sərhədyanı hissəni guya İrandan pulla satın alması əhvalatı gerçək deyil.

İkinci dünya müharibəsindən sonra Stalin Türkiyə ilə sərhədləri dəyişməyə, onun ərazisinin bir hissəsini qopararaq Ermənistan və Gürcüstana birləşdirməyə cəhd etdi. Ermənilər və gürcülər hansı ərazilərin nə qədərinin kimə çatacağı haqqında artıq dava-dalaşa da başlamışdılar. Amma Stalinin cəhdi uğursuz oldu. ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən Türkiyə bu iddiaları rədd etdi.

Ermənilər Qars müqaviləsindən çox narazıdırlar və təsadüfi deyil ki, Ermənistanın müstəqilliyi bərpa olandan sonra ilk addımlarından biri Qars müqaviləsini tanımamaları oldu. Bu zaman onların əsas arqumenti həm Ermənistan SSR hökumətinin, həm də TBMM hökumətinin legitim olmamasıdır.
5840041
Tarixçi logo
Tarixçi

13 Eki 2026 22:29

Photo1/2
13 oktyabr 1921-ci il, Mustafa Kamal paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti ilə (o zaman Türkiyədə iki hökumət vardı: İstanbulda Osmanlı hökuməti və Ankarada TBMM hökuməti) hələ formal müstəqil sayılan Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanır. Prosesdə Rusiya da iştirak edir.
6130032
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
"1976-cı il sentyabrın 6-da SSRİ-nin siyasi və hərbi rəhbərliyini şoka salan hadisə baş verdi. Sovet hərbi-hava qüvvələrinin pilotu, baş leytenant Viktor Belenko məxfi MiQ-25 təyyarəsi ilə Yaponiyaya qaçaraq ABŞ-dan siyasi sığınacaq istədi.

Sovet istehsalı olan məxfi texnikanın düşmən ölkələrin əlinə keçməsi halları əvvəllər də baş vermişdi. Məsələn, 1953-cü ildə Şimali Koreya pilotu No Qım Sok MiQ-15 təyyarəsi ilə Cənubi Koreyaya qaçdı. 1966-cı ildə Mossad iraqlı pilot Münir Redfanı əməkdaşlığa cəlb edərək MiQ-21 qırıcısını İsrailə qaçırmağa razı sala bildi. Üç il sonra isə İsrail xüsusi təyinatlıları SSRİ-nin Misirə verdiyi P-12 radiolokasiya stansiyasını heyrətamiz əməliyyat nəticəsində oğurladılar.

Amma bütün bunlar dost ölkələrin günahı üzündən baş verirdi. İndi isə SSRİ-nin öz pilotu superməxfi qırıcı təyyarəni qaçıraraq ölkəsinin hərbi sirrini düşmənə vermiş və böyük ziyan vurmuşdu".

"SSRİ-nin məxfi MiQ-25 təyyarəsinin qaçırılması" adlı məqaləm
https://yadigar-sadiqli.livejournal.com/74349.html
4660032
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Albaniya 1944-cü ilin noyabrında almanlardan azad edildikdən sonra hakimiyyətə kommunistlər gəldi. Ölkənin yeni rəhbəri, müsəlman-bektaşi kökənli Ənvər Xoca Albaniyanın işğaldan azad olunmasında göstərdiyi köməyə görə Yuqoslaviya partizanlarının lideri İosip Broz Titoya və təbii ki, Stalinə təşəkkür etdi.

Bir müddət sonra Stalin və Titonun münasibətləri korlananda Xoca birincinin tərəfini tutdu və Yuqoslaviya ilə münasibətlər kəsildi. Bir kommunist rejimli ölkənin əsas düşməni digər kommunist rejimli ölkə oldu.

Xruşşov zamanı Stalinin şəxsiyyətinə pərəstiş pisləniləndə və destalinizasiya aparılanda Xoca SSRİ ilə əlaqələri kəsdi və Çinlə yaxınlaşdı. Bir müddət Çin Xalq Respublikasının BMT-də maraqlarını Albaniya ifadə edirdi (Çin adı ilə BMT-də Çan Kayşinin rəhbərlik etdiyi Tayvan təmsil olunurdu).

1970-ci illərin əvvəllərində isə Çin-ABŞ münasibətləri istiləşəndə Albaniyanın Pekinlə də münasibətləri tədricən pisləşdi, Mao Tszedunun ölümündən sonra Çində aparılan islahatlar səbəbindən münasibətlər demək olar ki, tamamilə kəsildi.

