Munacat TV Telegram channel photo

Munacat TV

@munacattvPublic Channel

Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.

DinTürkçeTürkiye

58

Last views

2.1k (2,150 subscribers)
Üyeler
—
Rating
76
Total Posts
Oct 15, 2026, 11:33 AM
Güncellendi
Apr 9, 2026
Created
Stats

Türkçe içerik görüyorsunuz. Diğer dillerdeki içeriği görmek için site dilini değiştirin.

Channel Information

Channel Information
Channel NameMunacat TV
Username@munacattv
CategoryDin
LanguageTürkçe
CountryTürkiye
Üyeler2,150
Channel TypePublic Channel
Created9 Nis 2026
Last Updated15 Eki 2026 • 7 gün önce
StatusActive

Sıralama

Küresel Sıralama
#151503+334
Dil Sıralaması
#1421+3
Kategori Sıralaması
#2755+2

Üye Büyümesi

Toplam: 2.1K30 Days growth: +110.5%
09/1609/2109/2610/0110/0610/1110/15
Üye Büyümesi - 30 Days
DateSubscribers
16:09:20262,139
17:09:20262,139
18:09:20262,162
19:09:20262,162
20:09:20262,162
21:09:20262,162
22:09:20262,162
23:09:20262,162
24:09:20262,162
25:09:20262,162
26:09:20262,162
27:09:20262,162
28:09:20262,162
29:09:20262,162
30:09:20262,162
01:10:20262,162
02:10:20262,162
03:10:20262,162
04:10:20262,162
05:10:20262,162
06:10:20262,162
07:10:20262,162
08:10:20262,162
09:10:20262,162
10:10:20262,162
11:10:20262,162
12:10:20262,162
13:10:20262,162
14:10:20262,162
15:10:20262,150
Üye Büyümesi - Weekly
DateSubscribers
Week of 06:04:20262,333
Week of 13:04:20262,333
Week of 20:04:20262,333
Week of 27:04:20262,296
Week of 04:05:20262,296
Week of 11:05:20262,286
Week of 18:05:20262,286
Week of 25:05:20262,286
Week of 01:06:20262,286
Week of 08:06:20262,242
Week of 15:06:20262,242
Week of 22:06:20262,242
Week of 29:06:20262,219
Week of 06:07:20262,219
Week of 13:07:20262,219
Week of 20:07:20262,219
Week of 27:07:20262,219
Week of 03:08:20262,175
Week of 10:08:20262,175
Week of 17:08:20262,160
Week of 24:08:20262,154
Week of 31:08:20262,154
Week of 07:09:20262,139
Week of 14:09:20262,162
Week of 21:09:20262,162
Week of 28:09:20262,162
Week of 05:10:20262,162
Week of 12:10:20262,150
Üye Büyümesi - Monthly
DateSubscribers
April 20262,296
May 20262,286
June 20262,242
July 20262,219
August 20262,154
September 20262,162
October 20262,150
Üye Büyümesi - Yearly
DateSubscribers
20262,150

Son Yazılar

Munacat TV logo
Munacat TV

19 Eki 2026 12:02

Photo1/2
SUAL:
Nəcis olmuş paltarı kür və axar su ilə pak edərkən sudan kənarda sıxmaq lazımdır, yoxsa elə suyun daxilində sıxmaqla pak olur?

CAVAB:
Suyun daxilində sıxmaq və ya silkələmək kifayətdir.

Şəhid Rəhbər Ayətullah Seyid Əli Xameneinin fətvası əsasında

http://t.me/MunacatTV
58002
Munacat TV logo
Munacat TV

18 Eki 2026 14:54

Photo1/2
Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" yaxınlaşır.

http://t.me/MunacatTV
141008
Munacat TV logo
Munacat TV

18 Eki 2026 07:40

Narahatlıqla Allaha ehtiyacımız var...

