Zeynəbe Kubranın (s.ə) elmi cihadı
Bir gün (mütləq bir gün) Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə) elə həmin məclisdə apardığı bu dialoq aydın şəkildə izah olunmalıdır ki, məlum olsun. Xanım Zeynəbin (s.ə) onunla apardığı bu söhbət bizim bu “dərs xariclərimiz”-dən daha ağır və daha dərin idi! Anladınızmı?! Mərsiyə oxuyanlar Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə) olan o kəlami (teoloji) dialoqunu ağlama və mərsiyə formasına salıblar. Halbuki söhbət ağlamaqdan getmir. Söhbət nə Bəni-Haşimdən (ə.s), nə də Bəni-Üməyyədən (l.ə) gedir. İbn Ziyad ümumiyyətlə demədi ki, “gördünüzmü biz sizə qalib gəldik, Əməvilər qalib oldu”. Bunlar heç mövzu deyildi! O dedi:
کیف رایت صنع الله باخیک
“Allah qardaşınla nə etdiyini gördünmü?”
Bu söz nə demək idi? Hamımız bu mərsiyəni oxumuşuq. Amma diqqət edin, kəlami məsələdir, kəlami! Biz bilməliyik ki, savadlı olmaq günah deyil. Amma hər yerə səpələnmiş məlumatlara da elm demək olmaz Orada mərsiyə yox idi. Orada nə Bəni-Haşimdən, nə də Bəni-Üməyyədən söhbət gedirdi. Orada “biz qalib gəldik, siz məğlub oldunuz” kimi bir söz yox idi. Orada məqsəd “cəbr” inancını möhkəmlətmək idi. Müaviyə (l.ə) qırx il zəhmət çəkdi ki, cəbr anlayışını cəmiyyətə yerləşdirsin və “təfviz”-i kənara atsın. Yəni hər nə baş verirsə, hamısını Allaha aid etsin ki, bütün öz günahlarını, pis əməllərini “qəza və qədər”in boynuna atsın. Heç kəs bilmirdi ki, Müaviyənin (l.ə) bu qırx il ərzində gizli bir elmi mərkəzi (hövzəsi) var idi. Deyirdi və təkrar edirdi: “Hər nə baş verirsə, Allahdandır.”
Bəli, aləmdə baş verən hər şey Allahın izni ilədir. Amma bir halda kimsə cinayətin alətinə çevrilirsə, Allah onu dəyişdirir. Yaxud kimsə günah edirsə, Allah onu cəzalandırır. Amma birbaşa şəkildə bütün pislikləri, hər bir qatili və hər bir qətli Allaha nisbət vermək düzgün deyil.
İbn Ziyad (l.ə) dedi:
کیف رایت صنع الله باخیک
“Allah qardaşınla nə etdiyini gördünmü?”
Zeynəbe Kubra (s.ə) cavab verdi:
ما رایت الا جمیلا
“Mən yalnız gözəllik gördüm”.
Yəni, Allahın etdiyi iş gözəl idi. Pis olan isə sizin etdikləriniz idi. Sonra soruşdu: “Bu gənc kimdir?”
Buyurdu: “Əli ibn Hüseyndir (ə.s)”.
Dedi: “Əli ibn Hüseyni (ə.s) Kərbəlada Allah öldürdü!”
Yenə cəbr, cəbr, cəbr… Özlərini pak göstərmək üçün!
Zeynəbe Kubra (s.ə) buyurdu: “Allah öldürmədi".
Bəs Zeynəbe Kubranın (s.ə) “Allah öldürmədi” deməsi nə demək idi? Yəni cəbr yoxdur! Siz öldürdünüz. Onu siz öldürdünüz. Zeynəbe Kubranın (s.ə) İbn Ziyadla (l.ə)bütün mübahisəsi cəbr məsələsi və cəbrin batil olması mövzusunda idi. Həzrət buyurdu: "Bəli, hər kəs ölür, Allah onun canını alır. Amma siz öldürdünüz".
Bu, mərsiyə və ağlama söhbəti deyildi, “ay yazıq anam” söhbəti deyildi. Yalnız cəbr məsələsi idi. Onlar cəbri təsbit etmək istəyirdilər, Zeynəbe Kubra (s.ə) isə ayağa qalxdı və dedi: “Xeyr! Allah öldürməyib, siz öldürmüsünüz".
Ayətullah Cavadi Amuli (h)
http://t.me/MunacatTV