Qeyd etmək lazımdır ki, Yuqoslaviyadan fərqli olaraq, Albaniya SSRİ ilə düşmən olduqdan sonra Qərblə yaxınlaşmadı. Yalnız Fransa ilə nisbətən normal münasibətlərə malik idi.

Beləcə, Ənvər Xoca bütün dünya ilə düşmən oldu və yatıb yuxuda da ölkəsinə hücum edildiyini görürdü. Nəticədə bütün ölkə boyu bunker tikintisinə təkan verildi.

Həmin bunker deyilənlər əslində rus dilində abbreviatura əsasında DOT (долговременная огневая точка – uzunmüddətli atəş nöqtəsi) kimi tanıdığımız tikili idi. Bunkerlər ölçülərinə görə kiçik, orta və böyük olanlara bölünürdü. Onlar ölkənin hər yerində - dəniz sahilində, otlaqlarda, əkin sahəsində, yaşayış məntəqələrinin ortasında – tikilirdilər. 1977-1981-ci illərdə xüsusilə vüsət alan bunker tikintisi ÜDM-nin 2 faizini təşkil edirdi.

Albaniyadakı bunkerlərin ümumi sayı barədə müxtəlif mənbələrdə müxtəlif məlumatlara rast gəldim. BBC-də gedən bir məqalədə onların 500 min olduğu göstərilir. Başqa mənbələrdə 600 min, 700 min, hətta 900 min kimi rəqəmlərə rast gəlmək olur.

Tiranadakı tiran Ənvər Xoca 1985-ci ildə öldü. Bir qədər sonra Şərqi Avropanın hər yerində olduğu kimi Albaniyada da kommunist rejimi çökdü. İndi albanlar ölkənin hər yerində göbələk kimi rast gəlinən bunkerlərin əlində naçar qalıblar. Onların sökülməsi ucuz başa gəlmir. Hələ ki, turizmə maneçilik törədən yerlərdə - dəniz sahillərində sökürlər. Başqa yerlərdə qalıb.

Albanlar onlardan müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn, kiçik bunkerlər anbar, orta ölçülülər tövlə kimi istifadə olunur, böyüklərində isə hətta məskunlaşıb yaşayanlar var.
4840038
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
Albaniya - bunkerlər ölkəsi
4420026
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
5 sentyabr 1975-ci il, Linett Fromm ABŞ prezidenti Cerald Fordu öldürməyə cəhd edir.

ABŞ prezidentlərinə qarşı 30-dan çox qəsd və qəsd cəhdi olub. Bu zaman 4 prezident öldürülüb, ikisi yaralanıb, qalan hallarda isə xəsarət almayıblar.

Qəsd edənlərin, demək olar, hamısı kişi idi. Prezident qatili olmağa yalnız iki qadın cəhd edib. Hər ikisi də eyni adamı, 38-ci prezident Cerald Fordu öldürmək istəyib. Əgər Fordun prezident kreslosunda cəmi 29 ay 11 gün oturduğunu və iki qəsd arasında intervalın cəmi 17 gün olmasını nəzərə alsaq, olduqca mübhəm mənzərə alınar.

“Cerald Ford – qadınların öldürmək istədiyi prezident” adlı məqaləm
https://yadigar-sadiqli.livejournal.com/79645.html
5190036
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
İngilis təyyarəçisi Duqlas Bader.

1931-ci ildə aviaqəza nəticəsində ayaqlarını itirib. Protezlə uçmağı mənimsəsə də Hərbi Hava Qüvvələrindən tərxis olunub.

İkinci dünya müharibəsinin başlaması ilə hərbi xidmətə qayıdıb. Hava döyüşlərində şəxsən 20 qələbə qazanıb. 1941-ci ildə alman işğalı altında olan Fransa üzərində vurulub, əsir düşüb. Bu zaman protezlərindən birini itirib. Baderə hörmətlə yanaşan almanlar ingilislərlə əlaqə saxlayaraq protez göndərmələrini istəyiblər. Dublikat protez ingilis təyyarəsi tərəfindən atılıb.