Həzrət Əmirin (ə) nurlu duası var ki, deyir: Mən möhtacam və Səni (Allahı) təşvişlə istəyirəm, yəni səni narahat halda istəyirəm. Nəin ki, dua kitabının səhifəsini açmaq, Səninlə normal danışmaq üçün! Bu, "duanı etmək" deyil, "dua etmək"-dir! Bu duanı oxumaqdır, nəinki nəsə istəməməkdir!
Narahat insan Allahdan bir şey istədikdə, narahatçılıqla istəyər; Çarəsiz, yəni o möhtac ki, həyəcanla , nalə etməklə, ağlamaqla istəyir. Ehtiyac budur.
(احتیاج)
Yəni ehtiyacı olmaq.
(اهتیاج)
Bu söz isə "həyəcan və narahatlıq" deməkdir

Ayətullah Cavadi Amulinin

📖 "Əxlaq" dərsindən

http://t.me/MunacatTV
169006
Munacat TV logo
Munacat TV

17 Eki 2026 14:03

Photo1/2
SUAL:
Nəcis olmuş paltarları kür (bol) və axar su ilə yuyarkən sıxmaq da lazımdır, yoxsa nəcasətin eyni (özü) aradan qalxdıqdan sonra suyun onu əhatə etməsi kifayət edər?

CAVAB:
Ehtiyata əsasən, onu sıxmaq və ya silkələmək lazımdır.

Şəhid Rəhbər Ayətullah Seyid Əli Xameneinin fətvası əsasında

http://t.me/MunacatTV
204004
Munacat TV logo
Munacat TV

15 Eki 2026 20:30

Video
Zeynəb (s.ə) dünyaya gəldi...
2800022
Munacat TV logo
Munacat TV

15 Eki 2026 12:58

Zeynəbe Kubranın (s.ə) elmi cihadı

Bir gün (mütləq bir gün) Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə) elə həmin məclisdə apardığı bu dialoq aydın şəkildə izah olunmalıdır ki, məlum olsun. Xanım Zeynəbin (s.ə) onunla apardığı bu söhbət bizim bu “dərs xariclərimiz”-dən daha ağır və daha dərin idi! Anladınızmı?! Mərsiyə oxuyanlar Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə) olan o kəlami (teoloji) dialoqunu ağlama və mərsiyə formasına salıblar. Halbuki söhbət ağlamaqdan getmir. Söhbət nə Bəni-Haşimdən (ə.s), nə də Bəni-Üməyyədən (l.ə) gedir. İbn Ziyad ümumiyyətlə demədi ki, “gördünüzmü biz sizə qalib gəldik, Əməvilər qalib oldu”. Bunlar heç mövzu deyildi! O dedi:

کیف رایت صنع الله باخیک
“Allah qardaşınla nə etdiyini gördünmü?”

Bu söz nə demək idi? Hamımız bu mərsiyəni oxumuşuq. Amma diqqət edin, kəlami məsələdir, kəlami! Biz bilməliyik ki, savadlı olmaq günah deyil. Amma hər yerə səpələnmiş məlumatlara da elm demək olmaz Orada mərsiyə yox idi. Orada nə Bəni-Haşimdən, nə də Bəni-Üməyyədən söhbət gedirdi. Orada “biz qalib gəldik, siz məğlub oldunuz” kimi bir söz yox idi. Orada məqsəd “cəbr” inancını möhkəmlətmək idi. Müaviyə (l.ə) qırx il zəhmət çəkdi ki, cəbr anlayışını cəmiyyətə yerləşdirsin və “təfviz”-i kənara atsın. Yəni hər nə baş verirsə, hamısını Allaha aid etsin ki, bütün öz günahlarını, pis əməllərini “qəza və qədər”in boynuna atsın. Heç kəs bilmirdi ki, Müaviyənin (l.ə) bu qırx il ərzində gizli bir elmi mərkəzi (hövzəsi) var idi. Deyirdi və təkrar edirdi: “Hər nə baş verirsə, Allahdandır.”
Bəli, aləmdə baş verən hər şey Allahın izni ilədir. Amma bir halda kimsə cinayətin alətinə çevrilirsə, Allah onu dəyişdirir. Yaxud kimsə günah edirsə, Allah onu cəzalandırır. Amma birbaşa şəkildə bütün pislikləri, hər bir qatili və hər bir qətli Allaha nisbət vermək düzgün deyil.
İbn Ziyad (l.ə) dedi:

کیف رایت صنع الله باخیک
“Allah qardaşınla nə etdiyini gördünmü?”

Zeynəbe Kubra (s.ə) cavab verdi:

ما رایت الا جمیلا
“Mən yalnız gözəllik gördüm”.

Yəni, Allahın etdiyi iş gözəl idi. Pis olan isə sizin etdikləriniz idi. Sonra soruşdu: “Bu gənc kimdir?”
Buyurdu: “Əli ibn Hüseyndir (ə.s)”.
Dedi: “Əli ibn Hüseyni (ə.s) Kərbəlada Allah öldürdü!”
Yenə cəbr, cəbr, cəbr… Özlərini pak göstərmək üçün!
Zeynəbe Kubra (s.ə) buyurdu: “Allah öldürmədi".
Bəs Zeynəbe Kubranın (s.ə) “Allah öldürmədi” deməsi nə demək idi? Yəni cəbr yoxdur! Siz öldürdünüz. Onu siz öldürdünüz. Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə)bütün mübahisəsi cəbr məsələsi və cəbrin batil olması mövzusunda idi. Həzrət buyurdu: "Bəli, hər kəs ölür, Allah onun canını alır. Amma siz öldürdünüz".
Bu, mərsiyə və ağlama söhbəti deyildi, “ay yazıq anam” söhbəti deyildi. Yalnız cəbr məsələsi idi. Onlar cəbri təsbit etmək istəyirdilər, Zeynəbe Kubra (s.ə) isə ayağa qalxdı və dedi: “Xeyr! Allah öldürməyib, siz öldürmüsünüz".

Ayətullah Cavadi Amuli (h)

http://t.me/MunacatTV
277009
Munacat TV logo
Munacat TV

14 Eki 2026 20:12

Video
O gün mütləq gələcək!

سيأتي يوما نرى مهدينا مستندا الى جدار الكعبة مزمجرا بصوته الحيدري ألا يا أهل العالم أنا الإمام القائم ألا يا أهل العالم أنا الصمصام المنتقم ياطالبا بدم المقتول بكربلاء يا فارس الحجاز يا بقية الله أدركنا


Mütləq bir gün gələcək ki, Məhdimizi görəcəyik. Bir halda ki, Kəbənin divarına söykənib, "Heydəri" və möhkəm səsi ilə belə deyəcək:

"Bilin və agah olun, ey əhli-aləm! Qaim (qiyam edən) İmam mənəm! İti qılıncla intiqam alan şəxs mənəm!"

Ey Kərbəla şəhidinin qanını tələb edən! Ey Hicazlı atlı! Ey "Bəqiyyətullah"! Dadımıza yet!

http://t.me/MunacatTV
2900016
Munacat TV logo
Munacat TV

14 Eki 2026 12:43

Video
فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!

Şərh surəsi, ayə 5-6

http://t.me/MunacatTV
3060017
Munacat TV logo
Munacat TV

14 Eki 2026 10:59

Photo1/2
Sual:
Naməhrəm bir qadının parik və ya süni saç taxması və ona baxmağın hökmü nədir?

Cavab:
Hər bir halda, parik və ya süni saçdan istifadə etmək hicab üçün kifayət etmir. Süni saç da örtülməlidir.

Şəhid Rəhbər Ayətullah Seyid Əli Xameneinin fətvası əsasında

http://t.me/MunacatTV
291009
Munacat TV logo
Munacat TV

13 Eki 2026 16:30

Video
Əgər dodağa çatıbsa can,
Zamanın Sahibinə (ə.f) de!
Əgər səndə qalmayıbsa təvan (dözüm)
Zamanın Sahibinə (ə.f) de!

http://t.me/MunacatTV
3090018
Munacat TV logo
Munacat TV

13 Eki 2026 11:36

Photo1/2
İmam Rza (ə):

إذا كَذَبَ الوُلاةُ حُبِسَ المَطَرُ، و إذا جارَ السُّلطانُ هانَتِ الدَّولةُ، و إذا حُبِسَتِ الزكاةُ ماتَتِ المَواشي

“Hakimlər yalan danışdıqda, yağış kəsilər. Soltan zülm etdikdə, dövlət süst və etibarsız olar. Zəkat verilmədikdə, heyvanlar ölər.”