Əsirlikdə olduğu müddətdə Duqlas Bader bir neçə dəfə qaçmağa cəhd göstərib. Bu cəhdlərdən bezən düşərgə komendantı Baderi protezlərini alacağı ilə hədələyib. Lakin yenə almayıblar, əvəzində Almaniyaya, Koldiç qəsrinə köçürüblər. Bader burada 1945-ci ilin aprelində amerikanlar tərəfindən azad edilib. 1976-cı ildə ona cəngavər rütbəsi və "ser" ünvanı verilib. 6 il sonra vəfat edib
5880044
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
"Streyzand effekti" termininin yaranmasına səbəb olan foto.

Bu termin 2003-cü ildə baş vermiş bir hadisədən sonra yaranıb. Məşhur amerikalı müğənni və aktrisa Barbra Streyzand Kaliforniya sahillərinin eroziyasını sənədləşdirən fotoqraf Kennet Adelmanı məhkəməyə verir. Fotoqrafın internetə yerləşdirdiyi 12 min şəkildən birində müğənninin Malibu sahəsindəki dəbdəbəli malikanəsi görünürdü.

Streyzand şəxsi həyatının toxunulmazlığının pozulduğunu iddia edərək şəklin saytdan silinməsini və 50 milyon dollar təzminat ödənilməsini tələb edir.

Nəticə isə tam bir fəlakət olur: Məhkəmə iddiası qaldırılana qədər sözügedən şəkil saytdan cəmi 6 dəfə yüklənmişdi ki, bunun ikisi elə Streyzandın vəkilləri idi.

Məhkəmə xəbəri mətbuata sızdıqdan sonra isə cəmi 1 ay ərzində həmin şəklə baxanların sayı 420 mini ötür.

Müğənni məhkəməni uduzur, üstəlik gizlətmək istədiyi evi bütün dünya görür.

2005-cü ildə bloqer Mayk Masnik bu hadisəyə əsaslanaraq "Streyzand effekti" terminini ortaya atır.
6280049
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

1969-cu ildə 17 yaşlı Armando Sokarras Ramires və 16 yaşlı Xorxe Peres Blanko kommunist Kubasından qaçmaq qərarına gəldilər.

Amma bunu leqal yolla etmək imkanları yox idi. Onlar xarici ölkələrə uçan təyyarələrdən birinin şassi oyuğunda gizlənmək qərarına gəldilər. Bu, əslində intihar kimi bir şey idi. Çünki,birincisi, şassinin onları əzmək ehtimalı böyük idi. Sonra da yüksək hündürlükdə soyuqdan və oksigen çatışmazlığından ölüm qaçılmaz görünürdü.

Dostlar bunu bilirdilər, gözardı etdilər, yoxsa bilmirdilər, məlum deyil. Amma iyunun 3-də gecə Madridə uçan DC-8 təyyarəsi yavaş-yavaş hərəkətə gələndə qaçıb şassi yuvalarına daxil oldular. Biri sağ şassinin, digəri sol. Onlar özlərini bağlamaq üçün kəndir və mühərrik səsinə davam gətirmək üçün qulaqlarını tıxamağa pambıq götürmüşdülər.

Cəhd əvvəldən uğursuz başladı. Blanko özünü şassi yerində bərkidə bilmədi və təyyarə hələ havaya qalxmamış yerə düşdü. Onu həbs etdilər və uzun illərini həbsxanada keçirməli oldu.

Ramires isə yuvada qalmağı bacardı, şassi bağlanandan sonra düşmək təhlükəsi aradan qalxdı. Amma az sonra şassi yenidən açıldı. Sən demə, onun bədəni şassiyə tam yerinə oturmağa imkan vermədiyindən pilot panelində işıq yanırmış. Bu zaman Ramires özünü yerləşdirə biləcək kiçik boşluq görür və oraya sığınır. İkinci dəfə bağlanan şassi yerinə tam oturur.

Ramiresin qulağındakı pambıqların mühərrik səsinə qarşı faydası az idi. Üstəlik təyyarəyə havaya qalxdıqca hərarət düşür və nəfəs almaq çətinləşirdi. Az sonra o, huşunu itirdi.

Təyyarə iyunun 4-də Madriddə enəndən və sərnişinlər təyyarəni tərk edəndən bir müddət sonra uçuş zolağında durub söhbət edən pilotlar bir tappıltı eşitdilər və dönüb baxanda şassinin yanında insan bədəni gördülər. Məsələni anlamaq çətin deyildi: kimsə şassi oyuğunda qaçmağa çalışıb və yəqin ki, artıq ölüb.