“Əl-əmali”, Şeyx Müfid, c.2, səh.310.

http://t.me/MunacatTV
3120014
Munacat TV logo
Munacat TV

12 Eki 2026 12:19

Photo1/2
Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən)bərələcəyi gün üçün möhlət verir.

İbrahim surəsi, 42-ci ayə

http://t.me/MunacatTV
3760015
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Peyğəmbərin (s) ən böyük dərsi nədir?
282006
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

“Məndən sonra imamlar Bəni-İsrail rəhbərlərinin sayı qədər on iki nəfərdirlər. (Sonra o Həzrət əlini Hüseynin (ə) kürəyinə vurub buyurdu:) Bunun nəslindən doqquz xyirxah imam dünyaya gələcək ki, doqquzuncusu Məhdidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq. Vay onlara düşmən olanların halına!” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.1, səh.295.)

11-Bu iki əməldən Allaha pənah aparın!

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِسْتَعيذوا بِاللّه ِ... مِنْ اَنْ تَظْلِموا اَوْ تُظْلَموا

“Zülm etməkdən və ya zülmə boyun əyməkdən ...Allaha sığının!” (“Nəhcül-fəsahə”, hədis 278.)

12-Zəmanə sahibindən ayrı düşməyin...

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

لا تَقومُ السّاعَةُ حَتّى يَقومَ قائِمٌ لِلَحقِّ مِنّا، وذلِكَ حينَ يَأذَنُ اللّهُ عَزَّوجَلَّ لَهُ، ومَن تَبِعَهُ نَجا ومَن تَخَلَّفَ عَنهُ هَلَكَ. اللّهَ اللّهَ عِبادَ اللّهِ، فَأتوهُ ولَو عَلَى الثَّلجِ، فَإِنَّهُ خَليفَةُ اللّهِ عَزَّوجَلَّ وخَليفَتي

“Qaim (İmam Mehdi) bizim haqqımızın bərpasına qalxmayınca, Qiyamət bərpa olmayacaq və bu, Allah-Taalanın icazə verdiyi zaman baş verəcək. Ona tabe olan nicat tapar və ondan üz çevirən isə həlak olar. Ey Allah bəndələri! Sizə Allahı and verirəm, sizə Allahı and verirəm, yalnız onun yolunu tutun, hərçənd, buzun üzərindən keçməyə məcbur olsanız da! Çünki o, Allah-Taalanın və mənim canişinimdir.” (“Əmali”, Şeyx Tusi, səh.565, hədis 1174.)

13-Möminin kölgəsi vəsədəqəsi

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أرضُ القِيامَةِ نارٌ مَا خَلَا ظِلَّ المُؤمِنِ: فَإنَّ صَدَقَتَهُ تُظِلُّهُ

“Möminin kölgəsindən başqa, Qiyamətin yeri (torpağı) oddan ibarətdir. Həqiqətən, möminin sədəqəsi onun üzərinə kölgə salacaqdır.” (“Kafi”, c.4, səh.3.)

14-Məscid əhlinin aramlığı

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ كانَتِ الْمَساجِدُ بَيتَهُ ضَمِنَ اللهُ لَهُ الرَّوحَ وَ الرّاحَةَ وَ الْجَوازَ عَلَي الصّراط

“Allah-Taala məscidləri öz evi edən (daim məscidə gediş-gəliş edən) kəsin aramlıq və rahatlığa yetməsinə, “Sirat körpüsü”ndən keçməsinə zamindir.” (“Müstədrəkül-vəsail”, c.3, səh.363.)
278004
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis

1-Bir ömür ibadətə bərabər bir əməl

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قضى لأخيهِ المُؤمِنِ حاجَةً كانَ كَمَن عَبَدَاللّه َ دَهرَهُ

“Hər kəs mömin qardaşının bir problemini həll edərsə, sanki bir ömür Allaha ibadət etmişdir.” (“Əmali”, Şeyx Tusi, səh. 481.)