Amma çağrılan həkimlər gəncin hələ sağ olduğunu təsbit etdilər. Bununla belə, nikbin deyildilər. Təxminən 10 km hündürlükdə saatlarla qalmış insan yaşaya bilməzdi. Termometr onun bədən hərarətini göstərmirdi. Amma Ramires ertəsi gün özünə gəldi. Çox tezliklə tam bərpa oldu, təkcə eşitmə qabiliyyətinin bərpası 1 aya qədər çəkdi.

Armando Sokarras Ramires daha sonra ABŞ-a köçdü. Evləndi, dörd övladı, 12 nəvəsi oldu. Hazırda 74 yaşı var və ABŞ-ın Virciniya ştatında yaşayır.
5590046
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
Təyyarənin şassi yuvasında Kubadan qaçan Armando Sokarras Ramires
5670027
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Çexiya polisi Çexoslovakiyanın keçmiş xarici işlər naziri Yan Masarikin qalıqlarının ekshumasiyasına başlayıb. Onun meyiti 1948-ci ilin martında rəhbərlik etdiyi nazirliyin binasının pəncərələri altında tapılıb. Bu ölümün intihar, yoxsa qətl olması 80 ilə yaxındır ki, mübahisə mövzusudur.

Müstəntiqlər “demək olar ki, 80 ildir bu işin ətrafında dolaşan müxtəlif fərziyyələri təkzib etmək” niyyətindədirlər və ekshumasiyanın ölümün hansı şəraitdə baş verdiyini aydınlaşdırmağa kömək edəcəyinə ümid edirlər. Yan Masarikin ölümü bundan əvvəl artıq beş dəfə araşdırılıb, lakin yekun nəticə əldə olunmayıb.

2025-ci ildən etibarən Masarikin ölümü qətl kimi araşdırılır. İstintaq ABŞ, Böyük Britaniya və Fransanın diplomatik və kəşfiyyat xidmətlərinin arxivlərində “ölümün hallarını aydınlaşdırmaq şansını artıra biləcək materiallar” aşkar edildikdən sonra yenidən başlanıb. Bu barədə Kommunizm Cinayətlərinin Sənədləşdirilməsi və Araşdırılması Bürosu məlumat verib.

1918-1935-ci illərdə Çexoslovakiyanın birinci prezidenti olmuş Tomaş Masarikin oğlu Yan Masarik 1940–1948-ci illərdə Çexoslovakiyanın xarici işlər naziri olub: İkinci Dünya müharibəsi illərində sürgündəki hökumətin tərkibində, müharibədən sonra isə ölkənin yeni hökumətində çalışıb. 1948-ci il fevralının sonunda kommunist partiyasına daxil olmayan nazirlərin əksəriyyəti hökumətin buraxılacağına və yeni seçkilər keçiriləcəyinə ümid edərək istefa verdi. Lakin kommunistlər birpartiyalıhökumət formalaşdırdılar. Masarik vəzifəsini qoruyub saxladı və hökumətdə yeganə bitərəf şəxs oldu.

Martın 10-da Masarikin meyiti Xarici İşlər Nazirliyinin həyətində, birbaşa onun hamam otağının pəncərəsinin altında aşkar edildi. O, yalnız pijama geyinmişdi. Əvvəlcə onun ölümü intihar hesab edildi. Lakin sonralar qətl versiyası da daxil olmaqla müxtəlif fərziyyələr ortaya çıxmağa başladı. Onlardan birinə görə, Masarikin ölümündə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin agentlərinin əli ola bilərdi.

© DW (Alman dalğası)
6640039
Tarixçi logo
Tarixçi

08 Eyl 2026 17:03

Photo
1940-1948-ci illərdə Çexoslovakiyanın xarici işlər naziri olmuş Yan Masarikin ölümü yenidən araşdırılacaq.
5030027

Showing 30 of 98 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Tarixçi Telegram kanalı ne hakkında?+

Tarixçi (@yadigarsadigli), tgdio üzerinde Siyaset kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 5.172 abonesi var.

Tarixçi (@yadigarsadigli) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @yadigarsadigli abonesi olun.

Tarixçi iyi bir Siyaset kanalı mı?+

tgdio üzerinde katılmadan önce Tarixçi puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 5.172 abonesi var. Benzer Siyaset kanallarla karşılaştırın.

Tarixçi istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @yadigarsadigli sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.