2-Cənnətdə Peyğəmbəri-Əkrəmlə (s) birgə olanlar

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ أَخَذَ لِلْمَظْلومِ مِنَ الظّالِمِ كانَ مَعىَ فِى الْجَنَّةِ تَصاحُبا

“Məzlumun haqqını zalımdan alan Cənnətdə mənimlə birgə (və mənə yoldaş) olacaq!” (“Biharul-ənvar”, c.75, səh.359, hədis 74.)

3-Ədalətsiz hökmün acısı

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِذا حَكَموا بِغَيْرِ عَدْلٍ اِرْتَفَعَتِ الْبَرَكاتُ

“Ədalətsiz hökm verildiyi zaman bərəkətlər aradan qalxar.” (“Mədənul-cəvahir”, səh.73.)

4-Ata duası – faydalı su kimi

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

دُعاءُ الوالِدِ لِلوَلَدِ كَالماءِ لِلزَّرعِ بِصَلاحِه

“Atanın övlada duası əkin üçün faydalı su kimidir.” (“Əl-firdovs”, c.2, səh.213, hədis 3038.)

5-Övladların tərbiyəsində üç mühüm xislət

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أدِّبوا أولادَكُم عَلى ثَلاثِ خِصالٍ : حُبِّ نَبِيِّكُم، وحُبِّ أهلِ بَيتِهِ، وعَلى قِراءَةِ القُرآنِ.

“Övladlarınızı üç xislətlə tərbiyələndirin: Peyğəmbərinizə sevgi, Əhli-beytə sevgi və Quran oxumaqla.” (“Kənzul-ummal”, c.16, səh.456, hədis 45409.)

6-Zalımın cəzası

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

انَّه لَیَأتی العَبدُ یَومَ القیامَه و قَد سَرَّته حَسَناتُهُ فَیَجییٌ الرَّجُلُ فیقولُ: یا رَبِّ ظَلَمَنی هذا فَیُؤخَذُ مِن حَسَناتِهِ فَیُجعَلُ فی حَسَناتِ الّذی سَألَهُ، فما یَزالُ کذلکَ حتّى ما یَبقى لَهُ حَسَنةٌ، فإذا جاءَ مَن یَسألُهُ نَظَرَ إلى سَیِّئاتِهِ فَجُعِلَت مَع سیّئاتِ الرَّجُلِ، فلا یَزالُ یُستَوفى مِنهُ حتّى یَدخُلَ النارَ

“Qiyamət günü çoxlu savab və yaxşılığa sahib olan bir şəxsi sevinc içində “məhşər” səhrasına gətirdikdə, birdən bir nəfər gəlib deyəcək: “İlahi, bu şəxs (dünyada) mənə zülm edib.” Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və hətta onun bir yaxşı əməli belə qalmayacaq. Bununla belə, həmin şəxs hələ də razılıq verməyəcək və öz haqqını tələb edəcək. Bu zaman onun yaxşı əməlləri qalmadığından zülmə məruz qalmış şəxsin günahları onun boynuna yüklənəcək və beləcə, həmin (zalım) şəxs Cəhənnəmə atılacaq.” (“Mizanul-hikmə”, c.6, səh.535.)

7-Allah-Taala söyüşcül insanı sevməz

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إِيَّاكُمْ وَ الْفُحْشَ فَإِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَا يُحِبُّ الْفَاحِشَ الْمُتَفَحِّشَ

“Söyüşdən çəkinin ki, Allah-Taala söyüşcül və nalayiq danışan insanı sevmir.” (“Biharul-ənvar”, c.7, səh.110.)

8-Hirslənəndə dəstəmaz alın

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إِنَّ الْغَضَبَ مِنْ الشَّیْطَانِ وَإِنَّ الشَّیْطَانَ خُلِقَ مِنْ النَّارِ وَإِنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ فَإِذَا غَضِبَ أَحَدُکُمْ فَلْیَتَوَضَّأْ

“Həqiqətən, əsəbiləşmək şeytandandır və şeytan da oddan yaranmışdır. Od isə su ilə söndürülər. Elə isə sizdən hər hansı biriniz əsəbiləşərsə, dəstəmaz alsın.” (“Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.286.)

9-İnsanın qanı və abır-həyası möhtərəmdir

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

ایُّهَا النَّاسُ، انَّ دِماءَکُمْ وَ اعْراضَکُمْ عَلَیْکُمْ حَرامٌ الی انْ تَلْقَواْ رَبَّکُمْ کَحُرْمَةِ یَوْمِکُمْ هذا، فی‏ بَلَدِکُمْ هذا

“Ey insanlar! Həqiqətən, sizin bu gününüz (həcc günləri) və bu şəhəriniz (Məkkə şəhəri) möhtərəm olduğu kimi, qanınız və abır-həyanız da Rəbbinizlə görüşəcəyiniz vaxta qədər bir-birinizə möhtərəmdir. (Rəbbinizlə görüşəcəyiniz vaxta qədər bir-birinizin qanını və abır-həyasını tökmək haramdır.)” (“Tuhəful-uqul”, c.1, səh.31.)

10-Vay Əhli-beytə (ə) düşmən olanların halına!

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

الأَئِمَّةُ بَعدي بِعَدَدِ نُقَباءِ بَني إسرائيلَ كانُوا اثنَي عَشَرَ ـ ثُمَّ وَضَعَ يَدَهُ عَلى صُلبِ‏الحُسَينِ (ع) وقالَ: ـ مِن‏صُلبِهِ تِسعَةٌ أئِمَّةٌ أبرارٌ، وَالتّاسِعُ‏مَهدِيُّهُم، يَملَأُ الأَرضَ‏قِسطًا وعَدلاً كَما مُلِئَت جَورًا وظُلمًا، فَالوَيلُ لِمُبغِضيهِم.
271000
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Bizim Peyğəmbərimiz (s) belə idi
3470019
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Bu əməli 24 saatda bir dəfə edin...
5150019
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Salam olsun Sənə, ey Zəmanənin Sahibi!
5440021
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
İmam Zaman (ə.f) belədir
7220021
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Channel photo removed
0000
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti ilə bağlı başsağlığı veririk!
8440013
Munacat TV logo
Munacat TV

07 Eyl 2026 07:56

Video
Hədiyyə cavabı
1,0600014
Munacat TV logo
Munacat TV

23 Ağu 2026 01:21

Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən!

(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)
489009
Munacat TV logo
Munacat TV

23 Ağu 2026 01:21

təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fələn­hum lənən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və əlamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mumi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hət­ta yəzənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin.

“ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ

Salam olsun Allahın vəlisinə və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam.
393000
Munacat TV logo
Munacat TV

23 Ağu 2026 01:21

“ƏRBƏİN” ZİYARƏTNAMƏSİ (oxunuşu və tərcüməsi ilə)

Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu:

السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ

Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ətəytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə əzərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və
347003

Showing 30 of 76 posts

Derecelendirme

Giriş yapılması gerekli

Frequently Asked Questions

Munacat TV Telegram kanalı ne hakkında?+

Munacat TV (@munacattv), tgdio üzerinde Din kategorisinde listelenen bir Telegram kanalıdır. Abone olmadan önce sıralama, puan, yorum ve gönderilere bakın. Şu an tgdio üzerinde yaklaşık 2.150 abonesi var.

Munacat TV (@munacattv) kanalına nasıl katılırım?+

tgdio üzerindeki kanal profilini açın, Join / Open in Telegram ile @munacattv abonesi olun.

Munacat TV iyi bir Din kanalı mı?+

tgdio üzerinde katılmadan önce Munacat TV puanını, yorumlarını ve sıralamasını kontrol edin. Şu an tgdio üzerinde yaklaşık 2.150 abonesi var. Benzer Din kanallarla karşılaştırın.

Munacat TV istatistiklerini nerede görürüm?+

tgdio üzerinde @munacattv sayfasını açın: abone istatistikleri, sıralama, puan ve gönderiler.